29 Noyabr 2024

Cümə, 05:00

"BU AT QARABAĞIN YETİRMƏSİDİR"

Hələ Lermontovun tərənnüm etdiyi Qarabağ atları latviyalı rəssam Alla Dzevaltovskayanın kətanından adamı məftun edir

Müəllif:

02.12.2014

Alla Dzevaltovskaya - Riqadan olan rəssam. O, heyvanları çəkməyi çox sevir. Yeri gəlmişkən, o, bu bağlılığını heç cür izah edə bilmədi! Bəlkə, ona görə ki, onlarda digərləri ilə müqayisədə daha həqiqi hisslər var? Onun işlərinin arsenalında çoxlu gözəl şəhər peyzajlarının, portret rəssamlıq əsərlərinin olmasına baxmayaraq, o, özünü heyvanları təsvir edən rəssam hesab edir. Daha doğrusu, animalist. Qəribədir, amma Alla heyvanın "üzünün ifadəsini" tutub, onun ruhunun (siz onların ruhlarının olduğunu inkar edəcəksiniz?) bir anlıq vəziyyətini lap portret rəssamlığı kimi elə dəqiq çatdırır ki, bu haqda yazmamaq sadəcə mümkün deyil. Daha dəqiq - obrazların yaradılması haqda, məsələn şirin, balığın, atın. Lakin ən yaxşısı atı çapağan adlandırmaqdır. Çünki bu tərifdə daha çox həqiqət var. Natavan qalereyasında iki kiçik zalı boyunca Qarabağ atları düzülüb. Böyük Sovet Ensiklopediyası məlumat verir ki, Qarabağ atlarının rəngləri - "kürən, qızılı-kürən, qəhvəyi, səmənd, kəhər, boz və qızılı və gümüşü çalarlı limona çalan-sarı olur".Vaxti ikən azərbaycanlılar belə atları "kürat" adlandırardılar ki, bu da enerjili at deməkdir. M. Y Lermantov "Demon" poemasında atların bu cinsinin xarakterinin xüsusiyyətlərini belə izah edirdi:

Yəhərə salınmış ipəkdən naxış,

Qantarğası ondan geri qalmamış.

Köhləni altında cilov gəmirir,

Bu at Qarabağın yetirməsidir.

"Qafqaz" qəzetində (1853, №44) bu enerjili atları sonuncu Qarabağ xanı Mehdiqulu xanının zavodundan belə təsvir edirdilər: "Bu zavodun qoca və ən yaxşı cinsi Sarular, yəni qızılkəhərli; boyları hündür olmur: başları gözəl olur, ərəblərə bənzəyirlər. Qabarıq alovlu gözləri, açıq burun dəlikləri, qulaqları kiçik, amma rəvan, boynu gözəldir; ancaq boğazı xirtdəklə olur və buna görə də belində atlı olarkən toparlanan zaman boğazı maral boğazına bənzəyir; beli düz, yanları ətli, uzunsov deyil, daha dairəvi şəkildədir. Quyruğu gözəl, döşü enli, baldır və budları əzələli, yanları yaxşı inkişaf edib, əzələ və damarları möhkəm olur və görünür. Oynaqları isə bəzən bir qədər uzun olur; bu atlar heç vaxt topuq vurmurlar".

Qarabağda atçılıqda nəsil inkişafı Mehdiqulu xanın qızı Xurşidbanu Natavanın dövründə baş verib. Natavanın Qarabağ atları Parisdə, eləcə də, Moskvada, Tiflisdə və digər dünya sərgilərində iştirak edərdilər. Və elə o vaxt, XIX əsrin ikinci yarısında qızıl medal və fərmanlar almaqla, birinci yerləri tutardılar.

Bu gün Qarabağ atı Ağdamın "Qarabağ" futbol klubunun emblemində təsvir edilib. Və heç də təəccüblü deyil ki, latviyalı rəssam Alla Dzevaltovskaya Qəbələdə (2013) keçirilən Beynəlxalq Rəssamlıq Sərgisində iştirak edərkən, atı görüb və demək olar ki, ona ömürlük aşiq olub. Qeyd etmək lazımdır ki, Alla atlar haqda çox şey bilir. Bununla bərabər, o, gözəl at sürəndir və atlardan yaxşı başı çıxır. Lakin yenə də atlarla fərqli ünsiyyət qurmağa üstünlük verir. Çaparaq deyil. Ona görə yəhər və yüyəni atın mükəmməlliyi və azadlığı üzərində zorakılıq hesab edir. Baxmayaraq ki, həmin zamanlarda Şərq qadınına amazonkalıya bənzəmək yaraşdırılmasa da, bəlkə, Natavan da gözəl at oynadardı? Və istənilən kişidən atçılıqla heç də pis məşğul olmazdı? Niyə də düşünməyəsən ki, o da, Allatək gözəl at sürən olub? Və budur, rəssam Alla Dzevaltovskaya Latviyaya gedərək, sadəcə maraqlı mədəniyyəti olan ölkə haqda xoş xatirələr qoyan deyil, həm də dünya ilə harmonik birləşmənin emosional yaddaşını yaradan Qarabağ atlarını təsvir etməyə başlayıb. Deyirlər ki, atların telepatik qabiliyyəti olur və insanları hətta şüuraltı səviyyədə köçürə bilirlər. Ona görə də tibdə ippoterapiya kimi istiqamət yaranıb. Yəni atlarla müalicə. İnanmaq istəyirsən ki, bu məhz belədir. Buna inanaraq, təsəvvür etmək ki, Alla "Qarabağ atları" adı altında işlərin seriyasının yaradılması haqda çoxdan niyyət edərək, atlar haqda şeri xəyalən təkrar edirdi. Bildiyi və sevdiyi hər şeyi. Hətta pis xatırladıqlarını belə.

 

"Ulduzlu at"

Onun yalı küləkdə göydən ulduzları qopararaq və onları məkanda, kainat kimi - arzular, xoşbəxtlik, sevinc və xeyir, uşaqlığın nağıl hekayələrində daşıyaraq dalğalanır. O, səni bacardığı qədər üfüqə doğru uzağa apara bilər. Və bunu özün istədiyintək!

 

"Alov - at"

O, sanki, əsrlərin qatını yararaq, zəmanələrin nizamına fikir verməyərək, hazırda baş verənlərin düzgünlüyünə skeptik baxışları dağıdaraq, keçmişdən çıxıb! Natavanın sevimli atı? Onun amazonkalı kimi oynatdığı at deyilmi: hər şeyin əksinəmi? Canlı, coşqun, kürat! Dırnaqları altında torpaq ot və yarpaqlara qarışıb, burun dəlikləri də qızğın qaçışın həyəcanında titrəyir! Sanki daha bir an keçəcək və biz onun kişnəməyə keçən xorultusunu eşidəcəyik. Alov-at! Arzu və reallıq. Nağıl və həqiqət. 

 

"Mən ilxıda qaçmağa razıyam, Amma yəhər və yüyənsiz!"

O, sakitdir və özünə əmindir. Qarşıda - qarlı dağların zirvələri, dağın ətəyində təpələr. Bir də - azadlıq. Azad iradə. Və xoşbəxtlik: özünü bu dünyanın bir hissəsi hiss etmək. O, bir dəqiqə də dayanmadan irəli gedir. Onun öhdəsindən ancaq bu yolla gedən gələ bilər. Və o, bunu bilir. Çünki onun damarlarında əcdadlarının - vəşhi atların, cins atların qədim qanı axır.

 

"Elegiya"

Alla işlərinə qoşma mətnlər yazıb. Variantlardan biri budur: "Siz nə vaxtsa atın gözlərinə baxmısınız? Onlarda sehrli, sirli və eyni zamanda çox şeylərdən sual verən nə isə var...". Öz növbəsində, bütün klassiklərin ifadələrini dəyişərək, dərhal demək istəyirsən: nədən qəm edirsən, at? Qəm etməyin. Etməyin, lütfən. Hər şey düzələcək. Qış və yaz keçəcək və yay gələcək. At! Əziz, at! Hələ yenə də olacaq: külək xəfifcə əsəcək və torpaq yoncalara bürünəcək! Və günəş axşam Qərbdə qürub etmək üçün yenidən Şərqdə doğacaq. Amma, lütfən, qəm eləmə...".

 

"Sevgi rəqsi"

İşıq məkanında közərmiş narıncı fəzada at rəqs edir. Atların da insanlar kimi hissləri, şövqləri var. Bu ikisi insantək rəqs edir. Onların hərəkətlərində - tərəfdaşın uzlaşması və anlayışı var. İkilinin rəqsi. O, ancaq ruhların, fikirlərin, arzuların, niyyətlərin vahidliyi halında mümkündür. Və yaddaşımda İ. Babelin "Bir atın tarixçəsi": "Bizi bir tək ehtiraslar titrətdi. Hər ikimiz dünyaya qadınlar və atların mayda gəzişdiyi çəmənlik kimi baxırdıq". Ancaq bu iki rəqs edənin final ifadəsi, yəqin ki, belə olardı: "Biz dünyaya biz və insanların mayda gəzişdiyi çəmənlik kimi baxırdıq"...

Qarabağ atları. Bu günün yaddaşı, tarixi, reallığı. Bütün bunlar ona görə qorunub ki, Qarabağ atı şöhrətini itirməyib. Nə vaxt isə "Zaman" ləqəbli belə cins atlardan biri İngiltərənin kral tövləsinə yollanaraq, Azərbaycanın hüdudlarını tərk etdi. Bu, II Yelizavetaya hədiyyə idi. At - xüsusi heyvandır. Sirlidir. Sehrlidir. Öyrənilməmiş və anlaşılmayan. Lakin insanlar həmişə bilirdilər ki, at yer üzündə yaşayan bütün heyvanlar arasında seçilmiş heyvandır. Ərəb əfsanəsi xəbər verir ki, hər şeydən uca Tanrı atı yaradaraq, ona deyib: "Yer üzündə heç bir heyvan səninlə müqayisə olunmaz; bütün dünyəvi sərvətlər sənin gözlərinin arasındadır. Düşmənlərimi əzəcəksən, dostlarımı isə daşıyacaqsan. Sənin belindən mənə dualar oxunacaq. Sən bütün yer üzündə xoşbəxt olacaqsan və səni bütün məxluqlardan üstün tutacaqlar. Çünki sənə Yerin hökmdarının sevgisi məxsus olacaq. Sən qanadsız uçacaqsan və qılıncsız məğlub edəcəksən". Məgər, söhbət Qarabağ atından-gözəlindən getmir?

 

 

Azərbaycan prezindenti Qarabağ atı cinsinin inkişafının dəstəklənməsinə dair sərəncam verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında Qarabağ atı cinsinin inkişafına əlavə dəstək haqqında sərəncam imzalayıb. Qarabağ atı cinsinin damazlıq özəyinin qorunması və inkişaf etdirilməsi, seleksiya-damazlıq işlərinin elmi əsaslarla aparılmasının təmin edilməsi məqsədi ilə dövlət başçısı qərara alıb ki, Azərbaycan Prezidentinin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə 2 milyon manat ayrılsın.



MƏSLƏHƏT GÖR: