25 Dekabr 2024

Çərşənbə, 20:28

"PUL BARƏDƏ DÜŞÜNMƏMİŞƏM"

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki "R+"a müsahibəsində oyunçuların potensialından və gözləntilərindən danışdı

Müəllif:

26.01.2015

Fut­bol üzrə Azər­baycan mil­li­si 2015-ci ili ye­ni baş məşqçiy­lə qar­şı­la­dı. Al­man Ber­ti Foqtsun is­te­fa­sın­dan so­nra xor­vat Ro­bert Pro­si­neç­ki AFFA tə­rə­fin­dən yığmaya baş məşqçi təy­in olun­du. Eti­raf edək ki, Pro­si­neç­ki xa­siyyə­ti­nə gö­rə sə­lə­fi Foqtsun, de­mək olar ki, tam ək­si­dir. Al­man məşqçi­dən fər­q­li ola­raq, ək­sər günlə­ri­ni Azər­baycan­da ke­çi­rən ye­ni baş məşqçi mil­li çem­pi­o­na­tın mat­çla­rı­nı iz­lə­mək üçün Lən­kə­ran, Qə­bə­ləyə yol­lan­mağa da tən­bəl­lik et­mə­di. AFFA-nın ye­ni ya­rat­dığı Məşqçi­lər Şu­ra­sıy­la görüşən xor­vat mütə­xəs­sis ar­dınca öl­kə klub­la­rı­nın qış ha­zır­lığı­nı iz­lə­mək üçün An­talyaya üz tut­du.

Mət­bu­at­la xoş ünsiyyət ya­ra­dan Ro­bert Pro­si­neç­ki jur­na­list­lə­rin su­al­la­rı­na məm­nu­niyyət­lə ca­vab ve­rir, hət­ta bə­zən açıq müza­ki­rəyə də baş­layır.

"R+" Ro­bert PROSİNEÇKİ ilə Azər­­baycan­da­kı həy­a­tı, klub­la­rı­mı­zın ha­zır­lığı, fut­bo­lu­mu­zun ha­zır­kı du­ru­mu ba­rə­də da­nış­dı.

- Azər­baycan mil­li­si­nə təy­i­na­tı­nız ha­q­da da­nı­şar­dı­nız. Si­zin­lə Bos­niya və Her­so­qo­vi­na yığma­sı da ma­raq­la­nır­dı. Niyə məhz Azər­baycan mil­li­si­ni seç­di­niz?

- AFFA-nın baş ka­ti­bi El­xan Məm­mə­dov­la Pa­ri­s­də ta­nış ol­duq. İlk də­fə ora­da da­nış­dıq və görüş çox ma­raq­lı alın­dı. Bir ne­çə gün keç­dik­dən so­nra biz ye­ni­dən görüşdük və bu də­fə da­ha ət­ra­f­lı söh­bə­ti­miz ol­du. Da­ha so­nra Bos­niya və Her­so­qo­vi­na va­ri­an­tı or­taya çıx­dı. Ancaq mən Azər­baycan mil­li­si­nə üstünlük ver­dim. Gə­ləcəy­i­ni par­laq görürəm. Azər­baycan­da iş­lə­mək mümkündür və bu­nun üçün hər cür şə­ra­it var. Bos­niya və Her­so­qo­vi­na­nın Av­ro­pa­nın apa­rıcı çem­pi­o­nat­la­rın­da çı­xış edən yax­şı fut­bol­çu­la­rı var. La­kin Azər­baycan mil­li­sin­də ça­lış­maq mə­nə da­ha cəl­be­dici gəl­di. Bu­ra­da söh­bət pul­dan get­mir. Çox­la­rı be­lə düşünə bi­lər. Ümu­miyyət­lə, fut­bol­da hər şey pul­la ölçülmür. Bu­ra­da da­ha vacib amil­lər var. Əl­bət­tə, bu se­çi­mim­də Azər­baycan yığma­sı­nın mə­nim­lə Bos­niya və Her­so­qo­vi­na­dan ön­cə ma­raq­lan­ma­sı da böyük rol oy­na­dı.

- AFFA rəh­bər­liyi qar­şı­nı­za han­sı və­zi­fə­lər qoy­ub və siz nəyə ümid edir­si­niz?

- Çox tə­əssüf ki, Azər­baycan yığma­sı "Av­ro-2016"nın se­ç­mə mər­hə­lə­sin­də ke­çir­diyi 4 oy­un­dan bir xal be­lə top­laya bil­mə­di. Bu sə­bə­b­dən, fut­bol­çu­la­rın psi­xo­lo­ji du­ru­mu yax­şı və­ziyyət­də dey­il. Ha­zır­da əsas məq­səd fut­bol­çu­la­rın psi­xo­lo­ji du­ru­mu­nu yax­şı­laş­dır­ma­q­dır. Fut­bol­çu­la­ra qə­lə­bə ru­hu­nu və özünə­i­na­mı qay­tar­ma­lıyıq. 0 xal Azər­baycan mil­li­si­nin gücünün gö­s­tə­rici­si dey­il. Bə­zən ko­man­da­da oy­un alın­mır. Yığma­da prob­lem­lə­rin ol­ma­sıy­la ra­zıy­am. Sa­dəcə, prob­le­mi araş­dı­rıb həll et­məy­in tə­rəf­da­rıy­am. Se­ç­mə mər­hə­lə­də tur­nir cəd­və­lin­də mümkün qə­dər irə­li­lə­mək is­təy­i­rik. Bə­li, bu­nu et­mək çə­tin olacaq. Am­ma biz­də böyük po­ten­si­a­la ma­lik gənc fut­bol­çu­lar var. Azər­baycan mil­li­si ilə müqa­vi­lə im­za­la­dı­q­dan so­nra bir sı­ra fut­bol­çu­la­rı iz­lə­mək im­ka­nım ol­du. On­la­rın sı­ra­sın­da diq­qə­ti­mi çə­kən xey­li fut­bol­çu var idi. Ad çək­məy­ə­cəm, ancaq on­la­ra ina­nı­ram.

- Se­ç­mə mər­hə­lə­nin qa­lan oy­un­la­rın­da yığma­da dəy­i­şik­lik hiss et­mək mümkün olacaq?

- Siz hər şeyi ey­ni za­man­da is­tə­y­ir­­si­niz. Biz məşqçi­lər kor­pu­su mil­li­dən ye­ni oy­un gö­s­tər­məyi tə­ləb edə­cəy­ik. Fe­v­ral top­la­nı­şın­da yığma­nın son du­ru­mu mə­lum olacaq.

- Xor­vat ol­duğu­nu­za gö­rə azar­keş­lər Azər­baycan-Xor­va­tiya mat­çı­nı səbr­siz­lik­lə göz­ləy­ir. Sizcə, hə­min oy­un­da ko­man­da­nız sen­sa­siya edə bi­lər?

- Azər­baycan mil­li­si­nin baş məşq­çi­siy­əm, de­mə­li, bu ko­man­da­nın uğur­la­rı üçün ça­lış­ma­lıy­am. Hə­min oy­u­na hə­lə çox vaxt var. Biz Xor­va­tiy­aya qar­şı lay­iq­li oy­un gö­s­tər­məyə ça­lı­şacayıq. Xor­va­tiya yığma­sın­da yük­sək sə­viyyə­li fut­bol­çu­lar oy­nayır. Ba­kı­da on­la­ra qar­şı xüsu­si ha­zır­laş­ma­lıyıq.

- Siz də­fə­lər­lə hücum fut­bo­lu­na üstünlük ve­rəcəy­i­ni­zi bəy­an et­mi­si­niz. Ancaq Azər­baycan mil­li­si­nin be­lə oy­un sə­rg­i­lə­mək po­ten­si­a­lı var­mı?

- İlk ola­raq on­dan baş­layım ki, fut­bol­da müda­fiə olun­maq hücum et­mək­dən da­ha asan­dır. Dəy­i­şik­lik­lə­rə gə­lincə, bu, həm oy­un si­s­te­min­də, həm də hey­ət­də olacaq. Hücum­da da­ha sə­mə­rə­li, fər­q­li şey­lər et­məyə po­ten­si­a­lı­mız var. Fut­bol­çu­lar təkcə irə­li qa­ç­ma­lı dey­il, həm də yax­şı oy­un sə­rg­i­lə­­mə­li­dir­lər. Tə­bii ki, bu, asan ol­may­a­caq. Ancaq bu­nun üçün ça­lı­şacağıq.

- İlk günlər­dən si­zi sta­di­on­da gördük. Hət­ta bö­lg­ə­lə­rə sə­fər et­di­niz. Bu mə­sə­lə­lər müqa­vi­lə­də var, yox­sa siz özünüz hər şeyi gör­mək is­tə­di­niz?

- Azər­baycan mil­li­si­nin baş məşq­çi­siy­əm. De­mə­li, bütün klub­la­rı, on­la­rın fut­bol­çu­la­rı­nı ta­nı­ma­lıy­am. Fut­bo­lu­nuz ha­q­da ge­niş mə­lu­ma­tım ol­ma­yıb. Ona gö­rə çem­pi­o­nat mat­çla­rı­nı iz­lə­məyi vacib say­dım. Azər­bay­can Prem­yer Li­qa­sın­da 3-4 güclü ko­man­da var. Mə­sə­lən, Av­ro­pa Li­qa­sı­nın pley-off mər­hə­lə­si­nin as­ta­na­sın­da day­an­dı­rı­lan "Qa­ra­bağ" klu­bu­nu mi­sal çək­mək olar. Premyer Li­qa­da güclü klub­la­rın hey­ət­lə­rin­də xey­li sə­viyyə­li le­g­i­o­ner fut­bol­çu­lar çı­xış edir. "Qa­ra­bağ"da bun­lar Rey­nal­do və Ri­çard Al­mey­da­dır. Be­lə fut­bol­çu­lar­la bi­rgə oy­na­ma­la­rı yer­li oy­un­çu­la­rı da güclü edir və on­la­ra təcrübə qa­zan­dı­rır. Ümu­miyyət­lə, Azər­baycan­da­kı le­g­i­o­ner li­mi­ti (mey­da­na çı­xacaq 11 fut­bol­çu­dan ən azı 5-i yer­li oy­un­çu, on­lar­dan da 1-nin ya­şı 21-dən az ol­ma­lı­dır) mə­ni qa­ne edir. Əsas bu­dur ki, mey­dan­da­kı le­g­i­o­ner fut­bol­çu­lar yer­li oy­un­çu­lar­dan üstün ol­sun. Be­lə və­ziyyət­də yer­li fut­bol­çu­lar da sürət­lə in­ki­şaf edə­rək, güclə­nəcək­lər.

- An­talya­da klub­la­rın ha­zır­lığı­nı iz­lə­di­niz. Gördüklə­ri­niz­dən ra­zı qal­dı­nız?

- An­talya­da ha­zır­lıq ke­çən klub­la­rın ha­mı­sı­nın məş­qlə­ri­ni və oy­un­la­rı­nı iz­lə­mi­şəm. Tə­bii ki, fa­si­lə­dən so­nra ko­man­da­lar heç də ide­al for­ma­da ol­mur­lar. Tə­d­ricən, on­lar for­ma­la­rı­nı bər­pa edəcək­lər. Hə­lə ki, gördüklə­rim­dən ra­zıy­am. Oy­un­çu­lar məş­qlər­də və oy­un­lar­da hə­vəs­lə ça­lı­şır­lar. Oy­un­lar­da əl­lə­rin­dən gə­lə­nin ən yax­şı­sı­nı et­məyə cəhd edir­lər. Bu­ra­da gördük­lə­rim mil­li­nin oy­un key­fiyyə­ti­ni ar­tı­ra bi­ləcəy­i­mi­zə zə­min ya­ra­dır. Azər­bay­can­dan kə­nar­da çı­xış edən bə­zi fut­bol­çu­la­rın oy­un­la­rı­nı can­lı iz­lə­mə­səm də, ək­sə­riyyə­ti ha­q­da mə­lu­ma­tım var. Ki­min nəyə qa­dir ol­duğu­nu bi­li­rəm. Çünki la­zım olan bütün mə­lu­mat­lar əlim­də­dir. Bir mə­sə­ləyə də to­xu­num. Mil­liyə də­vət edəcəy­im fut­bol­çu­nun ya­şı önəm­li dey­il. Həm gənclə­rə, həm də təcrübə­li­lə­rə özünü gö­s­tər­mək şan­sı ve­rəcəy­əm. Əsas fut­bol­çu­nun ya­şı yox, han­sı for­ma­da ol­ma­sı­dır. "Qa­ra­bağ", "Neftçi"nin iz­lə­diy­im oy­un­la­rın­dan ra­zı qal­dım. "Qa­ra­bağ"ın hey­ə­tin­də Mak­sim Med­ve­dev, Qa­ra Qa­ray­ev, Rə­şad Sa­dı­qov və Bə­da­vi Hüsey­nov diq­qə­ti­mi çək­di. Yığma üzvlə­ri­nin ha­mı­sı yax­şı idi.

- Ber­ti Foqtsun vax­tı mil­li­nin ka­pi­ta­nı Rə­şad Sa­dı­qov olub. Si­zin rəh­­bər­lik et­diy­i­niz dö­nəm­də necə olacaq?

- Ka­pi­tan se­çi­mi mə­nim üçün elə də böyük önəm kəsb et­mir. Han­sı ko­man­da­nı götürmüşəm­sə, ka­pi­tan öz po­s­­tun­da qa­lıb. Əg­ər onu se­çib­lər­sə, de­mə­li, gü­və­nir­lər. Azər­baycan yığ­ma­­sın­da da ey­ni qə­ra­rı ver­mi­şəm, Rə­şad Sa­dı­qo­vu ka­pi­tan po­s­tun­da sax­la­mı­şam. Unut­may­aq ki, ka­pi­tan mil­li­nin li­de­ri ol­ma­lı­dır. Sa­dı­qov yax­şı fut­bol­çu­dur. "Qa­ra­bağ"da da se­çi­lən oy­un­­çu­lar­dan­dır. Rə­şad Sa­dı­qov yığma­da qa­lacaq və ko­man­da­nın ka­pi­ta­nı ola­caq.

- Fe­v­ral­da Azər­baycan mil­li­si rəh­bər­liy­i­niz al­tın­da ilk də­fə top­la­şacaq. Mil­li­də ye­ni ad­lar olacaq?

- Fe­v­ral­da yığma­nın 6 günlük top­la­nı­şı olacaq. Am­ma hə­min top­la­nış­da "Neftçi"nin fut­bol­çu­la­rı ilə xa­ricdə oy­nay­an le­g­i­o­ner­lər ol­may­acaq ("Neft­çi"nin çem­pi­o­nat­da tə­xi­rə sa­lı­nan matçda mey­da­na çı­xacaq - "R+"). İki oy­un ke­çi­rəcəy­ik. Ola bi­lər xa­rici klub­­la­ra qar­şı oy­nay­aq. Bu ha­zır­lıq FİFA tə­q­vi­min­də yer al­ma­dığın­dan yox­­­la­ma oy­u­nu üçün yığma tap­maq çə­tin­dir.

- Ümu­mi­lik­də, Azər­baycan ha­q­da nə söy­ləyə bi­lər­si­niz?

- Azər­baycan və Ba­kı mə­nim çox xo­şu­ma gə­lir. Ba­kı çox gö­zəl şə­hər­dir. Xüsu­si­lə, me­mar­lıq abi­də­lə­ri ilə çox cəl­be­dici­dir. Bu şə­hər sürət­lə in­ki­şaf edir. Böyük in­ve­s­ti­siy­a­la­rın qoy­ul­ma­sı hər şey­dən xə­bər ve­rir. Mə­nim ai­ləm­lə Azər­bayca­na gə­li­şim, bu öl­kəyə olan müna­si­bə­ti­min əsas gö­s­tə­rici­si­dir. Qız­la­rım Ba­kı mək­təb­lə­rin­də təh­sil alacaq­lar. Bu­ra­da yax­şı həy­at üçün hər şey var.


MƏSLƏHƏT GÖR:

629