14 Mart 2025

Cümə, 21:49

JAZZ PAYIZI

II Beynəlxalq Caz Festivalı başa çatdı

Müəllif:

01.11.2010

Oktyabr ayının ən parlaq musiqi hadisəsi dünyanın tanınmış ifaçılarının yığışdığı II Beynəlxalq caz festivalı oldu. Bu il festivala "Matt Bianco", "Jazzamor" və "Shakatak" kimi tanınmış kollektivlər, Al Di Meola, Keyko Matsui, Diana Rivz, Monti Aleksandr, Erik Vloemans, İsfar Sarabski, Emil İbrahim kimi musiqiçilər, Mayk Minerinin rəhbərliyi ilə "L'Image" layihəsi və başqaları qatılmışdı. Bütün pərəstişkarlar və caz sərrafları üçün bu böyük bayramı Mədəniyyət və Turizm Naziriliyi, Azərbaycan Mədəniyyət Fondu və "Sweet Production" təşkil etmişdi.

Qeyd edək ki, birinci festival 2005-ci ildə Bakıda keçib, paytaxt sakinlərinin və  şəhərimizin qonaqlarının böyük marağına səbəb olub. Festival həm iştirakçıların təmsil elədiyi coğrafiyanın genişliyinə, həm də kollektivlərin səviyyəsinə görə heyrət doğururdu: ona Rusiya, Almaniya, Fransa, ABŞ, Gürcüstan, Kanada və başqa ölkələrdən həm təcrübəli, həm də nisbətən gənc cazmenlər qatılmışdılar. Bunu demək yetərlidir ki, festivalın baş qonağı tanınmış Co Zavinul və "Sindikat"ı idi, bu caz bayramının rəsmi proqramını o bağladı. Festivala həm də Əzizə Mustafazadə, Billi Kobem, El Cerrou, Herbi Henkokun kvinteti, Tuts Tilemans, Maynard Ferqüson, Qreq Ozbi, Brenford Marsalis, Riçard Bona, Qida de Palma "Cazino" qruppu ilə, Mariya Joao və Mario Laqinyanın kvarteti və başqaları qatılmışdılar. 

On beş gün davam edən indiki caz bayramı əvvəlkilərindən yalnız uzun müddət davam etməsi ilə deyil, həm də tanınmış dünya ifaçılarının sayı ilə də seçilirdi. Festivalın təntənəli açılışı Heydər Əliyev Sarayında oldu. İlk çıxışı respublikanın əməkdar artisti Həsənağa Abbasquliyevin rəhbərliyi ilə Bakı Dövlət Sirkinin "Arena" caz ansamblı etdi. Onların hazırladığı proqram iki hissədən ibarət idi. Birinci hissədə Azərbaycan bəstəkarlarının əsərləri mövzusunda caz variasiyaları səsləndirildi.

Caz-bendin çıxışının ikinci hissəsi israilli saksafonçu, bəstəkar və dirijor Amikam Kimelmanın idarəsi ilə keçdi. Musiqiçilər əfsanəvi caz komandası, "r'n'j" - "ritm-n-caz" stilində çıxış etmiş "Yellowjackets"in solisti Boba Minserin əsərlərini ifa ediblər. "Arena" həm də Kimelmanın özünün əsərlərini ifa edib. Amikam Kimelman İsrail cazının fəxridir, saksofonçu, aranjemançı və prodüserdir, Təl-Əviv caz biq-bendinin musiqi direktorudur. Amma gecəni gerçəkdən "Arena"nın solistləri Aysel Məmmədova və Diana Hacıyeva unudulmaz etdilər. Sonuncu tamaşaçıların yadında inanılmaz istedadı və qeyri-adi ifa tərzi ilə yadda qaldı. 

Festivalın ikinci günü pop-cazın liderlərindən olan "Matt Bianko"nun çıxışı ilə yadda qaldı. "Matt Bianco" şən və yüngül caz deməkdir və adam rəqs etmək istəyir. Qrup  bassanova və pop-caz ritmləri ilə ətrfı şənləndirdi və xoş, xeyirxah duyğular bəxş etdi. Qeyd edək ki, "Matt Bianco" əslində "Blue Rondo a la Turk" caz ansambının keçmiş üzvləri tərəfindən folmalaşmış kollektivdir. Sonucda "Matt Bianco" ingilis pop cazının liderlərindən birinə çevrilib. "Georgie Fame"in onlar tərəfindən işlənmiş "Yeh Yeh" kompozisiyası 1985-ci ildə ən yaxşı Avropa sinqli, "Wam Bam Boogie" isə 1988-ci ildə ən yaxşı klub treki sayılıb. Öz mövcudluğu dövründə "Matt Bianco" tərkibində ciddi dəyişikliklər edib. 2001-ci ildə buraxılmış növbəti "Rico" toplusu ənənəvi Kuba ritmləri qarışmış  caza doğru dönüş demək idi. 

Caz festivalı çərçivəsində M.Maqomayev ad?na Azərbaycan Dövlət Filarmoniyasında gənc və çox istedadlı pianoçu, Montrö (İsveçrə) caz festivalının qalibi İsfar Sarabskinin konserti olub. Sarabskinin ifasında caz bütün gözləntiləri üstələyib. Təsadüfi deyil ki, hər bir kompozisiyadan sonra zal ayaqüstə onu alqışlaıb. Konsertin davam etdiyi iki saatdan çox vaxt ərzində  pianoçu çox sayda caz kompoziyaları - Baxın ariyasının,  Vaqif Mustafazadənin əsərlərinin, "Oblivion"un, "Last Chance"in, "Novruz"un, "Agent"in və sairənin poppurisini təqdim edib. Yeri gəlmişkən, son kompozisiyalar İsfarın özü tərəfindən yazılıb və Avropada çox məşhurdurlar. Filarmoniya səhnəsində Sarabskinin çıxışını musiqiçilər Emil Həsənov (bas-gitara) və Moskvadan xüsusi dəvətlə gəlmiş barabançı Aleksandr Maşin müşayi?t ediblər. 

Caz musiqisi ulduzlarını və bu janrın çoxsaylı pərəstişkarlarını bir araya gətirən "Baku Jazz Festival"n ən parlaq hadisələrindən biri "Şakatak" qrupunun konserti oldu. Bu il öz otuzillik yubileini qeyd edən dünyaca tanınmış ingilis qrupu Heydər Əliyev Sarayında çıxış edib. Adını London məhəllələrinin birində yerləşən musiqi alətləri dükanının adından götürmüş qrup bakılılara musiqidə həmlə etməyin nümunəsini göstərdi. Vokalçı xanım Cil Severd, klavişçi Bil Şarpa, gitaraçı Keyt Uayt, basçı Corc Anderson və barabançı Rocer Odel yüksək peşəkar ifa təqdim etdilər.  

Festivalın unudulmaz konsertlərindən biri də Al Di Meolanın çıxışı oldu və konsertdə o,  eyni vaxta iki müxtəlif gitaraçı rolunu ifa edirdi. Onlardan biri inanılmaz dərəcədə texnikalı və elektrogitarada yaradıcı füjn ifaçısı, digəri isə düşüncəli flamenko və çağdaş tanqo ifaçısı idi. İyirmidən çox solo-albomu buraxmış və müxtəlif vaxtlarda ən müxtəlif musiqiçilərlə işləmiş Al Di Meola öz dərin istedadı və yaradıcılıq uzunömürlülüyü ilə heyrətləndirməkdə davam edir. 

Al Di Meola özünü müxtəlif musiqi janrlarında sınayıb və ntəicədə onun öz stili yaranıb, burada həm qaraçı, həm bosanova, həm caz, həm tanqo və əlavə çox şeylər yer alıb. Zal Al Di Meolanın incəsənətini ayaq üstə dayanaraq alqışlayıb. O, özü isə dinlyicilərə təşəkkür edərək deyib: "Mən sizin şəhərə bağlıyam. Birincisi, mən artıq bir dəfə burada olmuşam, ilk dəfə yeddi il qabaq gəlmişəm. Və indi bu dəfəki gəlişimdə bu şəhəri tanıya bilmədim. Çox dəyişib və gözəlləşib. İkincisi, mən bir neçə il qabaq Əzizə Mustafazadə ilə "Dance Of Fire" layhəsi üzərində işləmişəm. İnanın, o, sizin ölkənin fəxr etməli olduğu insandır".

Beynəlxalq caz festivalı çərçivəsində Azərbaycan Dövlət Filarmoniyasında tanınmış Amerika kollektivi "Vijay Iyer Trio"nun konserti olub. Ansamblın musiqisində böyük pianoçuların ənənəsi ilə yanaşı çağdaş musiqinin təsiri də görünür. "Vijay Iyer Trio"nun iştirakçıları artıq beş ildir ki bir yerdə çıxış edir və musiqi yazdırırlar. Ansamblın diskoqrafiyasına trio təkibində yazılmış bir studiya albomu və alt-saksofonçu Rudreş Maxantappa ilə iki birgə disk daxildir. Ansamblın lideri, hind mənşəli Amerika pianoçu Vicay Ayer çacdaş caz səhnəsinin aparıcı pianoçularından biri sayılır. Nüfuzlu Amerika jurnalı  "Downbeat Ayer"in caz tənqidçilərinin apardığı sorğuya əsasən o, iki il dalbadal - 2006-cı və 2007-ci illərdə caz musiqçisi və bəstəkar kimi "Doğan ulduz"  nominasiyasının qalibi olub, 2009-cu ildə isə caz pianoçusu kimi qalib gəlib. Onun diskoqrafiyasında 10-dan çox albom var. Vicay Con Zorn, Rosko Mitçell, Vadada Leo Smit, Stiv Koulmen və Amiri Barak ilə əməkdaşlıq edib.

Festivalın parlaq çıxışı yaponiyalı "ulduz" pianoçu və bəstəkar, xanım Keyko Matsuiyə məxsus oldu. O, caz və "new age" stilində musiqi ifa etdi. Keyko artıq 12 solo albom buraxıb və bu, ona beynəlxalq şöhrət gətirib. Keyko Matsui çağdaş cazın ən tanınmış ifaçılarındandır, bütün dünyadan olan dinləyicilərin qəlbinə  yüngül və zərif caz-oriental motivləri ilə yol tapıb. Son 10 ildə yapon pianoçusu Keyko Matsui tez-tez Ukraynada solo konsertlər verib. Elə ilk konsertindən kütlələri fəth edən Keyko hər dəfə dinləyicilərə yeni sürprizlər bəxş edir - yeni proqramların, albomların təqdimatını keçirir, simfonik orkestrlə çıxış edir və s. Onun proqramının melodiyaları əvvəlki kimi səmimi və ruh oxşayandır. "Mən inanıram ki, musiqi Yaradanın və ya Kainatın vergisidir, bizə ona görə verilib ki, onun yardımı ilə vəhdəti hiss edək", - deyə ifaçı vurğulayır. Keykonun ifa etdiyi üslubu adətən "çağdaş caz" və ya "böyüklər üçün çağdaş musiqi" adlandırırlar. 

Musiqi istqamətlərinə bir az da baş vurduqda, bu musiqi "New Age", "Smooth Jazz" və  "Easy Listening" arasında orta bir şeydir. Günün istənilən çağında əla sakitləşdirici fon yaradır. Bu zaman onun melodiyaları yetərincə orjinaldır, çox sayda alətlərdən istifadə etməklə gerçəkləşdirilən aranjeman onun musiqisini tamamilə tanımaz edir. Caz-pop və füjn dili ilən danışan Matsui Şərqin musiqisinə sadiq qalan orjinal bəstəkar və özünəməxsus vokalçı kimi tanınır. 

Beynəlxalq caz festivalını qapayan Amerika caz müğənnisi Dayana Rivz gücülü və çevik səsə malikdir, həm də gözəl görünür, əsil caz ledisidir. O, hər şeyi qeyri-adi yüngüllüklə və şövqlə edir. Rivz səhnəyə çıxanda mikofona yaxınlaşır və az qala ondan bir metr aralı dayanaraq oxumağa başlayır. Onun güclü səsinin bütün zalı necə "örtdüyü" açıqca hiss edilir. Həmin andan konsertin sonuna kimi Dayana tempini itirmir, hər bir taktda öz səsinin yeni-yeni imkanlarını göstərir. Və saat yarım bir an kimi keçir. 

Onun musiqiyə marağı 11 yaşında yaranıb, öz sənətini sevən müəlliminin hesabına daha da artıb. Musiqiyə olan böyük sevgi Dayanada müğənni olmaq istəyi  yaradıb.  1970-ci illərdə Rivz trubaçı Klark Terrinin qrupunda karyera pilləkəni ilə irəliləməyə  başalyıb, bununla yanaşı latın cazını da mənimsəməyə başlayıb. Müğənni xanım 1977-ci ildə "Welcome My Love" adlı debüt diskini buraxıb. Hazırda Rivzin diskoqrafiyasında iyirmiyə yaxın disk daxildir. 

Yeni minilliyin başlanğıcı Dayana üçün "Qremmi" mükafatı, bu caz divasını göylərə qaldıran fikirlər bəxş etmiş konsertlər və disklərlə yadda qalan olub. Beş oktava səsə malik olan müğənni dünya üzrə çağdaş caz ifaçıları arasında ən yaxşılardan bir kimi tanınır, öz canlı ifaları və çoxsaylı albomları ilə şöhrətlənib. 

Yeri gəlmişkən, nüfuzlu Avropa telekanalı "Euronews" Bakıdakı caz festivalı haqqında reportaj hazırlayıb, Azərbaycanda cazın tarixi və inkişafı, çağdaş ifaçılar barədə müfəssəl məlumat verib. Xüsusi qeyd edilib ki, bizim ölkədə ənənəvi caz festivalları böyük vüsət götürür. Bu festivallarla dünyanın ən yaxşı musiqiçilərinin iştirakı müsahibələrdə Azərbaycan caz məktəbinin  tanınmış təmsilçilərinin dediklərini əminliklə sübut edir. 



MƏSLƏHƏT GÖR:

558