14 Mart 2025

Cümə, 11:13

QEYRİ-STATİK

Gürcü rəssamı Tamara Kvesitadzenin heykəltəraşlıq əsərləri baş verənlərin reallıq illüziyasını yaradır

Müəllif:

05.05.2015

Batumidə dənizkənarında mənəvi paklığın, sədaqətliliyin və vəfalılığın, əbədi məhəbbətin təzahürlərinə çevrilmiş Səid Qurbanın eyniadlı romanın qəhrəmanları - Əli və Ninonun heykəli qoyulub. Hər bir fiqurun hündürlüyü - 7 metrdir. Fiqurlar dövr edərək, bir-biri ilə görüşüb qovuşmayanadək hər 8-10 dəqiqədən bir öz yerləşməsini dəyişərək bir-birinə tərəf hərəkət edirlər. Sonra ayrılırlar və hər şey yenidən başlayır. Beləcə, daxildən işıqlandırılaraq, hərəkət etməklə, reallığının sanki illüziyasını yaradırlar. Sevgili heykəllərin müəllifi Gürcüstandan olan rəssam Tamara Kvesitadzedir. Onun yaradıcılığında Azərbaycanla Gürcüstan xalqlarının dostluğunu xatırladan bu əsər hətta olmasaydı belə müəllif yenə də təsviri incəsənət tarixinə düşə bilərdi. Bakıda xoş və vacib hadisə - "Kukla" art-qalereyasının açılışının ikinci ildönümünə həsr olunmuş onun fərdi sərgisi təşkil olunub. Ekspozisiyanın təşkilatçıları - Mədəniyyət və Turizm Nazirliyi, Milli İncəsənət Muzeyi, Muzey Mərkəzi, "Kukla" art-qalereyası idi.

 

Özü haqda

Tiflisdə anadan olub və boya-başa çatıb, Tiflis Texnoloji Universitetini bitirib. 90-cı illərin əvvəli və sonlarında əvvəlcə İtaliyada, sonra isə Nyu Yorkda yaşayıb. Orada mühəndis Paata Sinaiya ilə "Tamara Studio"sunu yaradıb. O, kuklaların hazırlanması ilə məşğul olub. Lakin dünyada çoxlu sayda müəllif kuklaları var! Tamara Kvesitadze onların mexanikası ilə maraqlanıb. Həmin kuklada insanlar üzərində hökmranlıq edən valehedici qüvvə yaranırdı. Kinetika kuklaya demək olar ki, mistik sirlilik və sehrli cəlbedicilik verirdi. Kukla nəinki xüsusi, hətta provokativ olurdu. O, valeh edir və heyran qoyurdu, eynilə qorxudur və cəlb edirdi.

Tamara Kvesitadze: "Mən Bakını ilk dəfə görəndə, başa düşdüm ki, buraya bir dəfə də gələcəyəm. Bakı mənim ideyalarımın həyata keçməsi üçün çox gözəl yerdir. Xüsusi olaraq bu şəhər üçün mən qarışıq sərgini təşkil etdim. Burada həm akvarel, həm heykəllər, həm heykəlciklər - hər şey bir-birinə ilmə kimi hörülüb. İstəyirəm ki, sərgi mənim Bakılı dostlarım üçün bir salam olsun".

 

Mechanical doll

Mexaniki kukla

Bu kukla rəssamın İtaliyada, konkret olaraq Venesiyada keçirdiyi təəssüratların və hisslərin bədii nağılı kimidir. Bu işdə keçmişdən indiyədək, indikindən gələcəyə keçən proses kimi həyatın karnavallaşması hiss olunur. Qadın-quş, qadın-maska - paklığın və günaha girmənin, birləşdirilə bilinməyən birləşməsi simvolu kimi. Sonsuz fikirləşmək üçün səbəb.

 

Her majesty

Ülyahəzrət

Qadın hərbi armadaya bənzər qüvvədir. Çünki əgər qadın nə isə istəsə, qadının məqsədi varsa - o, ona mütləq çatacaq. Çox güman ki, təsadüfi deyil ki, "müharibə" sözü də qadın cinsindədir. Bundan əlavə, bəşəriyyət tarixində bəzən qadınlar, daha doğrusu, onlara olan sevgiyə görə yaranan müharibələrin kifayət qədər çoxlu misalları var. Məsələn, Gözəl Yelenanın, Menelayanın və Parisin hekayəsini yada salaq! Çünki mahiyyətcə, iki ölkə bir-biri ilə qanlı müharibəyə gözəlliyə sahib çıxmaq hüququna görə giriblər!

 

The dress

Don

"Bizim qızlar nədən, nədən, nədən hazırlanıb?" - uşaqlığımın mahnısından bir sətir yadıma düşüb. Doğrudan da, nədən hazırlanıb? Qadın fiqurunun bünövrəsi qədimi ştofu xatırladır - bir vaxtlar Çar Rusiyasında arağı saxlamaq üçün belə bir şüşə qab var idi. Daxildə - ətəyi kəsməyi ilə - qapalı gözləri olan insan başlarının anbarı yerləşir. Yığılan qadın qəbiristanlığı? Yerinə yetirilməmiş "igidliklərin" ya da bu sadəcə dəfn olunmuş qadın arzularıdır? Donun hər iki tərəfdən georginləri - ağ və qırmızıdır. Rənglərin dilində bu, kapriz və səbatsızlığı bildirir. Qədim dövrlərdə georginlər əzəmətin simvolu sayılırdı və bu güllər kralların, knyazların və ağaların bağlarında, adi insanlara əlçatmaz olan yerdə bitirdi.

 

On the wheel

Təkər üstündə

Sağ əlin içində sirk artistinə iltifatla bir neçə ədəd gül və kiçik tort uzadan şeytan rahat şəkildə oturub. Onun sol əlində - içində qanadcıqlı mələk oturan xalaxupdur (qurşaq). O, qəmgin şəkildə rəqibinin fitnələrə aldanmayacağını və ona fikir verəcəyini gözləyir. Lakin qadının həqiqəti axtarmaq yolları kifayət qədər özünəməxsusdur! O, heç olmayan bir şeyi görə bilər... Eh, onu aldatmaq çətin deyildimi?... Həm də o, hələ cavan və gözəldir. Qəlbi barədə fikirləşməlidirmi?

 

A woman with the soup bowl

Qadın şorba kasası ilə

Onun qısa ətəyinin aşağı hissəsində müxtəlif pozalarda kişilər yerləşib. Onlar yatırlar. Qadının başını şorba qabı tamamlayır. Onun özü isə, barmaqlarını dodaqlara sıxaraq, sanki hər kəsi sakitliyə çağırır. Sevdiklərimiz və dəyər verdiyimiz insanların yuxusunu pozmaq olmaz! Qadın - sakitlik, rahatlıq və yuxu qoruyucusudur. O, bir harmoniya, qadınlıq və ana qayğısının nümunəsidir.

 

Embrace

Qucaqlaşma

Bu heykəl də fırlanır. Və bir anlıq bu fırlanmaya baxdıqda, səndə hər hansı bir fokusun, hətta yalanın hissi yaranır. Hətta yalan. Bu necə ola bilər, axı: qucaqlaşan insanların fiquru gah özləri ətrafında fırlanır, gah onu qılıncla iki yerə bölərək, yenidən bir- birinə yaxınlaşmaq və bir-birinin qucaqlarında olmaq üçün hər bir hissə ilə ayrı yerlərə hərəkət edir! Buna baxdıqda da, qədim div-insanlar barədə əfsanə yada düşür. Onlar bütöv bir məxluq kimi idilər. Onların gücü də bunda idi. Lakin Tanrılar bunu görüb, qəzəbləndilər: insanlar bu cür onlara təhlükə yaradırdılar! Çünki Tanrılarla eyni olurdular! Elə həmin vaxt androqin məxluqun iki başlanğıca bölünməsi qərara alındı: kişi və qadın başlanğıcına! O zamandan bəri, iki tay, dünya boyu səyahət edərək, Tanrıların şıltaqlığına görə itirdikləri qohumluq tərkibinin axtarışında bir-birinə tərəf hərəkət edirlər...

 

Ballerina

Balerina

Fiqur-metafora. Elə qadının təbiətin özü olduğu kimi! Xüsusilə incəsənət qadınları. Həyati və intellektual təcrübə ona bu təcrübəni incəsənətin dünyaya gəlməsi məqamını xəyala çevirməyə imkan yaradır. Onun bədəni səliqəli şəkildə kişi başlarından yaradılıb. Onlar başını itirməyə imkan verməyən həmin yaradıcılığın və balerinanın şəxsi həyatının bir növ möhkəm tərkib hissəsini təzahür etməklə, bir-biri ilə yaxşı münasibətlərdə qalırlar. Əksinə! Burada hər şey nəzarətdədir. Hər şey ağılladır. Hər şey rasionaldır. Lakin yaradıcılıq adlandırılan həqiqət məqamı nə vaxt yaranır? Böyük yaradıcılıq necə yaranır? Görünür, Anna Axmatova bədii şah əsərinin ərsəyə gəlməsinin bir-birinə zidd, bəzən bir-birini istisna edən və paradoksal yolları barədə fikirləşərkən haqlı idi: "Kaş bilsəydiniz utanclığını yaşamadan şeirlər hansı zibildən yaranır". Rəssamın fantaziyasının qalxış məqamlarının dəqiq müəyyən olunmuş həddi, xətti yoxdur. Onun öz ruhuna havada süzməyə və bizim ruhumuza göyə qalxmağa imkan verən fantaziya...

 

Watercolor panel

Akvarel paneli

Bu panno elə yerləşib ki, siz bütün ekspozisiyanı keçəndə nəzəriniz müəllif fantaziyasının məkanında müxtəlif pozalarda və vəziyyətlərdə dolaşan ayrı-ayrı səpələnmiş insan fiqurlarına rast gəlir. Kişilər. Qadınlar. Onlar, sanki, həqiqətən də, sonradan qovuşmaq üçün bir-birini axtarırlar. Qovuşmaq və pannonun mərkəzində yer almaq. Kişi və qadın. Bir-birini sevən. Vurulmuş. Məhəbbətini axtaran, ona çatmaq arzusunda olan, onu arzulayan. Bir həyat mənası və özünüdərketmə vasitəsi kimi. Kədərdə, sevincdə, sağlıqda və xəstəlikdə, "tarlanı keçməsi kimi asan olmayan" həyatda.

Tamara Kvesitadze rəssamdır, yaradıcıdır, eksperimentatordur, öz yaradıcılığı vasitəsilə cisimlərin mahiyyətinə işıq saçan harmoniyanın köklərini axtaran qadındır. Bu harmoniya bizi yaşadığımız dünya ilə barışdırır. Rəssamlar isə - onlar, axı, təxribatçılardır! Sözün yaxşı mənasında. Çünki öz-özünə suallar verməyə, çoxsaylı suallara cavab axtarmağa və nəhayət, bizi əhatə edən reallığın çoxtərəfliyinə əmin olmağa vadar etməklə bizim fikrimizi sarsıdırlar...



MƏSLƏHƏT GÖR:

758