Müəllif: Məhərrəm ZEYNAL Bakı
Öz dövründən xeyli irəli gedənlərin taleyi elə də asan olmur. Gələcəyin adamı müasirlərində anlaşılmazlıq, ən pis halda isə fanatizmlə rastlaşır. Lakin o əmindir ki, tarix ona qat-qat artıq əvəzini verəcək.
Bu mənada XIX və XX yüzilliyin kəsişməsində Şuşa və Bakıda Azərbaycan teatrının ənənələrini yaradanların adları hamıya yaxşı bəllidir. İlk teatr tamaşaları üzərində işləyən, milli teatr sənətimizdə öz məktəbini quraraq, ənənələr yaradanlar həm də özlərindən sonra şagirdlər də yetişdiriblər.
Bəziləri hesab edirlər ki, həmin dövrün teatrında çalışmaq - qohumbazlıq aktıdır. Həqiqətən də, teatr və operanın "ataları - banilərimiz" bir çox halda bir-birinə qohum çıxardılar - bəziləri pyes və libretto, ikinciləri musiqi, üçüncüləri rejissor, dördüncüləri isə tamaşa quruluşlarında oynayardılar. Kimi isə jurnalist və ya tənqidçi olub.
Bununla yanaşı, hər şey heç də bu qədər asan deyildi. Teatrlar dövlət dotasiyasına alınmırdılar, əksinə, oranı saxlamaq və orada işləmək ziyanlı və hətta təhlükəli idi. Ona görə də çətin ki, bu cür ailəvi müəssisələri qohumbazlıq adlandırmaq olardı. Söhbət daha çox aralarında təkcə qohumlar deyil, eyni zamanda uşaqlıq dostlarının da yer aldığı həmfikirlilər qrupu tərəfindən ənənələrin yaradılmasından gedir.
...bütün qadın rolları
Əhməd bəy Bədəlbəyli - onlardan biridir. Onun böyük qardaşı Bədəl bəy məşhur ictimai xadim, maarifçi, pedaqoq və eyni zamanda onların teatrında rejissor idi. Onun qardaşı uşaqları - məşhur bəstəkar Əfrasiyab və rejissor Şəmsi Bədəlbəylidir. Bundan başqa, Əhməd bəy şəxsən Üzeyir Hacıbəyovun dayısı oğlu idi.
Möhtəşəm lirik tenora sahib olan Əhməd bəy, böyük qardaşından bədən quruluşu ilə xeyli seçilirdi. O, möhkəm, hündür və ümumiyyətlə, fiziki cəhətdən güclü insan idi. Əhməd bəy isə əksinə, bəstəboy, mailli çiyinlərə və zərif üz cizgilərinə malik idi. Teatrla məşğul olan ailə üçün o, əsl tapıntıydı. Məlum olduğu kimi, həmin o dövrdə qadınlar teatrda oynamaqdan imtina edərdilər - zərif cinsin nümayəndələrinə səhnədə çıxış etməyə icazə verilmirdi. Şuşadakı Azərbaycan teatrında isə xarici aktrisaları işə cəlb etmək üçün pulu yox idi (yeri gəlmişkən, bunu əsrin əvvəlində real məktəb nəzdində fəaliyyət göstərən Bakı özfəaliyyət teatrı da edə bilərdi).
Nəticədə, gənc Əhməd bəy mövcud olan bütün qadın rollarını canlandırmağa məcbur olub. İlk dəfə o, səhnəyə 1910-cu ildə on altı yaşında çıxıb. Əhməd bəyin işinin sadəcə çətin olduğunu desək, bəlkə də bu haqda heç nə deməmiş olarıq. Bir çox pyeslər təzədən yazılırdı ki, qadın rollarının sayı azalsın, lakin çox vaxtlar onlar elə yazılırdı ki, qadın rolları bir səhnədə eyni vaxta düşməsin.
Nəticədə, teatrın ən gənc üzvü olan Əhməd bəy bir tamaşada uşaq rolu da daxil olmaqla, bir neçə rolu oynamağa məcbur olurdu ki, bu da aktyor üçün çox çətin idi.
Tamaşaçılarla bağlı digər bir problem də var idi. Çox vaxt onlar teatrda aranı qatırdılar. Fiziki cəhətdən zəif olan Əhməd bəyi dəfələrlə küçədə tutub döyürdülər. Söz düşmüşkən, "Otello" qadın rollarının sayı az olduğuna görə teatrda daha çox qoyulurdu.
Teatrı dəstəkləyən "Nicat" xeyriyyə cəmiyyəti qadın rollarını canlandırmaq üçün Əhməd bəyə əvəz tapmaq üçün dəfələrlə pul yığmağa çalışırdı. O vaxt Tiflisdə artıq teatrda çıxış edən qadınlar var idi, lakin onlardan heç birisi Azərbaycan dilində danışmaq və ya oxumaq bilmirdi. Bununla əlaqədar, aktyorlar zarafat edirdilər ki, onlar tamaşanı hətta fransız dilində qoysalar, tamaşada iştirak etmək istəyən aktrisalar tapılardı. Ümumilikdə, o zamanlar Azərbaycan teatrları üçün alternativ Kazan və Həştərxan idi. Orada yaşayan tatarlar Bakıya gəlirdi, Azərbaycan dilini öyrənirdilər və burada oynayırdılar. Mədəni, lakin təəssüf ki, iqtisadi paytaxt olmayan Şuşa üçün bu, əlçatmaz arzu idi. Əhməd bəyə təzyiqi azaltmaq üçün ona kişi, xüsusilə də baş rolların verilməsi qərara alındı. Lakin bu da kömək etmədi. 1915-ci ildə gənc aktyor günlərlə evdə gizlənmək və küçəyə yalnız dostlarının və təkcə sərt baxışı ilə dələduzları qorxudan qardaşının müşayiəti ilə çıxmalı olurdu. Lakin bu, uzun çəkə bilməzdi. Əhməd bəyə Gəncədə pedaqoq işi tapdılar (bu da çətin deyildi, çünki o, rus və fransız dillərini səlis bilirdi). Orada Əlibəy uydurma Miri adı ilə 1922-ci ilə qədər yaşadı.
Yeni dünya
Sovet hakimiyyətini çox şeyə görə qınamaq olar, lakin onun ilk illəri - heç şübhəsiz ki, mədəniyyət və sənayenin intibah dövrü idi. Dəmir yolları və zavodlar tikilirdi, "bütün ölkənin elektrikləşdirilməsi" gedirdi, icbari dünyəvi təhsil tətbiq olunurdu. Yeni hakimiyyət diqqətini mədəniyyətə, xüsusilə də kino və teatra yönəldirdi. İlk on il ərzində bütün Azərbaycan boyu teatrlar açılırdı və əvvəllər marginal olan teatrlara yeni dünyada tələbat da artırdı.
1921-ci ildə Əhməd bəy doğma Şuşaya qayıtdı, 1923-cü ildə isə Ağdamda öz teatrını açdı. O zaman onun 29 yaşı var idi. Mühüm odur ki, Əhməd bəy bundan əvvəl Hacıbəyovun bütün işlərində qadın rollarının ilk ifaçısı olub. O, Leyli ("Leyli və Məcnun"), Əsli ("Əsli və Kərəm"), Gülnaz ("O olmasın, bu olsun"), Gülçöhrə ("Arşın mal alan"), Minnət xanım ("Ər və arvad"), Təhminə ("Rüstəm və Zöhrab"), Xurşudbanu ("Şah Abbas və Xurşudbanu) rollarını oynayıb.
Hələ 1916-cı ildə o, ilk Azərbaycan kinokomediyası olan "Arşın mal alan"da Gülçöhrə rolunu oynayıb. Demək lazımdır ki, bu film o zaman üçün ilk və ən uğurlu kommersiya layihəsi olub. Piron qardaşlarının "Film" səhmdar cəmiyyətinin vəsaiti hesabına çəkilən film şirkətə və aktyorlara da böyük gəlir gətirib ki, bu da o zaman üçün çox uğurlu iş sayıla bilərdi.
Sovet illərində Əhməd bəy teatrda çıxış etməyə davam edirdi, lakin bu dəfə artıq kişi rollarını, məsələn qardaşı Üzeyirin operettalarında nəhayət ki, "Arşın mal alan"da Əsgəri, "O olmasın, bu olsun"da Sərvəri və həmin operettada Rüstəm bəyi canlandırdı. Əhməd bəy Bədəlbəyli sonradan uğurlu rejissor, rəhbər və yeni nəslin tərbiyəçisi olub. Azərbaycanın əməkdar xadimi adını qazanıb. Əhməd bəy Bədəlbəylini cəmiyyətin mühafizəkar təbəqələrindən gələn təhdidlərə baxmayaraq, əsil sənət fədaisi və vətənə xidmət edən, öz dövrünün qəhrəman aktyorları sırasına daxil etmək olar.
MƏSLƏHƏT GÖR: