Müəllif: Rəsmiyyə QƏMBƏROVA Bakı
Bakı unikal kompleks qurğuları ilə maraqlıdır. Çağdaş binaların və yeni obyektlərin layihələri tarixi abidələrlə və ötən əsrlərin memarlıq abidələri ilə çuğlaşmada elə bir çalar yaradır ki, bu, Bakını təkrarsız edir və dünyanın heç bir şəhərinə bənzətmir. Yalnız layihələrin və memarlığın qeyri-adiliyi deyil, həm də ən qabaqcıl texnologiyaların tətbiqi, tikinti zamanı dünya brendlərinin istehsalçılarının çağdaş materiallarının istifadəsi gözəlliyə və estetik görünüşə, ən önəmlisi isə tikilən obyektlərin keyfiyyətinə zəmanət verir. Bu məsələdə önəmli rol özəl firmalara məxsusdur. Onlardan biri də artıq on ildən çoxdur ki, öz qeyri-adi memarlıq və dizayner layihələri ilə məşhur olan "Fateh" layihə-tikinti şirkətidir.
"Fateh" şirkətinin təsisçisi Adil TALIBOV bildirir ki, uğur yaradıcılığın göstəricisidir.
- Bütün sahələrdə uğur yaradıcı münasibətin göstəricisidir, xüsusilə də, əgər söhbət bədii və memarlıq sənətinin birləşməsindən gedirsə. Belə alınıb ki, mən iki yaxın peşəyə - rəssamlıq və memarlıq peşələrinə yiyələnmişəm. Razılaşaq ki, musiqi sənəti kimi bunları da öyrənmək çətindir. Bu ya var, ya da yox. Və şirkəti yaradarkən mən aşağıdakı prinsipə əməl etdim - öz işinin həqiqi mütəxəssisi olan istedadlı azərbaycanlı memarlardan ibarət yaradıcı qrup yığdım. Fəaliyyətimiz dövründə bizim komanda öz xəttini yarada bildi. Memarlıq layihələri ilə yanaşı mövcud potensialdan yararlanaraq bizim firma bədii-tərtibat işləri də yerinə yetirir.
Bizim şirkət tərəfindən yaradılmış layihələr sırasında hansınısa xüsusi ayırmaq çətindir - hər biri özünə məxsus şəkildə maraqlıdır, çünki onların hamısı bizə doğmadır. Onların hamısı eyni səviyyədə bizim üçün əzizdir, hətta xaricdə olanları da. Məsələn, Ceyhan şəhərində iki qardaş ölkənin - Türkiyə və Azərbaycanın dostluğuna həsr edilmiş parkın layihəsini göstərmək olar. Və ya bizim son işlərimizdən birindən - "Gold City" ticarət-əyləncə mərkəzindən danışa bilərik. Ən yeni texnologiyaya əsaslandığından əzəmətli görkəmi ilə diqqəti çəkir və o, ölkədə analoqu olmayan özünəməxsus incəsənət əsəridir. Yaxın gələcəkdə "Gold City" Bakı şəhərinin perspektivli rayonlarından birində tikiləcək.
Kompleksə çağdaş kommersiya mağazaları, həmçinin restoranlar, kafelər, yüksək dərəcəli otellər, əyləncə mərkəzləri, istirahət otaqları, avtomobillərin saxlanması üçün əlverişli dayanacaqlar, uşaqlar üçün əyləncə otaqları, idman-sağlamlıq kompleksləri, yüksək səviyyəli iş ofisləri və çox şey daxildir.
Hazırda tikinti iti sürətlə aparılır və özü də o, həyatın bütün sahələrini əhatə edir. Hələ on il qabaq biz qarşıda gözlənilən tikinti bumunu, ölkənin turizm, mədəniyyət və idman sahəsində zəngin potensialını nəzərə alaraq şirkətimizi inkişaf etdirdik, həm gənc, həm də müxtəlif sahələrdə zəngin iş təcrübəsi olan yaşlı nəsildən ibarət yüksək təhsilli kadrları diqqətlə seçdik.
Yeri gəlmişkən, artıq bir ilə yaxındır ki, fəaliyyət göstərən Şamaxı diaqnostika mərkəzini layihələndirəndə planlaşdırma zamanı həkimlərin fəaliyyət xüsusiyyətlərini, həmçinin pasientlərinin psixoloji halını, yəni insan amilini nəzərə almaq önəmli idi. Yüksək dərəcəli tibb müəssisəsinə şamil edilən bütün norma və tələblər də nəzərə alındı.
Regionların inkişafı üzrə dövlət planına uyğun olaraq paytaxtımızdan kənarda da infrastruktur intensiv inkişaf etdirilir. Bizim şirkətin mütəxəssisləri tərəfindən işlənmiş layihə ilə Ağdaş rayonunda hazırda istirahət və əyləncə mərkəzi tikilir. Yerli və xarici qonaqlar üçün nəzərdə tutulmuş bu obyekt Böyük İpək yolunun bərpası çərçivəsində inşa edilir.
Dövlətin idmanın inkişafına və gənc nəslin sağlamlığına qayğısının sübutu kimi ölkədə bir sıra idman komplekslərinin tikintisini göstərmək olar. Xaçmaz ra-yonunda belə bir obyektin layihəsini bizim şirkətə etibar ediblər. Faktiki olaraq bir il sonra 6 hektar boş yerdə üç mərtəbəli oteldən və üç ədəd iki mərtəbəli kottecdən, oyun meydanlarından, 1,5 min adam üçün hesablanmış açıq stadiondan, üzgüçülük hovuzundan və insanların idman potensialının artırılmasına imkan verən başqa çox amillərdən ibarət əzəmətli gözəl kompleks peyda olacaq.
Bununla yanaşı, ölkə iqtisadiyyatı yüksək templərlə inkişaf edir və bunun da böyük hissəsi özəl bölmənin payına düşür. Bakıda bu qədər biznes mərkəzlərinin və ofislərin yaranması ölkədə sahibkarlıq fəaliyyətinin sürətli inkişafından xəbər verir. Sevindiricidir ki, sifarişçilər tərəfindən tikilən özəl ofislər yalnız əlverişli və rahat olmaqla qalmır, həmçinin estetik baxımdan gözəldirlər və şəhərin memarlıq ahənginə uyğun gəlirlər. Yaxın gələcəkdə siz buna bir daha əmin olacaqsınız: M.Mehdizadə küçəsində özəl şirkətin altı mərtəbəli ofis binası tikiləcək. Layihə bizim şirkətin mütəxəssisləri tərəfindən klassik üslubda yerinə yetirilib.
- Görülən işlərin keyfiyyəti necədir?
- Çox şey tətbiq edilən texnologiyalardan və çağdaş materialların istifadəsindən asılıdır. Özümüzdən nümunə göstərəcəm. Layihəni hazırlayandan sonra biz obyektin bütün tikintisi boyu müəllif nəzarəti yerinə yetiririk, həm tikintinin özünün prinsiplərinə, həm də istifadə edilən materialların keyfiyyətinə diqqət yetiririk. Beləliklə, biz bir neçə il ərzində Almaniyanın "Paschal" firmasının məhsullarına diqqət yetirmişik. 1904-cü ildə yaranmış şirkət uğurlu inkişaf yolu keçib və hazırda bütün dünyada məşhurdur. 1964-cü ildən şirkət tikinti qəliblərinin istehsalı ilə məşğuldur. Bizim dəvətimizlə "Paschal" şirkətinin təmsilçiləri bir neçə dəfə tikinti sektorunda vəziyyətlə tanış olmaq üçün ölkəmizdə olublar. Görülən işlərin miqyası, tikinti layihələrinin həcmi və xarakteri onların heyrətinə səbəb olub və onlar bizim ölkəni öz biznesləri üçün maraqlı sayıblar. Beləliklə, 2008-ci ildə biz bu şirkətin Azərbaycan üzrə rəsmi distribütoru olmaq qərarına gəldik. Keçən illərin təcrübəsi göstərir ki, bizim qərarımız doğru olub. Bu şirkətin tikinti qəlibləri işdə çox yararlıdır. Qənaətcilliyi ilə yanaşı, onlar müxtəlif mürəkkəblikli konstruksiyaların yerinə yetirilməsini təmin edir. Bundan başqa, şirkət hər bir fərdi sifarişli layihə üçün konkret olaraq çertyoja uyğun şəkildə müxtəlif ölçülü qəliblər hazırlayır ki, bununla da layihələndirmə zamanı imkanlarımızı məhdudlaşdırmır. Alman keyfiyyətli məhsulun istifadəsi şəksiz ki, bütövlükdə tikintinin keyfiyyətinə təsir göstərir.
Mən uzun müddət başqa istehsalçıların tikinti qəliblərinin imkanlarını öyrənmişəm və bu qərara gəlmişəm ki, "Paschal" firmasının qəliblərinin istifadəsi hətta 15 illik istismardan sonra da qənaət imkanı yaradır. Bundan başqa, onlar işin keyfiyyətini 30-40% artırır, çünki betonun öz xüsusiyyətlərini qorumaq imkanı qəlibin keyfiyyətindən asılıdır. Boş yerdən bu qəliblər dünyanın qırxdan artıq ölkəsində istifadə edilmir. Onlar qonşu Gürcüstanda yetərincə populyardır, dost Ukraynada isə onların kütləvi istehsalı təmin edilib. Bəs bu məhsul Azərbaycanda niyə olmasın?
P.S. Aparıcı layihə-tikinti şirkətlərindən biri olan "Fateh"in fəaliyyəti ilə tanış olduqdan sonra biz əmin olduq ki, ölkədə sosial layihələr fəal şəkildə həyata keçirilir. Onların gerçəkləşdirilməsi üçün intellektual potensialın olması da az önəm daşımır.
MƏSLƏHƏT GÖR: