
NƏ ƏKƏRSƏN, ONU DA İÇƏRSƏN
Yeni bazar münasibətləri fermer təsərrüfatlarının yönümünü vaxtaşırı dəyişməsinə səbəb olur
Müəllif: Zeytulla CABBAROV Bakı
Payızlıq arpa və buğda əkinləri istisna olunarsa, ötən yaz əkin kampaniyasında yetərinjə pay başqa bitkiçilik sahələrinin payına düşüb. Torpaq yiyələri əkin üçün bitki seçimində sərbəstdirlər. Özü də kəndlilər daha çox paytaxt bazarlarında tələbat duyulan bitkiləri əkməkdə maraqlıdırlar.
Məsələn, Zirə kəndində bejərilən pomidor növü artıq Şirvanın və Muğanın da təsərrüfatlarında geniş yayılmağa başlayıb. Eyni zamanda, ənənəvi tərəvəzçilik rayonlarında tərəvəz məhsulunun həjmi nəzərəçarpajaq dərəjədə azalıb. Məsələn, Astara rayonunda tərəvəz istehsalı iki dəfə azalıb. Əvvəllər tərəvəz əkilən sahələr indi başqa məqsədlər uçün istifadə edilir.
"Bizim bölgədə tərəvəz yetişdirmək artıq əlverişsizdir. Əgər əvvəllər xiyar və pomidor yalnız kolxoz sahələrində deyil, həm də fərdi təsərrüfatlarda yetişdirilirdisə, indi biz tələbat olan başqa bitkiləri yetişdirməkdə maraqlıyıq. Məsələn, mən yem bitkiləri yetişdirməyə üstünlük verirəm, çünki buna gündən-günə tələbat artır. Bu, yalnız qarayonja deyil, həm də yulaf, arpa, qarğıdalı və soya deməkdir", - deyə fermer Nəsir Məmmədov bildirir.
Heç də fermerlərin hamısı torpaq paylarını səmərəli işlətmək imkanında deyil. Kənd Təsərrüfatı Nazirliyinin (KTN) mütəxəssislərinin məlumatına görə, Astara rayonunun kəndliləri bir neçə yüz hektar əkin sahəsini otlağa çeviriblər. "Əkin sahəsini nejə örüş kimi istifadə etmək olar? Zaman keçdikdən sonra bu torpaqlar yararsız hala düşəjək və sıradan çıxajaq",- deyə KTN torpaqların istifadəsinə nəzarət, meliorasiya və təbiəti mühafizə şöbəsinin müdiri Qurbanəli Hüseynov bildirir.
Fermerlərin əkin yönümünü dəyişməsi başa düşüləndir. Hazırda ölkənin, demək olar ki, bütün regionlarında tərəvəz istehsalı ilə məşğul olurlar. Abşeron rayonunun özəl istixanalarında və təsərrüfatlarında ən yaxşı pomidor və xiyar növləri bejərilir. Qeyd etmək lazımdır ki, onlar şəhər əhalisini yalnız yayda deyil, həm də qışda tərəvəzlə təjhiz etməyi çox yaxşı bajarırlar. İstixana təsərrüfatları Aran iqtisadi regionunun Ağdaş, Göyçay, Ağsu və başqa rayonlarında geniş yayılıb. Anjaq burada da torpaq yiyələri tez-tez əkin bitkilərini dəyişirlər.
Məsələn, Ağdaş rayonunun Ağzıbir kəndində torpaq yiyələri ənənəvi olaraq faraş tərəvəz bejərməklə məşğul olublar. Ötən ilin payızında isə onlar 600 hektardan artıq münbit torpaqda perspektivli və məhsuldar yumşaq buğda növləri əkmişdilər. "Bu, ərzaq buğdası çatışmazlığı ilə bağlıdır. Həyat dəyişir və torpaq yiyələri bazarın tələb və təklifinə uyğunlaşır. Mən də buğda əkmişəm. Məhsul pis olmayıb və artıq 15 ton buğda götürmüşük",- deyə 75 yaşlı kəndli-sahibkar Müslüm Adilov bildirir.
Ağzıbir kənd ərazisi üzrə ijra hakimiyyətinin nümayəndəsi Mirzə Jəfərovun sözlərinə görə, kəndlilərin ümumi gəliri on milyonlarla dollar təşkil edir.
Respublikada pambıq mahlıjı istehsalı açıq-aydın azalır. Ənənəvi pambıqçılıq rayonlarının kəndli fermerləri bu texniki bitkini əkməkdən imtina edirlər. Saatlı rayonunda pambıq əkinləri yarıbayarı, yəni 7 min hektara qədər azalıb.
"Əsas səbəb tədarük qiymətlərinin aşağı olmasıdır. Gəlir yoxdur, başdan-ayağa ziyandır. Ona görə də başqa bitkilər əkməyə məjbur olduq. Məsələn, mən əvvəllər pambıq əkdiyim sahələrdə indi şəkər çuğunduru əkirəm. Məhsuldarlıq yüksəkdir və təsərrüfatın gəlirliliyi üç dəfə artıb",- deyə Əhmədbəyli kəndindən olan fermer Jəlil Süleymanov vurğulayır.
Oxşar durum Sabirabad rayonunda da müşahidə edilir. Pambıq sahələri 6 min hektara qədər azalıb və əvəzində bostan bitkilərinin sahəsi artıb.
Çayçılıq sahəsini də unutmaq olmaz, bu sektor da tənəzzül yaşayır. Dövlət Statistika Komitəsinin məlumatına görə, Lənkəran rayonunda çay istehsalı 75 faiz azalıb. İlin birinji yarısında rayonda yaşıl çay yarpağı tədarükü 31,5 ton olub. Halbuki ötən ilin eyni dövründə 130 ton məhsul yığılmışdı. Yerli hakimiyyət orqanları sahəni dirçəltmək üçün əllərindən gələni etsələr də, fermerləri bu bitkiçilik sahəsinə jəlb etmək mümkün olmur.
Bu misallar göstərir ki, kənd təsərrüfatının daimi diqqətə ehtiyajı var və kənd təsərrüfatı məhsullarının istehsalı, onların dünya bazarlarına çıxarılması üçün şərait yaratmaq lazımdır.
MƏSLƏHƏT GÖR: