14 Mart 2025

Cümə, 20:58

MƏHSULU YIĞMAQ VAXTIDIR

Azərbaycanın kənd təsərrüfatı əkin sahələri rekordunu təzələyib

Müəllif:

01.09.2008

Azərbayjanın özünü kənd təsərrüfatı məhsulları ilə təmin etməsi məsələsi  bu il daha aktual oldu. Dünyanın çox ölkələrini öz aqrar siyasətinə yenidən baxmağa vadar etmiş ərzaq böhranı qorxusu bizim ölkədən də yan keçmədi. 

Doğrudur, hazırda Azərbayjanda hansısa ərzaq məhsulunun çatışmazlığı hiss edilmir. Anjaq bir çox aqrar məhsulların yetərinjə bahalaşması göz qabağındadır. Bu isə ölkə rəhbərliyini ərzaq məhsulları istehsalını stimullaşdırmaq istiqamətində əlavə addımlar atmağa vadar edir.  

 

Nətijələr ümidverijidir... 

Belə ki, avqustun sonlarında prezident İlham Əliyev "aqrar mövzu"da iki sərənjam verib. Onların birində dövlət başçısı Azərbayjanda kənd təsərrüfatı məhsulu istehsalının artımının stimullaşdırılması və əhalinin yerli istehsal hesabına ərzaqla təminatının yaxşılaşdırılması üçün "2008-2015-ji illərdə Azərbayjanda əhalinin ərzaq məhsulları ilə etibarlı təmini üzrə dövlət proqramı"nı təsdiq edib. 

İkinji sərənjam isə kənd təsərrüfatı məhsulu istehsalçılarına toxum, gübrə və jins mal-qara ilə təminatında əlavə dəstək göstərilməsi ilə bağlı olub. Sənədə görə, kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, istehsalçıların yüksək verimli buğda növlərinə, jins mal-qaraya və mineral gübrələrə tələbatının artırılması, həmçinin mineral gübrələr və texnika  saxlamaq üçün xüsusi anbarların tikilməsi məqsədi ilə prezidentin Ehtiyat  Fondundan "Aqrolizinq" ASJ-yə 25 milyon manat ayrılması nəzərdə tutulur. 

Ədalət naminə qeyd etmək lazımdır ki, hazırda kənd təsərrüfatı Azərbayjan iqtisadiyyatının ən yüksək səviyyədə subsidiyalaşdırılan sahələrindən biridir. Buna sübut kimi ölkə başçısının 23 yanvar 2007-ji il tarixli sərənjamı ilə aqrar məhsul istehsalçılarının istehsal zamanı işlətdikləri yanajağın, mühərrik yağlarının və mineral gübrələrin dəyərinin 50 faizinin dövlət tərəfindən qarşılanması üçün 80 milyon manat ayrılmasını göstərmək olar. "Aqrolizinq" ASJ tərəfindən lizinqə verilmiş və ya satılmış kənd təsərrüfatı texnikası və texnoloci avadanlığın dəyərinin ödənilməsi müddətinin 5 ildən 10 ilə qaldırılması da bu jür tədbirlərdəndir. Həmçinin buğda istehsalçılarına hər əkilmiş hektara görə 40 manat həjmində yardım verilməsi, toxumçuluq və şitilçilik təsərrüfatları tərəfindən satılan 1-ji və 2-ji  repreduksiya toxum və şitillər üçün dövlət büdjəsindən subsidiya ödənilməsi də yuxarıda deyilənlərə sübutdur. 

Məhz bu tədbirlərin hesabına bu il əkin sahələrinin ölçüsünü rekord 1,5 milyon hektara qədər artırmaq  mümkün olub ki, bu da 2007-ji ilin göstərijisi ilə müqayisədə 13,8 faiz çoxdur. Bu ilin 7 ayı ərzində 1 mlrd 578 mln 189,6 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib ki, bu zaman ötən ilin uyğun dövrü ilə müqayisədə 9,3 faiz artım təmin edilib. Bitkiçilikdə artım 13,9 faiz, heyvandarlıqda artım 3,2 faiz qeydə alınıb. 

Ölkə üzrə yazlıq və payızlıq dənli və dənli-paxlalı bitkilərin əkin sahəsi artıb. 2007-ji ilin payızında və 2008-ji ilin yazında 863 min 880 hektarda payızlıq və yazlıq dənli bitkilər, həmçinin dənli-paxlalı bitkilər əkilib ki, bu, 2007-ji il məhsulunun əkin sahələrindən 158,1 min hektar çoxdur. 

Bu ilin 4 avqust vəziyyətinə 845 min 821 hektar sahədən taxıl yığılıb və 2 mln 287 min 147 ton məhsul əldə edilib. Bu, ötən ilin uyğun dövrü ilə müqayisdə 482 min ton çoxdur. Qeyri-sabit hava şəraitinə baxmayaraq, 2007-ji illə müqayisədə bu il taxıl istehsalının 500 min tona yaxın, o jümlədən buğda istehsalının 370 min tona yaxın artajağı gözlənilir. 

Hektardan məhsuldarlıq 27 sentner səviyyəsində gözlənilir. Ehtimal edilir ki, Azərbayjanda dənli və dənli-paxlalı bitkilərin qarğıdalı ilə birgə istehsalı bu il ilk dəfə olaraq, 2,5 milyon tona çatajaq. 

 

Anjaq problemlər qalmaqdadır 

Bununla yanaşı, qeyd edildiyi kimi, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün əsas şərtlərdən biri torpaqdan səmərəli istifadə edilməsidir. Əkinə yararlı torpaqların ümumi sahəsində bejərilən ərazilərin payı göstərijisinin 2000-ji ildəki  51,1 faiz səviyyəsindən  2007-ji ildə  81 faizə qədər yüksəlməsinə baxmayaraq, Azərbayjan hələ də əhalinin ərzaq təhlükəsizliyini yerli istehsal hesabına təmin etmək səviyyəsinə qalxa bilməyib.

Bunun başlıja səbəblərindən biri əkin sahələrinin bitkinin arqotexniki müddətinə və bioloci tələbatına uyğun şəkildə suvarma suyu ilə təmin edilməməsidir.  Həm də dağ rayonlarında torpaqların 40 faizi erroziyaya uğrayıb, suvarılan torpaqların 47 faizi isə şoranlaşıb. Bununla bağlı olaraq, 657 min hektar torpağın meliorativ tədbirlərə ehtiyajı var. 

Ölkənin ümumi sahəsi 8641,5 min hektardır, bunun 4756,5 min hektarı (ümumi sahənin 55 faizi) kənd təsərrüatı üçün yararlıdır. Bunun yalnız 1432,6 min hektarı (16,6 faiz) suvarılandır. Ölkə üzrə əkilən torpaqlar isə 1808,4 min hektara bərabərdir, lakin bunun 181,6 min hektarı istifadə edilmir. Əgər 1959-ju ildə ölkə üzrə adambaşına 0,36 hektar əkilən torpaq düşürdüsə, bu, 1970-ji ildə 0,23 hektara, 1979-ju ildə 0,21 hektara, 2006-jı ildə isə 0,155 hektara enib. Bu, yubanmadan həll ediləsi məsələlərdən biridir. 

Bundan başqa, Azərbayjanda ərzaq istehsalının artmasının vajib şərtlərindən biri kənd təsərrüfatı istehsalçılarının çağdaş texnika ilə təmin edilməsidir. Texnikanın köhnə və onun vasitəsi ilə görülən işlərin keyfiyyətsiz olması istehsalatda xeyli itkilərə səbəb olur.  Bitkiçilikdə maddi-texniki bazanın zəif olması üzündən ölkə hər il 30-40 milyon manat itirir. Yəqin ki, bu sahədə fermerlərə güzəştli şərtlərələ uzun müddətə texnika kreditə verməklə yanaşı, bazarda ujuz maşınların olması da şərtdir. "ZeyemKendMas" zavodunda kənd təsərrüfatı texnikasının yığılmasını nəzərdə tutan layihənin müəllifləri daha çox bu məqsədə nail olmaq istəyirlər.   

Qeyd edək ki, göstərilən problemlərin həlli yalnız bu yaxınlarda təsdiq edilmiş dövlət proqramının çərçivəsində gerçəkləşdirilməklə qalmayajaq, həmçinin Kənd Təsərrüfatı Nazirliyi (KTN) tərəfindən Azərbayjanın kənd təsərrüfatı üzrə yaxın 5 il üçün işlənilmiş inkişaf strategiyası da bu məsələləri əhatə edəjək. 

KTN başçısı İsmət Abbasovun sözlərinə görə, strategiyada kənd təsərrüfatınıın prioritet sahələri müəyyənləşdiriləjək, bu da sərmayəçilərə öz vəsaitlərini düzgün istiqamətləndirməyə imkan yaradajaq. "Hazırda aqrar-sənaye kompleksi sahəsinə həm yerli, həm də xariji sərmayəçilər maraq göstərir. Vəsait qoymaq üçün onlar hansı sahələrin prioritet sayıldığını dəqiq bilmək istəyirlər",- deyə nazir vurğulayıb. 


MƏSLƏHƏT GÖR:

351