
"ƏLVİDA, BAKI, MƏN SƏNİ BİR DAHA GÖRMƏYƏCƏYƏM"
Müslüm Maqomayevin Sergey Yeseninin sözlərinə yazdığı son mahnısı belə adlanır
Müəllif: Sabirə MUSTAFAYEVA Bakı
Oktyabrın 25-i şənbə səhəri idi. Bu böyük azərbayjanlının, müğənni və bəstəkarın ölüm xəbəri sanki aydın səmada ildırım kimi çaxdı. Bunu heç kim gözləmirdi. Bəzən adama elə gəlir ki, ürəkdən sevdiyin insanlar əbədi yaşayajaqlar. "Müslüm Maqomayev öldü" sözləri hamı üçün bir jəza hökmü kimi səsləndi. Zamanı saxlamaq, geri döndərmək və ya aldatmaq mümkün deyil. Bu gerçəklikdir və onu heç jür dəyişmək mümkün deyil. Nə qədər ajı olsa da.
Bu fikrə heç alışmaq olarmı? Əsla. Biz nə qədər danışsaq da, desək də ki Müslüm Maqomayev əbədi yaşayajaq, anjaq qəlbimizin dərinliklərində anlayırıq ki, bu, sadəjə təskinlikdir. Amma çox təəssüf. Bu barədə çox erkən yazmalı olduq. Onun jəmi 67 yaşı var idi. Hələ nə görmüşdü ki?.. Baxmayaraq ki o, səhnədən çoxdan getmişdi.
O, böyük azərbayjanlıdır və bu jür həmvətənimiz olduğunu hiss etmək qürur doğurur. İndiki zamanda bizdən ötrü milli qürur hissi çox vajib və çox önəmlidir. O, Bakıda doğulmuşdu və Bakının oğlu idi. Məhz ona görə oktyabrın sonunda elə də sadə tarixi olmayan ölkəmizin paytaxtında insan seli axırdı. İnsanlar öz sevgilərini və ehtiramlarını ifadə etmək üçün gedirdilər. Onun nə qədər pərəstişkarı varmış?! Və təkjə Moskvada deyil, bütün dünyada.
İndi aydın başa düşürük ki, uşaqlığımız başa çatıb. Müslüm Maqomayevin oxuduğu "Ey, Azərbayjan, əziz Vətənim" sözləri beynimizdə yüz dəfədir ki, səslənir və hər dəfə tamamilə fərqli anlaşılır. Əvəzsiz itki, əldən çıxmış və indi geri qaytarmağın mümkün olmadığı gerçəkliyin anları ilə bağlı kədər hissi yaradır. O işıqlı anları və gənj, ağ geyimli Müslüm Maqomayevin ovaxtkı Bakının fonunda oxuduğu o işıqlı çağlarını qaytarmaq mümkün olsaydı... Gənj anamız o vaxt televizorun önünə dikilərək bizi də yanına çağırırdı. Anamız onun kim olduğu barədə bizə qürurla danışırdı, körpə uşaq dünyamızla heç nə anlamasaq da, bu insana sevgi hamımıza analarımızdan keçib. O unudulmazdır.
Müslümün böyüklüyünü sonradan anlamağa və bu böyük azərbayjanlının vətənimizdə deyil, Moskvada yaşaması barədə təəssüf etməyə başladıq. Amma insanın şəxsi keyfiyyətlərinin yüksəkliyi onun azadlığı ilə, onun bütün şərtiliklərdən və stereotiplərdən yüksək dayanması ilə ölçülür. Biz bu gün Müslüm Maqomayevin dünyanın gerçək vətəndaşı olması ilə fəxr edirik və qürur duyuruq ki, Azərbayjan torpağı məhz bu jür adamlar yetişdirir. Axı Bakıda doğulmuş böyük Mstislav Rostropoviç də dünyanın vətəndaşı idi.
Müslüm Maqomayevin 60 illik yubileyini heç vaxt unutmaq olmaz. Bu tədbir Azərbayjanın ümummilli lideri Heydər Əliyevin göstərişi ilə Bakıda keçirilirdi. Onlar dost idilər və Heydər Əliyevin bu insana gerçək sevgisi sanki ovaxtkı Respublika Sarayının səhnəsindən qalxaraq televizorların ekranlarına axırdı. Artıq o vaxtlar sağlamlığı ilə bağlı problemlər yaşayan Heydər Əliyev düz iki saat ayaqüstə dayanaraq, Müslüm Maqomayev, onun istedadı, həyatı və şəxsi keyfiyyətləri haqqında danışdı. Bu dostluğun gerçəkliyinə heç jür şübhə etmək olmazdı, anjaq bədxahlar da öz əməllərindən qalmırdılar. SSRİ-nin rəhbərlərindən birinin bu jür yaxşı münasibəti bəzən müğənninin üzünə vurulurdu. Onu taleyin ərköyünü adlandırdılar, onun isə buna haqqı var idi.
Müslüm Maqomayevin ölümündən sonra Rusiya telekanalları, sözün həqiqi mənasında, aciotaca düşərək bu böyük müğənni və azərbayjanlının həyatı haqqında sənədli filmlər nümayiş etdirməyə başladılar. İtki, doğrudan da, birləşdirir. Bu böyük baritonun - Müslüm Maqomayevin şəxsi düşünjəsi və həyatının mənası da, milliyyətindən asılı olmayaraq, insanlar üçün oxumaq, ürəkdən və sevgi haqqında oxumaq idi. Müslüm Maqomayevin yeri hələ uzun müddət görünəjək.
Müslüm Maqomayevin rus şairi Sergey Yeseninin sözlərinə yazdığı son mahnısı "Əlvida, Bakı, səni bir daha görməyəjəm" adlanır. Böyük bariton sanki öləjəyini, öz doğma şəhərini bir daha görməyəjəyini hiss etmişdi.
Onu Moskva və Bakı yola salırdı
Rusiya paytaxtında vətəndaşların Müslüm Maqomayevlə vida mərasimi 28 oktyabrda Çaykovski adına konsert zalında oldu. Müğənni əvvəllər orada dəfələrlə çıxış etmişdi. Maqomayevlə vidalaşmağa yüzlərlə insan gəlmişdi. Səhər saat 8-də Bolşaya Sadovaya küçəsi boyunja zala daxil olmaq istəyən insanların böyük növbəsi yaranmışdı. Dəfn mərasiminin başlaması anında zalda sərbəst yer yox idi. "Qapılar açılan kimi Maqomayevin sədaları altında zala müğənninin pərəstişkarlarının seli axışmağa başladı. İnsanlar səhnənin podiumuna çiçəklər qoymağa başladılar. Maqomayevin jəsədi qızıl güllərlə bəzədilmiş səhnənin ortasında qoyulmuşdu", - deyə Rusiya KİV-ləri bildirirdi.
Zalda Müslüm Maqomayevin ifasında mahnılar səsləndirilirdi, iki ekranda isə bu böyük azərbayjanlı müğənninin fotoşəkilləri nümayiş etdirilirdi. Vida mərasimindən əvvəl artistin ifasında "Mənim yer kompasım", "Sən olmayajaqsan, olmayajaqsan" mahnıları səsləndirildi. Rəsmi vida mərasimini Rusiyanın əməkdar injəsənət xadimi Svyatoslav Belza aparıb. Yas tədbiri Pyatnitski adına xorun çıxışı ilə başa çatdı.
Mərasimdə Rusiya Federasiyasının mədəniyyət naziri Aleksandr Avdeyev, Estrada Teatrının bədii rəhbəri Gennadi Xazanov, SSRİ xalq artisti Vladislav Pyavko, "Qelikon-opera"ın bədii rəhbəri Dmitri Bertman, Lev Leşşenko, İosif Kobzon, Mayya Plisetskaya, Roman Viktyuk, Tamara Qverdtsiteli, Alla Puqaçova, Aleksandra Paxmutova və başqa Rusiya injəsənət xadimləri iştirak ediblər. Mərasim Ümumrusiya Azərbayjanlılar Konqresi, Moskva hökuməti və Moskva filarmoniyası tərəfindən təşkil edilmişdi.
28 oktyabrda bütün günü Moskva metrosunun stansiyalarında Müslüm Maqomayevin mahnıları səslənib. Metro sərnişinləri keçmiş illərin "Melodiya", "Noktürn", "Hər şeyə görə sənə minnətdaram" və "Bella Ciao" kimi şlyagerlərini dinləyiblər.
Səhnədən gedəndən sonra Maqomayevin pərəstişkarları bu böyük müğənni ilə şəxsi saytı vasitəsilə ünsiyyət qura bilirdilər. Rusiya KİV-lərində qeyd edildiyi kimi, yas günlərində onun ünvanına pərəstişkarlarından çox sayda başsağlığı gəlib. "Qonaq səhifəsi artıq bağlıdır, əks halda sayt yükə dözməz. Sizin buradakı bütün yazılarınız saxlanılır",- deyə http://www.magomaev.info saytından bildirirdilər. Sayta daxilolmalar bir neçə dəfə artmışdı və sutkada bir neçə min unikal istifadəçiyə çatmışdı.
Maqomayevlə Moskvada vida mərasimindən sonra Azərbayjan prezidenti İlham Əliyev tərəfindən təqdim edilmiş xüsusi çarter aviareysində baş nazirin müavini Elçin Əfəndiyevin başçılıq etdiyi nümayəndə heyəti müğənninin jəsədi olan tabutu vətənə gətirdi. Önjə isə Rusiya KİV-i Müslüm Maqomayevi Moskvanın Vaqankov qəbiristanlığında dəfn edəjəklərini bildirmişdi. Rusiya mətbuatı Bakı və Moskvanın "böyük müğənnini bölə bilmədiklərindən" yazırdı. Anjaq artıq 28 oktyabrda Müslüm Maqomayevin Bakıda dəfn ediləjəyi bəlli oldu.
Vətənində Müslüm Maqomayevlə vidalaşma oktyabrın 29-da səhərçağı başladı. Ölkə sakinləri sevimli müğənniləri ilə vidalaşmaq üçün səhərin erkən çağlarından müğənninin babası Müslüm Maqomayevin adını daşıyan Azərbayjan Dövlət Filarmoniyasına axışmağa başladılar. Filarmoniyanın girişində müğənninin iri portreti qoyulmuşdu, gənj Maqomayev şəkildən öz həmyerlilərinə sonunju dəfə gülümsəyirdi.
Qapılar açılan kimi müğənninin istedadının pərəstişkarları zala axışdılar. Müslüm Maqomayevin jənazəsi olan tabut səhnənin ortasına qoyulmuşdu, ətraf çiçəklərlə bəzədilmişdi. Hər iki tərəfə Azərbayjan prezidenti İlham Əliyevin və Rusiya prezidenti Dmitri Medvedevin adından əklillər qoyulmuşdu. Əklil çox idi, o qədər çox idi ki, xeyli hissəsi səhnəyə yerləşmirdi və onları filarmoniyanın yanındakı bağçaya çıxarmaq məjburiyyəti yaranmışdı. Əfsanəvi müğənni ilə vida mərasimində Azərbayjan prezidenti İlham Əliyev və birinji xanım Mehriban Əliyeva da iştirak edirdi. Müğənninin xanımı, opera müğənnisi Tamara Sinyavskaya da Filarmoniaya gəlmişdi.
Sovet müğənniləri içində həmişə öndə olmuş Maqomayevin dəfni dünyanın müxtəlif KİV-lərinin diqqətinə səbəb olmuşdu. Bakıdakı dəfn mərasimində iştirak etmək üçün Rusiyadan Bakıya xüsusi nümayəndə heyəti gəlmişdi. Onun tərkibinə recissor Yuli Qusman, tanınmış rus müğənnisi Oleq Qazmanov, Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Moskva beynəlxalq tijarət mərkəzinin direktoru Valeri Serov daxil idilər.
Filarmoniyaya gəlmiş insanlar onunla vida mərasminə gejikməkdən qorxaraq, içəri növbəsiz daxil olmağa çalışırdılar. Anjaq buna nail ola bilmədiklərindən, küçəboyu düzülərək böyük müğənnini Fəxri Xiyabana qədər müşayiət etdilər. Adətən, müğənniləri alqışlarla yola salırlar və Bakı ijtimaiyyəti öz sevimlisinə son borjunu verdi. Hər tərəfdən "Bravo" səsləri eşidilir, asfaltın üzərinə gül dəstələri sərilirdi. Müslüm Maqomayev torpağa verildi, onu dünyaya bəxş edən torpağa.
Həyat səhifəsi
Müslüm Maqomayev Bakıda injəsənət adamlarının ailəsində anadan olub. Onun babası Müslüm Maqomayev tanınmış bəstəkar və diricor olub. Kiçik Müslüm də uşaqlıqda ailə ənənəsini davam etdirməyi qərara alıb - əvvəl konservatoriyanın nəzdindəki müsiqi məktəbində, daha sonra orta ixtisas musiqi məktəbində oxuyub.
Onun ilk böyük uğuru 1962-jı ildə keçirilmiş Helsinki festivalına təsadüf edir. Bundan bir neçə ay sonra o, Azərbayjan ifaçılarının Moskvada keçirilən konsertində hamını heyran edib. Maqomayevin çıxışı böyük alqışlarla qarşılanıb. Onun istedadını məhz həmin gün Yekaterina Furtseva və İvan Kozlovski yüksək qiymətləndirib. Mətbuat yazırdı: "Onun heyranediji vokal göstərijiləri, valehediji texnikası operaya çox istedadlı gənj artist gəldiyini deməyə imkan verir".
Elə həmin 1963-ji ildə o, Moskva konservatoriyasının zalında anşlaq yaradır. Bax, Gendel, Motsartla yanaşı müğənni estrada əsərləri də ifa edir. Bu, uzun illər onun üslubu olub: birinji bölmədə opera, ikinjidə estrada ifa edib. Amma onun istedadının pərəstişkarları zaman-zaman populyar mahnıların klassikanı üstələməsini ona bağışlamırdılar.
Amma 1960-jı illərdə isə o, Milanın "La Skala" teatrında təjrübə keçirdi, "Toska" və "Seviliya bərbəri" tamaşaları ilə bütün İttifaqı dolaşaraq qastrola çıxırdı. Böyük Teatrda oxumaqdan imtina etmişdi. 1960-jı illər Fransanın "Olimpiya" səhnəsində və Kannın "Qızıl plastinka"sında böyük uğur qazanır. Soppotda birinji yeri tutur, ABŞ-a uğurlu qastrol səfərinə çıxır. Maqomayev ümumittifaq miqyaslı bir ulduza çevrilir. Bütün ölkə müğənnini sevirdi. Ölkə rəhbərləri - Xruşşov, Brecnev, Andropov ona himayədərlıq edirdilər. Bir dəfə də "Mavi işıq" verilişi onsuz keçmirdi.
Hətta ekranın gənjlərlə dolduğu 1990-jı illərdə də müğənninin populyarlığı azalmamışdı. Müğənnini həmişə qiymətləndirib və hörmət ediblər. Səhnəni tərk etmək barədə qərarı bir neçə il qabaq o özü vermişdi. Qərarını, hətta öz 60 illiyi ilə bağlı da pozmamışdı, dostların və yüksək çinli tanışlarının da xahişinin xeyri olmamışdı. "Gej qalmaqdansa, erkən getmək daha yaxşıdır",- deyə müğənni öz qərarını izah edirdi. Amma buna baxmayaraq, onun səsində problem yox idi. Həmişə bildirirdi ki, bütün həyatıboyu sevgidən oxuyub və başqa bir şey haqqında oxumaq niyyəti yoxdur. O, sevgi haqqında oxuyurdu və həyatı sevirdi, gerçəkdən onun həyatı tərk etməsi erkən oldu.
MƏSLƏHƏT GÖR: