Müəllif: Valentina REZNİKOVA Bakı
Hər şey uşaqlıqdan başlayır: şəxsi maraqların, həvəslərin, meyillərin, bacarıqların müəyyən edilməsi və s. Və uşaqda hər hansı bir fəaliyyətə marağın oyanması anı qaçırılmazsa, o zaman böyük bacarıq və qabiliyyətlər yaranar. Bacarıq isə öz növbəsində uşağın gələcəyini formalaşdıra bilər - peşəkar və nəticədə sosial. Rəssam Pərvanə Məmmədovanın daxili tələbatı - gözəlliyin yaradılmasına yönəlmiş müxtəlif istiqamətləri və üslubları vahid yaradıcı ideyada birləşdirməkdir. Beləcə, əsas tərkib hissəsi qadın paltarları, bəzək daşları, cürbəcür tozların fakturası və s. ola biləcəyi xüsusi layihələrin yaradılması ilə bağlı ideya yaranıb. Bu istiqamət üzrə maraq gənc qıza iki ali təhsil almağa - iqtisadi və hüquqi, sonradan isə şəxsi studiyasını açmağa mane olmayıb. Və budur, Pərvanə Məmmədovanın yeni layihəsi - onun işləmələri əsasında qadın libasları.
- Mən həmişə istəmişəm ki, hər hansı bir şənliyə gedən qadın xüsusi görünsün. İstəmişəm ki, bayram növbəti vaxtkeçirmə kimi deyil, bayram kimi olsun. Və ən əsası, paltar və make up yüksək əhval-ruhiyyə, qeyri-adi ovqat yaratsın...
Qız danışır ki, bu nağıla olan uşaq vurğunluğu, boz gerçəkliyin rəngarəng bayrama çevrilişi onda hələ də yaşayır və çox güman ki, bu hiss onu heç vaxt tərk etməyəcək.
Yeri gəlmişkən, insan bədəninin fakturası da - onun yaradıcılığının daha bir tərkib hissəsidir. Bu layihədə make up və creative make up avanqardı Şərq üslubunda təqdim etməklə, Pərvanə Məmmədova ənənəvi təsəvvürləri qırmaq və həmçinin bu cür epataj fədakarlıq vasitəsilə hər bir qadının fərdiliyinin üzə çıxmasına kömək etməyə çalışıb. Makiyajın edilməsi texnikasında xüsusi qrim, toz və "Swarovski" daşlarından istifadə olunub.
"Qış kraliçası"
Bu iş - ilin fəslinə verilən qiymətdir. Qrim-makiyaj, yüngül uçan parçanın, "zərif" nəfəs alan xəzin fakturasının birləşməsi gözəl, əlçatmaz göyçək qadın obrazını yaradır. O, sanki daxildən bəyaz rəngin paklığından ovsunlanıb. Buzlaq-daşlar rəngini dəyişərək, qəhrəman qadının daxili dünyasının paklığını vurğulayır.
"Keçi ili"...
...qədəm qoymuş 2015-ci ilin simvoludur. Duvaq və qırmızı rəngli kapron emosiyaların gözlənilməz coşqularının temperamentini vurğulayır. Makiyajda xüsusi qrim, qırmızı ilə qara rəngin daşlarla çəkilmiş ornamentlərindən istifadə olunur. Müəllif açıq-aşkar daxil olmuş ildən çox şey gözləyir. Çünki qırmızı - məhəbbət və ümid rəngidir.
"Qızıl"
Qızıl toz sayəsində tamaşaçıların fantaziyasını sfinks və Misir fironlarının dövrünə aparan qızıl heykəl obrazını yaradır. Canlı heykəlin əlində kreativ makiyaj mövzusu ilə maraqlanan hər kəsə payladığı müəllifin ornament işlərinin kataloqu var. Onun hazırladığı texnikanın bir hissəsini modellərin üzlərində, dekoltesində, əllərində və bədənində görmək olar.
"Tovuzquşu"
Müəllif etiraf edib ki, uşaqlıqdan bu quşa qarşı biganə deyil. Quşda müəyyən bir xüsusi gözəllik və cəlbedicilik var. Ona görə də o, işlərdə quşun quyruğu olmasa da, tovuzquşunun pipiyini təsvir edən elementlərdən istifadə edir. Pərvanə hesab edir: bu quşda Qədim Şərqdən nəsə var - valehedici, möcüzəvi, cəlbedici. "Swarovski" daşları, qızıl tozu və budur, qadının belində gözəlliklə təmasda olan rahat şəkildə quş yerləşdirilib.
"Şərq gecəsi"
Qara tül libasda və Qədim Şərqə istinad edən başörtüyü, alnında tovuzquşu tacı motivi olan qadın bir-biri ilə uzlaşan assosiasiyaların daha bir variantıdır: ədəbi, bədii, kinematoqrafik...
"Gəlin"
Müasir üslubda gəlinin milli libası nümayiş olunub. Qırmızı rəngdə zərif, axan parça milli ornamentlə bəzədilib. Ornamentin qızılı, həmçinin uzaqdan arxalığa oxşayan, belə düşərək üst örtüyünü yaradaraq başında tamamlanan və qolları bağlayan şərfin kənarlarına da tikilib. Qızın qolunda olan ornament xüsusi maraq doğurur. Bu, "xınayaxdı" və bunun kimi təmtəraqlı görünməyəcək başqa bir şənlikdə, məsələn, toyda və ya ad günündə yerinə düşən ornamentdir.
Ümid edək ki, "Natəvan" qalereyasında öz işlərini nümayiş etdirməyə imkan tapan Pərvanə Məmmədova, bir-birinə oxşayan iş günlərinin tez-tez şənliyə çevrilməsi üçün öz yaradıcılıq axtarışlarını və bədii fantaziyasını genişləndirəcək.
MƏSLƏHƏT GÖR: