25 Dekabr 2024

Çərşənbə, 16:56

…VƏ XONÇA DANIŞDI

Bayram süfrəsinin atributları İradə Əmiraslanovanın əsərlərində canlanır

Müəllif:

17.03.2015

Bəşəriyyət tarixində qadına ailə qoruyucusu, daha geniş mənada isə - milli ənənələrin, adətlərin, bir sözlə, mədəni dəyərlərin yaşamasında əvəzedilməz rol verilib. Bir çox azərbaycanlı qadınlar, müəyyən peşəyə və iş yerinə sahib olmaqla, eyni zamanda çox gözəl də evdar xanımdırlar. Son dərəcə dadlı və gözəl yemək hazırlayırlar, anadangəlmə öz məişətlərinin məharətlə bəzədilməsi istedadına malikdirlər. 

Buna əyani sübut İradə xanım Əmiraslanovadır. Öz sahəsində gözəl mütəxəssis olmaqla, o, hər zaman incəsənət, ədəbiyyat, musiqi ilə maraqlanıb. Estetik cəhətdən möhtəşəm olan hər şeyə məhəbbəti, onu tədricən o qədər həvəsləndirib ki, artıq bütün boş vaxtını zəbt edib və onun bütün həyatını dəyişib. Bunu sadəcə "hobbi" adlandırmaq olmaz. Bu əyləncə asudə vaxtın çərçivələrini aşıb və qabiliyyətə, ikinci peşəyə çevrilib. 

 

Novruz yaradıcılıqdır

Novruz - xalqımızın ürəyinə yaxın olan ən dəyərli bayramlardan biridir. Yazın intizarı, qüvvət axını, yeni ümidlər, arzular - bütün bunlar bayram mühitini həyəcanlı və şən edir. Bu bayram günlərində xüsusi yaradıcı ovqat İradə xanımı da 2003-cü ildə ilk Novruz xonçasını hazırlamağa sövq edib. Bu ideya onu bütünlüklə bürüyüb və o, zamanla meyvə və güllərdən - onları kimə hədiyyə etməsindən asılı olaraq - bütöv bir kompozisiya yaratmağa başlayıb. Bu orijinial fikir onun dostları və tanışları arasında dərhal rəğbət oyadıb. İndi o, nəinki qəbul edilmiş sənətkar, həm də ideyalar müəllifidir. İradə xanım Novruz mövzusuna aid kompozisiyalarında Butanın bütün mümkün variantlarını mütləq istifadə edir. Bu həm Cəng-buta, Tək-buta, Qoşa butalar, xonça - Tirmə, Diləkli buta, Buta - lirik söhbət və digərləridirlər. İctimai etimad sifarişli əsərlərində də ifadə edilirdi: Azərbaycan gerbi olan xonça, müxtəlif şirkət və təşkilatların xonçaları - BP, "İçərişəhər", "Kempinski" hotel və s. İlk dəfə "Kempinski" hotel rəhbərliyinin yardımı ilə İradə xanım Novruz bayramı ənənələri ruhunda özünəməxsus unikal sərgi təşkil etmişdi. Böyük uğurla keçən və bir çox ölkənin səfirlərinin iştirak etdiyi sərgi mətbuatda və televiziyada geniş işıqlandırıldı. Xarici qonaqların böyük geniş dairələrini milli adətlərimizlə tanış etdi, onları öz gözləri ilə daxildən görməyə imkan verdi. Sərgidə onun 50-dən artıq işi nümayiş etdirildi. 

İradə xanım təkrarolunmaz gül, ətir və forma effektlərinə nail olaraq, güllərin, meyvələrin və quru meyvələrin, nabatın kristal formalarını məharətlə uyğunlaşdırır. O, Şərq dəbdəbəsinin mühitini çox sevir. Çox vaxt interyerin bəzədilməsi zamanı şərqə məxsus xalçalı və mütəkkə - balışlarla tikilmiş alçaq və enli divanlardan istifadə edir. Və məkana şahanə möhtəşəmlik bəxş edərək, bütün bu gözəlliyi cah-calallı çadır-talvarlar bəzəyir.   

Sənətkar fasiləsiz axtarışdadır: yeni materiallar, yeni kompozisiyalar və nəhayət ki, yeni ideyalar. İlbəil mövzuların dairəsi genişlənir və zənginləşir. Bu il o, zəngin Azərbaycan xalçasına və incə parçalara müraciət edib, istər keçmiş əsrlərin, istərsə də məşhur müasirimiz Lətif Kərimovun irsinin elementlərindən ibarət bütöv bir albom təşkil edib. Müasir rəssamların bu qədər sevdikləri narın motivlərini, habelə "İslimi", "əfşan" və digərlərini təfsir edir. 

Sonuncu yaradıcı nailiyyətləri sırasında "Laleyi Abbasi - həndəsi" (həndəsi naxış), "Laleyi Abbasi - nəbati" (bitki ornamenti), onun Londonun Viktoriya və Albert muzeyində gördüyü Təbrizdən olan bədii parça naxışının tətbiqi orijinal yenilikdir. 

Bu - XVII əsr kompozisiyasıdır. "Səkkiz ulduz" klassik rəsm ilə "İpək tikmə" texnikasında icra edilib. İradə xanımın böyük instrumentaridən (bir ixtisasda işlənən alətlər komplekti) ibarət bütöv bir laboratoriyası, böyük kitabxanası var. Burada hər şey yaradıcı mühitlə nəfəs alır. O, dünyanın ən ucqar guşələrindən nadir nümunələrin yeni, ilkin materiallarını tapır. Bu da onun əsərlərinin rəng qammasını daha da zənginləşdirir. Bütün bunlar da öz növbəsində texnologiyada yeniliyi şərtləşdirir. Bu cür - həqiqətən, zərgərliyə bərabər iş, böyük ruhi və fiziki zəhmət tələb edir. Ümumilikdə demək lazımdır ki, bu seçmə məhsullar incə bələdçi və həvəskar üçün nəzərdə tutulub.

 

Azərbaycanlı qadın olmaq

İradə xanım uşaqlıqdan frankofoniya ilə əhatə olunub və elə indi də bu dünyada yaşayır. Anası, Xalidə xanım Dillər Universitetində fransız dili kafedrasının rəhbəri olaraq, qızının formalaşmasına və peşə seçiminə böyük təsir göstərib. Nəticədə, maraq ciddi əyləncəyə dönüb, daha sonra isə peşəyə çevrilib. Bu gün o, Fransa Səfirliyinin mədəniyyət və dillər şöbəsində fransız dilindən dərs deyir. Və artıq 25 ildir BDU-da çalışır - dissertasiyasının uğurlu müdafiəsindən sonra Bakı Dövlət Universitetinin "Beynəlxalq əlaqələr" fakültəsində dərs deməyə davam edir.

Özünü dərketmə, milli özünəməxsusluğu başqaları: fransız və rus mədəniyyəti vasitəsilə həm qavrama, həm təbliğetmə. Onda Bakının öz mahiyyəti əks olunub. Biz Azərbaycan paytaxtının nə qədər polietnik və çox konfessional olduğunu yaxşı bilirik. Mədəniyyətin unikal zənginliyi "qızıl" müharibədən sonrakı dövrə də həyat bəxş etdi. İradə xanım özü etiraf edir: "Özümü heç vaxt başqalarından ayırmamışam, hər zaman özümü cəmiyyətin bir hissəsi hesab etmişəm. Fransız və rus mədəniyyətini ancaq ciddi surətdə öyrənərək, özümün, Azərbaycan mədəniyyətinin özünəməxsus və təkrarolunmaz zənginliyini dərk etdim. Özümü azərbaycanlı qadını kimi, bakılı kimi dərk etdim. Hesab edirəm ki, ancaq başqalarını tanıyaraq öz mədəniyyətini anlaya bilərsən". 

İstənilən mədəniyyəti anlamaq tarix, mədəniyyət, incəsənət bilikləri ilə müəyyən edilir. Sərhədlər açılanda, İradə xanım tələbələrin Fransaya səfərini təşkil edən ilk şəxslərdən biri olub. 1995-ci ildən 2000-ci ilə qədər Nantedə Azərbaycan filmləri də daxil olmaqla, kinofestivalların fəal iştirakçısı olub. Və heç də təəccüblü deyil ki, məhz onun şəhərin mərkəzində - İçərişəhərdə yerləşən köhnə mənzilində Yeqo Konçalovski "Bakı, mən səni sevirəm" filmini çəkib. Buradakı mühit - XIX əsrin sonu - XX əsrin əvvəllərində, ilk neft bumu dövrünün Bakı zadəganlarının evləri üçün səciyyəvidir. 

İndi İradə xanım - materiallarının xüsusiyyətinə görə uzunömürlü olmasa da, lakin həmişə arzuolunan, tələbediləndir, xalq incəsənətinin yeni növünün faktiki yaradıcısı, öz işinin qəbul edilmiş sənətkarıdır. O, müxtəlif tədbirlərin keçirilməsi üçün tez-tez İçərişəhər Qoruğu rəhbərliyi tərəfindən dəvət edilir. O, Azərbaycan mədəniyyətinin ən yaxşı ənənələrinin daşıyıcısı kimi xaricdən gələn fəxri qonaqları müşayiət edir. İradə xanım daim intensiv yaradıcılıq axtarışındadır və o, xoşbəxtlik və sevinc daşıyan əsərləri ilə bizi hələ çox sevindirəcək.



MƏSLƏHƏT GÖR:

716