25 Noyabr 2024

Bazar ertəsi, 22:56

YOLUN ÖHDƏSİNDƏN TİKƏN GƏLƏR

Müasir texnologiyaların istifadə edilməsı və yüksək peşəkarlıq qısa müddətdə "AZVIRT" mmc-ni Azərbaycanın ən etibarlı şirkətlərindən birinə çevirib

Müəllif:

15.02.2011

Yəqin,  çox az adam razılaşmaz ki, Azərbaycan, demək olar ki, bir neçə il ərzində dünyanın ən inkişaf etmiş ölkələrinin həsədlə baxacağı infrastruktur inkişaf yolu keçib. Son üç-beş il ərzində, demək olar ki, hər ay mövcud nəqliyyat, kommunikasiya, şəhər və region, məişət infrastrukturunun yeniləndirilməsi və yaxşılaşdırılması üzrə iri obyektlər açılır. 

Dövlətin bu prosesə böyük önəm verdiyini göstərən fakt kimi, Prezident İlham  Əliyevin bu layihələrin hər birinin istismara açılması mərasimində şəxsən iştirak etdiyini göstərmək olar ki, bu da inşaatçıları daha da məsuliyyətli olmağa ruhlandırır. 

Yeri gəlmişkən, bu layihələrdə  əsas məqsəd  əhalinin həyat  və məişətinin rahatlığının yaxşılaşdırılması və yüksəldilməsi olsa da, çox sayda əlavə müsbət effektləri də var; onların sırasında yeni iş yerlərinin açılmasını, ölkənin turizm cəlbediciliyinin yüksəlməsini, orta və iri sahibkarlığın inkişafını göstərmək olar. 

Sonuncu bəndə toxunarkən bildirməliyik ki, infrastruktur obyektlərinin yenidən qurulması və ya tikintisi üzrə sifarişlər, buna maliyyə, əsasən, dövlət tərəfindən verilsə də, layihələrin birbaşa podratçıları və subpodratçıları özəl bölmə müəssisələri olur ki, bu da onların inkişafına və böyüməsinə gətirir. 

Deyilənlərin ən uğurlu örnəklərindən biri kimi, dövlət sifarişi əsasında gerçəkləşdirilən önəmli nəqliyyat infrastrukturu layihələri üzrə yetərincə  uğurlu iş təcrübəsinə malik  "AzVirt" MMC-ni göstərmək olar. 

 

Regionların inkişafına töhfə 

Öncədən qeyd edək ki, "AzVirt" MMC şirkəti öz fəaliyyət sahəsində bütün xidmətlər spektrini təklif edir - bu, avtomobil yollarının, körpü və hava limanlarının  tikintisisi və yenidən qurulması, yol-tikintiti materiallarının istehsalı, layihələndirmə işləri və s.-dir. 

Fəaliyyətinin ilk günlərindən müasir texnologiyaların istifadəsi və əldə edilmiş təcrübə  hesabına, həmçinin, "AzVirt" MMC-in yüksək peşəkarlığının yardımı ilə şirkət qısa müddətdə ölkənin ən etibarlı qurumlarından birinə çevrilib. Bununla yanaşı, elmi-nəzəri təfəkkürə və MMC-nin fəaliyyəti sahəsində praktiki vərdişlərə malik yüksək ixtisaslı kadr potensialının olması da burada az rol oynamayıb. Yeri gəlmişkən, birinci amil şirkətə elmi-praktiki araşdırmalar aparmağa imkan verir ki, bunun da nəticəsində müxtəlif qabaqcıl texnologiyalar tətbiq edilir. 

Beləliklə, məhz  "AzVirt" MMC  Azərbaycanda bu gün qırmadaş mastikalı və polimerli asfaltbeton qarışığını istifadə edən ilk və yeganə müəssisədir. İstehsal edilən asfalt betonunun tərkibinə aktivləşdirilmiş mineral tozlar qatılır.  Şirkətin icraçı-direktoru Kamil Əliyevin sözlərinə görə, yol tikintisində MMC geodeziyadan və layihələndirmədən başlayaraq, tikintiyə və istismara verilməsinə qədər işin bütün mərhələlərini yerinə yetirdiynə görə, "AzVirt" MMC-in başqa müəssisələrlə də səmərəli əməkdaşlığına imkan verir ki, bu da işin keyfiyyətinin yüksəlməsinə və layihənin  vaxtında bitirilməsinə təsir göstərir. 

Şirkətin bu və ya başqa layihəyə cəlb edilmiş işçilərin qarşısında qoyduğu əsas tələb məhz yüksək keyfiyyətdir. Başqa sözlə, "AzVirt" MMC dünyada qəbul edilmiş bütün normalara əməl edir. MMC ekspertlərinin fikrincə, alman, Amerika və MDB keyfiyyət standartlarının  normaları bir-birindən o qədər də fərqlənmir, buna görə də, prinsipcə, onların hamısına cavab vermək elə də çətin deyil. Tikilən yollar boyunca yaradılan yeni infrastrukturlar, drenaj sistemləri də, çəkilən kommunikasiyalar da  bütün tikinti normalarına uyğun şəkildə həyata keçirilir. Qeyd edək ki, "AzVirt" MMC 2008-ci ildə  beynəlxalq ISO 9001:2000 standartlarının qeydiyyat sertifikatını əldə edib. 

Öncə  deyildiyi kimi, bütün bunların hesabına sözügedən şirkətə artıq 10 ildən çoxdur ki, respublika miqyasında iri və məsuliyyətli layihələrin gerçəkləşdirilməsi tapşırılır. Belə ki, “2004-2008-ci illərdə regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı” çərçivəsində  "AzVirt" MMC tərəfindən Gəncə Hava Limanının uçuş-eniş zolağının, perronunun, yönəldici yollarının bərpası üzrə işlər, həmçinin Gəncə-Qazax yolundan hava limanına kimi asfalt beton yolunun çəkilməsi həyata keçirilib. 

Şirkətin «hava limanı» layihələri sırasında Zabratda "Azalhelikopter" aviaşirkətinin  uçuş meydançasının 2007-ci ildə başa çatdırılmış tam yenidən qurulma layihəsini göstərmək olar. Bir il sonra isə Lənkəran hava limanında aerodrom, yük terminalı, vağzalyanı meydan və yönəltmə yolları istismara verilib. Demək olar ki, eyni vaxtda Zaqatala hava limanının uçuş-eniş zolağının təmiri və bərpası üzrə işlər də başa çatdırılıb. 

 

Yollar, körpülər, qovşaqlar

Şəksiz ki, bütün bu layihələr regionların infrastrukturunun inkişafı üzrə ümumi proqramına önəmli töhfələr verib. Amma "AzVirt" MMC-in fəaliyyəti, əlbəttə ki, bununla məhdudlaşmır, şirkətin həm də Bakıda paytaxtın nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə görülən işlər çərçivəsində önəmli layihələrin gerçəkləşdirilməsi üzrə yetərincə təcrübəsi var. MMC müasir yolların və yol qurğularının, körpülərin, yeraltı və yerüstü piyada keçidlərinin tikintisi üzrə işlərdə də iştirak edib. 

Bunun parlaq nümunəsi kimi Əzizbəyov dairəsindən Heydər Əliyev Hava Limanına qədər olan avtomobil yolunun yenidənqurulması və genişləndirilməsi layihəsini göstərmək olar, məqsəd bu istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin rahat və təhlükəsiz irərliləməsini təmin etmək idi. 

Bununla yanaşı, 8-12 zolaqlı yolun 4 zolağı sürətli hərəkət üçün ayrılıb. Layihəyə görə,  yaşayış məntəqələri ərazisində nəqliyyatın rahat hərəkəti üçün Əzizbəyov dairəsindən Sabunçu dairəsinə qədər uzunluğu 12,2 km olan  8 zolaqlı yol tikilib. Yol hərəkətinin tənzimlənməsi çərçivəsində üç yol qovşağı, körpü, yeraltı tunel, altı yerüstü və bir yeraltı piyada keçidi tikilib, yoldan yağış və qrunt sularının kənarlaşdırılması üçün tədbirlər görülüb. 

Bildirmək gərəkdir ki, bu yaxınlarda Prezident İlham Əliyevin iştirakı ilə ölkənin nəqliyyat sisteminin təkminləşdirilməsi üzrə 2008-2013-cü illərdə nəzərdə tutulmuş əlavə tədbirlər planı çərçivəsində "AzVirt" MMC tərəfindən tikilmiş bir sıra çox önəmli obyektlərin açılışı  gerçəkləşdirilib. 

K. Əliyevin sözlərinə görə, şirkətə 19 kilometrlik Heydər Əliyev Hava Limanı - Bilgəh qəsəbəsi avtomobil yolunun və 14 kilometrlik Bilgəh - Novxanı - Sumqayıt yolunun birinci hissəsinin yenidən qurulması da tapşırılıb və bu istiqamətlərdə işlər, demək olar ki, 65-70% başa çatdırılıb. 

İstismara verilmiş obyektlər sırasında hava limanı yol qovşağını göstərmək olar. Bu qovşaq «yonca yarpağı» tipinə aid edilir.  Böyük önəm daşıyan bu qovşaq Zığ - Hava Limanı və Bakı şəhəri - Mərdəkan qəsəbəsi istiqamətlərində avtomobillərin hərəkətinin tamamilə təhlükəsiz və maneəsiz tənzimlənməsini  həyata keçirir. Qeyd edək ki, tikintisinə ötən ilin mayında başlanmış körpüdə inşaat işləri ən yüksək keyfiyyət normları ilə gerçəkləşdirilib. İstismara verilmiş yeni qovşağın yollarının ümumi uzunluğu 6757 m.-dir. 

İkiistiqamətli və dörd aşırımı olan körpünün uzunluğu 127 m, eni isə 39,8 m.-dir. Körpünün konstruksiyası gərginləşdirilmiş dəmir betonundan ibarətdir. Burada həmçinin uzunluğu 8,8 km olan müasir drenaj sistemi çəkilib. Körpü 9 bal gücündə zəlzələyə davamlıdır və istismar müddəti 100 ilə hesablanıb. 

Bununla yanaşı, bu layihə çərçivəsində "AzVirt" MMC daha bir çox önəmli obyekt - hava limanı - Zuğulba qəsəbəsi istiqamətində yol tikib. Burada polad aşırımlı asma körpü inşa edilib, onun da istismar müddəti 100 ilə hesablanıb. Bu körpü həm də piyada körpüsü rolunu oynayır. Daha əvvəl isə bu avtomobil yolunda nəqliyyatın intensiv hərəkəti piyadaların da təhlükəsiz hərəkətinə mane olurdu. Bu körpüdə keçidin olması real təhlükəni aradan qaldırmış oldu. 

Burada yolun hər iki istiqəmətində piyadalar üçün pilləkənlər quraşdırılıb, körpünün hər iki tərəfində eni 4 m olan piyada yolu tikilib. Bu qovşaq nəqliyyat vasitələrinin Binə qəsəbəsindən Bakıya və Mərdəkana hərəkətinin maneəsiz tənzimlənməsində önəmli rol oynayır. 

Görülən işlərin keyfiyyətinə gəldikdə, bu məsələ ilə bağlı ən yaxşı fikir Prezident İlham Əliyevə məxsusdur: "Azərbaycanda artıq bütün işlərdə, o cümlədən körpü və yolların tikintisində ən müasir texnologiyalardan itstifadə edilir. Bu körpü dünyanın ən inkişaf etmiş ölkələrinin şəhərlərində tikilmiş körpülərdən heç də geri qalmır, bəlkə də onlardan üstündür, çünki burada ən qabaqcıl, yeni texnologiyalardan istifadə edilir". 

Öncə qeyd edildiyi kimi, "AzVirt" MMC göstərilən proqram çərçivəsində yol layihələri üzərində işləməyə davam edir və növbədə Heydər Əliyev Beynəxalq Hava Limanından Bilgəh qəsəbəsinə qədər çəkilən yolun istismara  verilməsidir. Burada tikinti eyni anda bir neçə obyektdə aparılır, işin tam başa çatması isə bu ilin sonuna qədər planlaşdırılır. 

Beləliklə, şirkət nəqliyyat vasitələrinin rahat hərəkəti, əhalinin rahatlığı, həmçinin paytaxt ətrafının xarici görkəminin yaxşılaşdırılması üçün nəzərdə tutulmuş daha bir neçə önəmli layihəyə imza atacaq. Yekunda bir daha Azərbaycan şirkətlərinin bu cür iri layihələrdə iştirakını yüksək qiymətləndirən İlham Əliyevin sözləri yerinə düşərdi: «Azərbaycanda bu sahədə çox güclü və müasir şirkətlər artıq var. Deməli, vəsaitlər Azərbaycanda qalır, bizim insanlar işlə təmin edilir, ölkəmiz inkişaf edir».



MƏSLƏHƏT GÖR:

391