19 Dekabr 2024

Cümə axşamı, 21:16

"NATO HƏDƏFİNƏ ÇATMADI"

Əfqanıstanın sabiq prezidenti Həmid Kərzai: "Əfqan xalqı hələ də terrordan əziyyət çəkir və ölkədə təhlükəsizlik hələ də təmin olunmayıb"

Müəllif:

05.05.2015

Ba­kı­da ke­çi­ril­miş III Qlo­bal Fo­ru­mun qo­naq­la­rın­dan bi­ri də Əf­qa­nı­s­ta­nın sa­biq pre­zi­den­ti Hə­mid Kər­zai idi. O, 2001-ci ilin de­ka­b­rın­da Əf­qa­nı­s­tan­da NATO tə­rə­fin­dən həy­a­ta ke­çi­ril­miş əmə­liyyat nə­ticə­sin­də "Ta­li­ban" ha­ki­miyyə­ti­nin de­v­ril­mə­sin­dən so­nra müvəq­qə­ti ad­mi­ni­s­t­ra­si­y­aya rəh­bər­lik edib. 2002-ci ilin iy­u­nun­da Əf­qa­nı­s­tan­da azad seç­ki nə­ticə­sin­də se­çil­miş ilk pre­zi­dent ki­mi ta­ri­xə düşüb. 2009-cu il­də Kər­zai ikinci müddə­tə pre­zi­dent se­çi­lib.

- Əf­qa­nı­s­tan­da ha­zır­kı da­xi­li siy­a­si və­ziyyə­ti necə qiy­mət­lən­di­rir­si­niz?

- Bil­diy­i­niz ki­mi, Əf­qa­nı­s­tan­da ye­ni hö­ku­mət qu­ru­lub, ye­ni se­çil­miş pre­zi­dent, ye­ni na­zir­lər var. Ümid edi­rik ki, ya­xın za­man­lar­da qu­ber­na­tor­lar da təy­in olu­nacaq. Bu, günbə­gün yax­şı­lığa doğru ge­dən bir yol­dur. Əf­qan xal­qı de­mo­kra­tiya yo­lu­nu se­çib. Əf­qa­nı­s­tan­da azad­lığın, o cümlə­dən mət­bu­at azad­lığı­nın ol­duğu­nu söy­ləyə bi­lə­rəm. Be­lə­lik­lə, biz irə­li, yax­şı günlə­rə doğru ge­di­rik.

- NATO-nun uzunmüddət­li "Sar­sıl­maz azad­lıq" əmə­liyya­tı­nın nə­ticə­lə­ri­ni necə dəy­ər­lən­di­rər­di­niz?

- NATO və müttə­fiq­lə­ri əmə­liy­yat­la­ra 2001-ci ilin 11 sentyabr ha­di­sə­sin­dən so­nra baş­la­dı­lar. Bu əmə­­liyya­tın iki məq­sə­di var idi. Bi­rinci məq­səd Əf­qa­nı­s­ta­na və əf­qan xal­qı­na müxtə­lif sa­hə­lər­də kö­mək edil­mə­si idi. Bu kö­mək həm xal­qa, həm də hö­ku­mə­tə sə­hiyyə, nəq­liyyat ki­mi sa­hə­lər­də çox fay­da­lı ol­du. Əf­qan xal­qı­na bir sı­ra di­g­ər is­ti­qa­mət­lər­də də böyük yar­dım­lar gö­s­tə­ril­di. Biz bu də­s­təyə və yar­dı­ma gö­rə dünya bir­liy­i­nə min­nət­da­rıq.

Əf­qa­nı­s­tan­da həy­a­ta ke­çi­ril­miş əmə­liyyat­la­rın di­g­ər məq­sə­di təhlü­kə­­siz­liy­in tə­mi­ni idi. O, ra­di­kal di­ni qrup­laş­ma­lar və ter­ror­çu­lar­la müba­ri­zə­ni özündə əks et­di­rir­di. Bu cə­hət­dən NATO və müttə­fiq­lə­ri­nin hə­də­fi­nə na­il ol­ma­dıq­la­rı­nı söy­ləyə bi­lə­rəm. Əf­qan xal­qı hə­lə də ter­ror­dan əziyyət çə­kir, öl­kə­də təhlükə­siz­lik hə­lə də tə­min olun­mayıb. Ən baş­lıca­sı isə ter­ror­çu­luq da­ha da ge­niş yayı­lıb. Bu, yal­nız Əf­qa­nı­s­tan­da dey­il, bütünlükdə re­g­i­on­da be­lə­dir.

- Əf­qa­nı­s­tan­da "Ta­li­ban" hə­rə­ka­tı­nın nə­za­rə­tin­də olan əra­zi­lər var­mı? Ko­a­li­siya qüvvə­lə­ri­nin öl­kə­ni tərk et­mə­sin­dən so­nra ta­lib­lə­rin ke­ç­miş möv­qe­lə­ri­ni ge­ri qay­tar­ma eh­ti­ma­lı nə qə­dər­dir?

- NATO qüvvə­lə­ri­nin Əf­qa­nı­s­tan­da ol­duğu döv­rdə də, "Ta­li­ban"ın nə­za­rə­tin­də olan əra­zi­lər var idi. Alyan­sın öl­kə­ni tərk et­mə­sin­dən so­nra da be­lə olacaq. Bə­zi ta­lib­lər bi­zim xal­qın təm­sil­çi­lə­ri, biz­dən bi­ri­miz, yə­ni bi­zim tor­pağın oğul­la­rı­dır. Biz on­la­rı sülhə, ba­rı­şığa çağı­rı­rıq. Ümid edi­rik ki, öl­kə­də sülhü bir­lik­də bər­qə­rar et­mək, onun çi­çək­lən­mə­si­nə, in­ki­şa­fı­na bir­lik­də na­il ol­maq üçün bu oğul­la­rı­mız da bi­zə tə­rəf mey­il­lə­nəcək­lər.

- "Ta­li­ban"la "İs­lam döv­lə­ti" ara­­sın­da müha­ri­bə­nin elan olun­du­ğu­na da­ir bu ya­xın­lar­da yayıl­mış mə­lu­ma­tı necə şərh edər­di­niz?

- Əf­qa­nı­s­tan­da ci­ha­da qo­şul­muş ta­lib­lə­rin ək­sə­riyyə­ti ar­tıq qeyd et­di­y­im ki­mi, bi­zim xal­qı­mı­zın nümay­ən­­də­lə­ri­dir­lər. On­lar əf­qan cə­miyyə­tin­də öz yer­lə­ri­ni tu­ta bi­lər­lər. İŞİD isə İraq və Su­riya ha­di­sə­lə­ri nə­ticə­sin­də ya­ran­mış qrup­laş­ma­dır və onun Əf­qa­nı­s­tan­la heç bir əla­qə­si yox­dur.

- Müha­ri­bə­nin Əf­qa­nı­s­tan­la həm­­sər­həd olan Or­ta Asiya öl­kə­lə­ri­nə yayıl­ma təhlükə­si var­mı?

- Bil­diy­i­niz ki­mi, Əf­qa­nı­s­tan­da təhlükə­siz­lik mə­sə­lə­si ar­tıq 30 il­dir ki, gündəm­də ilk ye­ri tu­tur. Bir də­fə bu və­ziyyət işğ­a­la gö­rə, da­ha so­nra bir sı­ra kə­nar müda­xi­lə­lə­rə, mə­sə­lən, Pa­ki­s­ta­nın Əf­qa­nı­s­ta­nın da­xi­li iş­lə­ri­nə qa­rış­ma­sı­na gö­rə ya­ra­nıb. Biz Əf­qa­nı­s­tan­da be­lə düşünürük: re­g­i­on­da sülh, təhlükə­siz­lik uğrun­da ça­lı­şa­rıq­sa, re­g­i­on öl­kə­lə­ri­nin bütün qüvvə­lə­ri bu işə töh­fə­si­ni ve­rər­sə, bu, bö­lg­ə­də ya­şay­an xal­qla­rın yal­nız xey­ri­nə olar.

Ek­s­tre­mizm Əf­qa­nı­s­tan­da mey­da­na gəl­miş prob­lem dey­il. Biz bu prob­le­mi bütün re­g­i­on öl­kə­lə­ri­nin bi­r­gə səy­lə­ri­lə çöz­mək is­təy­i­rik.

- Ek­s­per­t­lər he­sab edir­lər ki, ko­a­li­siya qüvvə­lə­ri­nin Əf­qa­nı­s­ta­na gir­mə­sin­dən so­nra ora­da nar­ko­tik is­teh­sa­lı­nın və ix­racı­nın həcmi yüz də­fə­lər­lə ar­tıb. Nar­ko­tik tica­rə­ti­lə mə­şğ­ul olan qüvvə­lər öl­kə­də ya­ran­mış və­ziyyət­dən is­ti­fa­də edib.

- Bu, hə­qi­qət­dir. 2001-ci il­dən öl­kə­də nar­ko­tik is­teh­sa­lı­nın həcmi ar­tıb. Bu­ra­dan be­lə qə­na­ə­tə gəl­mək olar ki, bey­nəl­xalq ma­fi­oz şə­bə­kə­si Əf­qa­nı­s­tan­da­kı ha­zır­kı və­ziyyət­dən is­ti­fa­də edir. Əf­qa­nı­s­tan­da nar­ko­tik mad­də­lə­rin is­teh­sa­lı­nın ar­t­ma­sı məhz bu­nun­la bağlı­dır. Nar­ko­tik tica­rə­tin­dən əl­də olu­nan bütün gə­lir­lər bu ma­fiy­a­nın və di­g­ər qrup­la­rın ci­bi­nə axır, pis imic isə əf­qan xal­qı­na qa­lır.

- Azər­baycan Əf­qa­nı­s­tan­da hə­y­a­ta ke­çi­ri­lən sülhmə­ram­lı mis­siy­a­nın və hu­ma­ni­tar pro­qram­la­rın fə­al iş­ti­rak­çı­sı­dır. Sülhün də­s­tək­lən­mə­sin­də Azər­baycan or­du­su­nun ro­lu­nu necə qiy­mət­lən­di­rir­si­niz?

- İlk növ­bə­də, Azər­bayca­na Əf­qa­nı­s­tan üçün et­dik­lə­ri­nə gö­rə tə­şək­kürümü bil­di­ri­rəm. Bu, onun Əf­qa­nı­s­­tan­da həy­a­ta ke­çi­ri­lən sülhmə­ram­lı mis­­siy­aya ver­diyi töh­fəyə də aid­dir.

İkinci­si, biz Azər­bayca­nın Ka­bil­də sə­fir­lik aç­ma­sı­nı is­təy­i­rik. Bil­di­y­i­­niz ki­mi, ar­tıq 3 il­dir ki, Azər­bay­can­­da Əf­qa­nı­s­tan sə­fir­liyi fə­a­liyyət gö­s­­­tə­rir. Bir­ba­şa əla­qə­lə­rin də­s­tək­lən­­mə­si iki­tə­rə­f­li müna­si­bət­lə­rin məh­­­sul­dar in­ki­şa­fı­na kö­mək edir. Biz bu­nu is­təy­i­rik və bu is­ti­qa­mət­də iş­ləy­əcəy­ik.


MƏSLƏHƏT GÖR:

601