25 Dekabr 2024

Çərşənbə, 18:31

KOMANDANIN AYRILMAZ HİSSƏSİ

Kristian Karambö "R+"a müsahibəsində Fransa millisinin 1998-2000-ci illərdə qazandığı uğurun sirrini açdı

Müəllif:

31.03.2015

Kri­s­ti­an Ka­ram­bönü fut­bol azar­keş­lə­ri­nə ta­nıt­mağa eh­tiy­ac yox­dur. Fran­sa yığma­sı­nın hey­ə­­tin­də dün­ya və Av­ro­pa çem­pi­o­nat­la­rın­da çem­pi­on olan, Kon­fe­de­re­ra­siy­a­lar Ku­bo­kun­da, Çem­pi­on­laq Li­qa­sın­da qə­lə­bə qa­za­nan məş­hur ya­rımmüda­fi­ə­çi çox­la­rı­nın se­vim­li­si­nə çe­v­ri­lib. Ye­ni Ka­le­do­niy­a­­nın ka­nak­lar qə­bi­lə­si­nin nümay­ən­də­si olan Ka­ram­bö dünya fut­bo­lu­nun ən sərt ya­rım­müda­fi­ə­çi­lə­rin­dən bi­ri olub. Mey­dan­da onun əsas və­zi­fə­si rə­qib­lə­rin hü­cum­la­rı­nı dağıt­maq olub, və o, bu və­zi­fə­nin öh­də­sin­dən çox yax­şı gə­lir­di. 

1998-ci il­də Fran­sa­da ke­çi­ri­lən mun­­di­al­da Zi­dan­la ey­ni yığma­da çı­xış edən Ka­ram­bö FİFA-nın çi­mər­lik fut­bo­lu üzrə "ul­duz sə­fi­ri" ki­mi Ba­kı­nın qo­nağı ol­du.

Dünya­nın məş­hur fut­bol­çu­su "R+"a müsa­hi­bə­sin­də öl­kə­mi­zin Av­ro­pa Oy­un­la­rı­na ha­zır­lığın­dan, yığ­ma­­mı­zın baş məşqçi­si Ro­bert Pro­si­neç­ki­dən və FİFA-da pre­zi­dent seç­ki­lə­rin­dən da­nış­dı.

- Si­zi Ba­kı­da gör­məyə çox şa­dıq. Azər­bayca­na sə­fə­ri­niz haq­qın­da da­nı­şar­dı­nız...

- Bil­diy­i­niz ki­mi, FİFA-nın çi­mər­lik fut­bo­lu üzrə ul­duz el­çi­siy­əm. Ona gö­rə Ba­kı­da ke­çi­ri­lən Av­ro­pa Oy­un­la­rın­da çi­mər­lik fut­bo­lu­nun püşk­at­ma mə­ra­si­min­də iş­ti­rak et­mə­liy­dim. Qeyd et­mə­liy­əm ki, Ba­kı­da mə­ni çox gö­zəl qar­şı­la­dı­lar. Si­zin va­si­tə­niz­lə ha­mıya tə­şəkkür et­mək is­tər­dim. Çox qo­naq­pər­vər xalqsı­nız.

- Püşk ba­rə­də nə deyə bi­lər­si­niz? Azər­bayca­nın çi­mər­lik fut­bo­lu üzrə yığma ko­man­da­sı­nın şan­s­la­rı­nı necə qiy­mət­lən­di­rir­si­niz?

- Müəyyən mə­na­da yığma­nı­zın bəx­ti gə­tir­di. Yax­şı qru­pa düşmü­sü­nüz. Por­tu­qa­liya, İs­ve­ç­rə və Uk­ray­na ilə oy­na­maq olar. Mil­li­nin baş məşq­çi­si Ze Mi­g­el­lə da­nış­dım. O mə­nə ko­man­da­nın son nə­ticə­lə­ri haq­qın­da mə­lu­mat ver­di. Fi­k­rimcə, Av­ro­pa Oy­un­la­rın­da çi­mər­lik fut­bo­lu üzrə yığma­nız uğur­lu çı­xış edəcək. Ko­man­da ki­fay­ət qə­dər təcrübə top­la­yıb. Üstə­lik, yer­li azar­keş­lər fut­bol­çu­la­rı­nı­zı də­s­tək­lə­mək­lə on­la­ra kö­mək olacaq.

- Av­ro­pa Oy­un­la­rı­na ha­zır­lıq ar­tıq əsas mər­hə­ləyə ya­xın­la­şır. Mö­­tə­bər ya­rış za­ma­nı Ba­kı­da ola­caq­sı­nız?

- Av­ro­pa Oy­un­la­rı­nı iz­lə­mək is­tər­dim. İn­di­dən Ba­kı­da olacağı­mı də­qiq söy­ləyə bi­lə­rəm. Ça­lı­şacağam, bir ne­çə günlük ol­sa be­lə, Azər­bay­can­da olum. Çi­mər­lik fut­bo­lu ya­rış­la­rı­nı iz­lə­mək mə­nim üçün ma­raq­lı­dır. Ya­rı­şa ha­zır­lığı­nız yüksək sə­viyyə­də­dir. İd­man in­fra­struk­tu­ru ilə ta­nı­şam. Çox­lu say­da ge­niş kom­plek­s­lə­ri­niz var. Bu qə­dər id­man kom­plek­si­nin ol­ma­sı yax­şı hal­dır. Ye­ni sta­di­o­nu­nuz çox gö­zəl­dir. Su id­man növ­lə­ri üçün ha­zır­la­nan kom­pleks də möh­tə­şəm­dir. Bütün bu qu­rğ­u­lar id­ma­nın öl­kə­niz­də da­ha da in­ki­şaf et­mə­si­nə yar­dım edəcək. Olim­piya Oy­un­la­rın­da uğur qa­zan­dığı­nız ba­rə­də mə­lu­mat­lıy­am. Ona gö­rə Av­ro­pa Oy­un­la­rın­da çox­lu say­da me­dal əl­də edəcəy­i­ni­zə əmi­nəm.

- Gə­lin, böyük fut­bol­dan da­nı­şaq. 1998-ci il­də ke­çi­ri­lən Dünya Çem­pi­o­na­tın­da qı­zıl me­dal qa­zan­maq­la azar­keş­lə­rin se­vim­li­si­nə çe­v­ril­di­niz. Sizcə, niyə in­di Fran­sa mil­li­si o qə­dər güclü dey­il?

- Yığma­da bi­zim vax­tla müqay­i­sə­də dəy­i­şik­lik ol­du. Məşqçi­lər tez-tez dəy­iş­di. Hey­ə­tə ye­ni fut­bol­çu­lar də­vət olun­du­lar. Hey­ət­də dəy­i­şik­lik olan za­man uğur­suz­luq qa­çıl­maz­dır. Bi­zim vaxtda ko­man­da­da meh­ri­ban­lıq var idi. Ha­mı­mız bir ko­man­da­nın ay­rıl­maz his­sə­si idik. Mey­dan­da ko­man­da fut­bo­lu oy­nayır­dıq. Top­la olar­­kən ko­man­da yol­daş­la­rım nə edəcəy­i­mi əv­vəlcə­dən bi­lir­di, ey­ni za­man­da mən də on­la­rı gö­zəl ba­şa düşürdüm. Fi­k­rimcə növ­bə­ti ya­rış­da Fran­sa mil­li­si özünü yax­şı tə­rəf­dən gö­s­tə­rəcək.

- Fut­bol üzrə Azər­baycan mil­li­si­nə Ro­bert Pro­si­neç­ki baş­çı­lıq edir. Həm­ka­rı­nız haq­qın­da nə deyə bi­lər­si­niz?

- Pro­si­neç­ki mə­nim do­stum­dur. Gö­zəl in­san ol­maq­la ya­na­şı, par­laq karye­ra­sı olan ve­te­ran fut­bol­çu­dur. Ro­bert Pro­si­neç­ki­nin yığma­nız­da işi­nin uğur­lu olacağı­na ina­nı­ram. Ona bir qə­dər vaxt la­zım­dır. Onun­la söh­bət za­ma­nı ko­man­da­nız haq­qın­da mə­lu­mat ver­di. De­di ki, fe­de­ra­siya on­dan ko­man­da­nı 2018-ci il­də ke­çi­ri­ləcək Dünya Çem­pi­o­na­tı­nın se­ç­mə mər­hə­lə­si­nə ha­zır­la­mağı tə­ləb edir. Ca­ri se­ç­mə mər­hə­lə­də nə­ticə qa­zan­maq çə­tin­dir. Bu­nun­la be­lə, Pro­si­neç­kiyə söy­lə­dim ki, Azər­baycan mil­li­si­ni 2016-cı il­də Fran­sa­da gör­mək is­tər­dim. Gə­lən il Fran­sa Av­ro­pa çem­pi­o­na­tı­na ev sa­hib­liyi edəcək. Azər­bayca­nın hə­min ya­rış­da iş­ti­ra­kı­nı ar­zu­layı­ram.

- Ber­ti Foqts ki­mi ta­nın­mış məşqçi­nin işi uğur­suz ol­du. Sizcə, Pro­si­neç­ki Azər­baycan mil­li­si­nin də­və­ti­ni qə­bul et­mək­lə risk et­mə­di?

- Fut­bol­da hər za­man risk var. Am­ma ba­şa düşmək la­zım­dır ki, fut­bol­da bir aya uğur qa­zan­maq müm­kün dey­il. Bir fut­bol­çu­nun ha­zır­lan­ma­sı üçün il­lər la­zım­dır. Bir qə­dər diq­qət­li ol­maq vaci­b­dir. Bə­zən ar­dıcıl 5 il yax­şı oy­nay­an fut­bol­çu so­nra­dan mey­dan­da özünə bən­zə­mir. Pro­si­neç­ki risk et­məyi se­vən in­san­dır. Üstə­lik o yə­qin Azər­baycan yığ­ma­sı­nın sə­viyyə­si haq­qın­da mə­lu­mat­lı­dır. Uğur qa­zan­maq is­təy­ir­si­niz­sə, ona kö­mək ol­ma­lı­sı­nız.

- Kri­s­ti­an Ka­ram­bö ki­mi fut­bol­çu­mu­zun ol­ma­sı üçün nə et­mə­liy­ik?

- (Gülür) Hər bir in­san öz sa­hə­sin­də ən yax­şı ol­mağa ça­lış­ma­lı, gecə-gündüz məşq et­mə­li­dir. Uğur qa­za­nan­dan so­nra da­ha çox məşq et­mə­li­dir. Ar­xayın­laş­maq ol­maz. İm­kan da­xi­lin­də ko­man­da­nın məş­qin­dən so­nra özü fər­di ha­zır­laş­ma­lı­dır. Əg­ər qar­şı­sın­da məq­səd var­sa yo­rul­ma­dan ça­lış­ma­lı­dır. Öy­rən­mək­dən yo­­rul­ma­ma­lı­dır.

- Mayın 29-da FİFA-da pre­zi­dent po­s­tu­na seç­ki­lər olacaq. Ali qu­ru­mun rəh­bə­ri və­zi­fə­si­nə iki na­mi­zəd var: həm­ka­rı­nız Lu­iş Fi­qu və FİFA-nın ha­zır­kı rəh­bə­ri Yo­zef Blat­ter. Siz ki­min uğur qa­zan­ma­sı­nı is­tər­di­niz?

- Tə­x­ri­ba­ta çə­kir­si­niz. Lu­iş Fi­qu mə­nim do­stum­dur, ey­ni za­man­da həm­ka­rım­dır. Böyük fut­bol­çu­dur. Yo­zef Blat­ter isə FİFA-nın sə­fi­ri ol­duğum üçün gö­zəl in­san ol­maq­la ya­na­şı həm də mə­nim rəh­bə­rim­dir. Bu in­san­la­rı fər­q­lən­dir­mək düzgün ol­maz­dı. Hər iki­si fut­bo­lun in­ki­şa­fı­nı is­təy­ir. Seç­ki fut­bo­la bən­zəy­ir. Pro­qnoz ver­mək çə­tin­dir və mümkün­süzdür. Fut­bol­da ol­duğu ki­mi hər bir nə­ticə ola bi­lər. Gə­lin seç­ki­lə­ri göz­ləy­ə­rək, o za­man ki­min qa­lib ola­cağı­nı gö­rəcəy­ik.

- Son­da Azər­baycan haq­qın­da tə­əssürat­la­rı­nı­zı bil­mək ma­raq­lı olar­dı...

- Pay­taxt Ba­kı çox gö­zəl­dir. Ha­va li­ma­nın­dan gə­lər­kən yol­boyu şə­hə­ri seyr et­mək im­ka­nım ol­du. Xüsu­si­lə, də­niz­kə­na­rı əra­zi xo­şu­ma gəl­di. Dad­lı mət­bə­xi­niz var. Mə­nə bir ne­çə ye­mək tək­lif olun­du. Şərq mət­bə­xi­nin da­dı­nı hiss et­mək olur. Av­ro­pa Oy­un­la­rın­da Azər­baycan id­man­çı­la­rı­na uğur­lar ar­zu edi­rəm. Yay­da ye­ni­dən görüşəcəy­ik.

- Müsa­hi­bəyə vaxt ayır­dığı­nız üçün tə­şəkkür edi­rəm.

- Çox sağ olun.



MƏSLƏHƏT GÖR:

702