14 Mart 2025

Cümə, 21:42

KÜÇƏ, MOLBERT, KÜÇƏ

Rəssam Rafiq Əsgərov: "Mənim üçün daimi hərəkət elə həyatın özü deməkdir"

Müəllif:

31.03.2015

Rafiq Əsg­ə­ro­va hol­land və fla­mand rəs­sam­lıq mək­təb­lə­ri böyük tə­sir gö­s­tə­rib. Onun natürmor­t­la­rı tə­ra­vət­li və can­lı­dır­lar, Cə­nub ele­men­t­lə­ri qay­nar hə­vəs­lə icra edi­lib­lər. Par­laq, ya­şıl yar­pağın üzə­rin­də məx­mə­ri güllər, şə­rab üçün uzun gümüşü bar­daq­lar, şüşə ki­mi şəf­faf üzüm, çat­la­mış nar­lar - bütün bu Şərq bol­luğu­nu göz ox­şa­maq üçün ya­ra­dı­lıb. Özünə­məx­sus ya­zı tex­ni­ka­sı və klas­sik ifa san­ki Şərq və Qərb üslu­bu­nu qa­rış­dı­rır. Rəs­sa­mın is­te­da­dı on­dan iba­rət­dir ki, müəl­lif təkcə gö­zəl əşya­la­ra ba­xa­raq zövq al­mır, həm də ta­ma­şa­çıya mey­və­lə­rin sehrli ət­ri­ni, kə­sil­miş güllə­rin tə­ra­və­ti­ni və cə­nub küləy­i­nin xə­fif is­ti­liy­i­ni çat­dır­mağa qa­dir­dir... Əsər­lə­rin­də güllə­rin və mey­və­lə­rin "can­lan­ma­sı" sir­ri ha­q­da, uşaq­lığı və ya­ra­dıcı­lığı ba­rə­də rəs­sam Ra­fiq ƏSGƏROV "R+"a da­nı­şıb.

- Uşaq­lığı­nız haq­qın­da da­nı­şın. Yə­qin ki, lap gənc vax­tla­rı­nız­dan rəsm çək­məyə baş­la­mı­sı­nız...

- 1953-cü il­də fəh­lə və ev­dar qa­dı­nın ai­lə­sin­də dünyaya gəl­mi­şəm. Ai­lə­də yed­di uşaq ol­mu­şuq, ən ki­çiyi mən idim. Rəsm çək­mək baca­rığı ha­mı­mız­da var­dı. Ai­lə­miz­də ilk rəs­sam mən­dən 19 yaş böyük olan qar­da­şım Əziz olub. O, Əzim Əzim­za­də adı­na Rəs­sam­lıq Mək­tə­bi­ni və İncə­sə­nət İn­sti­tu­tu­nu bi­ti­rib. Əziz bütün gününü üstümüzdə yer­lə­şən ki­çik ema­lat­xa­naya çe­vir­diyi ba­laca mən­zil­də ke­çi­rir­di. Qar­da­şım ürək xə­s­tə­si idi. Va­li­deyn­lə­rim onun səh­hə­ti­nə gö­rə çox na­ra­hat olur və onu göz­lə­rin­dən uzağa bu­rax­ma­mağa ça­lı­şır­dı­lar. Əziz öz işi­nin ar­xa­sınca ge­dən­də, mən xəl­vətcə onun ema­lat­xa­na­sı­na gi­rər və nə­fəs al­ma­dan onun tez-tez Mos­k­va­dan gə­tir­diyi bə­dii üslub­lu açıq­ça­la­rı nə­zər­dən ke­çi­rər­dim. O vaxt incə­sə­nət haq­qın­da ki­tab­lar əsl de­fi­sit idi, am­ma da­hi rəs­sam­la­rın əsər­lə­ri­nin tə­s­vir­lə­ri olan açıqca­lar bu­ra­xı­lır­dı. Mən Vik­tor Vas­ne­sov və İlya Re­pi­nin re­a­list əsər­lə­ri­ni xüsu­si ola­raq bəy­ə­nir­dim.

Al­tı ya­şım var­dı və qar­da­şım ki­mi rəsm çək­məyi öy­rən­mək ar­zu­sun­da idim. 1969-cu il­də o, göz­lə­nil­məz şə­kil­də dünya­sı­nı dəy­i­şən­də, mən Əzim Əzim­za­də adı­na Rəs­sam­lıq Mək­tə­bi­nə da­xil ol­dum. Uşaq­lı­q­da xə­s­tə uşaq idim və hət­ta hə­kim­lər va­li­deyn­lə­ri­mə de­miş­di­lər ki, bu dünya­nın "sa­ki­ni" dey­i­ləm. On­lar isə mə­nim səh­hə­ti­mə gö­rə bacar­dıq­la­rı qə­dər müba­ri­zə apa­rır­dı­lar: mə­ni müxtə­lif hə­kim­lə­rə gö­s­tə­rir və Ab­şe­ron­da olan bütün mümkün sa­na­to­riy­a­la­ra gön­də­rir­di­lər. Sa­na­to­riy­a­lar ara­sın­da fa­si­lə­lər­də, mən şə­hə­rə gə­lən za­man isə mütləq ba­şı­ma nə­sə iş gə­lir­di. Mən dinclik bil­məy­ən və dəcəl bi­ri­si idim. Üç də­fə mə­ni ma­şın vu­rub, bir də­fə ikinci mər­tə­bə­dən yı­xıl­mı­şam, bir də­fə isə bı­çaq­la vu­rub­lar. Böyük uşaq­lar oy­un za­ma­nı onu uğur­suz şə­kil­də at­mış­dı­lar və az qa­la, gözümə dəy­əcək­di. La­kin mə­nə nə ol­ma­sı­na bax­may­a­raq, san­ki İla­hi mə­ni qo­ruy­ur­du. Mə­ni ma­raq­lan­dı­ran və sa­kit­ləş­di­rən ye­g­a­nə iş rəsm çək­mək idi. O vaxt kağız ba­ha idi və sa­dəcə, ta­ba­şir götürüb, həy­ə­tə çı­xır, sə­ki­lə­rdə çə­kir­dim. Küçə­dən ötən­lər "əsər­lə­ri­mi" ay­aq­la­ma­mağa ça­lı­şır­dı­lar, tə­sadüfən tap­da­lay­an­la­rı isə şid­dət­lə söyürdüm. Rə­s­mə olan hə­və­si­mi gö­rən va­li­deyn­lə­rim mə­ni Y. Qa­qa­rin adı­na Pi­o­ner­lər evi­nə apar­dı­lar. Hə­min vaxt 4-cü si­nif­də oxuy­ur­dum. Ya­dım­da­dır, bir də­fə müəl­li­mə bi­zə rəsm üçün al­bom və 50 qə­pik­lik Çin fır­ça­la­rı pay­la­dı. Va­li­deyn­lə­rim on­la­rın pul­la­rı­nı ödə­mə­li idi­lər. O vaxt biz son də­rəcə sa­də həy­at sürürdük və anam eti­raf et­di ki, pu­lu­muz yox­dur, hər şeyi ge­ri qay­tar­ma­lıy­am. Bütün al­bo­mu çək­diy­i­mi və fır­ça­dan is­ti­fa­də et­diy­i­mi eti­raf et­məyə qorx­dum.  Bir ne­çə gündən so­nra müəl­li­mə hər şeyi an­la­dı. "He­sab edək ki, bu al­bom və fır­ça­nı sə­nə hə­diyyə et­mi­şəm", - deyə o mə­nə bil­dir­di. O, rəsm çək­məyi nə qə­dər sev­diy­i­mi bi­lir­di...

İn­diyə qə­dər 16 rə­qə­mi ilə nö­m­rə­lən­miş hə­min fır­ça­nı xa­tır­layı­ram. Rəsm dər­nəy­i­nə üç il get­dim, am­ma so­nra küçə öz işi­ni gördü və rə­s­mi at­dım. İd­man­la mə­şğ­ul ol­mağa baş­la­dım, fut­bol və döyüşlə ma­raq­lan­dım.

...Ba­kı­nın ən kri­mi­nal küçə­lə­ri­nin bi­rin­də - Lev Tol­stoy­da ya­şayır­dım. Bu­ra­nın öz qa­nun və qay­da­la­rı var­dı. Biz ba­laca xu­li­qan­lar ki­mi böyüdük və böyüklər öh­də­miz­dən gə­lə bil­mir­di­lər.

- "Küçə" dövrünüz nə ilə bit­di?

- 8-ci si­nif­də çox pis xa­rak­te­rim­lə mək­təb di­rek­to­ru və böyük hör­mə­tə ma­lik pe­da­qoq So­na xa­nı­mı o həd­də çat­dır­mış­dım ki, ana­mı çağır­dı­lar və mə­ni baş­qa mək­tə­bə ke­çir­məyi xa­hiş et­di­lər.

"O, sa­dəcə ida­rə­o­lun­maz­dır! Onun­la nə edəcəy­i­mi­zi bil­mi­rik", - deyə di­rek­tor ana­ma iz­ah et­məyə ça­lış­dı. Anam 8-ci si­nif­dən so­nra Rəs­sam­lıq Mək­tə­bi­nə da­xil olacağı­mı bil­di­rə­rək, mə­ni ilin so­nu­na qə­dər sax­la­mağı xa­hiş et­di. "Bu qul­dur və rəs­sam­lıq?" - deyə di­rek­tor tə­əccüblən­di və mə­ni mək­tə­b­dən qov­ma­dı.

 8-ci sin­fi bi­tir­dik­dən so­nra, ha­mı­nı tə­əccüblən­di­rə­rək, elə ilk cəhddən Əzim Əzim­za­də adı­na Rəs­sam­lıq Mək­tə­bi­nə da­xil ol­dum. O, bəl­kə də, həy­a­tı­mın ən gö­zəl il­lə­ri idi. Hər də­fə böyük min­nət­dar­lıq his­si ilə rəsm, rəs­sam­lıq müəl­lim­lə­ri­mi, mək­tə­bin di­rek­to­ru Əy­ub Məm­mə­do­vu xa­tır­layı­ram.

 - Ya­ra­dıcı­lıq həy­a­tı­nız so­nra necə ol­du?   

- Mək­tə­b­dən so­nra or­duya get­dim, so­nra 1978-ci il­də R. Mu­s­ta­fay­ev adı­na İncə­sə­nət Mu­zeyi ya­nın­da re­s­ta­v­ra­siya mər­kə­zin­də iş­lə­məyə baş­la­dım. Ora­dan Mos­k­va­da Qra­barya adı­na Bə­dii Re­s­ta­v­ra­siya Mər­kə­zi­nə təcrübə ke­ç­məyə ezam olun­dum. Rəsmlə­ri bər­pa edə­rək, rəs­sam­la­rın sir­lə­ri­ni və on­la­rın rəs­sam­lıq tex­ni­ka­sı­nı öy­rən­dim. So­vet il­lə­rin­də is­tə­ni­lən işə özümü atır­dım: Le­nin və "Sov.İKP-yə eşq ol­sun!" çağı­rış­la­rı ilə olan tə­ş­vi­qat pla­kat­la­rı­nı, Ru­ben­sin əsər­lə­ri­ni, ti­kiş fa­b­ri­ki üçün rəsm çək­mi­şəm. Hə­min vaxt əsər­lə­ri­nin rəs­sam­lıq sa­lon­la­rın­da sə­rg­i­lən­mə­si və sa­tıl­ma­sı üçün ali rəs­sam­lıq təh­si­li al­maq tə­ləb olu­nur­du. Or­tancıl qar­da­şı­mın təh­sil al­dığı İncə­sə­nət İn­sti­tu­tu­nun ke­ra­mi­ka şö­bə­si­nə da­xil ol­maq is­tə­dim, am­ma qə­bul et­mə­di­lər. Hə­min vaxt 34 ya­şım var­dı, am­ma ali mək­tə­bə 35 ya­şa qə­dər qə­bul edir­di­lər. Çat­ma­dım. 80-ci il­lə­rin or­ta­la­rın­da rəs­sam­la­ra iş­lə­ri­ni küçəyə çı­xar­mağa ica­zə ve­rir­di­lər. Heç də pis sa­tıl­may­an İçə­ri­şə­hə­rin etüdlə­ri­ni çək­məyə baş­la­dım, incə­sə­nət­lə cid­di su­rət­də mə­şğ­ul olur­dum. So­nra ağır 90-cı il­lər baş­la­dı: böh­ran, qey­ri-sa­bit­lik və mağa­za­lar­da uzun növ­bə­lər. Hər kəs bacar­dığı ki­mi sağ qal­mağa ça­lı­şır­dı. Mən­sə təkcə özüm haq­qın­da dey­il, həm də ai­lə­mi fi­kir­ləş­mə­li idim. Ba­kı­da isə çə­tin idi, həy­at yol­da­şım və iki öv­la­dım­la Ru­siy­a­nın mə­də­niyyət pay­tax­tı­na - Sankt-Pe­ter­bur­qa yol­la­na­raq, ta­leyi sı­nağa çək­mək qə­ra­rı­na gəl­dim.

Şə­hər kə­na­rın­da ki­çik sə­fa­lı şə­hər­də - Pav­lovskda qal­dıq. Ai­lə­mi yer­ləş­di­rə­rək, Pi­te­rə "kəş­fiyya­ta" yol­lan­dım. Ne­vski pro­s­pek­tin­də SSRİ-nin ke­ç­miş re­s­pub­li­ka­la­rın­dan "uzun rubl" üçün bu­raya gə­lən on­larca rəs­sam gördüm. Pro­s­pekt­də iş­lə­mək üçün ancaq alümi­ni­um qat­la­nan stul, mol­bert, kağız və qə­ləm la­zım idi. Dər­hal bun­la­rı qon­şu­lu­q­da­kı "Qos­ti­nı dvor" tica­rət mər­kə­zin­dən al­dım.

Be­ləcə, Ne­vski pro­s­pek­tin­də rəsm çək­məyə və sürət­li rəsm tex­ni­ka­sı­nı tək­mil­ləş­dir­məyə baş­la­dım. So­nra uğur­la yayı­lan qon­şu sa­lon­da da­hi rəs­sam­la­rın rəsmlə­ri­nin kə­tan­la­rı­nı sə­rg­i­ləy­ir­dim. Da­ha so­nra hər gün ev­də çək­diy­im natürmor­t­la­rı sat­maq haq­qın­da düşündüm. Natürmor­t­lar hə­min diy­ar­lar üçün ol­duqca röv­nəq və Şərq üslu­bun­da idi: al nar­lar, şaf­ta­lı­lar, hey­­va, xur­ma... Da­ha so­nra İçə­ri­şə­hər­dən olan bir ne­çə işi­mi sı­na­q­dan ke­çir­mək və sə­rg­i­lə­mək qə­ra­rı­na gəl­dim. İlk alıcı etüdlə­ri­mə diq­qət­lə ba­xıb, "Qaf­qaz! Ba­kı!" bərk­dən qış­qı­ran, gör­kəm­li aktyor Ki­ril La­v­rov ol­du. O, özü üçün bir pey­zaj seç­di. So­n­ra­dan ai­ləm ilə qon­şu Mos­k­vaya kö­ç­­məyə qə­rar ver­dim. Ora­da bir ne­çə işi­mi ən iri far­ma­se­v­tik şir­kə­tin sa­hi­bi, o vaxt de­pu­tat olan Vla­di­mir Brınt­sa­lov alıb. Mə­nim natürmor­t­la­rım­dan bi­ri Mon­ser­rat Ka­balye­nin şəx­si kol­lek­siy­a­sı­na da­xil­dir. Onu məş­hur ope­ra müğən­ni­si üçün İo­sif Kob­zon əl­də edib. İş­lə­rim, hə­m­çi­nin məş­hur italyan siy­a­sət­çi­si Sil­vio Ber­lu­s­ko­ni­nin də özəl kol­lek­siy­a­sı­na da­xil­dir. Və be­lə alın­dı ki, 1994-cü il­də ilk fər­di sə­rg­im Pa­ri­s­də baş tut­du, da­ha so­nra Şer­bur, İs­ve­ç­rə və ABŞ-da. Da­ha so­nra Mos­k­va­da 4 fər­di sə­rg­im açıl­dı.

- Bun­la­ra bax­may­a­raq, siz Ba­kıya qayıt­dı­nız. Nə üçün?

- Çünki soy­uq Mos­k­va­da doğma Ba­kı­mın is­ti­liyi və rə­ng­lə­ri çat­mır­dı.

- Si­zin iş­lə­ri­niz­də güllər və mey­və­lər san­ki da­xil­dən pa­rıl­dayır: bu cür ef­fekt nəy­in say­ə­sin­də əl­də olu­nur? Xüsu­si tex­ni­ka­dan is­ti­fa­də edir­si­niz və ya ci­sim fır­ça­nın al­tın­da tə­s­vir edi­lən ci­sim­lə uzun müddət ünsiyyət­də ikən can­la­nır?

- Xüsu­si sir­lə­rim yox­dur, sa­dəcə ola­raq, pred­me­tin can­lan­ma­sı­na na­il ol­mağa ça­lı­şı­ram. Həm də güllə­ri çək­mək ol­duqca çə­tin­dir, çünki on­lar da­im for­ma­la­rı­nı dəy­i­şir. Ən tez pi­on­lar, süsən və zan­baq qön­çə­lə­ri açı­lır. Ye­ri gəl­miş­kən, güllə­ri çə­kər­kən on­lar san­ki za­man­da do­nub-qa­lır­lar. Də­fə­lər­lə olub ki, bir ne­çə gün çək­di­y­im bu­ke­ti gə­tir­mi­şəm və lə­çək­lə­ri düşməy­ib. San­ki kə­ta­na so­nuncu ya­x­manı çək­məy­i­mi göz­ləy­ir­di­lər. Ya­sə­mən çək­məyi çox se­vi­rəm. Rəs­sam­lar­dan heç kim ya­sə­mə­ni tam, lə­çək-lə­çəyə çək­məy­ib, ancaq yax­ma­lar­la...

- Son də­rəcə ma­raq­lı həy­a­tı­nız var. Dəy­i­şik­lik­lər­dən qor­x­ma­mı­sı­nız və da­im irə­li get­mi­si­niz...

- Mə­nə bir çox ta­nın­mış şəx­siy­yət­lə­ri gör­mək və on­lar­la ünsiyyət­də ol­maq nə­sib olub: Sət­tar Bəh­lul­za­də, Əliş Ləm­bə­ran­ski, Toğrul Nə­ri­man­bəy­ov, Bəh­ram Man­su­rov, İo­sif Kob­zon, "Su­per­max" qru­pu­nun so­li­s­ti Kurt Ha­un­şteyn, Ki­ril La­v­rov, ru­siy­a­lı aktyor Alek­sandr Pa­şu­tin, Val­di­mir Brın­sa­lov və bir çox baş­qa­la­rı. Mə­nim üçün da­im hə­rə­kət elə həy­a­tın özü­nüdür. Kə­nar­dan pas­siv sey­ret­mə de­y­il, qa­çış, irə­liyə hə­rə­kət ... Və hər də­fə özümə dey­i­rəm: "Qaç, Ra­fiq, qaç!". Və ya­şa­mağa da­vam edi­rəm...



MƏSLƏHƏT GÖR:

765