25 Dekabr 2024

Çərşənbə, 17:18

TARAZLIĞIN "5 OTAĞI"

Bir ortaq nöqtə - həyat axtarışında olan rəssamlar qrupunun fərqli yaradıcılıq yolu

Müəllif:

10.03.2015

Muzey Mərkəzinin İncəsənət Qalereyasında "5 otaq" adlı müasir incəsənət sərgisi açılıb. Adı bədii xarakter daşıyır. Bu beş otaq əslində - beş rəssamın işləri ilə dolmuş beş zalı özündə ehtiva edir. Bədii üslubu, dünyaya münasibəti və özünü ifadə tərzinə görə fərqlənən rəssamların. Əl işlərinin və ekspozisiya iştirakçılarının seçimi heç də təsadüfi deyil. Bu, yeni yaradılmış "Libra" rəssamlar qrupunun bədii hesabatıdır. Latın dilindən tərcümədə bu söz tarazlıq, balans, çəki mənalarını bildirir. Qrupun təsisçisi - Malik İsmayılzadə məşhur rəssamdır. Qrupa ondan savayı daha dörd nəfər: Arzu Rzayev, Anar Qəmbərli, Namiq İsmayılzadə və Nazim Şah daxildir. Rəssamlıq tarixinə bu cür birləşmə halları məlumdur. Məsələn, P. Konçalovskinin rəhbərlik etdiyi və 31 nəfərin daxil olduğu "Kərpicxallı valet" qrupu. O da əvvəlcə ümumi ideya əsasında birləşmişdi: yeni üslub və formaların axtarışında.

"Libra"nın rəssamları "Qrup üzvləri kollektivə münasibətdə mərkəzdənkənar qüvvənin təsirinin altına düşmədikdə, həm də eyni zamanda yoldaşlarını da sıxmadıqda, onlar yaradıcılıqda beş yol arasında tarazlığı yaratmağı və saxlamağı bacardılar". Bu, qrupun press-relizində bildirilir. Lakin bu, sadə sitat deyil. Bu, vernisajın təsdiq etdiyi faktdır. 

 

Adi həyat

Anar Qəmbərli - qrupda ən gənc rəssam. Onun keçmişində İncəsənət gimnaziyası, Əzim Əzimzadə adına Rəssamlıq Məktəbi, Rəssamlıq Akademiyası, çoxsaylı sərgilər yer alır. Onun işləri - yer və dünyanın sükutu ilə həmrəylik, qadın himni hopmuş ("Kafedə gecə") bir anın, bir günün rəmzidir. Onun sadə gözəlliyi və baxışlarında ifadəsini tapmış qəlbinin həlimliyi diqqət çəkir. ("Qız"). Bir də - "R ayı". Saralmış, bir qədər əzilmiş qəzet parçasının arasında iki balıq var. Sanki qəzet sətirlərində gizlənirlər...

 

Məxfilik

Nazim Şah. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, Mədəniyyət və İncəsənət Universitetini (rəssamlıq fakültəsi) bitirib. Çoxsaylı rəssamlıq sərgilərində iştirak edib. Fikrən ezoterik axtarışlara meyil göstərir. Onun işlərində mistik motivlər çoxdur ("Qaşıqla Ayın işığını içən Şaman", "Ruhlar dünyası"). Rəssam insan və kosmos ("Səma və yer arasında") arasında əlaqəni yenidən mənalandırır. O, mümkün harmonik birləşmənin variantlarını - İlahi ruh və insan qəlbini ("Vəhdətə doğru") nəzərdən keçirir.

 

Kimik biz? 

Arzu Rzayev. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, Mədəniyyət və İncəsənət Universitetinin rəssamlıq fakültəsini bitirib. Bir çox sərgilərin iştirakçısıdır. Onun mövzusu - pəhləvan insanlardırlar. Kişilər və qadınlardır. Onlarda hansı isə fiziki qüvvə, əsaslılıq var. Gündəlik qayğılarla həyat axını var. Həyatın özü kimi sadə qayğılar ("Qadınlar", "Təzə ay"). 

Və zamanın ayrılmaz bağ hissi var: keçmişin və gələcəyin. Bir də - biz Yerdə kimik? Qonaq? Səyyah? Sahib? ("Yer və səma") - sualına hələ də insana cavab verməyən İlahi ruha, kosmosa can atma. 

 

Cingildəyən sakitlik 

Namiq İsmayılzadə. Bakıxanov adına 84 nömrəli məktəbi (ağacoyma şöbəsi), Mədəniyyət və İncəsənət Universitetini (şüşə və keramika şöbəsi) bitirib. Onun dünyası şəffaf və kövrəkdir. Orada cingildəyən sakitlik və qəlbin ətraf aləmlə birləşməsinin harmoniyası boldur. Budur - "Səhər nəğmələri". Bu tabloda o qədər oyanan həyat sevinci var ki! O qədər dinc şənlik və xoşbəxtlik var! Kolluğun yumşaq rəngarəngliyində əriyən quşlar, sevinclə açılan səhərdən xəbər verirlər! Və deyəsən, bulvar havasının sərinliyi üzünə vurdu və dərinizdə isti günəş şüalarının hissləri oynamağa başladı!

"Armudlar". Bu canlı bəhrələrdən gözləri çəkmək olmur! Sanki, onlar sərin suda üzür və yayın ətrini duymaq üçün oradan çıxarmaq istəyirsən!

"Şəhər". Meqapolis nədən ibarətdir? Pis və yaxşı enerjidən, avtomobillərdən, evlərdən, küçələrdən, bitkilərdən, insanlardan, heyvanlar və işlənmiş qazlardan, boşluqda üzən tüstüdən. Bir də - çoxsaylı işıq sınmalarından. Şəhər məhəccərdə qoyulmuş albalı bəhərinə sancılaraq, sanki, rəssamın pəncərəsinə üzüb girir! Dünyanın bir çox xalqlarında albalının rəmzi mənası var. Şərqdə, məsələn, bu, o deməkdir ki, insan dünyaya çılpaq gəlir və torpaq da onu çılpaq qəbul edir. Xristianlıqda albalı - cənnət meyvəsi, xeyirli iş, incəlik deməkdir. Çinlilərdə - ümid, gənclik, kişilik, bir də - təbiətdə qadın gözəlliyi və qadın başlanğıcıdır.

 

Tamaşaçı həll edir

Malik İsmayılzadə. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, Mədəniyyət və İncəsənət Universitetini (qrafika fakültəsini) bitirib. Onun kiçik formatda olan işlərinin adı yoxdur. Rəssam öz fikirlərini, hisslərini və duyğularını tamaşaçının ixtiyarına verir. Qoy, hər kəs öz təklif edilmiş süjetlə bağlı öz versiyası olsun. Onun işlərindən birini "Qamma" adlandırmaq olar. Bu rəsmin sahəsi yaşanılan gün üçün emosional fon təşkil edən əşyalarla tutulub. Məsələn, budur qırmızı güllər olan güldan, yanında isə - göy şüşədən olan qab. Bir az aşağıda - qutan quşunun başı. Bir qədər də aşağıda isə üç boş qalan stul var. Onlar kimi isə gözləyirlər, düzdür?

Rəvan işığın xətləri - ilk payız günlərinin solmuş yarpaqları ilə xəfifcə dolan məkan öz ilk müştərisini gözləyən - yeni açılan səhərin rəvan işığının zolaqları ilə dolan küçə kafesi. 

Budur daha bir iş - "Fikirlər". Kişi oturur. Onun gözlərini görmürük, üzün cizgiləri isə ancaq sezilir. Lakin onun necə oturuşu və geyinməsi, kürəyinin necə taqətdən düşməsi - onun nə isə haqda düşünən insan olduğunu bildirir. Nə isə gizli bir şey haqda, yəqin.

"Qadın". O, gözəllik haqda jurnalların üz qabığından deyil. Onun adi günləri - ailəsi və işi olan qadının adi həyatıdır. Onun da üz cizgilərini tapmaq lazımdır. Rəssam onları çəkməyib. Bu, ona heç lazım deyil də. Axı, bu ancaq bədii ümumiləşdirmədir. Müasir qadınımızın obrazı. Bic-bic əllaməlik etmədən, uşaqlarını böyüdən, yemək hazırlayan, işə gedən qadın. Və bu sadə və bəzədilməmiş, lakin gizli həqiqəti bildirən bu kəşfdə - cəzb edən və öz tərəfinə çəkən həyat həqiqətidir.



MƏSLƏHƏT GÖR:

763