
"DÖYÜŞƏ QOCALAR GEDİR"
Bu məşhur Sovet filminin adı Azərbaycanın veteran ağırlıqqaldıranlarının son nailiyyətlərinə çox yaraşır
Müəllif: Sənan ŞƏFİZADƏ Bakı
Son illər ağır atletika üzrə yığma komanda böyük qələbələr üzünə həsrət qalıb. Pekin Yay Olimpiya Oyunlarında da medal ümidini doğrultmayan atletlərimizin baş məşqçisi postunda dəyişiklik qaçılmaz idi. Odur ki, Vahid Nəzərovu vəzifəsindən uzaqlaşdıran federasiya rəhbərliyi yığmanın sükanı arxasına dünya rekordçusu, Olimpiya çempionu məşhur bolqar Yanko Rusevi gətirdi. Lakin böyük uğurları hədəfləyən federasiya oktyabrın 13-də Polşada start götürən gənjlərin Avropa çempionatında iştirakdan imtina etdi. Səbəb isə sadə idi - komanda hələ turnirə hazır deyil.
Həmin günlərdə Polşadan uzaq Avstraliyada veteran ağır atletlərin Ümumdünya Oyunları keçirilirdi. Gənclərdən fərqli olaraq yarışa yüksək səviyyədə hazırlaşan usta idmançılarımız Sidneydə məharətini ustalıqla göstərdilər.
Sidneydə usta idmançıların sayja 7-ci dəfə təşkil edilən Ümumdünya Oyunları Azərbaycan komandası üçün uğurlu oldu. 28 idman növündə veteranların "kiçik olimpiadası" kimi təqdim edilən yarışda ölkəmiz yalnız ağır atletikada təmsil olundu. 95 ölkədən 25 min idmançının iştirak etdiyi Ümumdünya Oyunlarının keçirilməsində əsas məqsəd veteran atletlərin ən güjlüsünü müəyyənləşdirmək idi. 4 ildən bir təşkil edilən oyunlar jari il iştirakçıların sayına görə daha mötəbər alındı.
Azərbaycan idmanı tarixində ilk dəfə usta idmançıların Ümumdünya Oyunlarında mübarizə aparan ağır atletlərimiz vətənə 2 medalla döndü. Əlbəttə, qazanılan medalların sayı daha çox ola bilərdi. Əgər tam heyətlə çıxış etsəydik. Veteran Ağır Atletlər İjtimai Birliyi mötəbər turnirdə 6 idmançıyla təmsil olunmağı planlaşdırsa da, viza problemiylə əlaqədar olaraq Sidneyə 3 idmançımız yollandı. Lakin baş məşqçi Oqtay Muxtarovun idmançıları ümidləri doğrultmağı bajardı. 56 kq-da Akif Alıyev təjrübəsini göstərməklə məşqçilərin üzünü güldürdü. 50-54 yaşlı idmançıların arasında yarışan veteran birdənqaldırmada 80, təkanla isə 95 kq ağırlığın öhdəsindən gəlməklə yarış iştirakçılarını şoka saldı. Akif Alıyev ümumilikdə 175 kq qaldırmaqla fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Bununla veteran ağır atletimiz usta idmançıların Ümumdünya Oyunlarında ilk qızıl medal qazanan azərbaycanlı kimi tarixə düşdü. Eyni zamanda 7 Ümumdünya Oyunlarının rekordunu təzələyən Akif Alıyev həm də 3 dünya rekordunu yeniləməklə ölkəmizin idman şərəfini layiqincə qorudu.
35-39 yaşlılar arasında çıxış edən Asif Məlikov da fəxri kürsüdən kənarda qalmadı. 69 kq-da mübarizə aparan beynəlxalq dərəjəli idman ustası, Atlanta və Afina Yay Olimpiya Oyunlarının iştirakçısı bürünc medalla kifayətləndi. Birdənqaldırmada 100, təkanla isə 126 kq ağırlığın öhdəsindən gələn Məlikov 3-jü yerə layiq görüldü. Bu yaş kateqoriyasında yarışan onun komanda yoldaşı Tofiq Heydərov 5-ji yeri tutdu. 105 kq-da mübarizə aparan Atlanta Yay Olimpiya Oyunlarının iştirakçısı iki hərəkətin cəminə görə 250 kq qaldırmaqla ümumi sıralamada beşinji oldu. Veteran Ağır Atletlər İctimai Birliyinin İdarə Heyətinin sədri Natiq Ağayev komandamızın çıxışından razı qalıb "Əvvəlcədən mötəbər yarışda daha çox medal qazanacağımıza inanırdım. Amma viza problemiylə əlaqədar olaraq Əhməd Şahbuzov və Ağakərim Kərimovun səfərə çıxmaması planlarımızı pozdu. Hər iki idmançı qızıl medala namizəd idi. Teymur Əliquliyev isə ən azı bürünc medal ümidini doğrulda bilərdi. Bununla belə, Sidneydə ölkəmizin idman şərəfini layiqinjə təmsil etdiyimizə görə sevinmək olar. Amma biz bu uğurla kifayətlənmək fikrində deyilik. 2010-cu ildə idmançılarımızı mötəbər yarışlar gözləyir. Həmin turnirlərdən maksimum nəticəylə vətənə qayıtmağı arzulayırıq."
Ümumilikdə 1 qızıl və 1 bürünj medal qazanan veteran ağır atletlərimizi Sidneydə çoxlu sayda azarkeş dəstəkləyib. Veteran Ağır Atletlər İjtimai Birliyi İdarə Heyətinin sədri Natiq Ağayevin sözlərinə görə, idmançılarımızın çıxışı zamanı diasporamız - Sidneydə yaşayan soydaşlarımız və tələbələrimiz xüsusi fəallıq göstərib. Avstraliyadakı Azərbaycan-Türkiyə Dostluq Dərnəyinin rəhbəri İmaməddin Qasımov və digər azərbayjanlılar yarış zamanı hər an komandamızın yanında olub.
Gələn ilin mayında veteran ağır atletlərimizi Avstriyada Avropa çempionatı, sentyabrda isə Polşada təşkil olunacaq dünya çempionatı gözləyir.
MƏSLƏHƏT GÖR: