23 Noyabr 2024

Şənbə, 19:48

90-cı İLLƏRDƏKİ QADINLARIN SEVİMLİSİ

"Santa-Barbara" serialından məşhur olan Meyson Kepvell "R+"un qonağıdır

Müəllif:

02.12.2014

20 il əv­vəl in­san­lar ara­sın­da be­lə bir lə­ti­fə do­la­şır­dı: "Nə vaxt­sa ABŞ-a ge­də­rəm­sə, mütləq San­ta-Bar­ba­raya baş çə­kəcəy­əm. Çünki ora­da hər kə­si ta­nıyı­ram". İn­di oke­a­nın o tayın­dan gəl­miş qo­naq­la­rın da bi­zim öl­kə­miz ha­q­da ey­ni söz­lə­ri söy­ləyə bil­mə­si son də­rəcə xoş­dur. Hər hal­da, 1990-cı il­lə­rin məş­hur "San­ta-Bar­ba­ra" se­ri­a­lın­da Mey­son Kep­vell ro­lu­nu oy­na­mış Leyn De­vi­sin be­lə id­dia irə­li sürməyə tam haq­qı ça­tır. Ba­kıya ar­tıq ikinci də­fə gə­lən və bu­ra­da iş­ləy­ən ame­ri­ka­lı aktyor dey­ir ki, Azər­baycan pay­tax­tı və şə­hə­rin sa­kin­lə­ri onun üçün xoş ta­pın­tı olub. Ar­tıq o, ba­kı­lı­la­rı özünə doğma sayır. "R+" jur­na­lı­nın əmək­­da­şı Leyn DEVİS ilə ha­zır­kı lay­i­hə­lə­ri, siy­a­sət, te­atr, həy­a­tı­nın vacib mə­qam­la­rı və əl­bət­tə ki, "San­ta-Bar­ba­ra" ha­q­da söh­bət edib.

- Si­zi Ba­kıya çə­kib gə­ti­rən nə­dir?

- Va­hid Mu­s­ta­fay­ev tə­rə­fin­dən 1990-cı ilin 20 yan­var ha­di­sə­lə­ri­nə həsr olun­muş "Qan­lı Yan­var" lay­i­hə­sin­də çə­kil­mək tək­li­fi al­mış­dım. Ey­ni za­man­da bu fil­min re­jis­so­ru­na aktyor işi üzrə pe­da­qoq ki­mi kö­mək edi­rəm.

- Lay­i­hə­də iş­ti­rak edə­nə­dək 1990-cı il yan­va­rın 20-də Azər­baycan­da baş ver­miş ha­di­sə­lər­dən xə­bər­dar idi­niz­mi?

- De­mək olar ki, yox. O ha­di­sə­nin baş ver­diyi za­man mən dünya­nı gə­zir­dim və xə­bər­lər­dən uzaq idim. Bun­dan baş­qa, fi­k­rimcə, hə­min ha­di­sə­lə­rin KİV tə­rə­fin­dən işıq­lan­dı­rıl­ma­sı da la­zı­mi sə­viyyə­də ol­mayıb.

- Ba­kıya 2012-ci il­də et­diy­i­niz ilk sə­fə­rə­dək Azər­baycan ha­q­da han­sı tə­səvvürünüz var idi? Sə­fər­dən so­nra Azər­baycan­la bağlı tə­səvvürlə­ri­niz­də dəy­i­şik­lik­lər olub­sa, on­lar nə­dən iba­rət­dir?

- Eti­raf et­mə­liy­əm ki, ilk sə­fə­ri­mə­dək Azər­baycan haq­qın­da, de­mək olar ki, heç nə bil­mir­dim. Ye­ri gəl­miş­kən, bu, mə­nim Ba­kıya sə­fə­rə ra­zı­lıq ver­məy­i­min sə­bəb­lə­rin­dən bi­ri­dir. Düşünürəm ki, adi Ame­ri­ka və­tən­daş­la­rın­da Azər­baycan ha­q­da ki­fay­ət qə­dər in­for­ma­siya yox­dur. Nə­ticə­də, on­da bu öl­kə ilə bağlı han­sı­sa fi­kir də ol­mur.

- Azər­baycan­lı­lar­la ame­ri­ka­lı­lar ara­sın­da han­sı ox­şar əla­mət­lə­ri hiss edir­si­niz?

- Be­lə in­sa­ni dəy­ər­lər çox­dur - ai­ləyə se­vgi, və­tə­nə mə­həb­bət və sa­ir. Bun­dan baş­qa, Azər­baycan­da in­san­la­rın ABŞ-da­kı qə­dər nik­bin ol­duq­la­rı­nı görürəm. Vax­ti­lə SSRİ-nin tər­ki­bin­də ol­muş öl­kə­lər­də be­lə ha­la tez-tez rast gə­lin­mir.

- Ba­kı­da ən çox bəy­ən­diy­i­niz nə­dir?

- İlk növ­bə­də, onun sa­kin­lə­ri. Şə­hə­rə gə­lincə, o, bir çox mə­na­lar­da gö­zəl­dir. Xə­zə­rin sa­hi­li ilə bul­var boy­unca gəz­məyi çox xoş­layı­ram...

- Siy­a­sət­lə ma­raq­la­nır­sı­nız­mı? Dünya­nın "soy­uq müha­ri­bə"nin as­ta­na­sın­da ol­duğu fi­k­ri­lə ra­zı­sı­nız­mı?

- Be­lə ol­duğu­nu düşünmürəm. Həd­din­dən ar­tıq böyük məb­ləğlər təhlükə qar­şı­sın­da­dır. Dünya­nı isə pul ida­rə edir.

- Pu­tin­lə görüşdüyünüz dey­i­lir...

- Bə­li (gülür), bu, 1994-cü il­də Ru­siy­aya et­diy­im ilk sə­fə­rim za­ma­nı baş ve­rib. Sankt-Pe­ter­bur­q­da Ana­to­li Sob­çak­la görüşümüz za­ma­nı bi­zim­lə bir ot­aq­da bə­s­tə­boy, çox özünə­məx­sus ba­xı­şı olan bir ki­şi də var idi - san­ki o, kon­kret heç kə­­sə bax­mır­dı, la­kin ha­mı­nı və hər şeyi görürdü. Dər­hal onun DTK-da iş­lə­diy­i­ni düşündüm. Bu, Pu­tin idi. Sob­ça­ka gə­lincə, fi­k­rimcə, o, in­diy­ə­dək görüşdüyüm ən ağıl­lı və pro­qres­siv şəx­slər­dən bi­ri­dir. Onun ölümü Ru­siya üçün böyük it­ki ol­du.

- Ya­rat­dığı­nız qəh­rə­man - Mey­son - ta­ma­şa­çı­la­rın yad­da­şın­da əsl se­vgi ya­şa­mağı baca­ran in­san ki­mi qa­lıb. Özünüz se­vg­iyə ina­nır­sı­nız­mı?

- Fi­k­rimcə, se­vg­iyə inan­ma­say­dım, Mey­so­nu la­zı­mi sə­viyyə­də oy­naya bil­məz­dim. Hə­lə də ina­nı­ram. Sa­dəcə, ya­şım art­dıqca se­vg­i­nin bir çox for­ma­la­rı­nın ol­duğu­nu an­la­mı­şam.

- Necə düşünürsünüz, Mey­so­na ke­ç­miş SSRİ öl­kə­lə­rin­də bu qə­dər böyük, sə­mi­mi mə­həb­bə­tin ya­ran­ma­sı nə ilə bağlı­dır?

- Açığı, də­qiq deyə bil­mə­rəm. Am­ma, əl­bət­tə, ki, onun bu qə­dər böyük po­pulyar­lıq qa­zan­ma­sın­dan çox məm­nu­nam. Bəl­kə də, sə­bəb ora­da­kı tra­g­ik ro­man­tizmdə­dir. Onun xa­rak­te­rin­də elə ça­lar­lar var idi ki, in­san­lar o xüsu­siyyət­lə­ri öz­lə­rin­də də görürdülər.

- Həy­a­tı­nı­zın əsas an­la­rı?

- Mək­təb, uni­ver­si­tet, Nyu-York­da oxu­duğum aktyor­luq mək­tə­bi, "San­ta-Bar­ba­ra" və əl­bət­tə ki, oğul­la­rı­mın dünyaya gə­li­şi...

- Si­zin üçün ata ol­maq nə­dir?

- Həy­a­tı­mın ən vacib var­lıq­la­rı oğul­la­rım­dır... Hət­ta in­di - on­lar 22 və 24 ya­şın­da olar­kən be­lə. Düşünürəm ki, yax­şı atay­am. Çünki on­lar mə­nim­lə bir­lik­də vaxt ke­çir­məyi xoş­layır­lar. Hər iki oğ­lum ki­fay­ət qə­dər uğur­lu in­san­dır.

- Özünüz xoş­bəxt uşaq­lıq ya­şa­mı­sı­nız? Va­li­deyn­lə­ri­niz kim olub?

- Bə­li, xoş­bəxt ol­mu­şam. Öl­kə­nin cə­nu­bun­da, ki­çik bir şə­hər­də böyümüşəm. Ai­lə­də va­li­deyn­lə­rim və da­ha 3 qar­da­şım var idi. Anam ev­dar qa­dın idi. Atam əv­vəl ra­dio­da, so­nra isə sığor­ta şir­kə­tin­də ça­lı­şıb...

- Aktyor ol­ma­say­dı­nız, han­sı pe­şə­ni se­çər­di­niz?

- Psi­xo­loq və ya rek­lam biz­ne­sin­də... gü­man ki, psi­xo­loq olar­dım.

 - Sizdən nə vaxtsa avtoqrof is­tə­miş ən qey­ri-adi in­sa­nı necə xa­tır­layır­sı­nız?

- Bu, Bla­qo­veş­şensk ya­xın­lığın­da­kı po­li­qon­da ru­siy­a­lı ge­ne­ral olub.

- Fi­k­ri­ni­zi bil­mək is­tə­diy­im şey­lər çox­dur: te­atrla ki­no ara­sın­da fərq nə­dən iba­rət­dir?

- Qar­şı­lıq­lı əla­qə. Te­at­rda aktyor­lar­la ta­ma­şa­çı­lar ara­sın­da mə­nə­vi əla­qə var, ener­ji müba­di­lə­si baş ve­rir. Te­atr bir çox xüsu­si ef­fek­t­lə­rin yox­luğu­na rəğmən, da­ha ma­raq­lı­dır. Çünki ora­da hər şey can­lı olur - ikinci şan­sın yox­dur. Te­atrla­rı büdcə mə­sə­lə­sin­də ki­no ilə müqay­i­sə et­mək ol­maz. La­kin ta­ma­şa­çı­nın tə­xəyyülü ba­xı­mın­dan on­lar ki­fay­ət qə­dər rə­qa­bə­tə­da­vam­lı­dır­lar.

- Hollivudu bir sözlə ifadə edə bi­lər­si­niz­mi?

 - Hət­ta cəhd et­məyə qor­xu­ram. Bu, mə­nim əh­va­lım­dan ası­lı­dır...

- Çə­ki­liş mey­da­nın­da tə­rəf müqa­bi­li­ni­zə vu­rul­mu­su­nuz­mu?

- Bə­li.

- Faciə ilə ko­me­diya ara­sın­da fərq nə­də­dir?

- Aktyorun oyununda - zamanın hesaba alınması. Ssenaridə isə - nə­ticə.

- Si­zi ən çox nə qıcıq­lan­dı­rır?

- Vacib mə­sə­lə­lər­dən sat­qın­lıq, möv­hu­mat, "biz/on­lar" ya­naş­ma­sı. Da­ha az önəm­li mə­sə­lə­lər­dən, mə­sə­lən, küçə­lə­rin zi­bil­lən­mə­si, av­to­mo­bi­lin pəncə­rə­sin­dən küçəyə nə gəl­di atıl­ma­sı...

- Si­zi ən çox məm­nun edən şey?

 - Uşaq gülüşü.

- Qa­dın­lar­da ən çox qiy­mət­lən­dir­diy­i­niz nə­dir?

- Yu­mor his­si. Ağıl ikinci yer­də­dir. Çünki yu­mor his­si ol­may­an ağıl­lı qa­dın­la bir­lik­də ya­şa­maq çə­tin olar.

- Bu fi­kir­lə ra­zı­sı­nız­mı ki, mə­sə­lən, biz Azər­baycan­da Qərb mə­də­niyyə­ti ha­q­da da­ha çox bi­li­rik, nə­in­ki Qər­bdə ya­şay­an­lar?

- Şübhə­siz. Baş­qa­la­rı­nın mə­də­niyyə­ti­lə ma­raq­la­nan ame­ri­ka­lı­lar da həd­din­dən ar­tıq çox­dur. Çox­la­rı düşünür ki, Av­ro­paya get­sə­lər ar­tıq dünya­nı görmüş olacaq­lar. Bu düşüncə­ni tez bir za­man­da dəy­iş­məy­in yo­lu "Qan­lı Yan­var" ki­mi filmlər­dir. Azər­baycan haq­qın­da nə qə­dər yax­şı filmlər çə­ki­lər­sə, dünya onu o qə­dər tez və yax­şı ta­nıy­ar.


MƏSLƏHƏT GÖR:

784