Müəllif:
Son illərdə Bakı sakinləri, demək olar ki, işıqla bağlı problemləri unudublar. Hava nə qədər pis olsa da, qış nə qədər sərt keçsə də, bakılılar elektriklə bağlı çətinlik hiss etmirlər. Burada, əlbəttə, şəxsən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əhalinin enerji ilə təminatına, yeni istehsal və paylayıcı güclərin işə salınmasına ayrılan diqqət böyük rol oynayır ki, bu da ölkənin elektrik enerjisinə olan ehtiyacını tam ödəməyə imkan verir. Bu zaman dövlət başçısı ön plana paylayıcı şəbəkənin düzgün idarə edilməsini çıxarır ki, "Bakıelektrikşəbəkə" ASC də bu işin öhdəsindən uğurla gəlir.
Son illər ərzində paytaxtın enerji şəbəkəsinə böyük vəsaitlər yatırılıb. Bu da sözün həqiqi mənasında, sistemin dayanıqlılığında özünü göstərir, belə ki, elektriklə bağlı problemlərin həllində artıq son nöqtəni də qoyub. Paytaxtın ayrı-ayrı hissələrində, hətta cüzi kəsilmələr belə, "Bakıelektrikşəbəkə" ASC-nin işçiləri tərəfindən operativ qaydada aradan qaldırılır.
Amma paylayıcı şəbəkədə hansısa ciddi problemin olmaması arxayınlıq yaratm?r və ASC şəhərin enerji sisteminin gələcək inkişafını planlaşdırır. Bunun gerçək olduğunu göstərmək üçün sadəcə qeyd etmək lazımdır ki, yalnız 2010-cu ilin birinci yarısında Bakının enerji şəbəkəsinin gücü 3% artaraq, 4 280 mva-ya çatıb, ilin sonuna kimi isə güc 4 560 mva-ya qədər artacaq.
Altı ay ərzində 110/ 35/6 kv-luq "Badamdar" yarımstansiyasında hər birinin gücü 10 mva-ya bərabər olan iki transformator hər birinin gücü 16 mva olan daha güclü transformatorlarla dəyişdirilib; enerji sisteminin dayanıqlıl?ğının artırılması üçün "Müşfiq" stansiyasından iki 110 kilovoltluq kabelin çəkilməsi nəzərdə tutulub.
Bundan başqa, paytaxtın Binəqədi və Qaradağ rayonlarında yeni obyektlərin təmin edilməsi, "Binəqədi" və "Dərnəgül-2" yarımstansiyalarının yüklənməsinin azaldılması üçün hər birinin gücü 40 mva olan iki transformatora malik 110/ 35/6 kilovoltluq yeni "Xocasən" yarımstansiyası tikilib. Yarımstansiyanın təchizi üçün "Səngəçal" yarımstansiyasından uzunluğu 40,3 km olan 110 kv-luq iki elektrikötürmə xəttinin tikintisi aparılır.
Bütövlükdə, 2010-cu ilin birinci yarısında payız-qış mövsümünə hazırlıq işləri çərçivəsində 110 kv-luq 20 yarımstansiyada cari, 5 yarımstansiyada isə əsaslı təmir aparılıb; həmçinin 30 km uzunluqlu 110 kv-lıq elektrikötürmə xətti təmir edilib.
35 kilovoltluq şəbəkədə də önəmli işlər görülüb. Bakının Səbail rayonunun enerji ilə təchizatını yaxşılaşdırmaq üçün hər biri 16 mva gücündə olan iki transformatora malik 35/10 kv-luq "Dağüstü park" stansiyasının tikintisi aparılır. Yarımstansiyanın təchizatı üçün "Badamdar", "İçərişəhər" və "Nərimanov" yarımstansiyalarından 35-kv-luq kabellərin çəkilməsi nəzərdə tutulur.
Paytaxtın Nəsimi və Yasamal rayonlarının böyük bölümünü elektrik enerjisi ilə təchiz edən 111 saylı yarımstansiyanını yenidənqurulması üzrə də işlər görülür. O cümlədən, avadanlıq təzələnir, iki transformatorun quraşdırılması nəzərdə tutulur.
Bakı qəsəbələrində elektrik təchizatının yaxşılaşdırılması üçün bir sıra yarımstansiyalarda irimiqyaslı işlər görülür.
Buzovna - Bilgəh - Nardaran avtomobil yolunun genişləndirilməsi ilə əlaqədar, "Nardaran-1" yarımstansiyası yenidən tikilib, orada hər birinin gücü 16 mva olan iki 35/6 kilovoltluq transformator quraşdırılıb, 35 və 6 kv-luq qapalıtipli paylayıcı qurğular quraşdırılıb, yarımstansiyanı qidalandıran hava xətləri kabellə əvəzlənib.
Buzovna qəsəbəsində isə açıqtipli 486 saylı yarımstansiyanın əvəzinə, qapalıtipli yarımstansiya tikilib, hava xətlərinin kabellə əvəzedilməsi üzrə işlər görülür. Həmçinin, Zuğulba qəsəbəsində köhnə 479 saylı yarımstansiyanın əvəzinə 16 mva-lıq iki transformatora malik yeni yarımstansiya tikilib.
Qaradağ, Xətai, Binəqədi rayonlarının əksər 35 kilovoltluq yarımstansiyalarında transformatorlar daha güclüləri ilə əvəz olunub, hava xətlərində təmir işləri görülüb. Həmçinin, Ramana və Maştağa qəsəbələrində, Nərimanov və Nəsimi rayonlarında 35 kilovoltluq yarımstansiyalarda və elektrikverilmə xətlərində təmir işləri aparılıb.
Bütövlükdə, 35 kilovoltluq şəbəkə üzrə 60 yarımstansiyada cari təmir və profilaktiki işlər, 10 yarımstansiyada isə əsaslı təmir gerçəkləşdirilib. Həmçinin 100 kilometr elektrikötürmə hava xəttində təmir işləri görülüb, 8,5 km kabel dəyişdirilib.
Və nəhayət, "Bakıelektrikşəbəkə" SC son nəticədə əhalinin elektrik aldığı 10/6/0,4 kv-luq şəbəkədə də yetərincə iş görüb. 2010-cu ilin birinci yarısında 800 transformator məntəqəsində təmir və profilaktika işləri görülüb, bu zaman 30 transformator daha güclüsü ilə əvəz olunub. 6-10 kv-luq şəbəkədə 60 km və 0,4 kv-luq şəbəkədə 80 km kabel çəkilib. 6-10 kilovoltluq hava xətlərinin təmirinə 15 ton və 0,4 kilovoltluq xətlərin təmirinə isə 4,6 ton məftil işlədilib.
Enerji təchizatının yaxşılaşdırılması çərçivəsində Bakı qəsəbələrinin yeni evlərinə SIP-kabellərin çəkilməsi davam edir. Hesabat dövründə 980 km magistral və 690 km abonent xəttinin çəkilməsi gerçəkləşdirilib, 25 min 143 yeni sağyac quraşdırılıb, 324 transformator məntəqəsində işlər başa çatdırılıb, 88 məntəqədə isə davam etməkdədir.
Bütün görülən işlər qarşıdan gələn qışı elektriklə bağlı heç bir kəsilmə və problem olmadan keçirməyə imkan verəcək.
MƏSLƏHƏT GÖR: