24 Noyabr 2024

Bazar, 18:02

PİYADA HƏMİŞƏ HAQLIDIR?

Yol hərəkəti qaydalarını yalnız sürücülər deyil, piyadalar da pozurlar. "Diqqət: piyada!" təhlükəsizlik aylığının nəticələri belə deməyə əsas verir

Müəllif:

01.06.2010

Piyadalar müxtəlif cür olurlar və onlar da qaydaları pozurlar. Bunu yalnız sürücülər deyil, həm də yolu icazə verilməyən yerdən keçən piyadalar da bilirlər. Amma bununla belə qaydanı pozmaqda davam edirlər; bəzən həyatları ilə risk də edirlər və çox vaxt buna görə sürücülər cavab verir. Düzü, biz heç də piyadalarla da bağlı olan hadislərin çoxunda məhz onların günahkar olmasını iddia etmək fikrində deyilik. Bəllidir ki, yol-nəqliyyat hadisələrinin böyük hissəsi sürücülərin günahı üzündən baş verir. 

Amma bu halda biz ayırd etmək istərdik: piyadaların da düşdüyü yol-hərəkət hadisələrində sürücülər həmişəmi günahkardırlar və ədalət tələb edəndə onlar həmişəmi qanun qarşısında cavab verirlər? Məsələyə hərtərəfli baxanda görürük ki, yox. Aprelin 15-dən mayın 15-nə kimi Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYPİ) tərəfindən "Diqqət. Piyada!" şərti adı altında  keçirilmiş  təhlükəsizlik aylığı da bunu bariz sübut edib. Statistika göstərir ki, keçirilmiş tədbir zamanı piyadaların yol-hərəkət qaydasını pozması ilə bağlı 4 794 hadisə qeydə alınıb. 

Pozuntular daha çox Bakının Nizami, Nəsimi və Binəqədi rayonlarında baş verib. Günahkarlar İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə uyğun olaraq 10 manat cərimə də  edilib. Bu müddət ərzində piyadalar tərəfindən edilmiş pozuntular ən çox yeraltı və yolüstü keçidlərdən istifadə olunmaması  ilə bağlıdır. 

 

İki psixologiya: sürücü və piyada

İki psixologiyanın - sürücü və piyada psixologiyasının toqquşmasının nəticəsi kədərli olur: bu ilin ilk üç ayı ərzində paytaxt küçələrində piyadaların vurulması ilə bağlı 217 hal qeydə alınıb. Nəticədə, 82 adam həlak olub, 165 piyada isə zədə alıb. Hər iki tərəf pozuntuları ya yol hərkət qaydalarını bilməmək üzündən, ya təsadüfən, ya da kiminsə bir az alkoqol içmək niyyətinə düşməsi səbəbindən edib. Çoxları deyə bilər ki, bu həyatdır və hər şey ola bilər. Bəlkə də düz de-yərdilər, amma bir "əmma" olmasa idi.  Əgər insanlar bu təsdiq edilmiş,  çox vaxt da çox sadə olan həmin  qaydalara əməl etsəydilər belə  təsadüflərdən və pozuntulardan, bu cür məhv olmuş talelərdən və həyatlardan qaçmaq mümkün də olardı. Əgər pozuntu varsa, onda günahkar cavab verməlidir, hətta piyada olsa belə. Amma reallıq elədir ki, sürücünü cəzalandırmaq piyadanı cəzalandırmaqdan daha sadədir. Niyə? 

Məsələ bundadır ki, yol hərəkəti qaydaları sahəsində bilik mədəniyyətinin ümumi aşağı səviyyəsi şəraitində bütün qayda pozan piyadaları həbs etmək demək olar ki, qeri-mümkündür.  Məsələn, piyadaların qayda pozmalarını aşkarlamaq üçün demək olar ki, bütün küçələrdə müşahidə kameraları quraşdırmaq lazımıdır, amma DYPİ əməkdaşlarının dediyinə görə, bu, hələ mümkün deyil. Həm də etiraf etmək lazımdır ki, DYPİ-nin vahid operator mərkəzi tərəfindən Bakının və inzibati məntəqələrin bir çox yol qovşaqlarında kameralar quraşdırılıb, amma texniki baxımdan hələ ki, piyadaların hərəkətini müşahidə etməyə imkan vermir. 

Daha bir problem də var. Əgər məktəblərdə uşaqlara yolu işıq nişanının yaşıl rəngində keçməyi öyrədirlərsə, yaşlılara bundan dərs keçmək qeyri-mümkündür. Bundan başqa,  bu standrt qaydalar artıq bir çoxlarını bezdirib. İnsanlar ictimai nəqliyyatın pilləkənlərindən düşər-düşməz tələsirlər və küçəni tez keçmək xatirinə az qala təkərlər altına düşməyə hazırdırlar. Yaşlılar yol hərəkəti qaydalarını unudublar və onları öyrədən yoxdur, buna görə də küçəni haradan gəldi keçirlər, amma uşaqlar da küçəni haradan keçmək barədə həmişə məlumatlı olmurlar. "Yeri gəlmişkən, təhlükəsizlik aylığı zamanı biz dəfələrlə piyadaları  yoldan geri qaytarıb, küçəni piyada cığırı ilə keçməyə məcbur etmişik. Bəziləri bu qaydanı yerinə yetirirdi, bəziləri tərslik edirdi və onları cərimələməyə məcbur olurduq", - deyə yol polisi müfəttişlərindən biri qeyd edir. 

Piyadaları cərimələmək həm də ona görə mürəkkəbdir ki, onların çoxu özləri ilə sənəd gəzdirmirlər və  bu da protokolların rəsmiləşdirilməsini çətinləşdirir.   Həmçinin, simvolik cərimə məbləği olan 10 manatla da piyadaları qorxutmaq çox çətindir. Onun yararından əziyyəti çoxdur. Amma DYPİ-də hesab edirlər ki, piyadaları cərimələmək nəinki lazımdır, həm də vacibdir və cərimə məbləğinin "iri" olması da arzuolunandır. 

Etiraf etmək lazımdır ki, hətta piyadanın günahı üzündən baş vermiş yol hərəkət hadisəsi zərərçəkmiş tərəfindən etiraf edilsə belə, piyadalarla bağlı qəzaların 90%-də sürücülər cəzalandırılır. Axı belə hesab edilir ki, əgər sükan arxasına keçmisənsə, deməli, yalnız özünə görə yox, həm də yolu qaçaraq  keçən oğlan və qız üçün də cavabdehsən.  Bu, doğru yanaşmadır, çünki sürücü "ətraf üçün yüksək təhlükə yaradan" vasitəni idarə edir və istənilən şəraitdə bu vasitənin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə - zərər çəkmişin müalicəsinə və dəfninə görə məsuliyyəti o  daşıyır. 

Amma qanunun bu göstərişləri heç bir halda baş verənlərə görə piyadaları məsuliyyətdən azad edə bilməz. Hə, piyada sürücünün günahı üzündən zədə alırsa və ya həlak olursa, sürücü yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməlidir. Amma qəza və piyadanın həlakı onun öz günahı üzündən baş verərsə, sürücü beş ilə qədər azadlıqdan məhrum edilmə məsuliyyətinin hədəsi altında olmamalıdır. Müfəttişlər və yol hərəkəti iştirakçıları bunu dəqiq şəkildə aydınlaşdırmalıdırlar. 

 

Həyasızın dərsini vermək?

Kim kimi qızışdırıb? Çox tez-tez yol hərəkəti iştirakçıları arasında, o cümlədən sürücülərlə pi-yadalar arasında bununla bağlı sual yaranır. Müsahibimiz olmuş DYPİ əməkdaşının peşəkar fəaliyyətində elə hallar olub ki, sürücülər həyasız piyadanı cəzalandırmağa çalışıblar. Belə piyadalar sürücələrin gözündə necə görünür? Onların çox vaxt yolun ortası ilə gedir, qəza halı yaradır, çox zaman da özlərini həysız aparırlar və bununla da avtomobil sahibini özündən çıxarırlar. 

Amma sürücülər də suçludurlar. Piyadalar pis davranan zaman özlərini ələ alıb sakitləşmək əvəzinə sürəti artırırlar, bəziləri qazın pedalını basmaqla avtomobilin mühərrikinin səsini artırırlar. Amma elələri də var ki, hətta piyadanı vurmağa və ya qorxutmağa çalışır, sonra çox gec olur və toqquşmadan yayına bilmir. "DYPİ əməkdaşı kimi avtomobil həvəskarlarına bir tövsiyəm var. Əgər özünüzdən çıxıbsınızsa və mənəvi həddlər sizi dayandıra bilmirsə, nə qədər qəribə səslənsə də, onda yadanıza salın ki, piyadanı vurmaq sizin üçün əlverişli deyil. Yol-hərəkət hadisəsi zamanı sürücü yalnız inzibati cərimə ödəməklə yaxasını qurtarır. Amma piyadanın ağır zədə alması və ya həlak olması halında sürücünü cinayət məsuliyyəti - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinə uyğun olaraq üç ildən altı ilə qədər həbs gözləyir. Azadlıqda qalmaq imkanı piyadanı vurmamaq baxımından ən tutarlı səbəbdir",- deyə müsahibimiz olmuş DYPİ əməkdaşı vurğulayıb. 

"Əgər piyada qaydanı pozursa, onda nə olsun? Bəlkə, bəlkə o da cəzalansın və ya bir qədər qorxudulsun ki, bu, başqalarına da dərs olsun"?" - deyə digərləri soruşur. Yox, yox və bir daha yox. Hətta belə olan halda da piyadanı buraxmaq lazımdır. Birincisi, bu, onunla bağlıdır ki, istənilən yol-hərəkət hadisəsi zamanı nəqliyyat vasitələri piyadaya zərər vura bilərlər, çünki "həyasız"lar təkcə piyadalar arasında deyillər. İkincisi, qayda pozanlar arasında pensiyaçılar, qocalar ola bilərlər ki, onlar da yol hərəkəti qaydalarını bilmirlər. Pi-yadanı istənilən halda sərbəst buraxmaq lazımdır. Bunun yalnız yaxşı nəticələri ola bilər. 

 

Piyadaya yol vermək mümkündürmü?

Adama elə gəlir ki, ən sadə iş piyadaya yol verməkdir. Amma belə deyil, sürücülərin çoxu bunu sakit və nəzakətli şəkildə edə bilmirlər. Piyadanı buraxmağın ən sadə üsulu maşını saxlamaqdır.  Amma ekspertlərin fikrincə, bu, nə sürücü, nə də piyada üçün ən sürətli üsul deyil. Sürücü avtomobili saxlamalı olur və piyada maşın tam dayanana kimi gözləməlidir. Avtomobilə sürücünün tez ayrılmasına imkan verən başqa üsul da var. Bu zaman sürücü sürəti azaldır, amma maşını saxlamır. Bu zaman piyada gözləməkdə davam edir, çünki sürücünün dayanacığını və ya sürəti artıracağını bilmir. Buna görə də sürücüyə əlavə işarə vermək lazımdır. Belə işarə kimi sürücülər adətən yaxın işıq faralarını qısa müddətli yandırırlar. Piyadaya sadəcə əllə də işarə vermək olar. Belə olan halda piyadaların çoxu zəif hərəkət edən avtomobilin qabağı ilə yolu keçirlər. Əgər piyada sürücünü başa düşməyibsə, onda dayanmalıdır və maşının keçib getməsini gözləməlidir. 

 


MƏSLƏHƏT GÖR:

472