BİR DAHA MİFLƏR VƏ REALLIQLAR HAQQINDA
Və ya Osmanlı imperiyası dönəmindəki "Erməni soyqırımı" iddiaları hansı məqsədlərə qulluq edir?
Müəllif: Oqtay ƏLİYEV, Bakı Slavyan Universitetinin "Beynəlxalq münasibətlər" kafedrasının müdiri Sahil İSGƏNDƏROV, politoloq Bakı
Türkiyə - İsrail münasibətlərinin kəskin şəkildə pisləşməsi bütünlükdə dünya ictimaiyyətində ciddi narahatlıq yaradıb. Amma bu qarşıdurmadan öz köhnə, məkrli niyyətini gerçəkləşdirmək üçün istifadə etməyə çalışan qüvvələr də var. Erməniliyin ideoloqları Türkiyəyə, həmçinin, son zamanlaradək "erməni soyqırımı"nın tanınmasına qarşı mübarizədə Ankaranın əsas müttəfiqi olmuş İsrailə münasibətdə bədxahların sırasında ilk yerləri tutur.
İndi yaranmış vəziyyətdən istifadə etməyə çalışan ermənilik yəhudi lobbisinə "tarixi ədalət"i, yəni, İsrailin "erməni soyqırımı"nı tanımasının vacibliyini bəzən yumşaq, bəzən də sərt şəkildə xatırladır. İndi Təl-Əviv və yəhudi lobbisinin bu məsələdə özünü necə aparacağını tam proqnozlaşdırmaq mümkün deyil. Amma bu məqalədə əsas məqsəd erməniliyin ideoloqları və onların himayədarlarının dünya ictimaiyyətinə "erməni soyqırımı" adı ilə yeritməyə çalışdığı hadisənin əsl mahiyyətini növbəti dəfə dəqiqliklə analiz etməkdir.
Təbii ki, ermənilik qarşısına qoyduğu bu məqsədə nail olmaq üçün əvvəlcə qondarma soyqırım aktına "sübutlar" ortaya qoymalıdır. Məhz bu üzdən elə ermənilərin iddiası ilə əvvəllər 250-300 min olan "soyqırım qurbanı"nın sayı sonradan 1,5 milyonadək artıb. Bu, sağlam düşüncəli insanlar tərəfindən reallıqla az əlaqəsi olan mif kimi qiymətləndirilir. Bu məqamda ortaya əsaslı sual çıxır: ermənilərin özləri tərəfindən iddia olunan rəqəm hansı şəraitdə və nəyə əsasən 5-6 dəfə artıb?
Məsələ ondadır ki, uzun müddət Türkiyə hökuməti nəinki erməni ideoloqlarının rəqəmlərlə manipulyasiyasına, onların isteriyasına da heç bir reaksiya verməyib. Birinci Dünya müharibəsinin getdiyi meydanlarda, həmçinin, həmin dövrdə elə həmin erməni daşnaklarının əli ilə 100 minlərlə insanını itirən Türkiyə bundan şou düzəltməyə çalışmayıb. Bundan başqa, ötən əsrin 20-30-cu illərində Türkiyə rəhbərliyi Birinci Dünya müharibəsi nəticələrinin aradan qaldırılması ilə məşğul olub. Axı Türkiyə Osmanlı İmperiyasının varisi kimi həmin müharibədən çox böyük itkilərlə çıxmışdı. O zaman ağırlaşmış geosiyasi durum tələb edirdi ki, Türkiyə müharibənin fəsadlarını mümkün qədər tez aradan qaldırsın, dünyəvi dövlət qursun. Bu məqamda Ankaranın öz növbəsində qısa müddətdə bu işin öhdəsindən layiqincə gələ bildiyi də qeyd olunmalıdır.
Onu da vurğulamaq lazımdır ki, bu işdə Türkiyə Qərbin dəstəyinə də arxalanırdı. Çünki belə dəstək olmadan qarşıya qoyulmuş məqsədə çatmaq çətin olardı. Məhz bu, Türkiyə rəhbərliyinin ermənliyin siyasi spekulyasiyalarına lazımi dərəcədə reaksiya verməsinin qarşısını aldı. Ümumiyyətlə, onlar bu məsələyə o qədər də ciddi önəm vermirdilər. Amma zaman göstərdi ki, bu, böyük səhv imiş. Çünki Türkiyənin özünə gəlməsi və regionun fövqəldövləti kimi güclənməsində heç də bütün ölkələr maraqlı deyildi. Üstəlik, onlar Türkiyə ərazisinin tam parçalanması niyyətinin gerçəkləşməməsindən də məyus idilər.
Axı, 1916-cı ilin dekabrında Antanta dövlətləri arasında imzalanmış gizli razılaşmada məhz bu nəzərdə tutulurdu.
Ermənilik isə bu məqamdan lazımınca istifadə edə bildi və sonda Türkiyənin siyasi iftiraya reaksiyası gecikmiş oldu.
Yalnız ermənilərin "soyqırım"la bağlı istədikləri rəqəmləri Qərb siyasətçilərinin beyninə yeridə bilməsindən sonra Türkiyə məsələnin necə təhlükəli həddə gəldiyini anladı. Bu vaxtdan etibarən, Ankara Qərbə qarşı ilk ciddi demarşlara başladı. Zaman baxımdan bu, İkinci dünya müharibəsinin bitdiyi dövrə təsadüf edirdi - elə "erməni soyqırımı" ifadəsi də o zamanlar meydana çıxdı. Qeyd edək ki, "soyqırım" anlayışı beynəlxalq ictimaiyyətin "soyqırım" təşkilatçılarını cəzalandırmasını mümkün edir, beynəlxalq humanitar hüququn hərtərəfli tətbiqinə imkan verir (soyqırım qurbanlarının yaxınlarına pul kompensiasiyası, deportasiya olunmuş insanların əvvəlki yaşayış yerlərinə qaytarılması və s).
Soyqırımın tanınmasında məsələnin mənəvi tərəfi də az əhəmiyyət kəsb etmir. Ermənilik "soyqırım" ifadəsini beynəlxalq leksikona daxil etdikdən sonra Türkiyənin mövqelərinə zərbə endirmək siyasətinin davamı olaraq, "Osmanlı İmperiyası dövründə törədilmiş erməni soyqırımı"n dünya tərəfindən tanınması prosesinə başlayıb. Etiraf etmək lazımdır ki, dünyada ikili standartların geniş yayıldığı şəraitdə ermənilik bu sahədə müəyyən uğurlar da əldə edib. Halbuki nə həmin hadisələrin baş verdiyi vaxt, nə də ondan sonrakı uzun dövr ərzində beynəlxalq hüquqda "soyqırım" anlayışı mövcud olmayıb. Bu anlayış beynəlxalq hüquqa yalnız 1948-ci ildə daxil olub. Hüquqi sənədlər isə keçmişə aid edilə bilməz, çünki əks təqdirdə, beynəlxalq hüquqda tam xaos yaranardı.
Amma bütün bu incəliklər erməniliyin ideoloqları və tərəfdarlarını o qədər də maraqlandırmır.
Osmanlı İmperiyası ermənilərinin ölkəyə qarşı cinayətkar əməlləri, erməni daşnaqlarının türklərə, azərbaycanlılara, assuriyalılara, kürdlər və bu ölkədə yaşayan digər millətlərin nümayəndələrinə qarşı törətdikləri cəzalandırıcı əməllər də erməni ideoloqlarının diqqətini cəlb etmir.
Birinci Dünya müharibəsindən digər ölkələrlə müqayisədə, daha böyük itkilərlə çıxmış Türkiyə siyasi sistemində radikal dəyişikliklər etdi. 3 qitədəki imperiya, əsasən Kiçik Asiya yarımadasında yerləşən kiçik respublikaya çevrildi. Bu məqamdan çıxış edərək, hazırki hökumətə və dövlətə iddialar irəli sürmək, ən azı, əxlaqsızlıq və siyasi baxımdan mənasız işdir. "Erməni soyqırımı"ndan sonra türklərdə 3 nəsil dəyişib, onların həyatı hazırda tamamilə başqa şərtlər üzərində qurulub.
Bugünkü Türkiyə ABŞ-ın sabiq prezidenti, oğul Corc Buşun söylədiyi kimi, "demokratiyanın inkişafı və insan haqlarının qorunması sahəsində rekord həddə işlər görür". Öz tərəfimizdən onu da əlavə edək ki, Şərqi Avropa və postsovet məkanının heç bir ölkəsi demokratik dəyişikliklər baxımından Türkiyə ilə müqayisə oluna bilməz. Yeri gəlmişkən, Corc Buşun bu qiymətləndirməsi Ankara ilə Vaşinqtonun münasibətlərində son dərəcə ciddi gərginliyin yarandığı vaxt dilə gətirilmişdi.
Məgər Türkiyə ilə Ermənistanı müqayisə etmək olarmı? Məlum olduğu kimi, Ermənistan monoetnik dövlətə çevrilib və burada milli azlıqların hüquqları kobud surətdə pozulur. Yalnız demokratik institutları tanıyan və Avropa standartları ilə yaşayan bugünki türk nəslinə iddialar irəli sürmək ən böyük absurd və hətta siyasi ağılsızlıqdır. Absurd siyasi oyunların meşə qanunları ilə qurulmasındadır. Yəni insan uzaq keçmişdə, özündən 3 nəsil əvvəl baş verdiyi bildirilən və üstəlik qondarma iddialara görə cavab verməlidir. Görünən odur ki, ermənilik bu məsələdə ətrafında daim çoxsaylı erməni məsləhətçilər olmuş İ.Stalini də geridə qoymaq fikrindədir. "Oğul ataya görə cavabdehdir" prinsipini yürütmüş Stalin rejiminin də əsas ideoloqlarının məhz ermənilər olmadığını kim sübut edə bilər?
İndi isə "soyqırım"ın rəqəmləri haqda. Qərbin ikili standartları heç də "soyuq müharibə"dən sonra peyda olmayıb. Dünyanın siyasi arenasında hökmranlıq edən fövqəldövlətlərin arsenalında o, həmişə olub. Bu üzdən bir sıra Qərb "komissiya"larının ("erməni soyqırımı" ilə bağlı) erməniliyə istinadən ortaya qoyduqları iddialar güman ki, sadəcə, Qərbi Avropa ölkələrində xristian həmrəyliyinin qorunub saxlanmasına cəhddir. Bununla onlar həm də heç zaman Qərbin müstəmləkəsi olmamamış yeganə müsəlman ölkəsini aşağılamağa da çalışır. Hətta U.Çörçilin də Türkiyəni sevməmək üçün əsasları olub: Antantanın Dardanel əməliyyatına o da rəhbərlik etmişdi. Məhz türk əsgərinin mətanəti üzündən bu əməliyyat, az qala, Çörçilin siyasi karyerası bahasına başa gələcəkdi.
Bundan başqa, "erməni soyqırımı" məsələsi 1987-ci ildəki Berlin Konqresindən sonra Balkan ölkələrində türklərə qarşı törədilmiş əsl soyqırım faktının üzərini pərdələyib. Bu üzdən Qərbə öz cinayətinin üstünü örtmək üçün qondarma soyqırımdan istifadə çox sərf edirdi. Bu baxımdan Avropa miqyaslı siyasi mütəfəkkir F.Engelsin Berlin Konqresindən sonra Balkanların əsl əhalisi - türklər və türkdilli xalqların məhvi, qovulması haqda dedikləri xüsusi dəyərə malikdir. Balkanlardan türklərin qovulması, məhv edilməsi, qətliamının qarşısını almaq üçün Qərb nədən heç bir addım atmayıb? Bu suala Sak Kartsinin "Balkanlar: türklərin qırılması və qovulması" kitabında cavab tapmaq olar (bu kitabı Avropa xalqlarının hamısının dilinə tərcümə etmək pis olmazdı).
Bu məsələlərdə ənənəvi olaraq guya türkpərəst ölkə sayılmış hazırki Almaniyanın mövqeyinə dair xüsusi narazılıq da ifadə etmək olar. Bu gün onun Türkiyəni hörmətdən salmaq cəhdləri təbii təəccüb yaradır. Berlinin Ankanarı "erməni soyqırımı"nda günahlandırmaq cəhdləri, yumşaq desək, heç bir qanuna sığmır. Özü də bu, erməniliyin Almaniyanı da "soyqırım"ın iştirakçısı adlandırdığı bir şəraitdə baş verir. Erməniliyin ideoloqları iddia edir ki, "erməni soyqırımı"na görə, Almaniya da müəyyən mənəvi və siyasi məsuliyyət daşıyır. Onlar bu məsuliyyəti iki geniş spektrə bölür: ali rəhbərlik səviyyəsində aparılmış rəsmi siyasət və dövlət qulluqcuları - hərbçilər və diplomatların əməlləri. İddiaya görə, sonuncuların əməlləri post factum sanksiyalaşdırılmışdı.
Odur ki, bu halların hər birinə görə, Almaniya məsuliyyət daşıyır. Ermənilik iddia edir ki, məhz alman feldmarşal Kolmar fon der Qolts (Osmanlı İmperiyasının əsas reformatoru) tərəfindən hazırlanmış hərbi doktrina Osmanlı İmperiyasının erməni əhalisi üçün son dərəcə faciəvi nəticələrə səbəb olub. Məhz o, türklərə imperiyanın şərq əyalətlərində yaşayan ermənilərin evakuasiyası planını təklif edib. Ermənilər Osmanlı İmperiyası dönəmində Almaniya Baş Qərargahının rəhbəri general Brosnart fon Şellendorfa xüsusi diqqət ayırır. Onlar bildirir ki, məhz bu general ermənilərin "sərt vasitələrin tətbiqi" ilə deportasiyasına qərar verib ki, bu da on minlərlə erməninin ölümünə səbəb olub.
Odur ki, Avropanın aparıcı dövlətlərinin ermənilərin Türkiyədən əvvəl onların ünvanına irəli sürdüyü iddialarla tanış olması yerinə düşərdi.
On və yüz minlərlə ölü (qətlə yetirilmiş yox, məhz ölü - red.) ermənidən danışarkən bir sualı verməmək mümkün deyil: heç bir məntiqə uyğun gəlməyən bu rəqəmlər haradan çıxıb? Qısa deportasiya dönəmində 1,5 milyon insanın ölümü nə deməkdir? Bu, həmin insanların tələf olduğu yerlərdə dəhşətli epidemiya fəlakətinə (yatalaq, vəba, taun, və digər ağır infeksion xəstəliklərə) səbəb olmalı idi. Ermənilər və onların himayədarlarının əsaslandıqları "faktlar"a inansaq, həmin ərazilərdə, ən azı, bir neçə onillik ərzində həyat olmamalı idi. Amma tarixdə bunu sübut edəcək heç bir dəlil yoxdur.
Bosniya müsəlmanlarının 150-yə yaxın kütləvi məzarlığının tapıldığı Srebrenitsada (bu məzarların hər birində bir neçə nəfərdən tutmuş, yüzlərlə insanadək dəfn olunub) bu gün də torpaq altından insan sümükləri tapılır. R.Karaciçin adamları bu məzarlıqların itirilməsi üçün əllərindən gələni ediblər. Amma 8 min bosniyalının qalıqları öz-özünə - yağışlar, aşınma və s. nəticəsində - yer üzünə çıxır.
Sual yaranır: deportasiya olunmuş erəmnilərin məzarlıqlarını kim və harada aşkar edib? Axı, məntiqlə, Türkiyə, Suriya və İordaniya ərazisi boyunca uzanan "ölüm yolu" qətlə yetirilənlərin sümükləri ilə dolu olmalı idi. Bütün bunlar hanı? İndiyədək qətlə yetirilmiş şəxslərin identifikasiyası işi niyə aparılmır? Axı, bugünkü texnologiyalar, hətta, bir neçə min il bundan əvvəl ölmüş şəxslərin identifikasiyasına da imkan verir.
Məsələnin bütün tərəflərini nəzərə alarkən və müqayisə edərkən tam məsuliyyətlə demək olar ki, həmin dövrdə söhbət, uzağı, 40-50 min erməninin ölümündən gedir. Ən başlıcası isə, onların əksəriyyətinin deportasiya zamanı kəskin iqlim dəyişikliyindən ölməsidir. Nəzərə alınmalıdır ki, deportasiya olunmuşlar dağ rayonlarının sakinləri idi və köç zamanı onların arasında müxtəlif xəstəliklər yayılırdı. Bu insanların bir qrupunun talançılar və cinayətkar qrupların hücumuna məruz qaldığı da istisna olunmur.
Düzdür, bir insanın ölümü belə faciədir. Amma erməni etnofundamentalçıları bu rəqəmləri spekulyasiya vasitəsinə çeviriblər. Odur ki, amerikalı missionerlərin "hadisələr zamanı 500 min erməninin ölümü"nə dair nisbətən "obyektiv" iddiaları da artıq saxtalaşdırılıb. Belə emissarların əksəriyyətinin "erməni soyqırımı"nın öyrənilməsi ilə məşğul olan komissiyaların göstərişləri ilə hərəkət etdiyini də söyləmək lazımdır. Həmin komissiyalar isə ABŞ tarixinin ən ermənipərəst prezidenti olmuş Vudro Vilsonun göstərişlərini yetirə yetirirdi.
Qeyd edək ki, analoji çətinliklərlə zaman-zaman Ermənistandan Azərbaycana deportasiya olunmuş azərbaycanlılar da qarşılaşıb. Söhbət Sovet rejimi tərəfindən birbaşa erməni təhrikçiliyi və onların Kremldəki havadarlarının vasitəsilə bir neçə mərhələdə deportasiya edilmiş azərbaycanlılardan gedir. Bu insanların bir çoxu coğrafi şəraitin kəskin dəyişməsi üzündən, yeni yaşayış yerinə çata bilməyib. Amma nədənsə heç kəs bu yaşananları SSRİ-nin mərkəzi hakimiyyəti tərəfindən azərbaycanlılara qarşı cinayət adlandırmağa hazırlaşmır. Üstəlik, 1948-49-cu illərdə Ermənistandan deportasiya olunan azərbaycanlıların əksəriyyətini vərdiş etdikləri dağ rayonlarında deyil (həmçinin Dağlıq Qarabağda), Kür-Araz ovalığında yerləşdiriblər ki, bu da onlar üçün ölümə bərabər vəziyyət demək idi.
Ermənilərin uydurmalarını dinlədikdə, istər-istəməz Böyük Britaniyanın məşhur baş naziri, lord Benjamin Dizraelinin dahi fikri yada düşür: "İnsanları aldatmağın 3 yolu var: birincisi qeyri-müəyyən cavab, ikincisi birbaşa yalan, üçüncüsü statistika". Ermənilər bu 3 yoldan 2-dən gen-bol istifadə edir: birbaşa yalan və statistika. Bu yalanın arsenalında həmişə uydurulmuş fantastik rəqəmlər var.
Bu cür yalan statistika erməniliyin nəiynə gərəkdir?! Yəqin ki, məqsəd bu cür mifləşdirilmiş "soyqırım" qarşısında bütün erməniləri vahid ideya ətrafında birləşdirmək və onları məzlum xalq kimi tanıtmaqdır. Yəni, "soyqırım", əslində, siyasi baxımdan "müqəddəs" bir amala çevrilib. Axı, emosional fransızlar səmimi olaraq inanırlar ki, "erməni soyqırımı"nı inkar etmək cinayətə bərabərdir.
Bundan başqa, "erməni soyqırımı" mahiyyətcə spekulyativ problemdir. Onun vasitəsilə Ermənistan hakimiyyəti həm daxildə, həm də daha çox yerli əhalinin zəhməti hesabına yaşayan parazit erməni diasporunun yayıldığı ölkələrdə müxtəlif maliyyə fondları yaradır. Bu vəsaitlərin böyük hissəsi həmin ölkələrdəki vəzifəli şəxslərin və siyasətçilərin ələ alınmasına xərclənir. Pul axınlarının sakit şəkildə bölüşdürülməsi həyata keçirilir, erməni milyarderlər yetişdirilir. Yəni, faktik olaraq, erməni diasporunun yaşadığı ölkələrdə yerli milli elitanı, erməni elitası ilə əvəz edən bir sinif formalaşır. Bu nəhəng maliyyə axınlarının bölüşdürülməsi və toplanmasında əsas kurator rolunda dünya erməniliyinin dini-mənəvi mərkəzi olan Eçmiadzin çıxış edir.
Ermənilər var gücləri ilə çalışırlar ki, diaspor etnosu olaraq qalsınlar. Çünki onlar vətəndaşı olduqları ölkələrə sadiq, ona xidmət edən yalançı imic yarada biliblər. Bu cür elitaların əvəzlənməsi tezliklə əksər Qərb ölkələrində və Rusiyada öz nəticəsini verəcək. "Soyqırım" məsələsi ermənilərə inkişaf etmiş və etməkdə olan ölkələrdə kütləvi şəkildə yaşamaq imkanı yaradır. Rusiya, Fransa, İtaliya, İspaniya, həmçinin Avropanın bütün digər ölkələri və Türkiyədə erməni əhalinin yaşadığı şəhər və yaşayış məntəqələri genişlənib və genişlənir. Okeanın o tayındakı Argentina və ya Kolumbiya kimi ekzotik ölkələr də yaddan çıxmayıb.
Erməni enofundamentalistlərinin düşüncəsinə görə, "soyqırım" məsələsində əsas məqsəd - dənizdən dənizə monoetnik "Böyük Ermənistan"ın yaradılması ideyasını reallığa addım-addım yaxınlaşdırır. İnsansevərlik nümayiş etdirən dünya birliyi isə, bu məsələdə erməni millətiçiləri üçün könüllü vasitəçiyə çevrilir. Lakin unudulur ki, bu dəfə "Böyük Ermənistan" Gürcüstan, Rusiya və digər qonşuların ərazilərinin də özünə birləşdirilməsini nəzərdə tutur.
Fantastika? Əsla! Erməni etnofendamentalistləri bu məsələdə istəklərini reallaşdırmaq üçün daha yaxşı zamanın yetişməsini gözləyə bilər. Heç kəs növbəti tarixi dönəmin necə olacağını bilmir. Amma o vaxtadək erməni etnofundamentalistləri fəal şəkildə yeni saxtakarlıqlara, digər millətlərin təmizlənməsinə, dünya ictimaiyyətinə hörmətsizliyə və s. hazırlaşacaq.
Erməni etnofuntametalizmi "Böyük Ermənistan" layihəsini sərt kapitalizm dövründə düşünüb. Amma "soyqırım" vaistəsilə onu klassik anlamda milli dövlətlərin tarixə çevrildiyi qloballaşma dövrünədək gətirə bilib. Ən təəccüblüsü isə odur ki, ermənilik öz milli şovinizminə ən kəskin qlobalçılardan belə, xoş münasibət görür. Onların hamısı "milli dövlət" anlayışının keçmişin qalığı olduğunu düşünsə də, qloballaşmaya boyun əyməyən ermənilər bu məsələdə, sanki, istisna təşkil edir.
Amma erməniliyin ideoloqları millətçiliyi fetişləşdirir. Onlar bilirlər ki, etnosu, milləti digər millətlərin qloballaşmanın zərbəsi nəticəsində kosmopolitik sosiuma çevriləməsinədək qoruyub-saxlamaq lazımdır.
Erməniliyin bütün məkrli planlarının həyata keçirilməsi üçün ən münbit şərait, bax, o zaman yaranacaq.
MƏSLƏHƏT GÖR:


626

