Müəllif: Nurlanə BÖYÜKAĞAQIZI Bakı
Bakıda zibilin utilizə məsələsinin nə qədər kəskin olduğunu anlamaq üçün yalnız birjə kərə Balaxanıda yerləşən və 200 hektar ərazini tutan bərk məişət tullantıları poliqonuna baş çəkmək yetərlidir. Ayrı-ayrı yerlərdə hündürlüyü 15 metrə, bəzən də 20 metrə çatan zibil dağlarına, təsəvvür edilməyəjək qədər kəskin olan iy və üfunətə dəhşətə gəlmədən baxmaq mümkün deyil. Tullantılar günəş şüaları altında və ya yanma zamanı parçalanır və atmosferə zərərli maddələr ayrılır. Yağış yağan zaman isə bu substansiyaların bir hissəsi qrunt suları ilə qarışır.
Poliqonun üzərindəki tüstü dumanı pərdə kimi araya girərək, onu şəhərin qalan hissəsindən ayırır. Həm də zibilxana üzərində daima quş dəstələri uçuşur. Hər gün bir neçə yüz adam da iş yerinə gələn kimi buraya baş çəkir. Onlar poliqonda gəzərək, boş butulkaları və yararlı saydıqları tullantıları toplayırlar.
Başqa sözlə, yaranmış durumun ətraf mühitə kəskin mənfi təsirini anlamaq üçün heç də ekoloq olmaq gərək deyil. Bundan başqa, şəhərin bəzən içində də bu jür mini-poliqonlara rast gəlmək olur.
Ölkənin iqtisadi imkanlarının artması ilə bu jür problemlər Azərbayjanda öz həllini tapır. İndi də məişət tullantılarının yığılmasında, daşınmasında və utilizəsində müşahidə edilən çatışmazlıqların aradan qaldırılmasının, bu sahədə ümumi sistemin yaradılmasının vaxtı çatıb.
Əvvəl yandırma, sonra emal
Avqustun əvvəlində Azərbayjan prezidenti İlham Əliyevin sərənjamı ilə yaradılmış "Təmiz şəhər" Səhmdar Jəmiyyəti (SJ) Bakı şəhəri ərazisində yaranan bütün bərk tullantıların yerləşdirilməsi və utilizəsi ilə məşğul olajaq. Bunun üçün Bakı Şəhər İjra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin balansında yerləşən şəhər tullantılarının utilizə poliqonu, həmçinin Suraxanı və Qaradağ rayonlarında yerləşən bərk tullantıların yerləşdirilməsi və utilizəsi sahələri öz əmlakları ilə birgə yeni SJ-nin balansına verilib.
"Təmiz şəhər" SJ-də dövlət payının idarəedilməsi İqtisadi İnkişaf Nazirliyinə tapşırılıb. Əvvəllər zibillə bağlı bütün məsələlər üzrə səlahiyyətli olan şəhər ijra hakimiyyəti isə indən belə yalnız onun yığılması və daşınması ilə məşğul olajaq. Bildirmək gərəkdir ki, hələ bu SJ-nin yaradılmasından önjə bu sahədə aparılmış tədqiqat əsasında Bakıda zibilin utilizəsi üzrə müəssisənin tikilməsi planlaşdırılırdı. Özü də ilk başlanğıjda, hətta eyni vaxtda 3 müəssisənin tikilməsi planlaşdırılırdı. Nətijədə isə zibilyandırma müəssisəsindən başlamaq qərara alındı.
Yada salaq ki, dünyada zibilin utilizəsi üzrə bir neçə üsuldan istifadə edilir. Bunların sırasında zibillərin açıq yerləşdirilməsi, qapalı basdırılması, qismən emalı və yandırılması üsulları yer alır. Hələ ki Azərbayjanda yalnız birinji üsuldan istifadə edilir ki, o da heç də yaxşı üsul sayılmır. Zibilyandırma bahalı layihə sayılır, anjaq o, hazırda Azərbajan paytaxtı üçün ən effektiv olanıdır.
"Bu gün Bakı bütün iri meqapolislər kimi torpaq sahələrinin çatışmazlığı problemi ilə üz-üzədir. Buna görə də yeni poliqonlar yaratmaq başqa obyektlər üçün də yararlı ola biləjək bahalı sahələri məşğul etmək deməkdir. Ən azından, bu, effektiv deyil. Zibilyandırma zavodları isə fərqlidir, onlar zibil kütləsini yandırmaqla həjmi azaldırlar",- deyə Azərbayjan iqtisadi inkişaf nazirinin müavini Mikayıl Jabbarov bildirir.
Zibilin qismən emalına gəldikdə isə bu layihə tullantıların çeşidlər üzrə ayrı-ayrılıqda yığılmasını və daşınmasını nəzərdə tutur. Bu təjrübənin tətbiq edildiyi şəhərlərdə əhali zibili yığaraq, ayrı-ayrı çeşidlərə ayırır, onları ayrı-ayrı konteynerlərə atır. Bu konteynerlər isə poliqona ayrılıqda gətirilir. Bir növ tullantının başqası ilə qarışmaması məsələsində məsuliyyət yerli bələdiyyələrin üstünə düşür və zavodun gətirilən zibili geri qaytarmaq haqqı var.
Bakıda bu jür sistemin təmin edilməsi üçün on illər gərəkdir, çünki insanların vərdişləri dəyişdirilməil, normativ-hüquqi aktlara müəyyən dəyişikliklər etmək lazımdır və s. Anjaq ekspertlərin fikrinjə, gələjəkdə iqtisadi baxımdan kağızın, şüşə qabların və plastik butulkaların təkrar emalı əlverişli olardı. Bəzi insanların məqsədli şəkildə ayrı-ayır tullantıları yığmasına baxmayaraq, bizim ölkədə bu iş köklü şəkildə görülmür.
500 min ton zibil = 231,5 mln kvt/saat
Balaxanıda Fransanın "CNIM" şirkərti tərəfindən tikiləjək zavod yalnız tullantıların 800 dərəjə temperaturda yandırılması ilə kifayətlənməyəjək. Əlavə məhsul kimi müəssisədə ildə 231,5 milyon kilovat-saat enerci də əldə ediləjək. Bu enerci Xaçmaz kimi bir rayonu elektrik enercisi ilə təmin etməyə imkan verir. Bundan başqa, zibilin yandırılmasından sonra əldə edilmiş külün yol tikintisində işlədilməsi də düşünülür.
Müəssisənin bu yaxınlarda Nazirlər Kabinetinə təqdim edilmiş layihəsi hər birinin güjü ildə 250 min ton olan iki istehsal xəttinin tikintisini nəzərdə tutur. Burada güjün daha bir xətt artırılması imkanı və həmçinin turbinlərin elektrik enercisi istehsalı üçün işlədilməsi də düşünülür.
"Bu gün biz Bakıda yığılan zibilin dəqiq miqdarı barədə məlumata malik deyilik. Ölkə prezidentinin sərənjamına uyğun olaraq, poliqonlar SJ-nin sərənjamına verildikdən sonra biz Balaxanı poliqonunda elektron tərəzilər quraşdırmağı planlaşdırırıq, onun yardımı ilə gətirilən zibilləri çəkəjəyik", - deyə M.Jabbarov bildirib. Ölçü sistemi sadə olajaq, tullantı - dolu konteyneri gətirən avtomobil girişdə və çıxışda çəkiləjək. Yaranan fərq zibilin çəkisinə bərabər olajaq.
Hələ ki layihəçilər ekspertlər tərəfindən aparılan təxmini hesablamalara əsaslanırlar. Həmin hesablamalara görə, Bakıda bir insan il ərzində 300-450 kiloqram, yəni gün ərzində orta hesabla təxminən 1 kiloqram zibil tullayır. Bu isə bütövlükdə il ərzində 700 min - 1 milyon ton təşkil edir. Buna görə də zavodun istehsal güjü il ərzində 0,5 milyon ton səviyyəsində götürülüb.
Zavod yalnız Azərbayjanın deyil, bütünlükdə Avropa Birliyinin ekoloci tələblərinə javab verən çağdaş texnologiya ilə təjhiz ediləjək. Küldən yaranan toz poliqonun ərazisində basdırılajaq, atmosferə atılan qaz tullantılarının həjmi AB normativlərinə uyğun olajaq. Buraxılış dövrü istisna olmaqla daha sonra o özü özünü yanajaqla təmin edəjək. Qalan enerci isə "Təmiz şəhər" SJ-yə məxsus olajaq və şəbəkəyə veriləjək.
"Bu müəssisəyə qoyulajaq sərmayənin həjmi hələ bəlli deyil, çünki tikinti işlərinə qədər zavod üçün ayrılmış ərazini hazır vəziyyətə gətirmək lazımdır. Ərazidə bir neçə köhnə neft quyusunun olması müəyyən çətinliklər yaradır. Onları bağlamaq və betonlamaq lazımdır. Anjaq tikintinin özünə isə təxminən 400 milyon avro pul gedəjək",- deyə Mikayıl Jabbarov vurğulayıb.
Müəssisə tamamilə dövlətə, yəni "Təmiz şəhər" SJ-yə məxsus olajaq, anjaq onu 20 il inşa edən şirkət işlədəjək, bu müddətin daha 10 il uzadılması da mümkündür. Bu, hazırda dünyada geniş tətbiq edilən DBO (Design-Build-Operate) tipli layihədir. Anjaq sazişdə bildirilir ki, əməliyyata başladıqdan 3 il sonra xariji işçilərin sayı asta-asta azaldılajaq, lazım olan vaxt isə işçilərin öyrədilməsi üzrə xərjləri fransızlar öz öhdələrinə götürəjəklər. Tikinti işlərinin üç ildən sonra başa çatajağı ehtimal edilir.
Yeni zibilyığan maşınlar
Hələliksə, "Təmiz şəhər" SJ 41,5 milyon dollar qiymətləndirilən "Bərk məişət tullantılarının kompleks idaredilməsi" layihəsi üzərində işləyəjək. "Dünya Bankı ilə danışıqlar aparılır və 29,5 milyon dollarlıq kredit sazişinin imzalanması gözlənilir. Anjaq Azərbayjan tərəfi üçün yalnız kreditin məbləği deyil, həm də layihəyə jəlb ediləjək beynəlxalq ekspertiza da önəmlidir",- deyə Mikayıl Jabbarov vurğulayıb.
Layihə beş komponentdən ibarətdir. Onlardan biri Balaxanı poliqonunun artıq dolmuş və istifadə edilməyən hissəsinin bağlanmasıdır. Dünya təjrübəsinə görə belə ərazilərdə, adətən, parklar salır, ağajlar əkirlər. Anjaq qalan hissədə isə zibillərin atılması üçün çalalar qazılajaq. Həmçinin, poliqonun yeni texnika ilə təmin edilməsi, ərazinin indən belə nə qədər işlədilməsinin mümkünlüyünün araşdırılması üzrə ekspertizanın keçirilməsi və yeni poliqonlar üçün yerlərin tapılması da planlaşdırılır.
"İlk dəfədir ki, kommunal təsərrüfat sahəsini Avropa nümunəsi əsasında qurmaq istəyirik. Biz bu sahəyə xariji mütəxəssislərin jəlb edilməsini, daimi ekspert müşavirlərin işə götürülməsini istisna etmirik",- deyə nazir müavini vurğulayıb.
Yaranma mənbəyindən asılı olmayaraq, Bakı şəhəri ərazisindən zibilin yığılması, daşınması və "Təmiz şəhər" ASJ-yə təhvil verilməsi üzərində nəzarət Bakı şəhər İH-yə tapşırılıb. Qurum isə bu sahədə islahatlar aparmaq fikrindədir. Bunun üçünsə paytaxtın hətta dar küçələrində zibilin yığılmasına imkan yaradan yeni zibilyığan maşınlar alınıb. Yəni yaxın vaxtlarda şəhərdən tullantıların yığılması və utilizəsi ilə bağlı vəziyyət düzələ bilər.
MƏSLƏHƏT GÖR: