6 Dekabr 2025

Şənbə, 00:51

MİLLİ BREND

Azərbaycanın məşhur uşaq mahnısı "Cücələrim" trimfual mövcudluğunun 61 illiyini qeyd edir

Müəllif:

01.04.2010

"Cücələrim" mahnısı haqqında nə bilirik. Amma yalnız  adı və onu bir dəfə xatırlamaq bizi uşaqlıq aləminə aparır, hətta bizdən yaşca böyüklər də, xeyli gənclər də belədir. "Cücələrim" dedikdə sarı dəbdəbəli paltarlar geyinmiş qızların - cücələrin səhnənin ortasında solo ifa edən Suğra Bağırzadənin ətrafında rəqs etməsi, yaxud "Nu poqodi" cizgi filminin 6-cı sayında canavarın dovşanı qova-qova hinə girməsi zamanı xoruzla qarşılaşması yada düşür; cizgi filminin bütün bu şən əhvalatı Azərbaycan dilində oxunan uşaq mahnısının sədaları altında baş verir. 

Uşaqlığımızın, demək olar ki, hər bir gözəl xatirəsini müşayiət edən bu sevimli mahnı haqqında xatirələr xoş və istidir. Bu sevimli və ürəyəyatan mahnı haqqında biz nə bilirik? Elə də çox şey bilmirik. Amma bilmək lazımdır, ən azından ona görə ki, bu yaxınlarda "Cücələrim" 60 illik yubileyini qeyd etdi, 2005-ci ildə isə o, Azərbaycanın başqa mahnıları ilə birlikdə Amerikanın "Dünyanın səsləri" layihəsinə daxil olub.  "Mj & Associates" şirkəti "Macmillan/McGrauu Hill's" şirkəti ilə birlikdə ABŞ-da müəllifləri professorlar Meri Getse və Cey Fern (İndiana universiteti, ABŞ) olan multimedia layihəsi gerçəkləşdiriblər. Layihə qarşısına Azərbaycan məktəblərinin şagirdlərini dünya xalqlarının musiqisi ilə tanış etmək məqsədi qoyub. Braziliya, Qana, Hollandiya, Zimbabve, Hindistan, İrlandiya, Kipr, Koreya, Meksika, Yeni Zelandiya, Horveç, Filippin, Cənubi Afrika və Yaponiya ilə yanaşı bu layihənin altı DVD-ində Azərbaycan musiqisi də öz əksini tapıb. 

Bu mahnını indi də həvəslə oxuyurlar, o unudulmayıb. Amma XX yüzillikdə, indiki dillə deyilsə, "Cücələrim" əsrin əsl hiti olub. Onu uşaq bağçalarında, məktəblərdə, pioner düşərgələrində, Bakı həyətlərində xorla oxuyublar. Cücələr haqqında uşaq mahnısı 1949-cu ildə tanınmış Azərbaycan bəstəkarı Qəmbər Hüseynli tərəfindən Tofiq Mütəllibovun sözlərinə yazılıb. Onun ilk ifaçısı "Muğam" teatrının indiki direktoru, Azərbaycanın əməkdar incəsənət xadimi, rejissor Arif Qaziyev olub, mahnını Bakı Pionerlər Evinin "Cücələrim" adlı ansamblının tərkibində ifa edib. 

Mahnı Azərbaycandan kənarda 1959-cu ildən sonra geniş tanındı. Onda Moskvada Azərbaycan incəsənəti ongünlüyündə 12 yaşlı Suğra Bağırzadə bu mahnını böyük uğurla ifa etdi. Suğra hazırda əməkdar artist və rəssam-floristdir. Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə onun ifa etdiyi mahnı ümumittifaq qrammofon yazısı firması "Melodiya"nın buraxdığı "Dünyanın ən yaxşı uşaq səsləri" plastinkasına daxil edilmişdi. 

Daha sonra mahnı rusca və onlarca başqa dillərdə ifa edildi. Dahi Üzeyir bəyin  "Arşın mal alan"ı ilə yanaşı, "Cücələrim" də bütün planetdə Azərbaycan musiqisinin bayraqdarına çevrildi. Çox az adam bilir ki, mahnını ifa etmək üçün Suğranı 150 uşağın içindən seçiblər. Moskvada mahnı o qədər xoş gəlib ki, uşaqları dörd dəfə səhnəyə təkrar qaytarıblar - nömrə çox mürəkkəb olub və uşaqlar çıxışdan qabaq onu 10 gün səhərdən-axşama qədər məşq ediblər. 

 

Talisman mahnı 

Suğra Bağırzadə "Cücələrim" ansamblının solisti təsadüfən seçilməyib. Həmin uzaq illərdə o, Bakı Pionerlər Evinin çoxsaylı dərnəklərindən birinin iştirakçısı olub. Elə olub ki, həmin vaxt "Cücələrim" ansamblı Moskvada dekadaya hazırlaşırmış, amma ansamblın solisti artıq böyüyübmüş və bu işə yaramırmış. Ansamblın bədii rəhbəri Suğranı görüb və o, tezliklə ansamblın solistinə çevrilib.  İndi Suğra Bağırzadə etiraf edir ki, onun həyatının ən parlaq epizodlarından biri "Cücələrim" ansamblının Azərbaycan mədəniyyəti ongünlüyündə SSRİ Böyük Teatrının səhnəsində gerçəkləşdirdiyi həmin triumfdur. 

Su?ra Bağırzadə xatırlayır ki, "Dünyanın ən yaxşı səsləri" plastinkasına həm də əfsanəvi italyan müğənnisi Robertino Lorettinin ifasında mahnı yazılmışdı. Bu gün də onun üçün ifa etdiyi "Cücələrim" mahnısının məşhur müğənni ilə yanaşı yer alması bir möcüzədir. Özü də Su?ra maestro Niyazinin idarə etdiyi Azərbaycan Simfonik Orkestrinin müşayiəti ilə oxumuşdu.  Bu fenomenal uğurdan sonra Suğranı Moskvada "Artek" beynəlxalq pioner düşərgəsinə yollayışla mükafatlandırıblar. Rəşid Behbudova isə tapşırıblar ki, gənc solist qızla vokal üzrə məşğul olsun. 

Sonralar "Cücələrim" mahnısı Suğranın yaradıcılıq həyatı üçün əsl talismana çevrilir. Səkkizinci sinifdə o, ilk dəfə olaraq rejissor Zeynəb Kazımovanın qısametrajlı "Küçələr və yollarboyu" filminə çəkilir. Onu bu rola Böyük Teatrın səhnəsində "Cücələrim" ansamblının çıxışını çəkmiş operator tövsiyə edir. Debüt çox uğurlu olub. Tezliklə Suğra Bağırzadəni rejissor Ağarza Quliyevin "Ulduz" filmində Yetər  roluna dəvət edirlər. Bundan sonra Suğra xanım kinematoqrafiyadan ayrılmır. 

"Cücələrim"in birinci ifaçısı Arif Qazıyev üçün isə bu mahnı həyatda bir mayak rolunu oynayıb. Düzdür, o da müğənni olmayıb, həyatını kinematoqrafiya ilə bağlayıb. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu və Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunu bitirən Qazıyev rejissor olur və yaradıcılığını bizim musiqi incəsənətinin incilərinə həsr edir. Qazıyevi ilk seçən isə o vaxt Gəncə şəhər Pionerlər Evinin bədii özfəaliyyət dərnəyinin rəhbəri işləyən, bəstəkar və mahının müəllifi Qəmbər Hüseynli olub. 

Onda şəhərin adı Kirovabad imiş. Arif Qazıyev bu qurumda məşğul olurmuş və çox şuluq bir oğlan imiş. Fortepianoda bir neçə akkord ifa edən bəstəkar oğlandan onun yeni mahnısından kiçik bir bənd ifa etməyi xahiş edib. Qazıyev oxuyub və həm də utanıb, deyib ki, mahnının sözləri onun xoşuna gəlmir, əgər o, bu mahnını oxuyarsa, oturub-durduğu uşaqlar ona "cücə" deyəcəklər. Elə də oldu. 

Daha sonra Arif "Cücələrim" mahnısını Bakıda - Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində ifa edib.  Konsertdə iştirak edən Azərbaycan Kommunist Partiyasının birinci katibi Mircəfər Bağırov "Cücələrim" ansambılının adını "Kirovabad cücələri" qoyub. O, ansamblın heyranedici çıxışını y?ksək qiymətləndirib və uzun müddət bu uşaqları "Kirovabad cücələri"ndən başqa heç cür adlandırmayıblar. 

Rejissor Arif Qazıyev hesab edir ki, "Cücələrim" mahnısı onun həyata yollayışı olub, milyonlarla uşaq isə onun bu sadə mahnısının sədaları altında böyüyüblər. Onu "raskrutka" etməyə ehtiyac yox idi, sadə musiqi ladı və ahəngi olmasına baxmayraq, o, dillərdən düşmürdü. 

 

Mahnı və müəllif haqqında 

Azərbaycan ifaçılarının üç nəsli "Cücələrim" sədaları altında böyüyüb. Çoxları üçün o, yaradıcılıq və incəsənət dünyasına çıxış olub. Yaşlı musiqiçilər  xatırlayır ki, Qəmbər Hüseynli Üzeyir Hacıbəyovdan sonra aşıq musiqisindən başı çıxan gerçək milli bəstəkar olub. O, aşıq musiqisini dərindən, hərtərəfli və dəqiq bilib. Onun fikri ilə razılaşıblar. Aşıq sənətinin ən görkəmli nümayəndələri ona böyük ehtiramla yanaşırmışlar, onun peşəkar qiymətləndirməsindən ehtiyat edirmişlər. 

Hüseynli aşıq sənətini müfəssəl bilirmiş - onu aldatmaq və haradasa dolaq gəlmək qeyri-mümkün imiş. Onun tərifini qazanmaq da nadir iş olub və böyük xoşbəxtlik sayılırmış. Məhz Qəmbər Hüseynlinin səriştəsi hesabına ötən yüzilliyin 60-70-ci illərində Azərbaycanda aşıq sənətinin yüksək səviyyəsi müşahidə edilib və  görkəmli ifalar qeydə alınıb, çünki aşıq musiqisinin bütün yazıları onun nəzarəti altında olub. Uydurmaçılığa və zövqsüzlüyə yol vermirdi. 

Qəmbər Hüseynli Azərbaycan radiosunda qadın aşıq ansamblı yaradıb və onun üçün özü də mahnılar yazıb. Bu kollektivin iştirakı ilə keçən verlişlər dinləyicilərin çox xoşuna gəlirmiş, radioya gələn məktublar da bundan xəbər verirmiş. Qəmbər Hüseynlini o vaxt şəxsən tanıyan adamlar bu gün də onun peşəkar qiymətinə, iş barədə dərin biliklərinə ehtiyac duyurlar. Onun yaradıcılığında xüsusi bəstəkarsayağı heç nə yox idi; o, qeyri-adi təbiiliyi, xəlqiliyi, sadəliyi və dünyanı dərk etməkdə harmonikliyi ilə seçilirmiş. 

Peşəkarlar bildirir ki, "Cücələrim" həmin sadəliyin nümunəsidir və geniş ümumiləşdirmələr nəticəsində əldə edilib. Uşaq musiqisinin özünün janrı incə seçilib və hiss edilib. ""Cücələrim"in melodiyasının sadəliyində nəsə ovsun var: elə bil ki, uşaq dili dolaşa-dolaşa eyni şeyləri müxtəlif ladlarda təkrarlayır. Jestlərin də özünəməxsus plastikası var, kövrək və həyəcanvericidir - uşaqlara xas özündən gücsüzləri himayə altına almaq istəyi kimidir. Və bu sadə musiqi səhnəsinin süjeti uşaqların təsəvvüründə yaranan getdikcə daha yeni və yeni mənzərələrdən ibarətdir. Ovaxtkı böyük ölkənin uşaqlarından hansı "Cip-cip, cücələrim"i oxumurdu?.." - deyə azərbaycanlı bəstəkar Aydın Əzimov "Cücələrim"ə həsr edilmiş tədbir çərçivəsində bildirib. 

"Cücələrim" sadəlik üstündə qurulmuş mürəkkəblikdir. Bu mahnının ahəngi Azərbaycan xalq musiqisinin əsas inkişaf tipini əks etdirir. Cəmi üç səsdən ibarət olan və təkrarlanan refren kökcə "sarıtel" aşıq havasına bağlıdır. Bu intonasiyaların müxtəlif ifa variantları isə sadəcə sırf olaraq milli düşüncə qanunlarına əsaslanır. Musiqi ekspertləri hesab edirlər ki, bu mənada "Cücələrim"in böyük populyarlığı rusların  "Vo pole bereza stoyala" və gürcülərin  "Suliko" mahnıları kimi, bir növ, Azərbaqcandan kənarda emblemə çevrilib. 


MƏSLƏHƏT GÖR:

633