Müəllif:
Ev şəraiti hər şeydən öncə komfortdur. Rahat mənzil ev sahiblərinin göstərdiyi səylərin nəticəsidir. Axı çox vaxt interyerin xarici görkəmi yalnız mənzilin planından və mebellərin düzülüşündən deyil, həm də evin dekorativ tərtibatından, işıqlanmadan və rəng çalarlarından asılıdır. Hər kəs interyer detallarını öz zövqünə uyğun şəkildə seçir, amma unutmaq lazım deyil ki, hər şey harmonik şəkildə uyğun gəlməlidir.
Üzlüklər, qardinalar və pərdələr bəzəyin önəmli elementləridir, mənzili uzadır və genişləndirir, həmçinin onu xeyli rahat edir. Önəmlisi odur ki, pərdə və üzlüklər mənzilin bütün elementlərini bitkin bir tamda birləşdirsin və bu məsələdə yalnız zövqə bel bağlamaq düzgün olmazdı; ən doğrusu, peşəkar dizaynerlərin məsləhətinə qulaq asmaq olardı. Təkcə yaxşı planlaşdırılmış mənzil sahəsində deyil, həm də iş sahəsində də elit parçalar olmalıdır. Onlar əhvalı qaldırır, məkanı isti və rahat edir.
Eksklüziv parçalar xüsusi diqqətəlayiqdir, çünki onlar təkcə keyfiyyətli material olmaqla qalmır, həm də interyerə əlavə, sözün birbaşa mənasında orijinallıq vasitəsidir. Müxtəlif aksessuarların və elit parçalardan olan pərdələrin uzlaşdırılması məkana bitkinlik, düşüncəlilik effekti verir. Onlar daim diqqət mərkəzində olur; biz tez-tez küçəyə baxırıq, otağa giririk və çıxırıq. Qapı və pəncərə keçidlərinin bu cür funksionallığı bütünlükdə interyerin əhvalını müəyyənləşdirmək üçün onlara hüquq verir. Buna görə də dizayn layihələrinin yaradılması zamanı, ilk növbədə, gələcək portyer, qardina və pərdələrin detallarını düşünmək gərəkdir. Sizin eviniz üçün elit pərdələrin seçilməsi doğru qərardır!
"Pierre Cardin - Home Collection"in Bakı "showroom"u ev tekstili istehsalı sahəsində aparıcı olan Avropa şirkətlərinin, "Drapilux", "Cordima", "ADO", "Heco", "Konforma" və məxsusən "Pierre Cardin" kimi brendlərin geniş çeşiddə üzlük və pərdələrini təklif edir. Geniş rəng spektri və stilli rəsm nümunələri müxtəlif tərtibat imkanları yaradır və istənilən məkanın uğurlu esttetikasına şərait formalaşdırır. Ən yaxşı individual ideyaların ifadəsi üçün "Pierre Cardin - Home Collection" "showroom"unda üzlük və pərdələr üçün parça seçimi gözgəzdirmənin ilk mərhələsindən yekun seçimə qədər hər bir məkanın xüsusiyyətlərinə riayət etməklə inkişaf etdirilir. "Pierre Cardin - Home Collection" "showroom"unun dizaynerlərinin xüsusi zövq araşdırmalarının və yaradıcı ideyalarının nəticəsində interyer üçün qardinalar və pərdələr seçilir ki, bu da doğru istiqamət və üslub yaradır.
Qeyd etmək lazımdır ki, "show-room"da təqdim edilən brendlərin pərdələrinin istehsalında yüksək peşəkarlıq və ilkin materialdan başlayaraq hazır məhsula qədər standartlara riayət edilməsi yüksək keyfiyyət və uzun yararlılıq müddəti təmin edir.
Məsələn, "showroom"da təqdim edilən parçaların odadavamlılıq kimi keyfiyyətini xüsusi qeyd etmək yerinə düşər. "Pierre Cardin" dünya üzrə dekorativ parçaların aparıcı istehsalçılarındandır, odda yanmayan "Trevira CS" saplarından parçalar, həmçinin ictimai binalar və mənzillər üçün üzlük parçaları istehsalçıları bazarında liderdir.
"Pierre Cardin"in Bakı "showroom"unda deyirlər: "İstər otel, restoran, kinoteatr, teatr və ya sərnişin layneri olsun, hər bir obyekt individualdır. Hər bir obyekt üçün "Pierre Cardin"in həlli var. Özü də xüsusiyyət ardıcıllığı sərhədsizdir".
"Pierre Cardin flammstop" 100% "Trevira CS" saplarından istehsal edilmiş "Drapilux" markalı parçalarından ibarətdir. Onlar heç vaxt alışmırlar. Başqa sözlə, onlar zəif yanır və yanmanı dəstəkləmirlər. Ev tekstilinin başqa kateqoriyası "Pierre Cardin air"dir. Bu parçalara eksklüziv hüquqlar yalnız "Pierre Cardin"ə məxsusdur. Onlar katalik reaksiya yolu ilə zərərli maddələri, tütün qoxusunu və başqa qoxuları parçalayır və məhv edirlər. Katalitik reaksiya mənbəyinin özü isə heç bir təsirə məruz qalmır - bu, otel və restoranlar üçün çox önəmli arqumentdir!
"Pierre Cardin bioaktiv" isə bakteriyaları məhv edən və onların yayılmasına mane olan parçalardır. Uşaq müəssisələri, "spa"lar, xəstəxanalar və sanatoriyalar üçün bu cür parçaların sadəcə əvəzi yoxdur. "Pierre Cardin akustik" parçalarına gəldikdə isə onlar səsin udulması baxımından dəqiq və spesifik xüsusiyyətə malikdir. "Pierre Cardin"in Bakı "showroom"unda təqdim edilən bütün bu ecazkar xüsusiyyətlərinə əmin olmaq üçün hər bir müştəriyə ev tekstilinin bütün növləri üzrə laboratoriya araşdırmaları, həmçinin səs tutuculuq üzrə göstəricilər də təqdim edilə bilər.
Bütün bunlar Bakıda "Pierre Cardin" markasını təmsil edən "showroom"un rəssamlarının və peşəkar əməkdaşlarının xüsusi təklifləridir. Məhz burada evə, mənzilə, restorana dəbdəbəli interyer şəklində etibarlı yatırım etməyə yardımçı olarlar; etibarlı yatırım isə "Pierre Cardin - Home Collection" "showroom"u Azərbaycanda təmsil etdiyi brendin etibarı ilə müəyyən edilir.
MƏSLƏHƏT GÖR: