14 Mart 2025

Cümə, 21:49

QAFQAZ ƏSİRİ

Müəllif:

15.09.2008

Son bir ayda dünya KİV-nin monitorinqini aparmağa jəhd etməmisiniz ki? Əgər etməmisinizsə, onda yarımja saat İnternetin qarşısında oturun və qarşınızda aşağıdakı mənzərə janlanajaq: bütün dünya mətbuatı Gürjüstandakı altıgünlük müharibədən, onun nətijələrindən və yaratdığı beynəlxalq durumdan yazır. Bəziləri müharibəni kim - Rusiyamı, Gürjüstanmı başladığını müəyyən etməyə çalışır, kimlərsə baş verənlərin suçlusunu Qərbdə axtarır, digərləri isə dünyanın kəskin qütbləşməsi və yeni “soyuq müharibə”nin başlaması təhlükələrindən bəhs edir. Fərqli yanaşmalar və fərqli qiymətləndirmələr var, bəzən qarşılıqlı ittihamlara da rast gəlinir. 

Adama elə gəlir ki, müharibə qəzet və curnal səhifələrində, radio və televiziya efirlərində davam edir. Başqa sözlə və bu təbiidir ki, bu gün Yer kürəsinin bütün siyasi, informasiya və hətta iqtisadi məkanı Qafqazın əsirinə çevrilib. Və indi bu bölgə ətrafında hadisələrin nejə inkişaf edəjəyindən həm dünyanın güj mərkəzləri arasında münasibətlər, həm fond bazarlarının tijarət meydançalarındakı vəziyyət, həm də ümumiyyətlə, dünyanın gələjək düzəni xeyli dərəjədə asılıdır. 

Gürjüstanda baş verən hadisələr dünya intizamının nəzarətçisi roluna iddia edən ölkələr arasında ünsiyyət dilini və tonunu da kökündən dəyişdi. İndi, məsələn, Böyük Britaniya xariji işlər naziri Devid Milbend açıq-aşkar Rusiyanın Gürjüstana qarşı "təjavüzündən" danışır, onun rusiyalı həmkarı Sergey Lavrov isə ingilis dilində söyüş söymək bajarığını nümayiş etdirir. 

Britaniyanın "Daily Telegraph" qəzetinin yazdığına görə, Rusiya və Böyük Britaniya XİN başçıları telefonla danışarkən Lavrov britaniyalının ona yol göstərməsindən qəzəblənib və telefonda ona qışqırıb: "Sən kimsən ki, f***, mənə ağıl öyrədirsən?" 

Və ya məsələn, Rusiyanın baş naziri Vladimir Putin "Fiqaro" qəzetinin "Jənab baş nazir, son bir neçə gündə Rusiya ilə Amerika Birləşmiş Ştatlarının münasibətləri çox pisləşib. Yeni Amerika administrasiyasından nə gözləyirsiniz?". "Mən bu münasibətlərin yaxşılaşdırılmasını gözləyirəm. Onlar korlayıblar, qoy onlar da düzəltsinlər", - deyə Putin javab verib. ABŞ-da isə əksinə sanırlar ki, hər şeyi Rusiya korlayıb, qoy o da düzəltsin. 

Anjaq hadisələrin gedişi göstərir ki, hələ tərəflərin heç biri qarşı tərəfə doğru addım atmaq niyyətində deyil. Halbuki Qafqaz sülh gözləyir, iri dövlətlərin təkəbbürünə qurban getmiş sülhü. Və bu gün, Qafqazda yaşayan xalqların hamıdan çox haqqı var ki, tələb etsinlər: "Münasibətləri siz korlamısınız, siz də düzəldin". Doğrudur, hazırda birləşmiş Avropaya başçılıq edən Fransanın prezidenti Nikolə Sarkozi vəziyəti nəzarət edilə biləjək axına salmaq  üçün bir sıra jəhdlər edir. Anjaq nətijə hələ ki yoxdur. 

Parisdə Qafqaz münaqişəsinin nizamlanması üzrə Medvedev - Sarkozi sazişinin yerinə yetirilməməsinə görə Moskvanı günahlandırırlar, Moskvada isə iddia edirlər ki, hər şey bu plan üzrə gedir. "Biz "Avropa üçlüyü" ilə əldə edilmiş anlaşmaların bizim avropalı tərəfdaşlarımız tərəfindən də yerinə yetiriləjəyinə ümid edirik. Biz ümid edirik ki, hazırda Rusiya sülhməramlıları yerləşən təhlükəsizlik zonasında məsuliyyəti ATƏT, BMT və Avropa Birliyinin müşahidəçiləri öz üzərlərinə götürsünlər. Əgər bu yerinə yetirilərsə, şəksiz, Rusiya öz öhdəliklərini yerinə yetirəjək və öz sülhməramlılarını hətta bu təhlükəsizlik zonasından da çıxarajaq",- deyə Rusiya Baş naziri bildirir. 

Bununla yanaşı, Qafqazda sülhün bərpası üzrə təşəbbüsü qonşu Türkiyə də əlinə alıb və region ölkələrinə "Sabitlik paktı" yaratmaq təklif edib. Və burada tərəflərə öz üzərlərinə bölgədə sülhün və sabitliyin qorunması  üzrə müəyyən öhdəliklər götürülməsi təklif edilir. Doğrudur, Türkiyə prezidenti Abdulla Gülün təşəbbüsünü, demək olar ki, hamı - həm Rusiya, həm Gürjüstan, həm Azərbayjan, həm də Ermənistan dəstəklədi. Amma öz üzərinə öhdəlik götürməyə hamı qərar vermir. Belə olan halda yalnız hamının öz öhdəliyini yerinə yetirməsini gözləmək qalır. 

Və bu nə qədər tez baş verərsə, hamı üçün o qədər yaxşı olar. Onda, bəlkə də, dünya da Qafqaz əsirliyindən qurtarar. Və güj nümayişinə də gərək qalmaz. Olsa-olsa,  Rusiyanın Baş naziri Vladimir Putin Fransa prezidenti Nikolə Sarkozi ilə güləş döşəyi üzərində güjlərini sınaya bilərlər və Putin artıq bu dəvəti edib. 


MƏSLƏHƏT GÖR:

425