Müəllif: Anna VƏLİYEVA Bakı
Uzun müddət eyni yerdə yaşayanda, ətrafındakı küçələrin, evlərin, insanların gözəlliyini sezə bilmirsən. Ətraf mühitə tez öyrəşirsən və bu da o qədər adi olur ki, onun özəllikləri ilin müəyyən vaxtının ümumi fonunda yox olur. Ona görə də səni ta uşaqlıqdan əhatə edən həmin dünyaya kənar şəxsin baxışı - gözucu və qərəzli olmayan baxışı hər zaman maraqlıdır.
Azərbaycanı ziyarət edən italiyalı rəssam Paola Anzikenin, ona tanış olmayan məkanın qavranmasında öz hissləri və bədii obrazlarını yaradıb.
Bakının memarlığı, ənənəvi milli sənətləri - onun "Bakının lifləri" adlı ekspozisiyasında tamaşaçılarla bölüşdüyü etnik-mənəvi xüsusiyyətləri özündə əks etditən obrazda cəmləşib.
Bu liflər nədir? İnsanın peşə fəaliyyətinin sadəcə olaraq nəticəsidir? Heç də. Bu anlayış daha geniş və dərindir. Liflər - iki xalqın incəsənəti arasında qarşılıqlı mədəni inteqrasiyaya məna bəxş edən, görünməyən ruhi bağlılıqdır. Onun işlərində fırça ilə çəkilmiş ənənəvi kətan əsərləri yoxdur. Rəssamın istifadə etdiyi materialın fakturası - yun iplər, ipək lentlər, yun, evdə toxunmuş parçalardır. Bütün bunlardan da ona yad olan şəhərin, ölkənin, xalqın ənənəvi həyat tərzinin xüsusiyyətlərinin obrazının hissləri yaranır. Və artıq evdə toxunan kilimlərdən, ipək yunlardan və parçaların qırıntılarından sərgi zalının boşluğunda insan və incəsənətin ayrılmazlığından bəhs edən kompozisiya yaranır. İnsan və yaradıcılığı. Onun qarşılıqlı təsirdə olduğu strukturlu materiallar və insan. Kilim qalaya çevrilə bilər, yaxud insan və məişət məkanının detallarının gündəlik konstruktiv qarşılıqlı əlaqəsində əsas hissə ola bilər. Qoyun dərisi çobanların qoyun sürüsünün arxasınca gedən dağlıq otlaqların və ya atın belində çapan qəhrəmanların, yaddaşda igidlik mənzərəsini assosiativ şəkildə yaranmasına səbəb olaraq, səmimi atmosfer yarada bilər...
"Kilim"
Rəngli xətlərdən hörülmüş kilim insan əllərinə itaət edir. Bu, plastik kompozisiya üçün faydalı materialdır. Baxın, məgər, əyləşən insan fiquruna bənzəmir? Yolda bir qədər yorulan və bir qədər dincəlmək üçün oturan adama. Və ya məsələn, qızmar günəşdən və soyuq küləkdən gizlənməyə imkan verən, bir növ, çadır tipli sığınacağa dönə bilər. Və ya birdən canlı insan üzü olan faktura ilə canlı kompozisiyanın bir hissəsi kimi, enli krinolin ola bilər! Bəli, fantaziya üçün variant nə qədər istəsən vardır! Əsas - məişət predmetində insanın gündəlik həyatının ayrılmaz hissəsini görmək istəməkdir; sadəcə, həyatın deyil, yaradıcılıq həyatının. Yaratmaq, icad etmək və sınamaq - İtaliyada olan rəssam hesab edir ki, bu deviz həyatı solğun olmayan tonlarda görən istənilən insan üçün məqsədə çevrilə bilər.
"Səmimi dünya"
Kürə formasında çırpılmış qoyun yunu, evdə hörülən iri yun iplərdən toxunmuş baramalar, qeyri-müəyyən formada rəngli dairələr - metafora və simvolların cərgəsində xüsusi üslubiyyətin icad edilməsi, formadan kənara çıxmaq üçün Avropa axtarışları (XX əsr) üsulları olan dövrə sitatlı müraciətdir. Real həqiqətdən uzaqlaşma, insanın müasir problemlərinin strukturunda əsas şeyin parçalanma üsulları və rəssamın əsas fikrinin metaforaların üstüörtülü şəklində verilməsi - yaradıcılığını konseptual incəsənət janrına aid edən əksəriyyətin sevimli üsuludur.
Rəssam həcminə görə müxtəlif formalar yaradan isti təbiət materialından istifadə edir. Boşluğu qısan ənənəvi kətanın hüdudlarından çıxaraq, Paola Anzike otağın boşluğunu özünəməxsus 3D formatda olan kətana çevirir. Ona görə də kompozisiya ekspozisiya zalının müxtəlif künclərindən fərqli şəkildə görünür. Odur ki, rəssam ənənəvi formanın hüdudlarından kənara çıxmaqla nə görə bilər? Rəssamlığın qaydalarına əməl etməyərək, insanlara nə deyə bilər? İlk növbədə, onu deyə bilər ki, ətrafımızdakı aləm səthi ola bilməz. Bu, sözün həqiqi və məcazi mənasında. Dünyanın həcmi var. Lakin bu həcmi görmək, hiss etmək, anlamaq lazımdır. Və bəlkə də, o zaman dünya sənə fərqli ölçülərdə, kosmik kəşflərlə aşkar olacaq. Daha yaxın və daha aydın olacaq. Və bəlkə də - daha dəyərli və daha doğma. Şair əbəs yerə deməyib ki: "Üz-üzə - üz görünməz, böyük olanı uzaqdan görünür". Budur biz də özgə baxışla, italyan rəssamı Paola Anzikenin baxışı ilə insan və əşyaların təbiətinin qırılmaz bağına nəzər saldıq.
MƏSLƏHƏT GÖR: