YENİYETMƏLƏRDƏN YENİ REKORD
Sinqapurda keçirilən olimpiya oyunlarında azərbaycan dünyada 11-ci, avropada isə 6-cı yerə yüksəldi!
Müəllif: Sənan ŞƏFİZADƏ Bakı
Sinqapurda təşkil edilən Yeniyetmələrin ilk Yay Olimpiya Oyunları Azərbaycan idmançılarının uğurlu çıxışıyla yadda qaldı. Ən nikbin məşqçi, ən nikbin azarkeş belə, komandamızın bu cür yüksək səviyyədə çıxış edəcəyini proqnozlaşdıra bilməzdi. Yeniyetmələrimizin qazandığı 8 medaldan 5-nin qızıləyarlı olması dediklərimizi sübut edir. Mötəbər yarışda iştirak edən 12 idmançımızdan 8-nin mükafatçılar sırasına düşməsi yetərincə yüksək göstərici sayıla bilər.
Yarışda azarkeşlərimizə ən böyük sevinci yenə güləşçilər bəxş etdilər. Turnirdə əla start götürən komandamız pəhləvanların sayəsində Sinqapurda Azərbaycan güləş məktəbinin qüdrətini göstərdi. 4 qızıl və 1 gümüş medal güləşimizin imijini daha da yüksəltdi. Murad Bazarov (42 kq), Elman Muxtarov (52 kq), Əli Maqomedəbirov (100 kq), Patimat Baqometova (52 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxdılar. Kənan Quliyev isə (54 kq) yalnız finalda uduzmaqla gümüş medalla kifayətləndi. Güləşçilərimizin uğuru idmanın bu növünün yeniyetmələr arasında da populyarlığını göstərdi. Məhz yeniyetmələrin böyük uğuru sərbəst və yunan-Roma, eləjə də qadın güləşçilərdən ibarət komandamızın gələcəkdə də etibarlı əllərdə olajağını göstərdi.
Ağır atletikada yaşıdları arasında böyük uğurlar qazanan Nicat Rəhimovu Sinqapur Olimpiadasının kəşfi saymaq olar. 69 kq-da yarışan məşhur Nizami Paşayevin yetirməsi yaxşı mənada hamını təəccübləndirdi. Bütün həmkarlarını qabaqlayaraq qızıl medal qazanan Nicat, yeniyetmələr arasında Azərbaycan ağır atletika tarixində ilk Olimpiya çempionu oldu. Maraqlıdır ki, idmanın bu növündə indiyə qədər olimpiadada ölkəmiz medal qazana bilməyib. Nijatın bu uğuru gələcək böyük qələbələrin təməlidi. Dünya və Avropa çempionu Nizami Paşayevin yetirməsi olan Nicat Rəhimov üzərində işləməklə tezliklə böyüklərin olimpiadasında da iştirak edə bilər. Gənj idmançının böyük uğurlarına ümid sonsuzdur. Boksçularımız 2 gümüş qazanmasına rəğmən, federasiya nətijədən razı olmaya bilər. Əlbəttə, 3 idmançıdan 2-nin mükafatçılar sırasına düşməsi alqışalayiqdir. Amma məşqçilər korpusunun qızıl medala ümid bəsləməsi onların gümüş medalı böyük uğur kimi qiymətləndirməyəjəyindən xəbər verir. Salman Əlizadə (48 kq) və Elvin İsayev (57 kq) finalda uduzmaqla qızıl medalı rəqibə bağışladı. Olimpiya yığmamızın bayraqdarı Şaban Şahpələngovun (51 kq) ilk döyüşdə uduzması isə əsl şok effekti verdi. Yeniyetmələrin dünya çempionatında qızıl medal qazanan gənc boksçuya ümid böyük olsa da, Şaban uğursuzluğa düçar oldu.
Kanoeçi Radoslav Kuçev medala çox yaxın idi. Avarçəkmədə 14 finala qədər irəliləyən təmsilçimiz yarımfinala vəsiqə qazana bilmədi. Hər halda o, taekvondoçu Səbuhi İsmayılzadə (73 kq) və cüdoçu Cəlil Cəlilovla (66 kq) müqayisədə daha yaxşı çıxış etdi. Komandamızda təmsil olunan yeganə cüdoçu və taekvondoçu mübarizəni vaxtından əvvəl dayandırdı.
Sinqapurdakı yeniyetmələrin olimpiadasında komandamız qarşıya qoyulan məqsədi artıqlamasıyla yerinə yetirdi. Ümumilikdə, 8 medal qazanan yığmamız komanda hesabında 11-ci yeri tutdu. Bununla Olimpiya yığmamız ABŞ, Almaniya, Böyük Britaniya və digər aparıjı idman ölkələrini qabaqladı. Müqayisə üçün bildirək ki, yığmamız keçmiş SSRİ ölkələrindən yalnız Rusiya və Ukraynadan geri qalıb. Ermənistan isə ümumiyyətlə, yarışda çempionluq sevinci yaşamayıb. Onlar 1 gümüş və 3 bürünj medalla 68-ci yerdədirlər. Komandamız Avropa ölkələri arasında 6-cı nəticəni göstərib. İdmançılarımızı Rusiya, Ukrayna, İtaliya, Macarıstan və Fransa milliləri qabaqlayıb.
Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və yerli federasiyaların səmərəli fəaliyyəti ölkədə idmanın inşikaf tempini artırır. İki ildən sonra Londonda keçiriləcək böyüklərin Yay Olimpiya Oyunları ərəfəsində Sinqapurda qazanılan 8 medal xalqımıza böyük töhfə oldu. İndi söz əsas komandanındır. Onlardan daha böyük nəticələr gözləyirik.
MƏSLƏHƏT GÖR:



581

