14 Mart 2025

Cümə, 21:00

NOMİNAL - ÖLKƏNİN SUVERENLİYİDİR

Azərbaycan poçt markası dünya üzrə ən yaxşılardan biridir

Müəllif:

20.10.2008

"Markanın meydana gəlməsi bütün insanlıq mədəniyyətinin inkişafının məntiqi mərhələsidir... Poçt markasının ortaya çıxmasına qədər siyasi və sosial-iqtisadi əsasların, yazının, savadın, kağızın, nəqliyyatın yaranması üçün çox yüzilliklər keçib". Bu sözlər tanınmış sovet qütbçüsü və həvəskar filatelist Ernest Teodoroviç Krenkelə məxsusdur. Yalnız filateliya ilə deyil, həm də birbaşa poçt markalarının yaradılması ilə məşğul olan insanlarla ünsiyyət də bu sözlərin çox doğru olduğuna əminlik yaradır. 

 

Xüsusi rəsm 

9 oktyabr Ümumdünya Poçt Günüdür və bu tarix, yaşı 134-ə çatan Ümumdünya Poçt İttifaqının yaradılması ilə bağlıdır. Bu da bizə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) artıq 1992-ji ildən Azərbayjanın dövlət simvolikalarından birinin - poçt markasının, yəni poçt xidmətinin ödənilməsinə şahidlik edən işarənin yaradılması ilə məşğul olan "Azərmarka" Dövlət Müəssisəsinə baş çəkməyə əsas verdi. 

Xoş və jəlbediji aura, yaradıjılıq, axtarış, işə sevgi ilə rastlaşırıq.  Burada hər il şirkətin prezidenti İntiqam Babayevin başçılığı ilə redaksiya heyəti Azərbayjanda buraxılması düşünülən markaların tematik planını işləyir və təsdiq edir. Burada ölkə ilə bağlı olan hər bir illüstrasiyaya elmi nöqteyi-nəzərdən yanaşırlar. Axı poçt markası rəsmlərdə Azərbayjan və ya Vətənimizin hansısa başqa ölkədə kiçijik təmsilçisi deməkdir. 

Əgər istifadə edilmiş marka Qərb marka həvəskarının əlinə düşürsə, o, mütləq markanı öz böyük kolleksiyasına daxil edir. Və Azərbayjan markası, bəlkə də, min dəfələrlə filateliya kolleksiyalarında layiqli yer tutub. Bu jür hisslərin çoxluğundan xoş ürək döyüntüləri yaranır ki, onların içində iftixar hissi də az deyil. 

Anjaq poçt markası öz son ünvanını tapana kimi "Azərmarka"da, demək olar ki, müfəssəl yaranma yolu keçir.  Rəssamlar ustalıqla poçt markalarının əsas mövzularını - önəmli dövlət tarixlərini, Azərbayjanın görkəmli adamlarının yubileylərini, flora və faunanın çoxu Qırmızı kitaba salınmış, tükənməkdə olan növlərini təsvir edirlər. 

"Yeddi yüzə yaxın kolleksiya yığma növü arasında filateliya ən populyardır və bəlkə də təkbaşına qalanlarını birgə götürdükdə hamısını dan daha geniş yayılıb. Poçt ödənişi kimi nəzərdə tutulan marka hamının sevimlisinə, yüz milyonlarla insanın əylənjəsinə çevrilib. Buna görə də poçt markalarının dizaynı çox vajib, maraqlı və mürəkkəb işdir. 

Bizim işimiz yalnız qazanjla bağlı deyil. Başqa sözlə, biz həmişə rəsm çəkəndə kolleksiyaçıları da nəzərə alırıq. Məsələn, flora və faunanın Qırmızı kitaba salınmış, tükənməkdə olan növlərini təsvir etmək üçün bitki və heyvan növlərini, onların xüsusiyyətlərini bilmək lazımdır.  Bu məsələdə bizim məsləhətçilərimiz Azərbayjan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya və Botanika İnstitutunun alimləridir. Elə olur ki, konkret tarixi hadisələrin təsvirini tapmaq üçün uzun müddət arxivlərlə işləməli oluruq. 

Poçt markalarının hazırlanmasında həddindən artıq dəqiqlik lazımdır, yəni bu və ya başqa mövzunun təsviri zamanı lakoniklik gərəkdir. Başqa sözlə, yığjamlıq istedadın bajısıdır. Anjaq bu yığjamlıq gözəl, dəqiq və aydın olmalıdır, "jod plakat dili" ilə dolğun məlumat verməlidir. Markaları, adətən, başqa ölkələr üçün pul nişanları kəsən ölkələrdə çap edirlər",- deyə Azərbayjan markalarının yaradıjılarından biri, şirkətin 1999-ju ildən marka dizaynı ilə məşğul olan rəssamı Xasay Mirzəyev bildirir. 

Marka üçün rəsm çəkən rəssam çalışmalıdır ki, onun əsərini dəfələrlə kiçiltdikdə detalları itməsin və əriməsin. Poçt markaları hazırlanması prosesinin əsas çətinliyi məhz bununla bağılıdır.  Bütün kompozisiya aydın, ifadəli və gözəl görünməlidir.  Marka üçün rəsm çəkildikdən sonra skayner vasitəsi ilə onun üzü çıxarılır, daha sonra şəklin şrift qrafikası elementləri və  dekorativ elementlər ilə birgə kompozisiyalı  və rəngli həllini nəzərdə tutan marka dizaynı gerçəkləşdirilir.

"Marka miniatür injəsənət əsəridir. Kolleksiyaçıları jəlb edən əsas gözəllik də budur. Marka rahatlıqla kolleksiyaçı albomuna yerləşdirmək mümkün olan sonsuz bir dünyadır. Buna görə də o, belə populyardır",- deyə Mirzəyev bildirir. 

Azərbayjanın ilk markaları ölkənin müstəqilliyinin atributları kimi 1919-1920-ji illərdə Azərbayjan Demokratik Respublikasının (ADR) hökuməti tərəfindən buraxılıb. Belə ki, "Azərbayjan poçt markaları 1919-1923, 1992-2005" tam illüstrasiyalı kitabda 1 saylı markanın müəllifi rəssam Z.X.Əlizadədir. Orada sağ əlində tüfəng, sol əlində isə Azərbayjanın üçrəngli dövlət bayrağını tutan  əsgər təsvir edilib. 

18,5x28,5 mm  formatlı marka qara, qırmızı və yaşıl rəng çalarlarında verilib, yan dişjikləri olmadan nazik kağızda, Azərbayjan və fransız dillərində yazılarla litoqrafik nəşr üsulu ilə çap edilib. Həmin dövrdə 10 marka növü çap edilib. Sovet hakimiyyəti qurulduqdan sonra, 1921-1922-ji illərdə yüksək keyfiyyətli qəzet kağızında yan dişjiklərsiz, Azərbayjan və rus dillərində yazıları olan oricinal rəsmli yeni poçt markaları buraxılıb. 

1921-ji ilin oktyabr ayında dövriyyəyə Volqaboyunda ajlıq keçirənlər üçün xeyriyyə poçt markaları buraxılıb. Həmçinin üzərində rus və Azərbayjan dillərində "Azərbayjan Sovet Sosialist Respublikası" sözləri yazılmış oricinal rəsmli standart seriyalı markalar da çap edilib. 1922-23-jü illərdə markaların yenidən qiymətləndirilməsi keçirilib və 1923-jü ildə üzərində ulduz konturları içində "ZSFSR" sözləri yazılmış, bütün Zaqafqaziya üçün nəzərdə tutulmuş, anjaq yalnız Sovet Azərbayjanında işlədilən markalar dövriyyəyə daxil edilib. Onlar 1924-jü ilin fevral ayına kimi mövjud olublar. 1992-ji ildə müstəqillik elan edildikdən sonra, çağdaş Azərbayjanın poçt markaları buraxılır. Beləliklə, 1992-ji ildən 2008-ji ilə kimi keçən müddət ərzində oricinal sücetli 838 makra buraxılıb. Məsələn, 2008-ji ildə Azərbayjanın poçt markaları dünyasında əsas hadisə ADR-in 90 illiyi ilə bağlı buraxılan yeni marka olub. 

Orada milli bayrağın üç rənginə boyanmış ölkə xəritəsinin və gerbinin fonunda ADR hökumətinin ilk ijlasının sənədli fotoşəkili təsvir edilib. Kompozisiya xatirə yazısı ilə başa çatdırılıb. Azərbayjan xalqının ümummilli lider Heydər Əliyevin xatirəsinə də markalar həsr edilib.

 

Önəmli mövzu 

Azərbayjan markalarının əsas mövzusu Qarabağla bağlıdır. Çünki Ermənistan daim Azərbayjan xalqının dəyərlərini mənimsəyərək, müxtəlif vaxtlarda Azərbayjanın tarixi yerlərinin təsviri olan markalar buraxıb. Ermənistanın belə jəhdlərindən biri tanınmamış Dağlıq Qarabağ (DQ) recimi ilə birgə "Qarabağ atı", başqa sözlə, "Arsax atları" seriyalı poçt markalarının buraxılışı olub. 

"Separatçılar iddia edirlər ki, XIX yüzilliyə qədər Qarabağ öz ataları ilə məşhur olub və bu da öz dözümlülüyü və nadir kürən sarı-qızılı rəng çaları ilə seçilən arsax növlü jıdır atlarının yaradılmasına imkan verib. Ermənistan və "DQ" filatelçiləri 20 bu jür xatirə markası buraxıblar. Azərbayjanın da  üzvü olduğu Ümumdünya Poçt İttifaqı dəfələrlə "Azərmarka" tərəfindən bu barədə məlumatlandırılıb və bildirilib ki, "DQ" bu jür markaları buraxa bilməz və bunun hüquqi qüvvəsi olmayajaq. 

Bildirmək gərəkdir ki, "Qarabağ atlısı" markaları seriyasını "Azərmarka" 1992-ji ildə, Yerevandan xeyli qabaq buraxıb. "DQ" markalarına gəldikdə isə Ümumdünya Poçt İttifqı onların dövriyyəsinə qadağa qoyub və filatelistlər tərəfindən suvenir kimi qəbul edilirlər. İttifaqa məktub Azərbayjan Xariji İşləri Nazirilyi ilə birgə göndərilib və bundan sonra təşkilat dünyanın bütün poçt təşkilartlarına təlimat verərək, "DQ" markalarının gerçək olmadığını bildirib. 

Bu markalar poçt əməliyyatlarında işlədilə bilməz, "DQ"nin rəsmi tanınan marka buraxmaq istəyi separatçıların özləri haqqında həqiqi müstəqi dövlət kimi rəy yaratmaq niyyətindən qaynaqlanır", - deyə  "Azərmarka" Şirkətinin baş redaktoru Riyad Ələkbərov bildirir. 

Buna görə də Qarabağ öz flora və faunası, memarlıq qurğuları, mədəniyyət və injəsənət abidələri ilə Azərbayjan markaları üçün geniş mövzudur. "Qarabağ atlarına həsr olunmuş  poçt markalarının yaradılması zamanı biz Qarabağ genetik fondunun davam etdirilməsi ilə məşğul olan Azərbayjan atlıları ilə məsləhətləşmişdik. Hər bir markada şəkil və nominalla yanaşı, bu və ya başqa kəhərin adı - Zaman, Saran, Gərgər göstərilmişdi. "Azərmarka" həm də Qarabağ mövzusunda açıqjalar, konvertlər da buraxır. Tematik bayramlar da yaddan çıxmır. Bütün bunlar göstərir ki, bağlamaların üzərinə yapışdırılan və dünyanın bütün ölkələrini gəzən poçt markaları ölkənin müstəqilliyinin atributudur". 

Riyad Ələkbərov xüsusi qeyd edib ki, başqa MDB ölkələrinin markalarına baxanda, Azərbayjan markaları daha çox diqqəti jəlb edir. "İngiltərə, Fransa, Almaniya kimi filateliya ölkələri arasında Azərbayjan Rusiyanı qabaqlayaraq 41-ji yeri tutur. Poçt markalarının meyarları və onların kataloq qiyməti tələbatla müəyyənləşir. Özü də markanın köhnə, hardasa XIX yüzillikdə buraxılması elə də vajib deyil.  

Poçt markası hardasa XX yüzillikdə buraxıla bilər, anjaq onun dəyəri həddindən yüksək ola bilər. Çünki hər bir markanın buraxılışı müəyyən hadisə ilə bağlıdır və bu, belə deyək ki, ona qiymət qoyur. Ermənistandakı kimi az tiraclarla buraxılan markalara da tələbat olmaya bilər. Bu onlarda tez-tez baş verir, çünki bizim erməni həmkarlarımızın buna vəsaiti çatmır. 

Məsələn, 2008-ji ildə "Azərmarka" müxtəlif hadisələrə həsr olunmuş çox sayda marka buraxıb, Ermənistan isə birini də buraxmayıb. Onlar bir dəfəyə hardasa 20 ədəd marka buraxa bilərlər. Çünki Ermənistanda marka buraxılışını əsasən diaspor maliyyələşdirir.  Belə çıxır ki, bizim qonşular əvvəl vəsait toplayır, sonra kiçik tiraclarla marka buraxırlar. Amma bu heç də o demək deyil ki, erməni markalarına dünyada tələbat var. 

Məsələ bundadır ki, onların çox yoxsul və məhdud mövzusu var. Halbuki Azərbayjan bəzən, hətta bizim ölkə ilə bağlı olmayan hadisələri də əhatə etməyə çalışır. Bax, məsələn, bu yaxınlarda biz tanınmış sovet fiziki, Nobel mükafatı laureatı, Bakıda doğulub böyümüş Lev Davıdoviç Landauya həsr edilmiş marka buraxdıq. Azərbayjan alimləri ilə həmişə tanınıb və tanınajaq. Allaha şükür, tanınmış adamlar bizdə çoxdur",- deyə "Azərmarka"nın baş redaktoru bildirir. 

Riyad Ələkbərovun sözlərinə görə, dünya Azərbayjan markasını yalnız zərfə yapışdırıb, poçt tarifinə uyğun ödəniş edib, məktub yollamaqla tanımır. Azərbayjan markaları həm də dünyanın tanınmış markalarına, xariji curnallara göndərilir. Onlar həm də "Scott" (Amerika), "Michel" (Almaniya), "Yvert & Telye" (Fransa), "Gibbons" (İngiltərə)  kimi aparıjı filateliya kataloqlarında təmsil edilir. 

Ölkənin və poçt markasının tanıdılması üçün "Azərmarka" tez-tez ən presticli sərgilərə qatılır. "Bizə tez-tez kolleksiyaçılar mürajiət edərək Azərbayjan markası almaq istədiklərini bildirirlər. Yazışma gedir. Bakı həmişə filateliyanın beşiyi sayılır, çünki Azərbayjanda onun tarixi 1923-jü ildən başlayır. Bir çox bakılılar dünyada tanınmış filatelistlər kimi ad çıxarıblar və indi də belələri var.  Bu da var ki, dünyanın, demək olar ki, bütün ölkələrində markaların xeyli hissəsi kolleksiyaçılara satmaq üçün buraxılır və bu da dövlətə birbaşa poçt xidməti ilə bağlı olmayan xeyli gəlir əldə etmək imkanı yaradır. 

Lixtenşteyn, Trinidad və Tobaqo, Jersi kimi dövlətlər və ərazilər poçt yollayışlarının ödəniş vasitələrinə (markalara, zərflərə, açıqjalara) büdjənin gəlir hissəsini formalaşdırma vasitələrindən biri kimi baxırlar. Göründüyü kimi, poçt markası yalnız ölkənin müstəqillik atributu kimi qalmır". 

Poçt markası heyran edir. Onun detallarına nə qədər çox baxırsan, bir o qədər onu çox öyrənməyə çalışırsan. Və birdən anlayırsan ki, çağdaş texnologiyaların sürətinə, İnternetin imkanlarına baxmayaraq, poçt həmişə yaşayajaq. Bəlkə də ona görə ki, poçt markası başqa ölkənin mədəniyyətinin, rəssamlarının peşəkarlığının və hər bir əsərinya sehrinin kiçik ötürüjüsüdür. 



MƏSLƏHƏT GÖR:

602