
LÖVHƏNİN O KƏNARINDA
Levon aronyan bakıya gəlməməsinin real səbəblərini açıqladı
Müəllif: Sənan Şəfizadə Bakı - Novı-Sad - Bakı
Ermənistanın ən güclü şahmatçısı, ikiqat Olimpiya çempionu Levon Aronyanla Serbiyanın Novı-Sad şəhərində keçirilən Avropa çempionatı zamanı söhbətləşdik. Erməni qrossmeyster Azərbayjan mətbuatının nümayəndəsi ilə böyük həvəslə danışdı. Müsahibə zamanı Levon Aronyan şahmatçılarımızın qitə birinciliyində çıxışını yüksək qiymətləndirdi. Bununla belə, Aronyan Bakıya gəlmək istəyində olmadığını büruzə verdi və bunun səbəbini bizə açıqladı.
- Ermənistan yığması Avropa çempionatında favoritlərdən sayılsa da, sonda medalsız qaldı. Problem nədədir?
- Fikrimcə, uğursuz çıxış etmədik. Sadəcə, medalsız qaldıq. Şahmatçılarımız maksimum nətijəyə oynayırdılar. Amma son turlarda yorğunluq özünü göstərdi. Ona görə mükafatçılar sırasına düşmədik.
- Azərbaycan millisi ilə görüşə qədər yığmanız məğlubiyyətsiz irəliləyirdi. Amma bizim komandayla görüşdə tilsim qırıldı...
- Azərbaycanla oyunumuz çətin oldu. Mən birinji lövhədə Teymur Rəjəbovla heç-heçəyə razılaşdım. 2 və 4-cü lövhələrdə də eyni nətijə qeydə alındı. Amma Sarkisyan qələbə qazanmaqla ümumi uğurumuzu təmin etdi.
- Sarkisyan Qədir Hüseynova qalib gəldi. Hərçənd, azərbaycanlı qrossmeysterin qələbə üçün əla şansı var idi...
- Qədir qələbənin bir addımlığında ani səhvə yol verdi. Sarkisyan çox təcrübəli şahmatçıdı, partiyanın gedişini istədiyi kimi dəyişə bildi.
- Çoxları söyləyir ki, Azərbaycan yığmasının Avropa çempionatında qələbəsi qanunauyğunluqdu. Sizin fikrinizi bilmək maraqlı olardı...
- Azərbaycan yığması çoxdan bu uğuru qazanmalıydı. Novı-Sadda gərgin mübarizə nətijəsində qələbə qazandınız. Şahmatçılarınız təzyiqə tab gətirərək qızıl medallara layiq görüldü.
- Nəticə baxımından hansı komandanın çıxışı sizi təəccübləndirdi?
- Azərbaycan çempionatın startından stabil oyun göstərir. Ona görə qələbəyə layiq idiniz. Amma Ukrayna komandasının bürünc medal qazanması təəccüblü oldu. Onlar stabil oyun göstərmədi. Ukrayna yığmasının medal qazanması mənim üçün gözlənilməz oldu.
- Bəzi mütəxəssislər qitə birinciliyi zamanı birinci lövhədə yarışan şahmatçıların ümidləri doğrultmadığını düşünür. Çünki həmin qrossmeysterlər tez-tez heç-heçəyə oynayır.
- Birinci lövhə komanda üçün yarışır. Həmin şahmat lövhəsi arxasında qitə birinciliyinin ən güclüləri oynayır. Həmişə qələbə qazanmaq mümkün deyil. Hər halda, heç-heçə məğlubiyyətdən yaxşıdır. Birinci lövhənin əsas məqsədi rəqibi saxlamaqdı. Yəni uduzmamaq.
- Azərbaycan paytaxtı Bakı dünya çempionluğuna iddiaçıların turnirinə ev sahibliyi edəcək. FİDE sizin Bakıya gəlmək istəmədiyinizi əsas gətirərək, yarışı 2 yerə böldü. Bir hissəsi paytaxtımızda keçiriləcək. Maraqlıdır, dövlət səviyyəsində sizin təhlükəsizliyinizə zəmanət verilirdi. Amma yenə də imtina etdiniz.
- Gəlin real danışaq - Azərbaycana və paytaxtı Bakıya hörmətim var, amma orada özümü rahat hiss edəcəyimə inanmıram.
- Ermənistan güləşçiləri Bakıda dünya birinciliyində çıxış ediblər. Yaxınlarda cüdoçularımız İrəvanda təşkil edilən Avropa çempionatında iştirak etdi. Sizin Bakıya gəlişinizdə də problem ola bizməzdi.
- Gəlin güləşi, cüdonu şahmatla müqayisə etməyək. Komandanızın İrəvanda Avropa çempionatında, Ermənistan güləşçilərinin isə Bakıda dünya birinciliyində çıxışını bilirəm. Amma şahmatda iştirakçı psixoloji cəhətdən hazırlıqlı olmalıdır. Yəni əgər turnir zamanı küçəyə çıxıb gəzmək istəsəydim nə olacaqdı. İnanmıram ki, Bakı küçələrində rahat nəfəs ala bilərdim. Belə hal yarışda çıxışıma da təsir edəcək. Odur ki, paytaxtınıza səfərim real deyil.
MƏSLƏHƏT GÖR: