26 Dekabr 2024

Cümə axşamı, 06:07

HƏYAT TƏRZİ - GÜLƏŞ

2014-cü ilin ən yaxşı idmançısı Hacı ƏLİYEV "R+"a müsahibəsində gələcək planları barədə danışdı

Müəllif:

13.01.2015

Yo­la sal­dığı­mız 2014-cü il bə­zi id­man­çı­la­rın hə­y­a­tın­da əla­mət­dar ha­di­sə­lər­lə zə­ng­in və yad­da­qa­lan ol­du. Be­lə at­let­lə­ri­miz­dən bi­ri də böyüklər­dən iba­rət sər­bəst gü­ləş üzrə Azər­baycan yığma­sı­nın üzvü, 3 də­fə öl­kə çem­pi­o­nu, dünya və Av­ro­pa çem­pi­o­nat­la­rı­nın qa­li­bi Hacı Əliy­ev­dir. İlin ye­kun­la­rı­na gö­rə, Azər­baycan Gənclər və İd­man Na­zir­liy­i­nin, eləcə də Azər­baycan Gü­ləş Fe­de­ra­siy­a­sı­nın no­mi­na­siy­a­sı üzrə "İlin id­man­çı"sı se­çi­lən gü­ləş­çi­miz, Azər­baycan Mil­li Olim­piya Ko­mi­tə­si­nin ilin ye­kun­la­rı­na gö­rə ke­çi­ri­lən icla­sın­da öl­kə baş­çı­sı tə­rə­fin­dən mən­zil­lə müka­fat­lan­dı­rıl­dı.

Hacı Əliy­ev Av­ro­pa çem­pi­o­na­tın­da qı­zıl me­dal qa­za­nan­da, bə­zi­lə­ri uğu­run da­vam­lı olacağı­nı düşünürdü. Am­ma gənc pəh­lə­van ar­dınca dünya çem­pi­o­nu ol­du və bu­nun­la qə­lə­bə­lə­ri­nin tə­sadüfi ol­ma­dığı­nı sübut et­di. "R+" 2014-cü il­də Azər­baycan id­ma­nın­da par­lay­an Hacı Əliy­ev­lə si­zi ya­xın­dan ta­nış edir.

- Ötən il sə­nin üçün çox uğur­lu ol­du. 2014-cü ilin həy­a­tın­da be­lə əla­mət­dar olacağı­nı göz­ləy­ir­din­mi?

- Uzun müddət böyük ya­rış­lar­da uğur qa­zan­maq üçün ça­lı­şır­dım. 2014-cü il­də məş­qlə­rin bəh­rə­si­ni gör­düm. Be­lə ki, ilin əv­və­lin­də üçüncü də­fə Azər­baycan çem­pi­o­nu ti­tu­lu­nu qa­zan­dım. Onun ar­dınca Bol­­qa­rı­s­tan­da ke­çi­ri­lən ənə­nə­vi bey­nəl­xalq Dan Ko­lov-Ni­ko­la Pe­t­rov tur­­ni­rin­də 1-ci ye­ri tut­dum. So­nra Fin­lan­diy­a­nın Van­taa şə­hə­rin­də Av­ro­pa çem­pi­o­nu ti­tu­lu­na lay­iq görül­düm. Al­ma­niy­a­da təş­kil edi­lən Qran-pri ya­rış­la­rı da mə­nim üçün uğur­lu ol­du. Hə­min ya­rı­şın fi­na­lın­da er­mə­ni id­man­çı­sı­na qa­lib gəl­dim. Bu il həm də dünya çem­pi­onu ol­dum. Daş­kənd­də ke­çi­ri­lən ya­rış­da qı­zıl me­dal qa­zan­dım. Döv­lət him­ni­miz səs­lə­nən­də, bay­rağı­mız qal­dı­rı­lan­da se­vincim ye­rə-göyə sığmır­dı. Bu ya­xın­lar­da Azər­baycan Re­s­pub­li­ka­sı­nın Pre­zi­den­ti cə­nab İl­ham Əliy­ev tə­rə­fin­dən mən­zil­lə müka­fat­lan­dı­rıl­dım. Bir söz­lə, 2014-cü il həy­a­tı­ma qı­zıl hər­f­lər­lə ya­zıl­dı.

- 2014-cü il­də həm də ai­lə hə­y­a­­tı qur­dun...

- Gənclə­rin, qız və ya oğlan ol­sun, fər­qi yox­dur, tez və əl­bət­tə ki, öz is­tək­lə­ri ilə ai­lə qur­ma­la­rı gö­zəl hal­dır. Ai­lə qur­maq, ev-eşik sa­hi­bi ol­maq in­san­da mə­su­liyyət və ca­va­b­deh­lik his­si­ni da­ha da ar­tı­rır. Bu ilin oktya­b­rın­da ai­lə həy­a­tı qur­mu­şam.

- Av­ro­pa və dünya çem­pi­o­nu­nun id­ma­na gə­li­şi necə ol­du?

- 1991-ci il ap­re­lin 4-də Nax­çı­van şə­hə­rin­də ana­dan ol­mu­şam. Uşaq­lı­q­da çox dəcəl idim, bir yer­də dur­maz­dım. Gü­ləş­lə 8 ya­şım­dan mə­şğ­ul olu­ram. Bu id­man növünə ma­rağı mən­də atam oy­a­dıb. O, bir müddət Nax­çı­van­da id­man müəl­li­mi iş­ləy­ib. Atam qar­da­şım Ya­şa­rı da, mə­ni də kör­pə­lik­dən gü­lə­şə yö­nəl­dib. Va­li­deyn­lə­ri­mə çox min­nət­da­ram. Ata­mın da, ana­mın da bi­zim tər­biy­ə­miz­də, əsl və­tən­daş ki­mi ye­tiş­məy­i­miz­də böyük əməyi var­dır. 17 ya­şım­da ye­niy­et­mə­lər ara­sın­da Av­ro­pa çem­pi­o­na­tı­nın ikinci­si ol­mu­şam. 2011-ci ilin iy­u­nun­da gənclər ara­sın­da Av­ro­pa çem­pi­o­na­tı­nın gü­müş me­da­lı­na lay­iq görüldüm və bun­dan so­nra karye­ram­da, de­mək olar ki, yüksə­liş dövrü baş­lan­dı.

- Ai­lə­də iki gü­ləş­çi var - qar­da­şın Ya­şar və sən. Han­sı­nız da­ha güclüdür?

- (Gülür) Biz qar­da­şım­la bi­rgə hər za­man öz çə­ki­miz­də gücü ol­mağa ça­lış­mı­şıq. Mən­dən iki yaş böyük olan qar­da­şım Ya­şar 57 kq çə­ki­də çı­xış edir. Ke­çən il Av­ro­pa çem­pi­o­na­tı­na ge­dən­də ha­mı mən­dən qə­lə­bə göz­ləy­ir­di. Am­ma elə ol­du ki, Ya­şar bu ya­rış­da bürünc me­dal qa­zan­dı, mən isə me­dal­sız qal­dım. Ya­şar 2014-cü il­də ke­çi­ri­lən Azər­baycan çem­pi­o­na­tı­nın qa­li­bi­dir.

- Av­ro­pa, dünya çem­pi­on­luğun­dan so­nra, yə­qin ki, növ­bə­ti ar­zun Yay Olim­piya Oy­un­la­rı ilə bağlı­dır...

- Növ­bə­ti hə­dəf əv­vəlcə Ba­kı­da ke­çi­ri­ləcək Av­ro­pa Oy­un­la­rı, so­nra isə 2016-cı il­də baş tu­tacaq Yay Olim­piya Oy­un­la­rın­da yüksək nə­ticə qa­zan­ma­q­dır. Fi­k­rimcə, id­man­çı hər qə­lə­bə­dən so­nra növ­bə­ti uğur ha­q­da düşünmə­li­dir. Heç vaxt qa­zan­dığı nə­ticə ilə ki­fay­ət­lən­mə­mə­li­dir.

- Am­ma bə­zən id­man­çı­la­rı­mız uğur qa­za­nan­dan so­nra, "ul­duz xə­s­tə­liyi"nə tu­tu­lur...

- "Ul­duz xə­s­tə­liyi"ndən söh­bət ola bil­məz. Bu il bir ne­çə müka­fat qa­zan­dım. Am­ma is­tər­dim ki, 2015-ci il də uğur­lu ol­sun. Mə­nim gü­ləş­də ide­a­lım Na­miq Ab­dul­lay­ev­dir. Onun iş­ti­rak et­diyi ya­rış­la­rı vi­deo ilə iz­lə­mi­şəm, Olim­piya çem­pi­o­nu­mu­za bən­zə­məyə ça­lış­mı­şam. Na­miq Ab­dul­lay­e­vin bir id­man­çı ki­mi məşq re­ji­mi mə­ni hə­mi­şə özünə çə­kib. Hə­mi­şə Olim­piya çem­pi­o­nu­mu­zu özü­mə ör­nək, nümu­nə götürmüşəm. O, heç vaxt qa­zan­dığı uğur­dan so­nra dəy­iş­məy­ib.

- 2015-ci il­də gü­ləş­çi­lə­ri­mi­zin ən böyük sı­nağı Ba­kı­da ke­çi­ri­ləcək Av­ro­pa Oy­un­la­rın­da olacaq. Bu ya­­rı­şa necə ha­zır­la­şır­san?

- İlin əv­və­lin­dən tə­lim-məşq top­la­nı­şı­na baş­la­mı­şıq. Qar­şı­da bi­zi Dün­ya Ku­bo­ku, bir ne­çə tur­nir və Av­ro­pa Oy­un­la­rı göz­ləy­ir. Bu ya­rış öl­kə­miz­də ke­çi­ril­diy­in­dən, biz­dən böyük mə­su­liyyət tə­ləb edir. İs­təy­i­rəm ki, Av­ro­pa Oy­un­la­rın­da bi­rinci ye­ri tu­tum. İd­man ba­za­sı var, məşqçi var, hər bir şə­ra­it ya­ra­dı­lıb. İd­man­çıya bun­dan ar­tıq da­ha nə la­zım­dır? Bi­zim üçün hər cür şə­ra­it var, ona gö­rə qə­lə­bə qa­zan­mağa borcluy­uq.

- Azər­baycan­da id­man­çı­lar bə­zən karye­ra­la­rı­na er­kən son qo­y­ur. Kol­lek­siy­an­da ça­tış­may­an ye­g­a­nə me­da­lı qa­za­nan­dan so­nra, gü­ləş­dən ay­rıl­maq ba­rə­də düşünə­cək­sən?

- Olim­piya çem­pi­o­nu ol­du­q­dan so­nra, bəl­kə də bu ba­rə­də düşün­düm. Rio-de-Ja­ney­ro Yay Olim­piya Oy­un­la­rın­dan so­nra mə­nim har­da­sa 25 ya­şım olacaq. Gör­səm ki, gənc gü­ləş­çi­lər ara­sın­da is­te­dad­lı, per­s­pek­tiv­li id­man­çı­lar ye­ti­şir, on­la­ra gü­zə­ş­tə get­məyə ha­zı­ram. Be­lə gənc­lə­rin qar­şı­sın­dan çə­kil­məyə də­y­ər. Gör­səm ki, mə­nə eh­tiy­ac var, o za­man növ­bə­ti olim­pi­a­daya ha­zır­la­şacağam.

- Gü­ləş­dən baş­qa, han­sı id­man növ­lə­ri­nə ma­raq gö­s­tə­rir­sən?

- Fut­bo­lu çox se­vi­rəm. Gü­ləş­çi ol­ma­say­dım, çox gü­man ki, fut­bo­lu se­çər­dim. Boş vax­tı­mız olan­da uşaq­lar­la hə­vəs­lə fut­bol oy­nayı­rıq. Ye­ri gəl­miş­kən dey­im ki, məhz Kri­ş­ta­no Ro­nal­doya gö­rə "Re­al Ma­d­rid"ə azar­­keş­lik edi­rəm.

- Fut­bol­çu Hacı Əliy­ev də gü­ləş­çi ki­mi uğur qa­za­na bi­lər­di­mi?

- Bu su­a­la ca­vab ver­mək çə­tin­dir. Fut­bol öl­kə­miz­də in­di in­ki­şaf edir. Am­ma gü­ləş­də nə­ticə­lə­ri­miz hər za­man olub. Gü­ləş bi­zim mil­li id­man növüdür. Ona gö­rə gü­ləş­çi ol­duğu­ma gö­rə peş­man dey­i­ləm. Gü­ləş mə­nim həy­at tər­zim­dir.


MƏSLƏHƏT GÖR:

625