25 Dekabr 2024

Çərşənbə, 18:39

NEFTLƏ ÇƏKƏN RƏSSAM

Əsərlərini yalnız barmaqları ilə çəkən rəssam Sabir Çopuroğlu rəsmləri üçün neft boyalarını ilk dəfə Bayıldan əldə edib

Müəllif:

06.01.2015

200 qram neft, həl­le­dici və təb - azər­baycan­lı rəs­sam Sa­bir Ço­pu­roğlu­nun əsl şe­devr ya­rat­ma­sı üçün bun­lar ki­fay­ət edir. Sən de­mə, bej-qəh­vəyi pa­li­t­ra ənə­nə­vi par­laq boy­a­la­rı əvəz­lə­mək, ge­niş emo­siy­a­lar qam­­­ma­sı ifa­də et­mək iq­ti­da­rın­da imiş. Bu rəs­sa­mın əl­lə­rin­də "qa­ra qı­zıl" qəh­vəyi rə­ng­in bütün ça­lar­la­rı­nı alır.

Nef­tlə ya­rat­maq Azər­baycan üçün ki­fay­ət qə­dər rəm­zi mə­na kəsb edir. Azər­baycan, hə­m­çi­nin Gürcüs­tan Rəs­sam­lar it­ti­faq­la­rı­nın üzvü Sa­bir ÇOPUROĞLU "R+"a müsa­hi­bə­sin­də bu qey­ri-adi incə­sə­nət sa­hə­si­ni necə se­ç­mə­sin­dən da­nı­şıb.

- Necə ol­du ki, rəs­sam ol­du­nuz və nef­tlə rəsm çək­mək ki­mi ye­ni rəs­sam­lıq tex­ni­ka­sı­nı kəşf et­di­niz?

- Mən Gürcüstan­da, Bor­ça­lı ray­o­nu­nun An­qe­ra­van kən­din­də doğul­mu­şam. Hər şey­lə ma­raq­la­nan, bir yer­də qə­rar ta­pa bil­məy­ən uşaq idim. Ya­dım­da­dır, bir də­fə oy­naq­la­rın­da ağrı­lar olan nə­nə­mə kim­sə Azər­baycan­dan müa­licə­vi Naf­ta­lan nef­ti gə­tir­miş­di. Hər kə­sin gözündən yayı­na­raq əli­mi bu qa­tı, qəh­vəyi məh­lu­lun içə­ri­si­nə sal­dım və di­var­da ovucu­mun iz­lə­ri­ni qoy­mağa baş­la­dım. On­da nə­nəm yax­şıca payı­mı ver­miş­di. Hə­min döv­rdə Ti­f­li­s­də iş­ləy­ən va­li­deyn­lə­rim baş ve­rən­lər­dən xə­bər tut­du­q­da mə­nə rə­ng­li qə­ləm­lər və şə­kil çək­mək üçün al­bom gön­dər­miş­di­lər. Bu­nun­la da, bütün günü az qa­la fa­si­lə­siz şə­kil çək­məyə baş­la­dım. Tə­bii ki, ar­tıq or­ta mək­tə­bi bi­tir­dik­dən so­nra han­sı pe­şəyə yiy­ə­lə­nəcəy­im­lə bağlı su­al ak­tu­al­lığı­nı itir­miş­di. Əzim Əzim­za­də adı­na Rəs­sam­lıq Mək­tə­bi­nə qə­bul olun­maq ar­zu­su ilə Ba­kıya yol­lan­dım. Am­ma tə­əssüf ki, bəx­tim gə­tir­mə­di - im­ta­ha­na gecik­miş­dim. Nə­ticə­də, Ba­kı Döv­lət Tə­s­vi­ri İncə­sə­nət Mək­tə­bi­nə qə­bul olun­maq qə­ra­rı­na gəl­dim. Ora­da məş­hur Azər­baycan hey­kəl­tə­ra­şı və rəs­sa­mı Ham­let Mu­sa­y­ev­­dən dərs al­dım. Ti­f­li­s­də isə Zu­rab Se­ra­te­li və Me­rab Berd­ze­ne­ş­vi­li ki­mi ta­nın­mış us­ta­lar­la uzun müddət ünsiyyət­də ol­dum və bi­rgə ça­lış­dım. 90-cı il­lə­rin əv­vəl­lə­rin­də Ba­kıya kö­ç­­mək qə­ra­rı­na gəl­dim.

- Ba­kı­da karye­ra­nız necə qu­rul­du? Hə­min dövr Azər­baycan üçün ki­fay­ət qə­dər ağır dö­nəm­lər idi.

- Hə­qi­qə­tən də, on­da Azər­baycan ağır günlə­ri­ni ya­şayır­dı. Çö­rək pu­lu qa­zan­maq la­zım idi. Ba­ha­lı boy­a­lar, fır­ça­lar al­maq üçün isə pul yox idi. Elə o an­da uşaq­lı­q­da nef­tlə rəsm çək­­mək­lə bağlı ya­şa­dığım uğur­suz təcrübəm ya­dı­ma düşdü. Bayı­la yol­lan­dım və ora­da­kı göl­mə­çə­lər­dən xam nef­ti əl­lə­rim­lə ve­d­rə­lə­rə yığ­mağa baş­la­dım. Nef­ti evə gə­tir­dim və düşünməyə baş­la­dım: nef­tlə ka­ğız üzə­rin­də necə iş­ləy­im ki, o, axıb get­­mə­sin? Axı, neft tə­miz hal­da rəsm işi­nə ya­ra­mır. Çünki bu hal­da o, pis qu­ruy­ur. Uzun-uza­dı ek­s­pe­ri­men­t­lər­dən so­nra onu buğa ver­mək qə­ra­rı­na gəl­dim. Bu­xar la­zım­sız mad­­də­lə­rin bu­xar­lan­ma­sı­na kö­mək edir və nə­ticə­də, al­ba­lı mürəb­bə­si­nin si­ro­pu­nu xa­tır­la­dan kon­sen­t­rat qa­lır. Əl­də et­diy­im mad­dəyə rəs­sam­lıq la­kı da əla­və et­dim və iş­lə­məyə baş­la­dım. Ye­ri gəl­miş­kən, bu kəş­fim­dən, de­mək olar ki, dər­hal so­n­ra ix­ti­ra­mı pa­ten­t­ləş­dir­dim. Mən fır­ça­lar­dan is­ti­fa­də et­mir və bir­mə­na­lı ola­raq, bar­maq­la­rım­la çə­ki­rəm. Odur ki, ya­rat­dığım hər bir rəsmdə mə­nim bar­maq iz­lə­rim qa­lır. Bun­dan baş­qa, heç za­man il­kin es­kiz və ya lay­i­hə çək­­mi­rəm - yal­nız tə­bi­mə gü­və­ni­rəm.

- Ma­raq­lı­dır, ilk "neft"li şə­kil­lə­ri­ni­zi nəyə həsr et­mi­si­niz?

- Doğma və­tə­nim olan Bor­ça­lıya və Xə­zər də­ni­zi­nə: tə­bi­ət, neft bu­ruq­la­rı və də­niz mən­zə­rə­si. Hər ax­şam rəs­sam­la­rın top­laş­dıq­la­rı "Tor­qo­vıy" ad­la­nan əra­ziyə yol­la­nır, neft­dən çək­diy­im rəsmlə­ri­mi nüma­y­iş et­di­rir­dim. Bu, hər kəs üçün ye­ni­lik idi. Əcnə­bi­lər gördüklə­rin­dən da­ha çox təccüblə­nir­di­lər. Ək­sər əsər­­­lə­ri­mi məhz əcnə­bi­lər alıb­lar.

- Necə ol­du ki, məş­hur­luq qa­zan­dı­nız?

- 2006-cı il­də Er­vitt-Xornda (Şi­ma­li Reyn, Ve­s­t­va­liya) ke­çi­ri­lən Rəs­sam­la­rın Bey­nəl­xalq Sim­po­zi­u­mu­na də­vət al­dım. Ora­da dünya­nın 16 öl­kə­sin­dən 30-dan ar­tıq rəs­sam və hey­kəl­tə­raş iş­ti­rak edir­di. Sim­po­zi­um­da nef­tlə çək­diy­im "Xə­zər sim­fo­niy­a­sı" rə­s­mi­mə gö­rə bi­rinci də­rəcə­li dip­lo­mat­la müka­fat­lan­dı­rıl­dım. Ya­dım­da­dır, təd­bir­də ta­nı­ma­dığım bir al­man mə­nə ya­xın­la­şa­raq bil­dir­di ki, bir vax­tlar ba­ba­sı Ba­kı­da neft ya­tağı­na sa­hib imiş. Al­man bu üzdən əsər­lə­ri­min ona çox ya­xın ol­duğu­nu, rəm­zi mə­na da­şı­dığı­nı söy­lə­di. O mə­ni evi­nə də­vət et­di, atı­nın rə­s­mi­ni ya­rat­mağı­mı is­tə­di. Həy­ət­də töv­lə var idi və ora­da gö­zəl, yax­şı qul­luq görmüş at­lar sax­la­nı­lır­dı. Rəsmlə­rim ye­ni ta­nı­şı­mın çox xo­şu­na gəl­di və o, əsər­lə­ri­mi öz kol­lek­siy­a­sı­na əla­və et­di. 2007-ci il­də Ba­kı­nın İs­tiq­lal mu­zey­in­də Xoca­lı faci­ə­si­nə həsr olun­muş fər­di sə­rg­im ke­çi­ril­di. Bir il so­nra Rəs­sam­la­rın Bey­nəl­xalq Sim­po­zi­u­mu­na qa­tıl­maq üçün ye­ni­dən Al­ma­niy­aya yol­lan­dım. Bu fo­rum­da iş­ti­rak edən ye­g­a­nə azər­baycan­lı idim. Neftdən çək­diy­im rəsmlər çox­la­rı­nın ma­rağı­na sə­bəb ol­muş­du. Rəsmlə­rim­dən iki­si­ni Lib­ştadt və Myun­ster şə­hər­lə­ri­nin bur­qo­mistrlə­ri­nə hə­diyyə et­dim, qa­lan­la­rı isə rəs­sam sə­nə­ti hə­və­s­kar­la­rı tə­rə­fin­dən alın­dı. Rəs­sam­lıq tex­ni­kam ziy­a­rət­çi­lə­ri o qə­dər ma­raq­lan­dır­mış­dı ki, elə ta­ma­şa­çı­la­rın göz­lə­ri qar­şı­sın­daca bir ne­çə rəsm çək­mə­li ol­muş­dum.

2009-cu ilin iy­u­nun­da isə 70-dək əsə­rim Ba­kı­da ke­çi­ri­lən yu­bi­ley "Xə­zər neft-qaz" bey­nəl­xalq sə­rg­i­sin­də nümay­iş et­di­ri­lib. Bu sə­rgi Xə­zə­rin neft ya­taq­la­rı­nın miqyas­lı şə­kil­də iş­lən­mə­si­nin əsa­sı­nı qoy­muş "Əs­rin müqa­vi­lə­si"nin im­za­lan­ma­sı­nın 15-ci il­dönümünə həsr edil­miş­di.

Bu il isə Ak­tau Mil­li mu­zey­in­də (Qa­za­xı­s­tan) fər­di sə­rg­im ke­çi­ri­lib. Ye­ri gəl­miş­kən, qar­şı­dan gə­lən il­də Al­ma­niya və Türkiy­ə­də də fər­di sə­r­g­i­lə­rim olacaq.

- Nef­tlə ya­na­şı, adi boy­a­lar­dan da is­ti­fa­də edir­si­niz?

- Neft məh­lu­lu­na ak­ril, tem­pe­ra və ya yağlı boy­a­lar qa­tı­ram. Nə­ticə­də, neft qa­rı­şıq­lı şə­kil­lər alı­nır. Am­ma şəx­sən mə­n tə­miz neft rə­ng­i­ni se­vi­rəm - qa­tı, par­laq­lığı olan qəh­vəyi rə­ngi. Nef­tin rə­ngi tor­pağı­mı­zın, qəh­vəyi isə münbit­liy­in rə­ng­i­dir. Ha­zır­da nef­tlə çə­kil­miş 500-dən ar­tıq rə­s­mim var. On­la­rın ara­sın­da mə­nim üçün ən doğma olan­la­rı "Ab­şe­ron", "Bor­ça­lı", "Azər­baycan nef­ti", "Qə­dim türklər", "At mu­rad­dır" se­riy­a­la­rı­dır. Əsər­lə­ri­min böyük bir his­sə­si ABŞ, Böyük Bri­ta­niya, İs­pa­niya, Fran­sa, Bel­çi­ka, Al­ma­niya, Tür­kiyə, İran, Mi­sir, Ya­po­niya ki­mi öl­kə­lər­də fər­di kol­lek­siy­a­lar­da yer alır. Naf­ta­lan­da isə meh­man­xa­na­lar­dan bi­ri ta­ma­mi­lə mə­nim rəsmlə­rim­lə bə­zə­di­lib. Ora­da düz 250 əsə­rim var.

- Bəs, bir rə­s­min çə­kil­mə­si üçün ne­çə qram neft tə­ləb olu­nur?

- Hər şey işin həcmin­dən ası­lı­dır. Mə­sə­lən, or­ta­ölçülü rəsm 200-300 qram nef­tə əmə­lə gə­lir.

- Tə­lə­bə­lə­ri­niz var­mı? Bu qey­ri-adi sə­nə­ti­ni­zi ki­mə­sə ötürürsü­nüzmü?

- Ki­çik oğlum Rə­him də rəs­sam­dır. Bu il Ba­kı­da Rəs­sam­lıq Aka­de­miy­a­sı­nı bi­ti­rib. Ar­tıq o, nef­tlə rəsm çək­məy­in tex­ni­ka­sı­nı öy­rə­nir.

- 2015-ci ilə az qa­lır. Neftdən əsər­lər ya­ra­dan rəs­sa­mın oxucu­la­rı­mı­za ar­zu­su nə­dir?

- Hər şey­dən öncə hər kə­sə sağlam­lıq və da­xi­li ra­hat­lıq ar­zu­layı­ram. Yə­qin ki, ha­zır­kı həy­əcan­lı dövrümüzdə ən vaci­bi bu­dur. Əg­ər pu­­lun yox­dur­sa, am­ma sağlam­lığın var­sa, hər za­man çö­rək­pu­lu ta­pa bi­ləcək­sən. Mə­nə­vi har­mo­niya isə həy­at­da asan, sər­bəst ad­dım­la­mağa im­kan ve­rir.



MƏSLƏHƏT GÖR: