Müəllif: Valentina REZNİKOVA Bakı
Azərbaycan Teatr Xadimləri İttifaqının (TXİ, Aktyorlar Evi) "Bir teatr - bir festival" layihəsi çərçivəsində paytaxtda Bakı Uşaq Teatrının "Bizim Teatr Festivalı - II" tamaşaları keçirilib.
Festival "Zəfər" studiyasının meydanında baş tutub. Festivalı TXİ-nin sədri Azər Paşa Nemətov açıb. Bayram proqramına dörd tamaşa daxil olub. Bu, təzə başlayan rejissorların və Uşaq Teatrının bədii rəhbəri İntiqam Soltanovun işləridir.
Teatr 1988-ci ildə yaradılıb. Lakin 90-cı illərin əvvəlində məlum faciəvi hadisələrilə əlaqədar fəaliyyətini dayandırıb. Sonra bədii rəhbər hər bir aktyoruna baş çəkərək truppanı şəhər hakimiyyətinin bulvarda ayırdığı məkana qaytarıb. Öz vəziyyətini teatrın repertuarının statusunda möhkəmləndirən kollektiv indi yerləşdiyi Qaraçuxur (əvvəllər Serebrovski) qəsəbəsində daimi qeydiyyat əldə edib. Hazırda teatr kollektivinin öz tamaşaçısı, dövlət teatrı statusu var. O, bir çox teatr festivallarının, o cümlədən beynəlxalq festivalların iştirakçısıdır. Teatr aktyorlarının orta yaşı 25-dir. Repertuarlarında - müxtəlif üslubda olan tamaşalar var, məsələn kədərli komediyalar, lirik musiqili dramlar, dramlar, pantomima və s.
Bu - teatrın və onun bədii rəhbərinin mövqeyidir. Onun qəti inamına görə, teatr incəsənət növü kimi, öz tamaşaçısına qarşı mövqelərini itirməməlidir. Bu cəmiyyətdə problemlər yaradan həyati vəziyyətlərdən danışmağı bacarmaq deməkdir: narkotik və narkomanlıq haqda, mənəvi və əxlaqi dəyərlər haqda, qəddarlıq, zorakılıq və sevgi, məhəbbət və vətənpərvərlik barədə. Yəni insanı insan etməli olan şey haqda. Şəhərin heç də hər teatr repertuarı bu cür vətəndaş mövqeyindən çıxış etmir. Görünür, İntiqam Soltanov teatrı bütün tamaşaların müraciət etdiyi kəslərin ağıl və ürəyinə emosional təsirin kəsərli üsullarından biri kimi nəzərdən keçirir.
Bu isə 14 yaşdan başlayan gənclərdirlər. Yaş isə istənilən cür nəfs üçün ən zərif olandır. Zalda və səhnədə olanlar bir-birilərini əla anlayırlar. Ona görə də əxlaqi məsələlər, keçid dövrünün problemləri - tamaşaçı və teatr arasında dialoqun mahiyyəti və mənasıdır. Və bu dialoq, zalın reaksiyasına əsasən, qurulub və çoxdan mövcuddur. O, zamanla yoxlanılıb və tamaşaçı tərəfindən tələb edilir. Ona görə də bədii rəhbər asan yol axtarmır və onu bulvar tipli sadə komediyalarla könlünü almağa çalışaraq, zal qarşısında yaltaqlanmır. Festivalda çoxjanrlı tamaşalardan ən yaxşıları nümayiş etdirilib.
"Oyunlar"
Rejissor Rəşad Nuri. Aktyorlar - Niyaz Qasımov və Könül Şahbazova. Bu hekayənin süjeti sadədir. Bu iki sevgilinin payına onlara qədər də bir çox nəslin başına gələn sınaq düşüb. İndi bu imtahanı onlar da keçirlər. Bu ... yoxsulluq imtahanıdır. Bizim zamanda yoxsulluqdan danışmaq qəribədir, amma yenə də ... Hər ikisi - təzə başlayan mütəxəssislərdirlər. Qlamur həyat üçün pul yoxdur. Gündəlik yeməyə güclə yetir! Yoxsulluq və məişət sınağına dözmək asan deyil. Xüsusilə cavan ikən və bu gün qlamur həyat yaşamaq istəyirsən. Qocalıb, pul yığandan sonra yox! Və öz-özlüyündə qərar yaranır: ən yaxşısı ayrılmaqdır. Nə edəsən ki, ağıl bir şey, ürək isə tamam başqasını deyir? Çıxış yolu var: oyun oynamaq olar! Və budur onlar özlərinə tamamilə başqa insanların rol funksiyalarını uydururlar. Onlar xəyalən əvvəlcə restorana yollanırlar, sonra isə təyyarədə tanış olduqları xaricdə xəyalən səyahətə gedirlər. Sonra təsadüfən taksi növbəsində toqquşurlar, sonra hoteldə. Və budur artıq xəyal edilən çimərlikdə birgə gəzinti, qayıqda üzmə və ...nəhayət sevgi. Amma mühüm deyil ki, təsəvvür edilən qayıq skamyadır, çimərlik isə - öz evinin boşluğu. Yoxsulluqdan oyuna qaçmaq olmaz. Lakin mənfi şeylərdən qaçmaq və bir-birini tanımağın sevincini xatırlayıb və yaşayıb özünü yenidən tapmaq, mümkündür! Budur münaqişə artıq bitib. Çünki bu həyatda sevgidən mühüm heç nə yoxdur. Aktyorlar bizi təyyarə salonunun, dalğalarda üzən qayığın, qaynar çimərlik qumunun reallığına inanmağa vadar edərək, öz qəhrəmanlarını həqiqi əminliklə canlandırırlar. Onlar personajlarının xarakterlərinə asanlıqla dalırlar və tamaşaçıları süjetin peripetiyasına apararaq, peşəkar oyunları ilə zövq yaşadırlar. Problem məlum və aktualdır. Və belə söhbət bu gün son dərəcə labüddür...
"Əgər mən kasıb olsaydım..."
Rejissor İlhamə Əhmədova. Aktyorlar - Şahin Kazımov, Kəmalə Mustafayeva. Bu gənc oğlanın hekayəsi də əxlaqi seçimlə bağlıdır. O, zəngin valideynlərin övladıdır. Heç vaxt heç nəyə görə rədd cavabı almayıb. Tox həyat çox tezliklə onun canını sıxır və onu narkomana çevrir. Bu, onu darıxdırıcı reallıqdan, ruhi tənhalıqdan "xilas edə biləcək" yeganə şeydir. Çünki pul, məlum olduğu kimi, diqqətin, qayğının və əsl valideyn sevgisinin olmamasını kompensasiya edə bilməz. Uşaqdan pulla azad olmaq olmaz. Amma onu itirmək olar. Və o zaman uşaq yaranmış boşluğu əvəz edəcək bir şey tapacaq. Narkotik, alkoqol yaranacaq, sonra isə cinayət də uzaq olmayacaq. Bu hekayənin qəhrəmanı az qalır narkotiklərdən həyatını itirsin. Lakin düşdüyü klinikada o, bir qıza rast gəlir. Tibb bacısına. Və həyatı tamamilə yeni məna və yeni səs qazanır. O, real dünyaya məxsus qızdır. Onu reallığa qaytara bilir. Ancaq əsl həyat və canlı insani hisslər böyük dəyərə malik olduğunu anlamağı öyrədir. Həyatın mənası və üfüq xəttinə getmək istəyi varsa, o, davam edə bilər. Ancaq irəli!
Hekayə ibrətlidir. Hekayədə tərbiyəçi rejissor quruluşu yoxdur. Lakin bizim cəmiyyətimizdə daha böyük miqyasa sahib olan, gənc insanların həyatını çalan, ailələri dağıdan, gələcəyi öldürən həmin problemləri araşdırmaq və məğzini anlamaq istəyi var ...
"Qucaqla məni"
Rejissor İntiqam Soltan. Aktyorlar - Vüsalə Bəşirova, Ruslan Adıgözəlov. Bu faciəvi və romantik hekayənin əsasında gizlincə görüşərək, bir yerdə keçirdikləri hər dəqiqənin sevincini yaşayan, iki sevgilinin münasibətləri durur. Onun münasibətləri ismətli idi. Onlar əxlaqi qadağaları pozmurdular: toya qədər nə öpüşmək, nə də qucaqlaşmaq. O - kasıb ailənin oğlu, qızın atası isə zəngin biridir. Sevgililər münasibətlərinin qanuniləşdirilməsi üçün münasib vaxtı gözləyirlər. Lakin onların romantik münasibətlərinə müharibə soxulur. O, gənclərin nəinki planları, xoşbəxt olmaq imkanlarını da məhv edir, həm də normal insan həyatı sürmək imkanından da məhrum edir. Hərbi əməliyyatlar zonasına düşərək, onlar hər iki əllərini itirirlər. Həyat var, amma həm də yoxdur. Hansı torpaqda və hansı vaxt baş verməsindən asılı olmayaraq, gələcək də yoxdur: Azərbaycanda, Suriyada, Serbiyada, Ukraynada. Gələcək yoxdur, həyatın davamı yoxdur. Laqeyd olmayacağımız problem. Mənzilinin qapısını arxanca bağlayaraq, bu problemin olmadığını göstərmək olmaz.
"Vətən"
Rejissorlar İntiqam Soltan, Ayşad Məmmədov. Aktyorlar - Niyaz Qasımov, Cavanşir Məhərrəmov, Rauf Hüseynov. Janr - pantomima. Vətən nədən başlayır? Və Vətən nə deməkdir? Yəqin, Mixail Matusovskinin şeirlərindən bu haqda daha yaxşı yazmaq olmaz. Və hələ çoxları "Qalxan və qılınc" filmindən Mark Bernsin mahnısını xatırlayırlar. Təsirli və səmimi-kədərli mahnını. Və bu sadə mahnının öz cansıxıcı həqiqəti vardı: Vətən ilk addımını atdığın, məktəbə getdiyin, ilk dostlarının və valideynlərinin yaşadığı yerdir. Bu, özünü ilk dəfə şəxsiyyət hiss etdiyin yerdir. Lakin Vətən - bir də əcdadlarının, ölkənin tarixidir. Bu ənənələri, adətləri, qaydaları və nəsildən-nəslə ötürülən mədəni abidələri olan torpaqdır. Bu, bizi özəl edən, başqa xalqlara bənzətməyən bir şeydir. Və bütün bunları milli bayrağımız təcəssüm etdirir. Bu tamaşa özünüdüşünmə, etnosa mənsubiyyəti hiss etmək haqdadır. Türk köklərinin yaranması - mavi rənglə boyanıb. Bunun arxasında - türkdilli tayfaların minillik tarixi dayanır. Yaşıl - İslam dininə tarixi mənsubiyyətdir. Və qırmızı rəng - cəmiyyətin demokratik inkişafı və onun modernləşmə kursu ilə getməyə hazırlığının təcəssümüdür. Keçmiş - indiki - gələcək. Zamanların inikası. Və zaman strukturunu birləşdirən həlqələrdən biri olmağa hazırlıq. Yəni keçmişin estafetini qəbul etmiş və estafeti başqasına verməyə hazır olan, bu gün. Əlbəttə, pantomima - xüsusi janrdır. Və hər aktyor pantomim texnikasına mükəmməl malikdir. Lakin tamaşanın ideyası, aktyorların emosional vəziyyəti onların texniki mükəmməl olmayan cəhətlərini kompensasiya edir. Tamaşanın sonunda Azərbaycanın himni səslənəndə, aktyor və tamaşaçılar eyni hissləri keçirirlər: Vətən - dünya xəritəsində coğrafi nöqtədən də daha böyük olan anlayış olduğuna görə ruhən yüksəliş və qürur hissi.
Nəticə
Bu festival repertuar teatrının öz tamaşaçısına olan güzəştsiz mövqeyini nümayiş etdirdi. Bədii rəhbərliyin sərt repertuar siyasəti nəinki cəmiyyətin əxlaqi və sosial problemləri haqda açıq şəkildə danışmağa, həm də zal qarşısında yaltaqlanmadan, onu həmfikrə və həmyaradıcıya çevirərək, onu zala cəlb etməyə imkan verir. Bəlkə, digər teatrların da repertuarları ilə bağlı mövqelərini bir daha nəzərdən keçirməyə dəyərdi? Və nəhayət, müəyyən etmək ki, müasir teatr nəhayətdə hansı funksiyaları yerinə yetirməlidir? Əyləndirmək? Tərbiyə etmək? Maarifləndirmək? Bugünkü tamaşaçıya məhz hansı teatr lazımdır? Teatr dramatik materialın primitiv illüstrasiyasıdır və ya emosional təsirli intellektual təxribatdır? Aydındır ki, Teatrın repertuar xəttini baş rejissorlar və ya bədii rəhbərlər (yeri gəlmişkən, baş və bədii rəhbər - eyni şey deyil! - Müəlf.) müəyyən edir. Lakin onların teatrların repertuar mövqelərinin müəyyən edilməsində çaşqınlıq dövrü, doğrusu, çox uzandı. Bu gün artıq heç nə haqda olmayan tamaşaları izləyiciyə təqdim etmək olmaz, bulvar tipli küt komediyalarla əyləndirmək olmaz. Heç olmazsa, ona görə ki, əslində tamaşaçı daha ağıllı və tələbkardır. Bu gün tamaşaçıya ağıllı, zamanı doldurmayan, əksinə yaddaşlarda və ürəklərdə estetik cəhətdən cəlbedici tamaşalar lazımdır. Elə tamaşalar lazımdır ki, tamaşaçı teatrı tərk edərək, heç olmazsa, iki gün onu xatırlasın. Tamaşa zalından qarderoba qədər yolda beş dəqiqəlik yox...
MƏSLƏHƏT GÖR: