
KÖHNƏ TƏCRÜBƏ DEYİR Kİ...
"Amerika Azərbaycandan çox şey mənimsəyə bilər" U. Perri, ABŞ-ın keçmiş müdafiə naziri
Müəllif: Anar RƏSUL Bakı
Uzun illər o, «soyuq müharibə»nin ön cəbhəsində döyüşüb. Bundan sonra, 1994-1997-ci illərdə ABŞ-ın müdafiə naziri vəzifəsində çalışıb. Bill Klintonun prezidentlik illərində Pentaqona rəhbərlik etmiş Uilyam Ceyms Perri NATO-nun Şərqi Avropa ölkələri ilə əməkdaşlığının genişləndirilməsinə xüsusi əhəmiyyət verib. Hətta özünün də etiraf etdiyi kimi, Rusiyanı NATO Şurasına daxil etməyə, onu alyansın vacib elementinə çevirməyə çalışıb. Standford Universitetinin professoru U. Perri indi də bu inteqrasiyanın tərəfdarıdır.
Bu yaxınlarda ABŞ-ın keçmiş müdafiə naziri Bakıda oldu və biz onunla ayaqüstü olsa da, müsahibə götürmək imkanını əldən vermədik.
- Çox sağ olun ki, suallarımızı cavablandırmağa razılaşdınız, cənab Perri. Azərbaycana səfərinizin məqsədi nədir?
- Cənubi Qafqaz dünyanın əsas diqqət etdiyi strateji bölgələrdəndir. Amma mənim səfərim daha çox bu regionun tarixi, mədəniyyəti ilə bağlıdır. Mən Cənubi Qafqaz xalqlarının adət-ənənələrini araşdırmaq məqsədilə bir növ turneyə çıxmıışam. Azərbaycanda da Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında (ADA) oldum. Onlara “Yenidenəqurmadan 25 il sonra post-sovet ölkələrində baş verən dəyişikliklər” adlı mühaziə oxudum. SSRİ dağılandan sonra bu ölklərin bəziləri daha tez dünyaya inteqrasiya etdi, bəziləri isə böyük çətinliklər yaratdı və bu, indi də davam edir.
- Post-sovet ölkəsi olan Azərbaycandakı dəyişiklikləri necə qiymətləndirirsiniz?
- Bu ölkə üçün müstəqillk heç də asan olmadı. 20 Yanvar faciəsi, Qarabağ konfliktini yaşamaq məcburiyyətində qaldı. Amma mən indi gördüklərimə əsasən deyə bilərəm ki, burada köklü dəyişikliklər olub. Əgər 5 il bundan əvvəl Azərbaycana gəlsəydim, təklif edərdim ki, elmi mərkəzlərə üstünlük verin. Amma indi ADA kimi bir təhsil ocağı məni valeh etdi. Bir ölkədə ki intellektə yüksək qiymət verilir, demək, oranın gələcəyi də olacaq.
- Regiondan söhbət açmışkən, bu yaxınlarda Rusiya ilə Ermənistan arasında hərbi-texniki müqavilə imzalanıb. Bunun regionda təhlükəsizliyə təsirini necə qiymətləndirirsiniz?
Biz əlbəttə ki, bunun əleyhinəyik. Ümumiyyətlə, regionda sabitliyin bərqərar olmasını istəyirik. Eləcə də Dağlıq Qarabağ münaqişəsi və bölgədəki digər “dondurullmuş” konfliktlər güc tətbiq edilmədən həll olunmalıdır.
Amma Azərbaycan öz torpaqlarının hərbi yolla geri alınmasını da istisna etmir. Təbii ki, sülh yolu ilə alınmasa.
Azərbaycandakı hərbi inkişafla da bağlı kifayət qədər məlumatım var. Burada müdafiə sənayesində nazirlik yaradılıb. Amma bütün hallarda bu problemlər güc yolu ilə həll edilməməlidir.
- Azərbaycanla-ABŞ arasında münasibətlərin perspektivlərini necə görürsünüz?
- ABŞ Azərbaycanla bütün sahələrdə mübadilə aparmalıdır. Düzdür, ABŞ güclü dövlətdir. Amma o da mübadilə nəticəsində qarşı tərəfin təcrübəsini mənimsəyə bilir. Məsələn, bunun dəfələrlə şahidi olmuşuq. Azərbaycanın iqtisadiyyat, elm, yüksək texnologiyalar sahəsində potensialı var.
MƏSLƏHƏT GÖR: