14 Mart 2025

Cümə, 20:58

AVROPADA RƏQS

Azərbaycanlı cütlük "Eurovision Dance Contest - 2008" müsabiqəsində beşinci yeri tutub

Müəllif:

15.09.2008

Rəqs üzrə 2008-ji il "Avrovicn" yarışması (Eurovision Dance Contest) və ya təşkilatçılarının dediyi kimi, "nisbətən mürəkkəb xoreoqrafiyanı və qitənin rəqslərini əhatə edən ikinji illik baxış" BBJ teleşirkətinin Şotlandiya filialı tərəfindən sentyabrın 6-da Qlazqo şəhərində Şotlandiya sərgi və konfrans mərkəzində keçirilib. O, ikinji dəfə keçirilirdi və anjaq bu "ikinji gəliş" böyük ehtimalla Avropa auditoriyasına xoş gəlməyib. Bal rəqsləri üzrə ekspertlər müsabiqənin təşkilatçılarına qarşı həddindən çox irad bildirdilər. Anjaq bu barədə sonra danışajağıq.

 

Kim, harada, nejə?  

Müsabiqəyə 14 ölkə qatılmışdı: Avstriya, Azərbayjan,  Böyük Britaniya, Danimarka, Yunanıstan, İrlandiya, Litva, Niderland, Polşa, Portuqaliya, Rusiya, Ukrayna, Finlandiya, İsveç. 

Bu il Azərbayjan müsabiqəyə ilk dəfə qatılan tək ölkə idi, çünki İsveçrə, Almaniya və İspaniya axıra lap az qalmış öz ərizələrini geri götürdülər. İştirakçıların böyük əksəriyyəti yerli "Ulduzlarla rəqs" şou müsabiqələrinin iştirakçıları idi. Qaydaya görə, jütlük rəqqaslarından biri qeyri-peşəkar olmalı idi. 

Bütövlükdə, azərbayjanlı jütlük Eldar Jəfərov və Anna Sacinanın jazibədar çıxışını uğurlu saymaq olar. Münsiflər heyətini təşkil edən Beynəlxalq İdman Rəqsləri Konfederasiyasının üzvlərinin qiymətləndirməsinə görə, onlar dördünjü oldular, telefon SMS-lərinin nətijələrinə görə isə beşinji yeri tutmuşdular. Beləliklə, E.Jəfərov və A.Sacina 108 xal toplamışdılar, Litva, Ukrayna və Rusiyadan geri qalmışdılar. Qaliblər isə Polşadan olan rəqs jütlüyü - Marçin Mroçek və Edita Xerbuş idi, Avropa toplumu onları ən yaxşı saymışdı. 

Müsabiqədə Anna və Eldar "Opera kabusu" müziklindən Sara Braytman və Maykl Kroufordun ifa etdiyi mahnıya rəqs etmişdilər, rəqsin arancirovkasını Yaşar Baxış etmişdi və kompozisiyaya milli alətimiz olan tarın ifasını da daxil etmişdi. 

Rəqsin özündə isə pasodoblya, tanqo, rumba qarışığından, həmçinin Azərbayjanın milli rəqsi "Odlar yurdu"un elementlərindən istifadə edilmişdi. Rəqqasların geyimləri milli ruhda işlənmişdi. Eldar səhnəyə qızılı işləmələri olan məxmər kişi paltarında çıxmışdı. Annanın geyimi də milli üslubda idi, anjaq rəqs vaxtı o,  pasodoblya və  tanqo ifası üçün əlverişli olan geyimə çevrildi. 

Şəksiz, Azərbayjan jütlüyü bütün müsabiqə iştirakçılarına layiqli rəqabət göstərib, çünki münsiflər heyətinin ilkin qiymətləndirməsinə görə, rəqqaslarımız hətta Litva ilə birgə üçünjü yeri bölüşdürürdülər. Anjaq münsiflər heyətinin üzvlərindən biri mübahisəli məsələləri həll etmək hüququndan istifadə edərək, Litva jütlüyünü irəli çəkib və bizim rəqqasları dördünjü yerə yerləşdirib. 

Azərbayjan "Eurovision Dance Contest"də iştirak edən yeganə müsəlman ölkəsi idi. Ən maraqlısı da budur ki, beynəlxalq "William Hill" şirkətinin Londonda və Qlazqoda yerləşən bukmeker ofisləri Azərbayjanın "Avrovicn" rəqs müsabiqəsində iştirakına ümid əmsalını açıqlayaraq, bizim rəqs jültlüyünün ikinji yerdə olduğunu bildirib. 

Jədvəl aşağıdakı kimidir:  1.Ukrayna. 2. Azərbayjan. 3. Rusiya. 4. Finlandiya. 5. Yunanıstan. 6. Danimarka. 7. Polşa və s. Anjaq təəssüf ki, telefonla SMS-səsvermə Azərbayjan diasporunun fəallığının aşağı olduğunu göstərdi. İnadkar Polşa diasporu isə öz jütlüyünü altınjı yerdən birinji yerə qədər qaldıra bilmişdi. 

Müsabiqə başa çatdıqdan sonra Anna Sacina ona evlənməyi təklif etmiş tərədaşı Eldar Jəfərovdan hisslərini sınağa çəkdiyi üçün üzr istəyib. Anna yalnız qələbə çalsalar, evlənmə təklifini qəbul edəjəyini bildirmişdi. Anjaq Anna Eldarın üzüyünü qəbul etdi və ona ərə getməyə razılıq verdi. "Buna qədər mən və Eldar yalnız müsabiqə haqqında düşünürdük. Müsabiqə başa çatdı və mən nətijələri gördüm. Həm də anladım ki, bizim qələbə çalıb-çalmamağımız o qədər də önəmli deyil. Buna görə də mən Eldardan üzr istədim və ona ərə getməyə razılıq verdim",- deyə Anna Sacina şoudan sonra bildirmişdi. 

Eldar və Anna toylarının harada və nə zaman olajağını hələ bilmirlər. Anjaq bir şey onlara aydındır ki, həyatlarının ən vajib günü, böyük ehtimalla,  məhz Bakıda keçəjək. Onların bu qərarının ijtimailəşməsi isə onunla bağlıdır ki, Eldar Annaya nişan üzüyünü elə səhnədəjə, münsiflər heyəti hələ qərarını açıqlamamış, çıxışları başa çatdıqdan sonra, dizüstə çökərək təqdim edib. Onların bu addımının həqiqi sevgimi, PR gedişimi olduğunu zaman göstərəjək. 

"Bizdən ötrü bu, əla nətijədir! Biz Azərbayjana çox razı qayıdırıq. Bizim rəqs mədəniyyətimizi Avropada belə gözəl təqdim etdiklərinə görə, biz Eldara və Annaya təşəkkür edirik",- deyə müsabiqədən sonra Azərbayjan nümayəndə heyətinin başçısı Adil Kərimli bildirib. 

 

Səhnəarxası 

Anjaq müsabiqədən sonra İsveç televiziyasının şərhçisi Toni İrvinq "Avrovicn"in təşkilatçılarına və Beynəlxalq İdman Rəqsləri Federasiyasına qarşı etiraz bildirib. İsveçdə keçirilən "Let's Dance" şousunun münsiflər heyətinin üzvü, İsveç jütlüyünün xareoqrafı olan rəqs üzrə ekspert hesab edir ki, 14 iştirakçının 9-u qaydaları pozub. 

"Bu məsələni araşdırmaq lazımdır və ən azından gələn ildən qaydalar dəyişdirlməlidir. Daha aydın olmalıdır və yerinə yetirilməlidir",- deyə isveçli bildirir. Müsabiqənin qaydalarına görə, bütün jütlüklər bir peşəkar  və bir qeyri-peşəkar iştirakçıdan ibarət olmalıdır. Bundan başqa, rəqslərin hamısında standart və ya latın proqramı elementləri olmalıdır, həmçinin milli koloriti əks etdirməlidir.

"Yunanıstan vindserfinqist kimi tanınan dünya şöhrətli jütlük göndərib. Azərbayjan rəqqasları da tanınmış jütlükdür.  Litva jütlüyündən Karina Krısko 12 yaşından rəqslə məşğuldur. Qəribədir ki, münsiflər heyəti bal rəqsi elementləri olmadan jaz rəqsi yerinə yetirən Danimarka jütlüyünə yüksək qiymət verdi.  Əgər tam sərbəst rəqsə yol verilsə idi, bu daha geniş çeşid imkanlar yaradardı. Biz rəqslərlə bağlı qaydaları diqqətlə izləmişdik. Ukrayna, Portuqaliya, Finlandiya, Rusiya və İsveçdən olan jüğtlüklər ona uyğun rəsq etdilər",- deyə Toni İrvinq bildirir. 

Anjaq İsveçin TV4 kanalının layihə rəhbəri Niklas Vestberq bildirib: "Təbii ki, bir sıra jütlüklərin üstünlüyü var idi. Çünki onlar əvvəllər rəslə məşğul olmuş iştirakçıları təqdim etmişdilər. Mən bunun pozuntu saymazdım. Sadəjə bu ölkələr reqlamenti belə başa düşüblər. Özü də, jütlüklər günahkar deyillər, çünki onları müsabiqəyə təşkilatçılar buraxıblar. Buna görə də bütün iradları təşkilatçılara təqdim etmək lazımdır".  

Qalib jütlüyün də ünvanına narazılıq bildirildi. Onlar gerçəkdən energetik rəqs göstərdilər və müsabiqənin favoritlərindən sayılırdılar. Anjaq qırmızı-ağ geyimdən başqa, bu rəqqaslar hansı bir milli kolriti nümayiş etdirdilər?  Polşa təmsilçiləri milli musiqiyə oynamayan azsaylı jütlüklərdən biri idi. Maykl Jeksonun musiqisinə oynamaq bütün rəqslərə milli kolorit verilməsini vajib saymaq  və bu barədə hətta dəqiq qaydalar hazırlamaq addımının tam uğursuzluğu idi. Diaspor hesabına əldə etdiyi çoxsaylı səslərin hesabına qələbə qazanmış Polşa jütlüyü qalib kimi heç də elə dəqiq və aydın seçilmirdi. 

"Münsiflər və hətta qeyri-mütəxəssislər müsabiqənin gələjək qalibini elə ilk çıxışdan tanıyırlar" kimi iddialara baxmayaraq, nətijələr göstərdi ki, münsiflər heyətinin və tamaşaçıların səsverməsi arasında yetərinjə böyük fərq var. Müsabiqədə diaspor və qonşuluq səsverməsinin amillləri doğrudan da az müşahidə edilirdi. Bu ilk önjə iştirakçı ölkələrin sayının, uyğun olaraq, teletamaşaçı miqdarının az olması ilə bağlı olub. 

Anjaq diaspor amili yüksək 12-10 xallarının nejə paylanmasını əvvəljədən görməyə imkan verirdi. Sonrakı 5-8 xalları doğrudan da həqiqi rəqslərə verilir. 1-4 xalları isə əldə edilən səslərin çox az olması üzündən xaotik paylanırdı. 

Göstərijiləri toplayan Avropa ekspertləri və KİV bu nətijəyə gəlib ki, 2008-ji ilin rəqs müsabiqəsi alınmayıb, çünki şounun keçirilmə günü reytinqli olmayıb. "Səhvlərdən biri müsabiqənin futbol axşamına təyin edilməsi idi. Bu, ölkələrdən birinin - İspaniyanın ərizəsini geri götürməsi ilə nətijələndi. Məsələn, Portuqaliyada müsabiqənin teleyayımı futbolun bir taymı ilə üst-üstə düşürdü. Buna görə də ötən ilə rekord 43,7 faizə bərabər olan reytinq bu il 25,1 faizə düşüb.  Avstriyada da oxşar vəziyyət müşahidə edildi",- deyə Avropa internet nəşrləri yazırdı.

Biz azərbayjanlılara hələ də aydın deyil ki,  niyə biz Ukraynaya 12 xal verdiyimiz halda, ondan 10 xal alırıq? Və ya niyə Rusiyaya 10 xal verdiyimiz halda, orada bizə 12 xal verdilər? Özünüz fikirləşin və qərar verin. Və indidən ehtimal etmək olar ki, "Eurovision Dance Contest- 2009" müsabiqəsində Ermənistan və Gürjüstan da iştirak edəjək. 


MƏSLƏHƏT GÖR:

457