19 Dekabr 2024

Cümə axşamı, 20:59

EKSPERTİZA LAZIMDIR

"Azərbaycan özünü təmin edən iqtisadiyyata malikdir, ona görə də onun Avrasiya İttifaqına qoşulmağa maraqlı olub-olmadığını araşdırmaq lazımdır"

Müəllif:

24.02.2015

ADA Uni­ver­si­te­ti ru­siy­a­lı alim Sta­nis­lav Prit­çi­ni azər­baycan­lı tə­lə­bə­lə­rə Ru­siy­a­nın in­di­ki döv­rdə xa­rici siy­a­sə­ti­nə da­ir müha­zi­rə oxu­mağa də­vət edib. Azər­baycan­la Ru­siy­a­nın coğ­ra­fi ba­xım­dan qon­şu ol­ma­sı, ta­ri­xi bir­liyi iki öl­kə ara­sın­da müna­si­bət­lə­rin in­ki­şa­fı­nın da­ha da də­rin­ləş­di­ril­mə­si zə­ru­rə­ti­ni ya­ra­dır.

S. PRİTÇİN "R+"a müsa­hi­bə­sin­də iki öl­kə ara­sın­da ye­ni əmək­daş­lıq sa­hə­lə­ri haq­qın­da fi­kir­lə­ri­ni bölüşüb.

- ADA Uni­ver­si­te­ti prin­si­pi­al ola­raq, Qərb təh­sil si­s­te­mi üzə­rin­də qu­rul­muş ali təh­sil ocağı­dır. Siz isə bu uni­ver­si­tet­də müha­zi­rə de­miş ilk rus ali­mi­si­niz. Fi­k­ri­nizcə, uni­ver­si­tet­də məhz Ru­­siya ek­s­per­t­lə­ri­nin sə­si­nin eşi­dil­mə­si nə qə­dər vaci­b­dir?

- Nə­zə­rə al­saq ki, ADA Azər­bayca­nın ən nüfuz­lu ali mək­təb­lə­rin­dən bi­ri­dir, ora­da gə­ləcək­də Azər­bayca­nın ta­ley­i­ni müəyyən­ləş­di­rəcək çox say­da is­te­dad­lı uşaq­lar təh­sil alır, təh­si­lə şa­xə­lən­di­ril­miş ya­naş­ma, şübhə­siz ki, çox vaci­b­dir. Çünki siy­a­sət el­min­də, bey­nəl­xalq müna­si­bət­lər­də sırf Qərb dər­slik­lə­ri və kur­sla­rı ilə ya­na­şı, al­ter­na­tiv ba­xış­lar da mö­vcud­dur. Bu­ra­da yal­nız Ru­siy­a­nı nə­zər­də tut­mu­ram. Mi­sal üçün, Azər­bayca­nın İran, Qa­za­xı­s­tan ki­mi di­g­ər qon­şu­la­rı da var və on­lar öz el­mi mək­təb­lə­ri­nə ma­lik­dir­lər. Bey­nəl­xalq müna­si­bət­lər sa­hə­sin­də gə­ləcək mütə­xəs­sis­lə­rin ha­zır­lan­ma­sı üçün tə­lə­bə­lə­rə müxtə­lif möv­qe­lə­ri din­lə­mək, bu və ya di­g­ər me­to­do­lo­ji ya­naş­ma­la­rı ana­liz et­mək im­ka­nı­nın ya­ra­dıl­ma­sı çox vaci­b­dir. Odur ki, mə­ni müha­zi­rə de­məyə də­vət et­mək uni­ver­si­tet rəh­bər­liy­i­nin düşünülmüş ad­dı­mı­dır. Sə­fər təş­ki­lat­çı­la­rın­dan öy­rən­diy­i­mə gö­rə, gə­ləcək­də on­lar Ru­siya Dip­lo­ma­tik Aka­de­miy­a­sı­nın rek­to­ru­nu, hə­m­çi­nin iran­lı mütə­xəs­sis­lə­ri də uni­ver­si­te­tə də­vət et­mək fi­k­rin­də­dir­lər.

- Hər bir öl­kə­nin öz pri­o­ri­tet­lə­ri var və bu, təh­sil sa­hə­si­nə də aid­dir. Am­ma bi­zim bi­rgə ke­ç­mi­şi­mi­zi, stra­te­ji ma­raq­la­rı­mı­zı nə­zə­rə al­saq, ümu­mi qar­şı­lıq­lı ma­raq­lar da var. Fi­k­ri­nizcə, Ru­siya-Azər­baycan müna­si­bət­lə­rin­də pri­o­­ri­tet olan sa­hə­lər han­sı­lar­dır?

- Bu gün iki­tə­rə­f­li müna­si­bət­lə­ri­miz ki­fay­ət qə­dər di­na­mik in­ki­şaf edir. Bu, ilk növ­bə­də, Azər­baycan və Ru­siy­a­nın siy­a­si rəh­bər­liyi ara­sın­da yüksək sə­viyyə­də, hö­ku­mət sə­viyyə­sin­də yax­şı, açıq di­a­lo­qun mö­vcud­luğu ilə bağlı­dır. Biz ta­ri­xi, mə­də­ni, et­nik ba­xım­dan bir-bi­ri­mi­zə çox ya­xı­nıq. Bi­zi bi­rgə iq­ti­sa­di, siy­a­si, ümum­bə­şə­ri amil­lər də bir­ləş­di­rir. Bütün bun­lar meh­ri­ban qon­şu­luq müna­si­bət­lə­ri­nin qu­rul­ma­sın­da nə­zə­rə alın­maya bil­məz. Bun­dan baş­qa, Ru­siya və Azər­bayca­nın iq­ti­sa­di struk­tur­la­rı da bən­zər­dir: hər iki öl­kə­nin iq­ti­sa­diyya­tın­da ener­ji sa­hə­si əsas sek­tor­dur. Odur ki, həm Azər­bayca­nın, həm də Ru­siy­a­nın qar­şı­sın­da iq­ti­sa­diyya­tın şa­xə­lən­di­ril­mə­si və­zi­fə­si du­rur. Fi­k­rimcə, məhz bu sa­hə­də mümkün Ru­siya-Azər­baycan ko­o­pe­ra­siy­a­sı­na la­zı­mi diq­qət ay­rıl­mır. Mə­sə­lən, Azər­baycan­da qey­ri-neft ix­racı­nın də­s­tək­lən­mə­si pro­qram­la­rı, ya­xud hər­bi-sə­naye sek­to­ru­nun in­ki­şa­fı pro­qram­la­rı mö­vcud­dur. Ru­siy­a­nın isə bu sa­hə­də özünün na­iliyyət­lə­ri var. Odur ki, bu sa­hə po­ten­si­al ola­raq bi­zim müna­si­bət­lə­ri­mi­zin in­ki­şa­fı üçün ma­raq kəsb edə bi­lər. San­k­siy­a­la­rın ol­duğu, Ru­siy­a­nın da Qər­bin san­k­siy­a­la­rı­na ca­vab ola­raq em­bar­qo­lar tət­biq et­diyi ye­ni iq­ti­sa­di re­al­lıq da Azər­bayca­nın kənd tə­sərrüfa­tı sek­to­ru­nun, ümu­mi­lik­də qey­ri-neft sek­to­ru­nun Ru­siya ba­za­rı­na is­ti­qa­mət al­ma­sı üçün ki­fay­ət qə­dər əl­ve­riş­li şə­ra­it ya­ra­dır. Məhz qey­ri-xam mal ix­racı­nın ar­tı­rıl­ma­sı im­kan­la­rı var. Bu mə­na­da əl­bət­tə ki, sıx əmək­daş­lıq ol­ma­sa da, ən azı Av­ra­siya İq­ti­sa­di İt­ti­fa­qı çər­çi­və­sin­də ko­or­di­na­siya, Ru­siya təcrübə­si­nin öy­rə­nil­mə­si xüsu­si ma­raq kəsb edir. Doğru­dur, ha­zır­da Azər­bayca­nın bu təş­ki­la­ta üzvlü­yünü nə­zər­dən ke­çir­mə­si­nə im­kan ver­məy­ən bir sı­ra siy­a­si amil­lər var. Am­ma ey­ni za­man­da, fi­k­rimcə, döv­lət­lə­rin dünya ba­za­rın­da rə­qa­bə­ti güclən­dir­mək məq­sə­di­lə iq­ti­sa­diyyat­la­rı bir­ləş­dir­məyə ça­lış­ma­sı, re­g­i­o­nal­laş­ma­nın güclən­mə­si şə­ra­i­tin­də Azər­baycan da in­te­q­ra­siya pro­ses­lə­rin­dən kə­nar­da qa­la bil­məz.

- Be­lə bir fi­kir var ki, müa­sir dünya­da iki­tə­rə­f­li müna­si­bət­lə­rin kö­məy­i­lə prak­ti­ki ola­raq bütün mə­sə­lə­lə­rin həl­li müm­kündür. Han­sı­sa it­ti­faq­lar­da iş­ti­rak isə bə­zən nə­in­ki di­vi­den­d­lər gə­tir­mir, hət­ta müəyyən prob­lem­lər ya­ra­dır. Bu kon­tekstdə Aİİ-yə müna­si­bət­də də kon­kret­lik vaci­b­dir. Bu nə­dir - bə­ra­bər nüfu­za ma­lik, özünü tə­min edən döv­lət­lə­rin bir­liyi, yox­sa Al­ma­niya, Fran­sa və Böyük Bri­ta­niy­a­nın özəy­i­ni təş­kil et­diyi, qa­lan döv­lət­lə­rin­sə san­ki on­lar­dan ası­lı ya­şa­dığı Aİ for­ma­tı­nın tə­k­ra­rı?

- Əl­bət­tə ki, it­ti­faq çər­çi­və­sin­də nəy­in re­al ola­raq iş­lə­diy­i­ni mü­əy­yən­ləş­dir­mək üçün ek­s­per­ti­zaya, bu­nu ba­şa düşməyə eh­tiy­ac var. Mü­əyyən mə­na­da haq­lı­sı­nız - Aİİ-nin lo­ko­mo­ti­vi onun 3 böyük, özü­nü tə­min edən üzvü olan Ru­siya, Be­la­rus və Qa­za­xı­s­tan­dır. Am­ma Ru­siy­a­da və ya Qa­za­xı­s­tan­da Qı­r­ğı­zı­s­tan, Öz­bə­ki­s­tan və di­g­ər öl­kə­lər­dən kə­nar­la­şa­raq in­ki­şa­fa na­il ol­maq qey­ri-mümküdür. Qı­rğı­zı­s­tan­da da­i­mi qey­ri-sa­bit­liy­in hökm sürdüyü şə­ra­it­də Qa­za­xı­s­ta­nın cə­nub sər­hə­din­də nor­mal, sa­bit iq­ti­sa­di si­s­tem qur­maq mümkün dey­il. Çox­milyon­luq axın­dan söh­bət get­dik­də isə mi­q­ra­siya mə­sə­lə­si də az rol oy­na­mır. Qey­ri-rə­s­mi mi­q­ra­siya so­si­al prob­lem­lər or­taya çı­xa­rır, kri­mi­na­lın ar­t­ma­sı üçün şə­ra­it ya­ra­nır. Ru­siya və Qa­za­xı­s­tan ba­zar­la­rı­na in­san re­sur­sla­rı­nın ix­racat­çı­la­rın­dan olan elə hə­min Qı­rğı­zı­s­tan üçün da­ha əl­ve­riş­li şə­ra­it ya­ra­nır - ix­ti­sas üzrə iş­lə­mək, Ru­siya və Qa­­za­xı­s­tan­da da­ha ra­hat ya­şa­maq. Sı­ra­vi öz­bək və ya tacik isə bu­nun üçün pa­tent al­ma­lı, rus di­lin­dən im­ta­han ver­mə­li­dir­lər. Gördüyünüz ki­mi, hər şey çox də­qiq iş­ləy­ir. Əl­bət­tə ki, hər şeyi iki­tə­rə­f­li qay­da­da həll et­mək da­ha asan­dır. Am­ma bu hal­da im­kan­lar məh­tud olur. Mə­sə­lən, bu hal­da biz­nes yal­nız öz ba­za­rı­na is­ti­qa­mət­lə­nə bi­lər. Əl­bət­tə ki, mən Azər­bayca­nı Qı­rğı­zı­s­­tan­la müqay­i­sə et­mi­rəm. Azər­bay­ca­nı özünü tə­min edən iq­ti­sa­diyya­tı var və bu sə­bə­b­dən it­ti­fa­qa qo­şul­mağın han­sı cə­hə­ti­lə ma­raq­lı ola bi­ləcəy­i­ni müəy­yən­­ləş­dir­mək üçün iki­qat ek­s­per­ti­za la­zım­dır. Yal­nız bun­dan so­nra qar­şı­lıq­lı ma­rağa əsas­la­na­raq da­nı­şıq­lar apar­maq olar. Aİİ-nin Aİ qar­şı­sın­da üs­tünlüyü də bun­da­dır. Çünki Aİ-də ilk an­dan sən ar­tıq ya­zıl­mış şər­t­lə­rə əməl et­mə­li­sən və on­la­ra heç bir tə­sir im­ka­nın yox­dur. Aİİ-də isə öl­kə­lə­rin hər bi­ri öz ma­raq­la­rı­nı müda­fiə edir, hət­ta de­mar­şa əl atır, ey­ni za­man­da san­k­siy­a­lar, cid­di prob­lem­lər şə­ra­i­tin­də be­lə, heç bir öl­kə it­ti­fa­qı tərk et­mək, əmək­daş­lığı day­an­dır­maq ha­q­da da­nış­mır. Uzaq per­spek­tiv­də bu­na al­ter­na­ti­vin ol­ma­dığı­nı hər kəs an­layır.

- Mi­q­ran­t­lar mə­sə­lə­si­nə qayı­daq. Ru­siya mi­q­ran­t­la­rın öl­kəyə gə­li­şi ilə bağlı şər­t­lə­ri ağır­laş­dı­rır. Be­lə çı­xır ki, bu, döv­lət­lə­rin Aİİ-yə "dar­tıl­ma­sı" üçün va­si­tə­lər­dən bi­ri­nə çe­v­ri­lə bi­lər?

- Düşünmürəm. Əs­lin­də bu, süni ma­neə dey­il. Sa­dəcə, günlə­rin bi­rin­də Ru­siy­a­da əmək mi­q­ra­siy­a­sı prob­le­mi sərt şə­kil­də qoy­ul­du. Söh­bət milyon­lar­la in­san­dan ge­dir­sə, ra­hat, ef­fek­tiv şə­ra­i­tin ya­ra­dıl­ma­sı çox çə­tin olur. Hər hal­da, ABŞ-da və ya Aİ-də iş tap­maq üçün ica­zə­nin, dil im­ta­ha­nı­nın vacib ol­ma­sı heç kim­də su­al ya­rat­mır. Ora­da bu si­s­tem ki­fay­ət qə­dər sərt­dir. Ru­siy­a­da da le­qal mi­q­ra­siya üçün şə­ra­it ya­ra­dı­lır.

- İs­tə­ni­lən lay­i­hə­də, it­ti­fa­q­da müəyyən ideo­lo­ji onu­rğa ol­ma­lı­dır. Av­ra­siy­a­lı­lıq fəl­sə­fi-siy­a­si nə­zə­riyyə ki­mi, yal­nız Ru­siy­a­da diq­qə­ti cəlb et­mir. Aİİ ha­q­da da­nı­şar­kən biz əsa­sən iq­ti­sa­di ma­raq­la­rı müza­ki­rə edi­rik. Bəs baş­qa han­sı oriy­en­tir­lər ola bi­lər? Mə­sə­lən, götürək Aİ-nin Türki­y­ə­­nin üzvlüyünə ya­naş­ma­sı­nı: döv­­lə­tin it­ti­fa­qa qo­şul­ma­sı fak­tı ar­tıq onun de­mo­kra­tiya, in­san haq­la­rı və sa­ir sa­hə­də müəyyən stan­dar­t­la­ra na­il ol­duğu an­la­mı­na gə­dir. Bəs Aİİ-də iq­ti­sa­diyyat­dan baş­­qa han­sı ümu­mi stan­dar­t­lar ola bi­lər?

- Aİ imici üzə­rin­də iş­lə­məyi yax­şı baca­rır. Am­ma onun ya­ran­ma ta­ri­xi­nə nə­zər sal­saq gö­rə­rik ki, ora­da da hər şey iq­ti­sa­diyyat­dan baş­layıb. Aİİ-yə gə­lincə, irə­li qa­ç­mağa eh­tiy­ac yox­dur. Ha­zır­da biz il­kin mər­hə­lə­dəy­ik. İn­di bi­zim əsas götürə bi­ləcəy­i­miz han­sı­sa va­hid ya­naş­ma­mı­zın ol­duğu­nu söy­lə­mək mümkün dey­il. Bir tə­rəf­dən bu, zə­i­f­lik ki­mi qə­bul edi­lə bi­lər. La­kin di­g­ər yan­dan, bu­ra­da müsbət mə­qam­lar da var. Çünki or­ta­da va­hid əsas ideo­lo­g­iya yox­dur. Bu­ra­da söh­bət açıq mey­dan­dan ge­dir. Əs­lin­də ideo­lo­g­iya mə­sə­lə­si ek­s­per­t­lər sə­viyyə­sin­də in­ten­siv şə­kil­də mü­za­­ki­rə olu­nur. Am­ma bu, bütün iş­ti­rak­çı­lar­dan han­sı­sa stan­dar­t­la­ra ca­vab ver­mə­nin tə­ləb edil­mə­si üçün əsas ol­may­acaq. Aİİ SSRİ-nin bər­pa­sı­na ça­lış­ma­q­da gü­nah­lan­dı­rı­lır. Guya Ru­siya im­pe­ri­a­list ke­ç­mi­şi­ni ge­ri qay­tar­mağa ça­lı­şır. Am­ma qə­rar­la­rın han­sı yol­la qə­bul olun­duğu­na diq­qət ye­tir­sək, gö­rə­rik ki, 10 na­zir­dən Qa­za­xı­s­tan və Be­la­ru­sun payı­na 3 na­zir düşür, bü­tün qə­rar­lar kol­le­g­i­al şə­kil­də qə­bul olu­nur. Ye­ri gəl­miş­kən, Aİ ilə bağlı bir çox su­al or­taya qoy­maq olar. Mə­sə­lən, Bol­qa­rı­s­tan Aİ-yə üzv ol­du­q­dan so­nra iq­ti­sa­di ba­xım­dan irə­li heç bir ad­dım at­mayıb, ək­si­nə, bir qə­dər də ge­ri­ləy­ib. Ya­xud Bal­tikya­nı öl­kə­lə­rə ba­xaq. On­lar­da ÜDM-in sə­viyyə­si müəyyən qə­dər ar­tıb, la­kin əha­li­nin sayı aza­lıb. Çünki in­san­lar pul qa­zan­maq üçün öl­kə­ni tərk edir­lər. Bun­dan baş­qa, necə olur ki, in­san haq­la­rı sa­hə­sin­də son də­rəcə sərt tə­ləb­lə­rin ol­duğu Aİ-də və­tən­daş­lığı ol­may­an in­san­la­ra rast gə­li­nir?

- Ru­siya-Azər­baycan müna­si­bət­lə­rin­də "rus ami­li" ki­mi müsbət mə­qam­dan da da­nış­maq is­tər­dik. Söh­bət ru­s­dil­li mək­təb­lər­dən, ru­s­dil­li əha­li­dən, rus dünya­sı­nın ki­çik bir "ada­sı"ndan ge­dir. Azər­baycan­da bütün bun­lar Ru­siya tə­rə­fi­nin xüsu­si kö­məyi və tə­si­ri ol­ma­dan qo­ru­nub sax­la­nıb. Mə­sə­lən, Ru­siya ilə stra­te­ji it­ti­fa­q­da yer alan Er­mə­ni­s­tan­da rus hərbçi­lə­rin ai­lə­lə­rin­dən baş­qa, rus­la­ra rast gə­lin­mə­diyi sirr dey­il. Azər­baycan­da isə və­ziyyət tam fər­q­li­dir. Yal­nız Ba­kı­da rus­la­rın sayı ümu­mi­lik­də Cə­nu­bi Qaf­qaz­da ya­şay­an rus­la­rın sayın­dan ar­tı­q­dır. Bu amil müza­ki­rə et­diy­i­miz in­te­q­ra­siya lay­i­hə­lə­rin­də han­sı ro­lu oy­naya bi­lər?

- Azər­baycan da­ha sıx əmək­daş­lığa qə­rar ve­rər­sə, bu, onun üçün cid­di kö­mək olacaq. Çünki ən azı, səy­lə­rin ko­or­di­na­siy­a­sı im­kan­la­rı­nı nə­zər­dən ke­çi­rən İran­dan, Vyet­nam­dan fər­q­li ola­raq, ona ye­ni dil öy­rət­məyə eh­tiy­ac qal­may­a­caq. Yə­ni, bu, Azər­bayca­nın özü üçün bo­nus və üstünlük olacaq. Bun­dan baş­qa, bu, qar­şı­lıq­lı pro­se­s­dir. Çünki Ru­siy­a­da da çox say­da azər­baycan­lı ya­şayır. Bu, bi­zim ara­mız­da ən azı hu­ma­ni­tar əla­qə­dir. Azər­baycan­la Ru­siy­a­nı hər şey­dən əla­və, bi­zim mul­ti­et­nik öl­kə­lər ol­ma­mız da bir­ləş­di­rir. Da­ha bir or­taq cə­hət to­le­ran­t­lı­q­dır. Söh­bət bu gün Qər­bdə müşa­hi­də et­dik­lə­ri­miz­dən fər­q­li ola­raq, "gerçək" to­­le­ran­t­lı­q­dan ge­dir.


MƏSLƏHƏT GÖR:

770