14 Mart 2025

Cümə, 21:46

BOMBEY PARTLADI

Hindistanın işgüzar paytaxtında törədilən terror aksiyaları sivilizasiyalar arasındakı zəif dialoqun möhkəmləndirilməsinin vacibliyini bir daha təsdiqlədi

Müəllif:

15.12.2008

Noyabrın sonlarında daha bir dəhşətli terror dünyanı silkələdi. Bu dəfə terrorçuların hədəfi Hindistanın işgüzar paytaxtı sayılan və 1995-ci ilədək Bombey adı ilə tanınmış Mumbai oldu. Bəşəriyyət qarşısında terrorizmin mövcudluğunda kimin günahkar olması, bu bəlanın indiki və gələcək nəsillərin həyatından birdəfəlik yox edilməsi üçün hansı tədbirlərin görülməsinin vacibliyinə dair sualı bir daha aktuallaşdıran bu hadisə nəticəsində təxminən 200 nəfər həlak oldu, 400-dək insan yaralandı.

 

Hindistanın "11 Sentyabr"ı

 

Terrorçuların hücum obyektləri "lüks" sinfinə aid mehmanxanalar, məşhur restoranlar, əsas dəmiryol vağzalı və yəhudi mərkəzi idi. Aksiya nəticəsində həlak olanlar arasında 2 amerikalı, 3 alman, 2 fransız, həmçinin İsrail, Avstraliya, Böyük Britaniya, Kanada, İtaliya, Yaponiya və Çin təmsilçiləri daxil olmaqla, 18 əcnəbi də var. Aksiyanı ümumilikdə 10 terrorçu həyata keçirib, onlardan 9-u Hindistan xüsusitəyinatlılarının təxminən 3 sutka ərzində həyata keçirdiyi əməliyyat nəticəsində öldürülüb. Onlardan yalnız biri - Pakistan vətəndaşı olan Azam Əmir Kasab adlı terrorçu yaxalanıb. İstintaqa ilkin ifadəsində o etiraf edib ki, terrorçular "Hindistanın 11 Sentyabrı"nı həyata keçirməyi planlaşdırıblarmış. Həqiqətən də, 7 il əvvəl ABŞ-da "əkizlər"in partladıldığı zaman olduğu kimi, bu dəfə də daha çox yəhudilərin, amerikalılar və avropalıların məskunlaşdığı işgüzar mərkəzlər hədəf seçilmişdi.

Rəsmi Dehli baş verənlərlə əlaqədar olaraq, Pakistandan bu ölkə ərazisində məskunlaşmış 20 şübhəli şəxsin Hindistana təhvil verilməsini tələb edib. Pakistan prezidenti Asif Əli Zərdari isə bildirib ki, Mumbaidə törədilmiş terror aksiyalarına pakistanlıların aidiyyətinin olduğu sübuta yetirilərsə, "təxirəsalınmaz tədbirlər" görüləcək. Böyük Britaniyanın "Financial Times" qəzetinə müsahibəsində Zərdari baş verənlərə görə günahı "qeyri-dövlət elementləri"nin üzərinə qoyub və ölkəsinin Əfqanıstanla sərhəd ərazilərdə "Taliban", "Əl-Qaidə" kimi terrorçu qruplara qarşı mübarizə apardığını xatırladıb.

Bununla yanaşı, İslamabad şübhə



MƏSLƏHƏT GÖR:

373