14 Mart 2025

Cümə, 21:39

BÖYÜK AZƏRBAYCANLILAR

Dünya Azərbaycanlılarının Həmrəylik Günündə biz ölkəmizi onun sərhədlərindən çox-çox uzaqlarda şöhrətləndirən böyük övladlarımızın adlarını xatırlayırıq

Müəllif:

01.01.2011

Dekabrın 31-də yalnız Yeni il deyil, həm də Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunur. 1989-cu ildən 1990-cı ilə keçən Yeni il gecəsində Naxçıvan Muxtar Respublikasında yaşayan minlərlə azərbaycanlı kortəbii şəkildə qonşu İran ərazisinə axışaraq, Yeni ili orada yaşayan etnik qardaşlarımızla bayram etmək istəyiblər. Həmin vaxtdan dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi bayram edilir və bu, sadəcə rəmzi məsələ deyil. Dünya üzrə bizim dövlətdən kənarda - İran, Türkiyə, MDB məkanı, Almaniya, Fransa, Böyük Britaniya, Skandinaviya ölkələrində; ABŞ-da, Yaxın Şərq ölkələrində 50 milyondan çox azərbaycanlı yaşayır. 

2000-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyev çıxış edərək, yeni yüzilliyin ilk üç ilində dünya azərbaycanlılarının konqresini keçirməyə çağırdı. Bu layihə yeni XXI yüzilliyə və III minilliyə keçidin bayram edilməsi üzrə ümumi prezident planına salınmışdı. Heydər Əliyev bütün azərbaycanlıları müstəqil Azərbaycanın ətrafında birləşməyə, onun sabitliyi və çiçəklənməsi üzrə mümkün hər şeyi etməyə səsləmişdi. 

21 il əvvəl sovet-İran sərhədinin Azərbaycan hissəsində tikanlı məftilləri saxlayan dirəklərin kortəbii şəkildə sökülməsi başlayanda, o dövrün müxalifət mətbuatı bu hadisələri Berlin divarının uçurulması ilə eyniləşdirmişdi. Amma məhz həmin gün Arazın hər iki tərəfində yaşayan azərbaycanlıların qardaşlaşması Moskvaya güc vasitəsilə müdaxilə  etməyə bəhanə  verdi. Elə həmin gün, 1989-cu il dekabrın 31-də İstanbulda tarixdə ilk dəfə olaraq Dünya Azərbaycanlıları Konqresi öz işinə başladı. Bu hadisəyə o vaxt rəsmi təbliğat tərəfindən, demək olar ki, reaksiya verilmədi və yalnız müxalifət mətbuatı tərəfindən işıqlandırıldı. Ancaq məhz bu iki hadisə sonradan dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü  elan edilməsinə  səbəb oldu. 

Ona görə də  bu gün bizləri daha çox birləşdirən dəyərlər barədə düşünməyə; köklərimizi, ölkəmizi onun  sərhədlərindən çox-çox uzaqlarda şöhrətləndirmiş, əsl tarix yazan soydaşlarımızı xatırlamağa borcluyuq. İstedadlı Azərbaycan xalqının böyüklüyünü vurğulamaq üçün Azərbaycan mədəniyyətinin və elminin inkişafına əvəzsiz, ölçüyəsığmaz əmək vermiş bir neçə böyük adamın adını sadalamaq yetərlidir. Şəksiz, bir məqalədə bütün adları yada salmaq mümkün deyil, amma biz heç olmasa, Azərbaycanı bütün dünyada tanıtmış insanları xatırlatmağa cəhd edəcəyik. 



MƏSLƏHƏT GÖR:

594