14 Mart 2025

Cümə, 20:57

«BU HƏLƏ BAŞLANĞICDI»

Vüqar Həşİmov: "Bİz göstərdİk kİ, azərbaycan komanda hesabinda da çempİon ola bİlər"

Müəllif:

15.11.2009

Ser­biy­a­nın No­vı-Sad şə­hə­rin­də ke­çi­ri­lən şah­mat üzrə ko­man­da­lar ara­sın­da Av­ro­pa çem­pi­o­na­tı öl­kə id­ma­nı ta­ri­xi­nə qı­zıl hər­f­lər­lə ya­zıl­dı. Rey­tin­qə gö­rə ya­rı­şın 2-ci ko­man­da­sı sayı­lan Azər­baycan mil­li­si inad­kar müba­ri­zə ilə ta­ri­xin­də ilk də­fə qi­tə bi­rinci­liy­i­nin qa­li­bi ol­du. Ko­man­da­mı­zın bütün üzvlə­ri Döv­lət Him­ni­mi­zi səs­lən­dir­mək­lə 38 öl­kə­nin təm­sil­çi­lə­ri­ni ay­ağa qal­dır­dı.

Son tur­da Hol­lan­diya ilə çə­tin müba­ri­zə­də qa­za­nı­lan qə­lə­bə­də əsas pay sa­hi­bi, tə­bii ki, Vüqar Hə­şi­mov­du. 2-ci löv­hə­də Da­ni­el Stel­va­g­en­lə 5 sa­at­dan ar­tıq da­vam edən par­tiy­a­nı qə­lə­bə ilə ba­şa vu­ran həmyer­li­miz FİDE-nin son rey­tinq siy­a­hı­sın­da 6-cı pil­ləyə yüksəl­di və mil­li­mi­zin li­de­ri­nə çe­v­ril­di. Ya­xın ke­ç­miş­də şah­mat­çı karye­ra­sı su­al al­tın­da olan gənc in­di bütün dünya­nın diq­qət mər­kə­zin­də­dir. 2000-ci il­də ağır xə­s­tə­liyə düçar olan qross­mey­ster 6 il se­vim­li id­man­dan ay­rı düşmüşdü. La­kin döv­lət baş­çı­sı, Mil­li Olim­piya Ko­mi­tə­si­nin pre­zi­den­ti İl­ham Əliy­e­vin gö­s­tə­ri­şiy­lə Al­ma­niy­a­da əmə­liyyat olu­nan Vüqar ye­ni­dən id­ma­na qayı­da bil­di. Çox­la­rı onun be­lə tez bir za­man­da sözünü deyə bi­ləcəy­i­nə inan­mır­dı. Am­ma o, nə­in­ki qı­sa za­man kə­siy­in­də yığmaya qayıt­dı, həm də onun li­de­ri­nə çe­v­ril­di.

Ko­man­da­mız No­vı-Sad­da çem­pi­on olar­kən Vüqa­rın se­vinci ye­rə-göyə sığmır­dı. Əv­vəlcə nə baş ver­diy­i­ni o qə­dər də an­la­may­an Vüqar so­nra­dan bütün za­lın «Azər­baycan, Bra­vo!» de­mə­si­ni eşi­də­rək ko­man­da­sı­na çem­pi­on­luq qa­zan­dır­dığı­nı ba­şa düşdü. Hə­min an­la­ra biz də şa­hid­lik edir­dik. Odur ki, fürsə­ti əl­dən ver­məy­ib qəh­rə­ma­nı­mız­dan tə­əssürat­la­rı­nı bi­zim­lə bölüşmə­si­ni xa­hiş et­dik.

- Av­ro­pa çem­pi­o­na­tın­da qə­lə­bə Azər­baycan id­ma­nı ta­ri­xin­də ko­man­da he­sa­bın­da ən böyük uğur ol­du. Bu qə­lə­bə­nin iş­ti­rak­çı­sı han­sı his­slə­ri ke­çi­rir?

- Bu qə­lə­bə bi­zim üçün çox vacib idi. Av­ro­pa çem­pi­o­na­tın­da qı­zıl me­dal qa­zan­maq­la biz gö­s­tər­dik ki, Azər­baycan ko­man­da he­sa­bın­da da çem­pi­on ola bi­lər. Ya­rış za­ma­nı gə­rg­in müba­ri­zə axı­ra­dək da­vam et­di. İnad­kar müba­ri­zə, əzmkar­lıq say­ə­sin­də yax­şı oy­un nümay­iş et­dir­dik. He­sab edi­rəm, mil­li­miz bu qə­lə­bəyə lay­iq idi.

-  Son tur­da və­ziyyət çox mürək­kəb alın­dı. Əsas rə­qib Ru­siya ko­man­da­sı İs­pa­niya ilə görüşünü heç-he­çə ba­şa vur­du. Bi­zim ko­man­da da isə Tey­mur Rəcə­bov, Şəh­riy­ar Məm­mədya­rov və Ra­uf Məm­mə­dov par­tiy­a­la­rı­nı sülhlə ye­kun­laş­dır­mış­dı. Ümid sə­nə qa­lır­dı....

- İn­t­ri­qa Ru­siya yığma­sın­da 4-cü löv­hə­də ya­rı­şan Ye­vg­e­ni Alek­sey­e­vin məğlu­biyyə­tin­dən so­nra baş­la­dı. Ona qə­dər Mo­ro­ze­viç qə­lə­bə qa­zan­sa da, Alek­sey­ev uduz­maq­la Ru­siy­a­nı qə­lə­bə­dən məh­rum et­di. Ar­tıq hər şey öz əli­miz­də idi. Par­tiya za­ma­nı ba­şa düşürdüm ki, çem­pi­on­luq Stel­va­g­en­lə görüşdən ası­lı­dır. Bəl­kə də bu qə­dər gə­rg­in­lik ol­ma­say­dı, rə­qi­bi da­ha tez məğlub et­mək olar­dı. Ba­şa düşən­də ki, ko­man­da­mı­zın ta­leyi həll olu­nur, çox həy­əcan­lan­dım. Hət­ta bir qə­dər əsə­bi­ləş­dim. Beş sa­at­dan ar­tıq da­vam edən par­tiy­a­nın hər ge­di­şi­nə böyük mə­su­liyyət­lə ya­na­şır­dım. İs­tə­ni­lən şah­mat­çı həl­le­dici an səh­və yol ve­rə bi­lər. Son tur­da ha­mı yo­ru­lur, ona gö­rə hər ge­di­şi çox ana­liz edir­dim. So­na ya­xın elə bil­dim oy­un heç-he­çə ba­şa ça­tacaq. Am­ma Stel­va­g­en səhv bu­rax­dı - 70...Rf4.

- Yə­qin, rə­qi­bin səh­vin­dən so­nra ko­man­da yol­daş­la­rın xüsu­si­lə Tey­mur­la Ra­u­fun se­vinci­ni görürdün...

- Bütün diq­qə­ti­mi par­tiy­aya yö­nəl­tmiş­dim. Odur ki, ət­raf­da­kı­la­ra bax­mır­dım. Stel­va­g­en məğlub olan­dan so­nra isə ko­man­da yol­daş­la­rı­mın, eləcə də fe­de­ra­siya rəh­bər­liy­i­nin se­vinci­ni gördüm. Bir an­lıq özümü fut­bol­da­kı ki­mi hiss et­dim. San­ki həl­le­dici qo­lu vur­mu­şam.

- Yə­qin, ra­zı­la­şar­san ki, Av­ro­pa çem­pi­o­na­tı Vüqar Hə­şi­mov üçün çox uğur­lu ol­du. Sən həm də 2-ci löv­hə­də fər­di gö­s­tə­rici­lə­rə gö­rə ki­çik gümüş me­dal qa­zan­dın...

- Şi­kay­ət­lən­mək gü­nah olar. Ya­rış ər­zin­də mən, Rəcə­bov və Məm­mədya­rov is­ti­ra­hət­dən im­ti­na edə­rək bütün tur­lar­da iş­ti­rak et­dik. Gə­rg­in­lik hər tur da­ha da ar­tır­dı. Gö­zəl an­layır­dıq ki, çem­pi­on ola bi­lə­rik. Ona gö­rə mə­su­liyyət çox böyük idi.

- Ko­man­daya ye­ni - ka­pi­tan Zu­rab Az­may­pa­ra­ş­vi­li­nin gə­li­şin­dən so­nra kol­lek­tiv­də dəy­i­şik­lik baş ve­rib­mi?

- Ka­pi­ta­nın qə­lə­bə­də ro­lu da­nıl­maz­dır. Zu­rab Az­may­pa­ra­ş­vi­liyə “çox sağ ol” de­mə­liy­əm. O, hər za­man bi­zə də­s­tək olur­du. Nə­ticə­dən ası­lı ol­may­a­raq növ­bə­ti tur­da şah­mat­çı­la­rı qə­lə­bəyə kök­ləy­ir­di. Mil­li­də ka­pi­tan oy­un­çu­la­rı ba­şa düşən­də heç bir prob­lem ola bil­məz. Nə­ticəyə gö­rə ca­va­b­deh­liyi həm ka­pi­tan, həm də şah­mat­çı­lar da­şıyır. Ona gö­rə də biz qi­tə bi­rinci­liy­in­də va­hid ko­man­da ki­mi müba­ri­zə apa­ra bil­dik. Fi­k­rimcə, ilk də­fə ola­raq mən, Tey­mur, Şəh­riy­ar, Ra­uf və Qə­dir va­hid yığma ko­man­da ki­mi ya­rış­dıq.

- İn­di ar­tıq Vüqa­rı Av­ro­pa çem­pi­o­nu ki­mi tə­q­dim edir­lər...

- Mən id­ma­nı se­vən Və­tə­nim Azər­baycan­la fəxr edi­rəm. Biz ko­man­da ki­mi qa­lib gə­lə bil­diy­i­mi­zi gö­s­tər­dik. Am­ma bu hə­lə baş­la­nğıcdı. Yan­var­da bi­zi Dünya Çem­pi­o­na­tı, 2010-cu ilin so­nu isə Olim­pi­a­da göz­ləy­ir.

- Bəl­kə ənə­nə­vi su­al olacaq. Am­ma ma­raq­lı­dır, qə­lə­bə­ni ki­mə həsr edir­sən?

- Bu qə­lə­bə döv­lət baş­çı­sı İl­ham Əliy­e­vin id­ma­na, xüsu­si­lə də şah­ma­ta qayğı­sı­nın nə­ticə­si­dir. Ko­man­da­mı­zın uğu­ru bi­zə azar­keş­lik edən hər bir kə­sə həsr olu­nur. Va­li­deyn­lə­ri­min adı­nı çək­məyə bil­mə­rəm. Hə­mi­şə mə­nə də­s­tək olan ata­mın uğur­la­rım­da ro­lu böyükdür.



MƏSLƏHƏT GÖR:

424