Müəllif: R+
Oxumaq, yeni elmlər mənimsəmək, onları gündəlik həyata tətbiq etmək imkanı bəşəriyyətin tərəqqisi üçün əsas olub, əsasdır və gələcəkdə də belə olacaq.
Qədim yunan filosofu Dioqenin dediyi kimi, istənilən dövlətin əsası gənclərin təhsilindən asılıdır.
Müstəqil Azərbaycan üçün gənclərin keyfiyyətli təhsil alması olduqca vacib məsələdir. Dünyada ən yaxşı təhsil sistemlərindən hesab olunmuş sovet təhsil sisteminin bazası bu mənada yaxşı imkanlara yol açsa da, müasir tendensiyalar ciddi dəyişiklikləri zəruri edir.
Dövlət təhsil sisteminə yeniliklərin gətirilməsinə hərtərəfli dəstək verir, bu istiqamətdə ciddi işlər görür. Bu mənada xaricdə təhsil üzrə dövlət proqramının böyük əhəmiyyəti var. O, daha bacarıqlı gənclərin dünyanın ən yaxşı ali məktəblərində müasir standartlara uyğun təhsil almaq, daha sonra həmin biliklərdən Vətənin rifahı üçün istifdə etmək imkanı yaradır. Lakin dünya səviyyəsində tanınmış ali məktəblərə qəbul olunmaq üçün yaxşı orta məktəb təhsili də lazımdır. Üstəlik, bu uşaqların xarici dilləri mükəmməl bilmələri önəmli şərtlərdən biridir.
Bu problemlərin həlli üçün Azərbaycanın ən nəhəng holdinqlərindən olan "Azersun" dünyaca məşhur təhsil şəbəkəsi olan SABIS ilə birgə layihəyə başlayır.
1886-cı ildən mövcud olan bu şəbəkə dünyanın 4 qitəsində, 16 ölkədə fəaliyyət göstərir. Ümumilikdə SABIS brendi ilə 60-dan çox məktəb var və bu məktəblərdə 65 mindən artıq şagird təhsil alır.
"Azersun Holding"in Müşahidə Şurasının sədri Abdulbari Gözəlin sözlərinə görə, SABIS-in əsas özəlliyi "məktəblilərin Azərbaycan cəmiyyətində böyümələri, öz dilini, tarixini, mədəniyyətini bilmələri olacaq. Amma onlar eyni zamanda ingilis dilini, müasir elmləri də dünya standartlarına uyğun, yüksək səviyyədə biləcəklər".
SABIS-in prezidenti Karl Bistani isə bu nadir layihənin gələcək nəsillərə hesablandığını söyləyib: "Biz azərbaycanlı məktəbliləri dəyişməkdə olan dünyaya, bu dünyada uğurların əldə olunmasına hazırlayacağıq. Məktəb yalnız təhsil almağa deyil, həm də uşaqların şəxsiyyət kimi formalaşmalarına kömək edir".
Məktəb qapılarını şagirdlərin üzünə artıq 2015-ci ilin sentyabrında açacaq. O, Heydər Əliyev Beynəlxalq Hava Limanı yaxınlığındakı nəhəng "Dreamland" kompleksinin ərazisində yerləşir. Burada məktəbəqədər təhsil yaşında olan uşaqlar 2 il hazırlıq keçmək üçün qəbul olunacaqlar. Eyni zamanda, məktəb I-V sinif şagirdlərini də qəbul edəcək. İlk tədris ilində 500-600 uşağın qəbulu nəzərdə tutulur. Sonrakı illərdə onların sayı 2 minədək artırılacaq.
K. Bistaninin sözlərinə görə, məktəbə qəbul üçün hər hansı imtahan nəzərdə tutulmayıb. Məktəbdə əsas tədris, o cümlədən məktəb ərazisində əsas ünsiyyət dili ingilis dili olacaq. Bundan başqa, orada Azərbaycan, və seçimdən asılı olaraq rus və ya fransız dilləri də tədris olunacaq. "Hər bir şagird öz potensialını tam göstərmək üçün lazımi biliklər alacaq", deyə Bistani qeyd edib.
Dərsləri digər ölkələrdən dəvət olunmuş və SABIS sertifikası almış müəllimlər keçəcək. Onlara bu işdə yerli müəllimlər də köməklik göstərəcəklər. Bundan başqa, Azərbaycana adi fənnlər - Azərbaycan dili, tarixi, coğrafiyası yerli müəllimlər tərəfindən tədris olunacaq. Amma gələcəkdə onların da SABIS sistemi üzrə sertifikatlaşmadan keçməsi nəzərdə tutulub.
Məktəbdə idmana xüsusi diqqət ayrılacaq. Məktəbin ərazisində olimpiya standartlarına cavab verən stadion, basketbol, voleybol və digər idman növləri üçün qapalı və açıq meydançalar olacaq. Məktəblilərin məktəbdənkənar həyatlarının təşkili çərçivəsində 12 bölmə yaradılacaq və onlardan 5-i idman sahəsinə aid olacaq. Üstəlik idman bölmələri müvafiq idman federasiyalarına üzv olmaq niyyətindədir. Bu, məktəblilərə idmanla peşəkar səviyyədə məşğul olmaq imkanı verəcək. Yeri gəlmişkən, SABIS məktəbləri arasında hər il daxili olimpiya oyunları da keçirilir.
Bütün bunlarla yanaşı, məktəbin əsas təyinatı əlbəttə ki, şagirdlərin istər Azərbaycanın, istərsə də dünyanın tanınmış ali məktəblərinə qəbula hazırlanmasıdır. K. Bristani belə deyir.
Məktəbdə bütün təhsil prosesi beynəlxalq kurrikuluma əsasən təşkil olunur. Bu, dünyanın ən yaxşı 4 sisteminə əsaslanan sistemdir. Onlardan 2-si ABŞ, 2-si Britaniya sistemidir. SABIS məktəblərinin məzunları imtahanlarda bu sistemlər üzrə orta göstəricidən daha yüksək nəticələr əldə edirlər.
2014-cü ilin yekunlarına görə, SABIS məktəblərini bitirmiş 1660 gənc 38 ölkədən olan 568 ali məktəbə daxil olub. Dünyanın ən yaxşı 200 ali məktəbindən 97-də SABIS məzunlarına rast gəlinir. Onların arasında Kembric, Harvard, Oksford da var. Siyahıda Maastrix, Stenford universitetlərinə, London iqtisad məktəbinə, Münhen Texniki Universitetinə, Koreya Elm və Texnologiyalar İnstitutuna və s. də rast gəlinir.
Yeri gəlmişkən, tədrisin gedişində məktəblilər SABIS-in digər ölkələrdə yerləşən məktəblərində yarımillik kurs da keçə bilərlər. Amma bunsuz da Bakıda fəaliyyətə başlayacaq SABIS məktəbində yüksək təhsil standartları əsas götürüləcək. Üstəlik kompyuterləşdirmə sistemi şəbəkəyə aid istənilən məktəbdən tədris prosesinin müşahidə olunmasına imkan verəcək.
Beləliklə, dünyaca məşhur SABIS məktəblər şəbəkəsinin Bakıda fəaliyyətə başlaması Azərbaycan ailələrinə öz övladlarına müasir dünya standartlarında təhsil vermək imkanı yaradacaq. Bu zaman onlar uşaqlarından narahat olmayacaqlar - məktəblilər yüksək səviyyəli təhsil üçün ailələrindən min kilometrlərlə uzaqda, yad ölkədə olmayacaq.
"Azersun Holding"in rəhbəri A.Gözəlin də qeyd etdiyi kimi, "uşaqlar təhsili, həmçinin ali təhsili öz vətənlərində almalıdırlar və yalnız doktorluq dərəcəsi üçün xarici ölkələrə getmək olar".
SABIS məktəbi haqqında daha ətraflı məlumatı aşağıdakı telefon nömrələrinə zəng vurmaqla öyrənmək olar:
Tel:(+994 12) 404 53 43
Mob:(+994 51) 990 65 65
E-mail: jacobusgericke@sabis.net
Web:www.ssisbaku.sabis.net
Sənədlərin qəbulu üçün ünvan:
SABIS SUN International School
Bakı, Nizami küçəsi, 1/3
Sapfir Plaza (10-cu mərtəbə)
MƏSLƏHƏT GÖR: