25 Dekabr 2024

Çərşənbə, 18:26

QİSMƏTDƏN QAÇMAQ OLMAZ

Hüquqşünas Təyyar Bayramov sevilən xanəndəyə necə çevrildi

Müəllif:

25.12.2014

Uşaq vax­tı hə­mi­şə si­lah­la gə­zib... Özünün tax­ta­dan ha­zır­la­dığı oy­un­caq si­lah­la. Ən bö­yük ar­zu­su qa­nun ke­şik­çi­si ol­maq, ci­nay­ət­kar­lıq­la müba­ri­zə apar­maq olub və ar­zu­su ger­çək­lə­şib. Təyyar Bay­ra­mov hüquq fakül­tə­si­ni bi­ti­rib və bir müddət məh­kə­mə or­qan­la­rın­da ça­lı­şıb.

Ancaq o, uşaq­lı­q­dan baş­qa bir is­te­da­dı ilə də fər­q­lə­nib və bu da tə­bi­i­dir. "Ağdam­da ana­dan ol­duğu­ma və ora­da böyüyüb boya-ba­şa çat­dığı­ma gö­rə, muğam ifa et­mək, gö­zəl sə­si ol­maq adi bir hal idi. Ora­da elə bir mühit var idi ki, bir də görürdün, qon­şu­da kim­sə ifa edir, muğam sə­si gə­lir", - dey­ir xa­nən­də.

Görünür, elə bu­na gö­rə­dir ki, xa­nən­də ol­mağı düşünməy­ən Təy­yar Bay­ra­mov qi­s­mət­dən yayı­na bil­məy­ib.

- Sizi Azərbaycanda ilk dəfə keçiri­lən te­le­vi­ziya muğam müsa­bi­qə­sin­dən ta­nı­mı­şıq. Bil­diy­i­mə gö­rə, müsa­bi­qəyə qə­dər baş­qa pe­şə sa­hi­bi idi­niz. Si­zi muğa­ma gə­ti­rən sə­bəb və sə­bəb­kar kim olub?

- Ümu­miyyət­lə, Qa­ra­bağda sə­si ol­may­an adam çox az-az olar. Mən də hə­min o uşaq­lar­dan idim ki, sə­sim var idi və hər­dən özüm üçün ifa edir­dim. Ata­mın da muğa­ma, mu­si­qiyə ma­rağı ol­duğun­dan, mə­ni tar sin­fi­nə qoy­du. Bir müddət keç­dik­dən so­nra fi­kir­ləş­dim ki, bu alə­tin ifa­çı­lığı­na ma­rağım yox­dur. Ona gö­rə də təh­si­li­mi ya­rı­m­çıq qoy­dum. Am­ma in­di çox peş­ma­nam ki, o vaxt gə­rək ta­rı öy­rə­nəy­dim. Çünki ta­rı bi­lən xa­nən­də hə­mi­şə bir ad­dım ön­də­dir. Əg­ər ta­rı öy­rən­səy­dim, in­di ye­ni mu­si­qi yaz­maq, ye­ni­lə­ri­ni ifa et­mək da­ha ra­hat olar­dı. İfa­çı­lıq haq­qın­da isə onu deyə bi­lə­rəm ki, elə ilk də­fə mək­tə­b­də­ki kon­ser­t­lər­də, təd­bir­lər­də ifa edir­dim. Müəl­li­mim ol­ma­dığı üçün elə öz eşit­dik­lə­ri­mi ifa edir­dim. Mək­təb müəl­lim­lə­rim də, mu­si­qi­dən ba­şı çı­xan in­san­lar da va­li­deyn­lə­ri­mə yax­şı sə­sim ol­duğu­nu dey­ir­di­lər.

Bir müddət­ so­nra Ba­kıya köç­dük. Am­ma Ba­kıya gə­lən­dən so­n­ra da pe­­şə­kar şə­kil­də muğam­la mə­ş­ğ­ul ol­maq, xa­nən­də­lik et­mək fi­k­rim yox idi. Yal­nız dost-ta­nış məc­lis­lə­rin­də özümçün ifa edir­dim.

Ar­tıq uni­ver­si­tet­də oxuy­ur­dum. Hər­dən uni­ver­si­tet təd­bir­lə­rin­də ifa edir­dim. Ey­nən mək­təb müəl­lim­lə­rim ki­mi, uni­ver­si­tet müəl­lim­lə­rim də yax­şı sə­si­min ol­duğu­nu və mən­dən yax­şı xa­nən­də olacağı­nı dey­ir­di­lər. Am­ma mə­nə bu, bir az qə­ri­bə gə­lir­di. Çə­ki­nir­dim, düşünürdüm ki, bu mə­nim xa­rak­te­ri­mə yad bir şey­dir ki, du­rum səh­nəyə çı­xım, mah­nı ifa edim. İd­man­la mə­şğ­ul olur­dum və bir hə­də­fim var idi - yax­şı qa­nun ke­şik­çi­si olacağam.

Am­ma gə­rək həy­at­da in­sa­na düzgün is­ti­qa­mət ve­rən ol­sun. O vaxt mə­nim is­ti­qa­mət ve­rə­nim yox idi. Bir gün anam və dayım Mən­sum İb­ra­him­lə görüşüb və mə­nim sə­sim ol­duğu haq­qın­da mə­lu­mat ve­rib­lər. So­nra­dan ana­mın tə­ki­di ilə Mən­sum müəl­li­min ya­nı­na gəl­dim və sə­si­mi din­lə­di. Və hə­qi­qə­tən də yax­şı sə­sim ol­duğu­nu de­di. Bir şeyi də qeyd edim ki, Mən­sum müəl­lim­dən öncə ta­nış­la­rım­dan bi­ri va­si­tə­si­lə baş­qa bir xa­nən­də ilə ta­nış ol­muş­dum. Am­ma o, bu yol­da is­ti­qa­mət ver­mək üçün müəyyən məb­ləğdə pul is­tə­di. Mən də düşündüm ki, ata­sız oğla­nam, elə bu yol­da xərc­­­­ləy­əcəy­i­mi ai­lə­mə xərclə­səm, da­ha tə­q­di­rə­lay­iq olar. Ona gö­rə də o vaxt bu is­ti­qa­mət­dən uzaq­laş­dım. Am­ma Mən­sum müəl­lim elə ab-ha­va ya­rat­dı ki, bir də on­da ayıl­dım ki, ar­tıq Asəf Zey­nal­lı adı­na Mu­si­qi Kol­lecin­də oxuy­u­ram. Elə o vaxt­dan da muğam dərya­sı­na səy­a­hə­tim baş­la­dı.

Kol­lecdə dər­sə sentya­b­rın 1-dən baş­la­mağı­ma bax­may­a­raq, ar­tıq ayın 11-də Mən­sum müəl­lim baş­qa tə­lə­bə­lə­ri ilə bi­rgə mə­ni də ilk də­fə te­le­vi­ziya ve­ri­liş­lə­rin­dən bi­ri­nə çı­xart­dı. Bu çı­xış­dan so­nra, Ope­ra və Ba­let Te­a­t­rı­nın rəh­bər iş­çi­lə­ri­nin də ol­duğu bir təd­bi­rə qa­tıl­dım. Ora­da ifa et­dik­dən so­nra, on­lar da mə­ni ope­raya də­vət et­di­lər və sı­naq müddə­ti ki­mi "Ley­li və Məcnun" ta­ma­şa­sın­da İb­ni Sa­lam ro­lu­nu ver­di­lər. Bun­dan so­nra isə günlə­rin bi­rin­də te­le­vi­ziy­a­da muğam müsa­bi­qə­si­nin ke­çi­ri­ləcəy­i­ni eşit­dim. Sə­nəd­lə­ri­mi ver­dim və qi­s­mət be­lə gə­tir­di ki, ilk ola­raq iy­ir­mi­liyə qə­bul olun­dum. Bu yol­la ar­tıq bir də gördüm ki, müsa­bi­qə­nin qa­li­biy­əm.

- 2005-ci il­də müsa­bi­qə qa­li­bi ol­du­nuz. 2006-cı il­də isə ar­tıq "Şah İs­mayıl" ope­ra­sın­da baş rol ifa­çı­sı idi­niz. Bu tək­lif necə ol­du və bu ifa­nı­za qoca­man xa­nən­də­lər­dən nə re­ak­siya gəl­di?

- Tə­bii ki, bir­dən-bi­rə baş ro­lu heç ki­mə hə­va­lə et­məz­di­lər. İlk ola­raq yox­la­dı­lar, qeyd et­diy­im ki­mi, sı­naq müddə­ti ver­di­lər. Am­ma elə ilk də­fə­dən de­miş­di­lər ki, bu ifa­çı­da yax­şı Şah İs­mayıl sə­si var. Ope­ra səh­nə­sin­də aktyor­luq da mühüm rol oy­na­dığı­na gö­rə, səs hər şeyi həll et­mir­di, bütün bu key­fiyyət­lər də tə­ləb olu­nur­du. Bir müd­dət so­nra bu ro­lu ifa et­dim. Bu gü­nə ki­mi də bu səh­nə­də bu ro­lu tək ifa edi­rəm. Hər­çənd, iki də­fə sə­nət do­stum Sə­bu­hi İbay­ev bu ro­lu ifa edib.

O ki qal­dı qoca­man sə­nət­kar­la­ra, mən hə­mi­şə müsbət fi­kir­lər eşit­mi­şəm. Bil­mi­rəm, muğa­mın ali­liy­in­dən­mi irə­li gə­lir, ya nə­dən, bu is­ti­qa­mət­də hə­mi­şə də­s­tək və ruh­lan­dı­rıcı söz­lər eşit­mi­şəm.

Düşünürəm ki, döv­lə­ti­mi­zin us­tad sə­nət­kar­la­ra gö­s­tər­diyi qayğı­nın nə­ticə­si­dir ki, on­lar da bi­zə qayğı ilə ya­na­şır­lar. On­lar bu yo­la min cür əzab­la da­vam edib­lər, çə­tin­lik­lər­dən ke­çib­lər. Am­ma biz döv­lə­ti­mi­zin və şəx­sən Hey­dər Əliy­ev Fon­du­nun rəh­bə­ri Meh­ri­ban xa­nım Əliy­e­va­nın qayğı­sı ilə da­ha ra­hat yol­lar­la ad­dım­la­mı­şıq. Hər­çənd, in­sa­nın özündən də çox şey ası­lı­dır. Əg­ər bi­zə be­lə şə­ra­it ya­ra­dı­lıb­sa, gə­­rək so­nra­dan da öz yo­lu­muz­dan dön­­məy­ək.

- Oper­dan da­nış­mış­kən, "Məc­nun" ol­maq is­tə­mə­mi­si­niz?

- Bi­lir­si­niz, bu axı bu bir plan, öh­də­lik dey­il ki, mütləq bu­nu oy­na­ma­lı­san. Özümə gəl­dik­də isə ilk ola­­­raq mə­nim fi­zio­lo­ji qu­ru­lu­şum Məc­nun ol­mağa ica­zə ver­mir. Məc­nun gə­rək arıq ola. Bir tə­rəf­dən isə sə­si­min xa­rak­te­rin­də də Məcnun­luq yox­dur. Mən özümü elə Şah İs­mayıl ola­raq görürəm. İl­lər ke­çər, bəl­kə də ola bi­lər. Am­ma mə­­nim yax­şı ana­liz et­mək baca­rığım var. Hər ifa­çı hər ürəy­in­dən ke­çə­ni ifa edə bil­məz. Gə­rək o ifa sə­sə yat­sın.

- Bil­diy­im qə­dər öz tə­lə­bə­lə­ri­niz də te­le­vi­ziya muğam müsa­bi­qə­sin­də iş­ti­rak edib­lər. Özü bu yo­lu ke­ç­miş bir müəl­lim ki­mi, on­la­ra ilk və sütun məs­lə­hə­ti­niz nə olub?

- Qeyd edim ki, 2005-ci il­dən ar­tıq müəl­lim­lik fə­a­liyyə­ti­nə baş­la­mış­dım. Və 2006-cı il­də bu müsa­bi­qə­də tə­lə­bə­lə­rim var idi. On­la­ra ilk məs­lə­hə­tim, de­diy­i­niz ki­mi, sütün məs­lə­hə­tim, əziyyət çək­mə­lə­ri la­zım ol­duğu olub. Xa­nən­də gə­rək əziyyət çək­sin, öy­rən­sin. Bil­mə­diyi ilə ma­raq­lan­sın, ax­ta­rış­da ol­sun. Elə tə­lə­bə var ki, din­lə­dik­lə­rin­dən ar­tıq ba­za­sı var. Onun­la iş­lə­mək ra­hat­dır. Elə­si də var, gə­rək ona hər xır­da­lığı ba­şa sa­la­san. Bax, bu, bir az çə­tin olur. Çünki öy­rət­diy­in hə­lə onun üçün yad­dır. Elə tə­lə­bə var ki, yal­nız üçüncü kur­sdan so­nra oxu­mağa baş­layır. Mən də on­la­ra dey­i­rəm ki, nə qə­dər şan­sı­nız var­sa, onu dəy­ər­lən­di­rin. Çünki özüm də us­ta­dı­mın mə­nə öy­rət­dik­lə­ri­ni öy­rə­di­rəm. Elə tə­lə­bə­lə­rim olur, on­lar­la psi­xo­lo­ji söh­bət­lər apa­rı­ram ki, öz sə­si­ni dəy­ər­lən­di­rə bil­mə­si üçün da­im ax­ta­rış apar­ma­sı­nın onun üçün fay­da­lı olacağı­nı bil­sin, üzə­rin­də iş­lə­sin.

- Ümid­ve­rici tə­lə­bə­lə­rim var. Əsa­sı, əzmkar ol­ma­q­dır.

- Bir müddət ha­mı­nın di­lin­də Mil­li Kon­ser­va­to­riy­a­nın açı­lı­şın­da Xalq Ar­ti­s­ti Alim Qa­sı­mo­vun ifa­nı­za olan müda­xi­lə­si ol­du. Özünüz bu­nu necə qə­bul elə­di­niz?

- Alim Qa­sı­mov Azər­baycan mu­ğa­mı­nı dünya­da ta­nı­dan böyük sə­nət­kar­dır. O sə­nət­kar ruh ada­mı­dır. Mən "Dil­kəş" şö­bə­si­ni ifa edir­dim, "Şah­naz"a ke­çən­də Alim Qa­sı­mo­vun tə­bi gəl­di və mə­nə qo­şul­du. Bu mə­nə də xoş gəl­di. So­nra özü də de­di ki, ifam za­ma­nı tə­bi gə­lib və ifa edib.

- Heç bu ha­q­da Alim müəl­lim­lə söh­bət et­mi­si­niz­mi?

- Xeyr, bu ha­q­da söh­bə­ti­miz ol­mayıb. Heç söh­bə­tə əsas olan mə­qam da yox­dur. Mən ifa et­dim, sə­nət­ka­rı­mız da öz ürək söz­lə­ri­ni muğam­la çat­dır­dı. Hə­lə so­nun­da da za­ra­fatya­na de­di: "Keç təs­ni­fə, ay ba­la". Tə­bii ki, bə­zi adam­lar bu mə­sə­lə­də də öz xis­lət­lə­ri­ni or­taya qoy­du­lar. Bi­ri de­di, Təyyar Bay­ra­mov xa­ric oxu­du; bi­ri de­di, sə­si çat­ma­dı və nə bi­lim, da­ha nə­lər söy­lə­di­lər. Am­ma muğam ifa­çı­la­rı, mu­ğa­mı bi­lən­lər din­ləy­ən­də gördülər ki, ora­da xa­ric oxu­ma­q­dan, səs çat­ma­ma­q­dan söh­bət be­lə get­mir­di. Sa­dəcə, ora­da uzun­çu­luğa yol ver­mək ol­maz­dı, ona gö­rə də sə­nət­ka­rı­mız vax­tın­da işə qa­rış­dı. Be­lə məs­lə­hət bil­di və be­lə də et­di.

- Ye­nə də is­təy­i­rəm, ya­ra­dıcı­lıq­la bağlı söh­bə­ti­mi­zə qayı­daq. Əv­vəl­lər xalq mah­nı­la­rı üslu­bun­da mah­nı­lar çox ya­zı­lar­dı. Həm də elə muğam ifa­çı­la­rı tə­rə­fin­dən. Bu ara­lar, de­mək olar ki, be­lə mah­nı­lar az­dır. Si­zin necə, be­lə mah­nı­lar yaz­maq fi­k­ri­niz var­mı?

- Ta­ma­mi­lə düz buy­ur­du­nuz. Eti­raf edək ki, bu gün be­lə mah­nı­lar, de­mək olar ki, yox­dur. Özümün bir-iki cız­ma-qa­ram var. Bə­ra­bər iş­lə­diy­im sə­nət do­stla­rım Tə­b­riz Usu­bov və Rə­şad İb­ra­hi­mov­la bi­rgə düzəl­dib tə­q­dim et­məyi düşünürük. Elə xalq mah­nı­la­rı var ki, on­la­ra ye­ni üslub gə­tir­mi­şik, ifa et­mi­şəm. Din­ləy­ici­lər­dən al­dığım fi­kir­lə­rə gö­rə heç də pis alın­mayıb. Bay­aq de­diy­im fi­k­rə qayı­dı­ram ki, əg­ər atam o vaxt mə­ni ta­ra qoy­an­da ta­rı öy­rən­səy­dim, bu gün təs­ni­f­lər ya­zar­dım. Mə­sə­lən, sə­nət­ka­rı­mız Əli­ba­ba Məm­mə­dov, Qu­lu Əsg­ə­rov, Bəh­ram Nə­si­rov ta­rı bil­dik­lə­ri­nə gö­­rə, gö­zəl mu­si­qi­lər ya­zıb­lar. Bi­zim elə bə­s­tə­kar­la­rı­mız da olub ki, heç bir alət­də ifa edə bil­məy­ib­lər.

- Tə­rə­zi­nin gözünə qoy­ma­lı ol­say­dı­nız, si­zin üçün han­sı da­ha ağır gə­lər­d: hüquqşünas­lıq, yox­sa xa­nən­də­lik?

- Bi­lir­si­niz, hüquqşüna­sın bir səh­­vi bir nə­fə­rin və onun ya­xın­la­rı­nın həy­a­tı­nı kor­lay­ar. Müğən­ni isə bir səhv et­sə, bir ne­çə min və ya milyon in­sa­nın zövqünü kor­lay­ar. Ona gö­rə də mə­nim üçün iki­si də ey­ni ağır­lığa ma­lik­dir. Am­ma hü­quqşünas­lıq - bu mə­nim uşaq­lıq ar­zum, can at­dığım, ol­maq is­tə­diy­im bir pe­şə­dir.

- Azər­baycan­da kon­sert ver­mək fi­k­ri­niz var­mı?

- Düzünü dey­im, kon­sert ver­mək haq­qın­da heç düşünmürəm. Ona gö­rə yox ki, nə­sə çə­tin­liy­im var, oxuya bil­mə­rəm. Üçsa­at­lıq "Şah İs­mayıl" ta­ma­şa­sı elə üç kon­ser­tə bə­ra­bər­dir. Sa­dəcə, kon­ser­tin təş­ki­li­nə ay­rı­lacaq vax­tım yox­dur. Azər­baycan­da kon­sert ve­rən­lə­ri də görürəm. Bir sa­lon götürürlər, so­nra baş­layır­lar bi­let pay­la­mağa. Mən o sa­lo­na sərf elə­diy­im məb­ləği iki-üç də­sg­ah yaz­dı­ra­ram, qa­lar ömürlük. 

Am­ma yay ay­la­rın­da Ağdam­da ta­ma­mi­lə kə­nar­da olan bir hər­bi his­sə­də əsg­ər­lə­ri­miz qar­şı­sın­da kon­­sert ver­mək pla­nım var. Ola bi­lər ki, oraya özümlə bir ne­çə nə­fər tə­lə­bə­mi də apa­rım. Ümu­miyyət­lə, fi­k­rimcə, kon­ser­tə xərcləy­əcəy­im pu­lu di­s­kə, ye­ni ifa­la­ra ver­mək da­ha mən­tiq­li­dir. Çünki bi­zim o qə­dər qa­zancı­mız yox­dur ki, nəy­in­sə üstündən ke­çək ki, ad ol­sun kon­sert ver­dik. Bu mə­nim fi­k­rim­dir. Mən be­lə qə­bul edi­rəm, baş­qa­la­rı­nı deyə bil­mə­rəm.



MƏSLƏHƏT GÖR:

761