AZƏRBAYCANLILARIN AVROPADA MACƏRALARI
Püşk atıldı: çərxi-fələk yalnız "Inter"in üzünə gülmədi
Müəllif: Sənan ŞƏFİZADƏ Bakı
Azərbaycan futbol azarkeşlərinin diqqəti bu yaxınlarda İsveçrənin Nyon şəhərinə yönəlmişdi. Məhz bu şəhərdə qitəmiqyaslı turnirlərin 2010/////////-11 mövsümünün püşkatma mərasimi keçirilirdi. Çempionlar Liqası və Avropa Liqasının ilk iki təsnifat mərhələsi üçün klublarımızın bütün rəqibləri burada müəyyənləşdi.
Qitənin ən nüfuzlu klub turniri Çempionlar Liqasında "İnter"in rəqibi azarkeşlərə yaxşı tanışdı. Azərbaycan çempionu üçüncü təsnifat mərhələsinə adlamaq üçün Polşa çempionu "Lex"i üstələməlidi. Xatırladaq ki, məhz həmin "Lex" əvvəlki illərdə "Karvan" və "Xəzər-Lənkəran"ı məğlub etmişdi.
"İnter" ilk oyununu iyulun 13-ü Bakıda, cavab matçını isə 21-də səfərdə keçirəcək.
Azərbaycan Kubokunun qalibi "Bakı" Çernoqoriyanın "Buduçnost" klubuna rəqib olub. Paytaxt təmsilçisi Avropa Liqasında mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq.
İlk mərhələdə yarışacaq "Qarabağ" Makedoniyanın "Metallurq", "Xəzər-Lənkəran" isə Moldovanın "Olimpiya" klubuyla qarşılaşacaq.
Cənublular mərhələyə adlayacağı təqdirdə, növbəti mərhələdə Buxarestin "Dinamo", "Qarabağ" isə "Portdaun" (Şimali İrlandiya)- "Skonto" (Latviya) cütünün ən güclüsüylə qarşılaşa bilər.
Püşkün təmsilçilərimiz üçün uğursuz alındığını söyləmək olmaz. Ən azı, ötən mövsümdən fərqli olaraq, ilk mərhələdə komandalarımıza "Rusenborq" kimi rəqib düşməyib. Hazırkı vəziyyətdə yalnız "İnter" bəxtindən şikayətlənə bilər. Bankirlərin rəqibi "Lex" son illər Polşada hegemonluq edir. Ciddi azarkeş ordusuna malik komanda doğma stadionunda daha güclü futbol nümayiş etdirir.
Bizim üçün arzuolanmaz rəqib adlandırılan "Lex"in avrokubok təcrübəsi yetərincədi. Polyaklar 2 mövsüm əvvəl "Xəzər-Lənkəran"ı üstələyəndən sonra UEFA Kubokunun 1///////////.16 finalına qədər irəliləyə bilmişdi.
Odur ki, "İnter" rəqibin saymazyana münasibətindən istifadə etməlidi. "Lex" həm "Karvan"a, həm də "Xəzər-Lənkəran"a yerini göstərib. Ona görə "İnter" meydana revanş əzmiylə çıxmalıdı.
"Bakı" rəhbərliyi hələ püşkatmadan öncə zəif rəqib arzuladığını gizlətməmişdi. Ölkə kubokunun son qalibi heyət tam kompektləşmədiyindən bu mərhələdə çox əziyyət çəkmək istəmirdi. Amma "Buduçnost"u zəif rəqib adlandırmaq da olmaz. "Bakı"nın qarşısına gənc, yüksək fiziki göstəriciləriylə fərqlənən futbolçular çıxacaq. Bu isə komandamıza problem yarada bilər. Mühüm olanı rəqibə layiq olduğu qiyməti verməklə əzmkar mübarizə aparmaqdı.
Ötən mövsüm beynəlxalq arenada parlaq çıxışıyla yadda qalan "Qarabağ"ın əsas üstünlüyü optimal heyəti qoruya bilməsidi. Rəqib birmənalı şəkildə ağdamlılara maneə törətməməlidi. Görüşün favoriti məhz Qurban Qurbanovun komandasıdı. Makedoniya klublarının maliyyə vəziyyəti yaxşı deyil, ona görə heyətdə ciddi dəyişikliklər edəjəyi sirr deyil. "Metallurq" əsas oyunçuları çətin ki, heyətdə saxlaya bilsin. "Qarabağ" ilk görüşdə maksimum güj sərf etməklə qənaətbəxş nəticə qazanmalıdı. "Metallurq"un Avropa təcrübəsi demək olar ki, yoxdu. Rəqib avrokuboklarda cəmi 3 mövsüm iştirak edib.
"Xəzər-Lənkəran"ın həqiqətən bəxti gətirib. Ən münasib rəqib, demək olar ki, cənublulara düşüb. Ağasəlim Mirjavadovun komandası, nəhayət, mərhələyə adlamağı bacarmalıdı. Özü də "Xəzər-Lənkəran" ilk dəfə rəqibi doğma Lənkəranda qəbul edəcək. Güclü azarkeş dəstəyinə malik olacaq cənublular növbəti mərhələyə vəsiqənin taleyini səfərdə keçirəcəkləri ilk oyunda həll etməlidi.
MƏSLƏHƏT GÖR:

412

