25 Dekabr 2024

Çərşənbə, 18:05

SAHİL - SƏNİN HƏMİŞƏ QAYIDA BİLƏCƏYİN YERDİR

Azərbaycan və Ukrayna arasında mədəni mübadilə çərçivəsində "Sahil" art-layihəsinin təqdimatı olub

Müəllif:

25.12.2014

Sahil - dünyaya gəldiyi və böyüdüyü, qanadlanıb arzu arxasınca uçduğu yerdir, bu, həyatın fəlsəfəsi və mənəvi inkişafıdır. Sahil - sənin həmişə qayıda biləcəyin yerdir. Doğma torpaq və ata evi səni həmişə gözləyir. "Sahil" art-layihəsinin ekspozisiyası Pyotr Bevza, Pyotr Lebedinsin, Konstantin Pavlişinin və Kiyevin rəssam-zərgərlərinin müəllif işləri ilə təqdim olunub. Sərginin kuratoru Yuliya Nujina "R+"a bunları dedi:

"Sahil" sərgisinin yaradılması ideyası bizim rəssamların zərgərlik bəzək əşyalarının nümayişi zamanı yaranıb. İş orasındadır ki, qiymətli metallarla yanaşı, rəssamlar Dnepr çayının qumundan da (hər bir qum zərrənin diametri 0,7 mm!) istifadə ediblər. Onu təbii material kimi götürür, ələyir, zərgərlik məhsulunun görünüşünü verir və bəzəklərin yaradılması üçün istifadə edirlər. Qum isə - doğma torpağın bir hissəsidir, sənin dünyaya gəldiyin sahilin hissəsidirsə, ekspozisiya daha maraqlı olar, əgər rəssamlıq onun tərkib hissəsi olarsa.

 

"Zəvvar"

Müəllif - Pyotr Bevza. Bu ad altında olan dörd iş insan həyatının müxtəlif dövrlərini əks etdirir. Zəvvar, səyyah, səyahətçi: qarşımızdakı kimdir? Yeni təəssüratlar, yoxsa öz-özünü axtaran insan? Çox güman ki, elə hər ikisi. Biz görürük ki, zərif insan fiquru ətrafında rənglər necə dəyişilir. Gündən-günə. İldən-ilə. Amma onun özü dəyişilirmi?

 

 "Lavra"

Sarı rəngin nəslindən olan günəşin şəfəqində, anfiladaların fonunda Lavraya gələn balaca qız dayanır. Qız Tanrının yanına gəlib. O, elə balacadır ki, Xeyr ilə Şərin fərqini çətin anlayır. O, sadəcə işığa tərəf əl uzadır. Və işıq onu işıqlandırır, sanki, gələcəkdə xoşbəxt həyat üçün xeyir-dua verir ona.

 

Egleofsky - 1, 2, 3

Müəllif - Konstantin Pavlişin. Xatirələrin sahili, kiçik vətən, cızılmış qanadları arasında toran səmanın mavisi görünən dəyirmanın çevrələri ilə qaralmış böyük dünyanın uşaq hissiyyatları. Hamımız sanki uşaqlıq dövründəyik. Və ancaq rəssamın emosional yaddaşı nəhəng dünya obrazını uşaq gözü ilə bərk saxlaya bilərdi. Ağacların böyük, bizim isə balaca olduğumuz dövr ürəkdə həmişə silinməz iz saxlayır. Həmin iz ki uşağın dünya və özü ilə əlaqələrini çox vaxt müəyyənləşdirir.

 

"Refleksiya"

Müəllif - Pyotr Lebedines. Rəssamın üç işi müxtəlif adlar altında nümayiş olunub. Lakin onların təcəssümü bir anlayışa sığınır - "Refleksiya"ya. Latın dilindən rus dilinə gələn söz və hərfi mənası "geriyə müraciət" deməkdir. Əslində isə rəssam diqqətlə öz hisslərinə fikir verir. Vaxt kontekstində hiss və öz-özünə baxışlarla, şəxsi şüurun saxlanılması və işi ilə bağlı olanları. Şəxsiyyət strukturu, şüuru, mənimsəmə, emosional reaksiya və rəssamın şüuru, qəlbi daxilində və onun ətrafında baş verən hər şeyin cismani qiymətləndirilməsi. Rəssamın rəng qammasında - hiss fenomenlərinin parçalanmamış axınıdır. Onları dayanıqlı elementlər strukturunda birləşdirməklə, bizi diqqətimizi cəmləməyə məcbur edir.

 

Zərgərlik sənəti

Ekspozisiyaya əsas şarmı zərgərlik məmulatlarını yaradan Kiyev rəssamlarının işi bəxş edir. Qaşlı üzüklər, qolbaqlar, asmalar, sırğalar - bunlar analoqu olmayan müəllif işləridir. "Faberje ordeni" mükafatına layiq görülən işlər. Bu təşkilatı Ukraynada məşhur Faberjenin nəvəsi Tatyana yaradıb. Onun məqsədi - MDB məkanında yaxşıların yaxşılarını seçmək və ordenlə təltif etməklə, onların nailiyyətlərini göstərməkdir. Məlumdur ki, Faberje uzun müddətdir, Ukraynada yaşayıb və işləyib, onun incəsənət ideyalarının həyata keçirilməsində çoxlu ukraynalı çalışıb. Nəzərə alsaq ki, qızılla iş ukraynalılar üçün ənənəvi deyil, müasir mərhələdə incəsənətin bu növünə rəssamlar xüsusi diqqət ayırırlar. Azərbaycan, zərgərlik sənətinin qədim tarixinə malik bir ölkə olaraq bu sənəti sadəcə tətbiqi incəsənət kimi nəzərdən keçirmək istəməyən Ukrayna rəssamlarının xüsusi diqqətini cəlb edir.

"Bu yaxınlarda Ukrayna arxeoloqları Tripolye rayonu yaxınlığında, üzərində slavyanların mədəniyyət ənənələrinə xas olmayan, çoxlu simvollu qadın bəzək əşyaları aşkarlayıblar. Belə bir fərziyyə var ki, onlar bizə Odlar yurdundan gəlib. Bu da Azərbaycanda olmaq üçün daha bir xoş səbəbdir. Qədim rəssamlar tərəfindən öz məmulatları üzərində qoyulan simvollar və işarələr böyük məmnuniyyətlə bizim müasir rəssamlar və onların ustaları tərəfindən istifadə edilir", - deyə Yuliya Nujina deyib.

 

"Kolumbun Amerikanı kəşf etməsi"

Qaşlı üzük. Qızıl. Qiymətli daşlar. İnkaları, konkistadorları, saysız qızıllar və qiymətli daşları xatırladır. Hələ onun estetik nöqteyi-nəzərdən gözqamaşdırıcı olduğunu demirik.

 

"Leonardo"

Meteorit daşın kiçik parçası üzərində icra olunmuş gözəl üzük (qaşlı). Qızıl ilə Leonardo da Vinçi və onun əlinin qızılı kəsim xətti çəkilib. Rəngi heç vaxt solmayan klassik incəsənət rəmzi kimi. Və yeni formalar, ideyaların sonsuz axtarışlarında olanlara xeyir-dua kimi. 

 

Necklace

Asma bəzək. Qızıl, brilyant. Günəşin qədim simvolu. Qızıl lövhələr arasında işlənmiş rəsmlər ehtimal edilir ki, Azərbaycanın bütpərəstlik dövrlərinə və insanların Ahura Mazda tanrısına inandıqları zamana aid edilir. Mərkəzdə xırda səpintilər - qızılla örtülmüş Dnepr qumu da var.

 

Pendant

Asma bəzək. Qızıl, brilyantlar. Qızıl suyuna salınmış qum. Tripolidə qazıntılar zamanı aşkar edilmiş və bizi Ahura Mazda zamanına aparan rəsmlər. 

"Ümid edirik, sərgi diqqət çəkdi, həmçinin mütəxəssislər də. Mədəniyyətlərimizdə ümumi köklər tapmaq maraqlıdır. Biz Azərbaycana ilk dəfə gəlmişik. Bu qısa zamanda həm şəhərdən, həm də insanlardan xeyli müsbət emosiyalar ala bildik. Möhtəşəm gözəlliyə malik sahil kənarı! Gecə küçələr və evlər Parisi xatırladır. Bakı çox gözəl şəhərdir! Mən onu Şərqin Avropa paytaxtı kimi qəbul edirəm. Çox ümid bəsləyirəm ki, ölkələrimizin rəssamları arasında qarşılıqlı maraqlı yaradıcı layihələr yaranacaq", - deyə Y. Nujina qeyd edib.

Çox güman ki, bu sərgini təkcə rəssamlıqla deyil, həm də tətbiqi incəsənətlə məşğul olan çoxlu azərbaycanlı rəssam görə bildi. Yuliya Nujina və onun həmkarlarının tamamilə müstəqil və eyni hüquqla əsas incəsənətlə birgə öndə olmağa kifayət qədər layiqli olan incəsənəti.



MƏSLƏHƏT GÖR:

703