16 Mart 2025

Bazar, 00:01

NÜMUNƏVİ ALTI AY

Azərbaycan iqtisadiyyatı birinci yarımildə daha 16,5 faiz artıb

Müəllif:

15.08.2008

Azərbaycan iqtisadiyyatı yüksək inkişaf templərini qorumaqda davam edir. Bu, Dövlət Statistika Komitəsinin 2008-ci ilin birinci yarısına olan göstəricilərində öz əksini tapıb. Belə ki, sözügedən müddətdə ölkənin əsas iqtisadi göstəricisi olan ümumi daxili məhsul (ÜDM)  2007-ci ilin müvafiq dövrünə baxanda 16,5 faiz artıb, adambaşına düşən ÜDM istehsalı isə 15,2 faiz artaraq, 2169 manata və ya 2600 dollara çatıb.  

 

Yalnız rəqəmlər 

ÜDM-in artmasına yalnız dünya bazarlarında neftin qiymətinin yüksək olması təsir göstərməyib. Bu ilin birinci yarısında ölkə iqtisadiyyatının neftdənkənar sahələrində artım 15,6 faiz təşkil edib. Bu ilin birinci yarısında ölkə ÜDM-də ən yüksək çəkiyə malik sənaye sahələrində artım 13,8 faiz təşkil edib. Ərzaq təhlükəsizliyi baxımından ən vacib sahə olan aqrar sahədə isə artım templəri 10,7 faizə çatıb.

Xidmət sahəsində də ciddi irəliləmələr müşahildə edilir. Yük dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,2 faiz, rabitə xidmətləri 37,3 faiz, əhaliyə pullu xidmətlərin həcmi 29,5 faiz artıb. Bu sahələrdə artım bir tərəfdən istehsalın inkişafının, digər tərəfdən isə əhalinin maliyyə imkanlarının artmasının göstəricisidir.  

Bu ilin birinci yarısında xarici ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,1 faiz, o cümlədən ixrac 6,9 faiz artıb. Ölkənin məcmu valyuta ehtiyatları bu ilin başlanğıcına baxanda, 80,5 faiz, yaxud 5,8 milyard dollar artıb və 13 milyard dollara çatıb. Hesabat dövründə bütün qaynaqlar hesabına əsaslı kapitala yönəldilmiş sərmayələrin həcmi 31,6 faiz artıb.

Sosial inkişafa gəldikdə isə 2008-ci ilin uyğun dövründə minimum aylıq əmək haqqı və əmək pensiyalarının baza hissəsi 60 manata qədər qaldırılıb.  Bununla bağlı olaraq, təhsil, səhiyyə, mədəniyyət və elm sahələrinin işçilərinin əməkhaqqı orta hesabla 20 faiz artırılıb. Aztəmiantlı ailələrə sosial müdafiəni təmin edən ünvanlı dövlət sosial yardımının hesablanması zamanı istifadə edilən ehtiyat meyarı artırılaraq, 55 manata çatdırılıb. 

Doğrudur,  inflyasiya göstəricisi bu əlverişli iqtisadi mənzərəni nəzərəçarpacaq dərəcədə korlayır, bu göstərici altı ay ərzində 20 faizə çatıb. Hazırda bu barədə yalnız bir şey aydındır ki, hələ istehlak qiymətləri indeksini cilovlamaq mümkün deyil. Ediləcək tək bir şey bu prosesin sadə vətəndaşların həyatına mənfi təsirini azaltmaqdır.    

Burada qeyd etmək lazımdır ki, yarım ildə əhalinin pul gəlirləri ilin birinci yarısında 32 faiz artıb, ancaq inflyasiya bu artımın səmərəliliyini azaldır. Bunu dövlət  başçısı İlham Əliyev də bildirib: «Burası doğrudur ki, hər bir vətəndaşın gəlirləri 32 faiz artıb. Buna  görə də əlavə tədbirlər qəbul etmək lazımdır ki, inflyasiyanı normal səviyyədə saxlamaq  mümkün olsun», - deyə Azərbaycan prezidenti hökumətin 2008-ci ilin birinci yarısının yekunlarına həsr edilmiş iclasında çıxış edərkən bildirib. 

 

5 ildə ÜDM 3 dəfəyə qədər artıb 

Beləliklə, 2008-ci ildə Azərbaycanın iqtisadi həyatını tamamilə «uğurlu» saymaq olar. Ancaq ölkədə oktyabr ayına nəzərdə tutulmuş prezident seçkisi ərəfəsində İlham Əliyevin beşillik hakimiyyəti dövründə əldə edilmiş nailiyyətləri sadalamaq yerinə düşərdi. Bunlar aşağıdakılardır.    

2003-cü ilin avqust ayından keçən beş il ərzində ölkənin əsas makroiqtisadi göstəricisi olan ÜDM 2003-cü ildəki 18,5 milyard manat göstəricisindən 2008-ci ilin uyğun dövründə 18,5 milyard manata çatıb və ya müqayisəli qiymətlərlə 2,7 dəfə artıb. 

Ölkənin valyuta ehtiyatları 1,5 milyard dollar səviyyəsindən artaraq, 1 avqust 2008-ci il tarixinə 14 milyard dollar olub. Maliyyə institutlarının, yəni əsasən bankların və sığorta şirkətlərinin aktivləri 944 milyon manat göstəricisindən 9 dəfə artaraq 8,5 milyard manata çatıb. Əhalinin banklardakı əmanətləri də 193 milyon manat göstəricisindən 8,3 dəfə artaraq, 1 milyard 603 milyon manata qalxıb. 

İqtisadiyyatın dinamik inkişafında önəmli rol oynayan fiskal siyasət nəticəsində keçən beş il ərzində neftdənkənar bölmədən büdcəyə daxilolmalar 5,3 dəfə artıb. Bu bölmənin ÜDM-də payı isə 11 faizdən 18,7 faizə yüksəlib. Vergiödəyicilərinin sayı iki dəfə artaraq,  184 minə çatıb, onların ticarət dövriyyəsi isə 4,7 dəfə artaraq 16 milyard manat təşkil edib. 

Gömrük orqanları tərəfindən büdcəyə cəlb edilən vergi və rüsumların məbləği 96 milyon manat göstəricisindən 5,9 dəfə artaraq, 564 milyon manat olub. Ölkənin dünya iqtisadiyyatına inteqrasiyası güclənib, ticarət əlaqələri genişlənib və  xarici ticarət dövriyyəsi 9,9 dəfə, o cümlədən ixracat 17,5 dəfə artıb. 

Bu müddət ərzində əhalinin sosial rifahını xarakterizə edən göstəricilərdə də yüksək artım dinamikası müşahidə edilib. Belə ki, orta ayılq maaş göstəricisi 3,3 dəfə artaraq, 75 manatdan 250 manata qalxıb. Pensiyaların orta aylıq göstəricisi 3,4 dəfə, yəni 24 manatdan 80 manata, əhalinin adambaşına pul gəlirləri isə 4,1 dəfə, yəni 272 manatdan 1060 manata kimi yüksəlib. Əhalinin pul gəlirlərinin artımı inflyasiyanı 3,5 dəfə qabaqlayıb. 

Son 5 ildə ölkə üzrə minimum əməkhaqqı 10,9 dəfə artıb, 5,5 manat səviyyəsindən 60 manat səviyyəsinə qalxıb. Tələbələrin təqaüdləri isə 10 dəfə çoxalıb. Əsas ordu qüvvələri üzrə zabitlərin pulla təminat göstəricisi 4,2 dəfə artaraq, 850 manata çatıb. Dövlət büdcəsi üzrə əməkhaqqı fondunun həcmi isə 3,9 dəfə artıb, yəni 191 milyon manat səviyyəsindən 741 milyon manata qalxıb. Əsas sosial müavinətlərə yönəldilən vəsaitlərin həcmi isə 76,2 milyon manat səviyyəsindən 1,6 dəfə artaraq 128 milyon manat olub. 

Sahibkarlığın, ölkə ÜDM-nin formalaşdırılmasnda xüsusi çəkisi 84 faizə çatmış dövlətdənkənar bölmənin dəstəklənməsi ön plana çıxarılıb. Həmin müddətdə dövlət tərəfindən mənfəət vergisi 27 faizdən 22 faizə salınıb, maliyyə lizinqi əməliyyatları əlavə dəyər vergisindən azad edilib, kənd təsərrüfatına vergi güzəştinin, əhalinin əmanətlərinə ödənən faizlərdən, investisiya qiymətli kağızları üzrə dividendlərdən və faizlərdən gəlir vergisi tutulmasına güzəştlərin müddəti uzadılıb. 

 

İnfrastrukturu yaxşılaşdırırıq  

Beləliklə, ölkədə gerçəkləşdirilən iqtisadi islahatların uğurluluğu, demək olar ki, ictimai həyatın hər bir sahəsində özünü göstərir. Buna görə də hazırda Azərbaycan rəhbərliyi daha çox gələcək üçün ortamüddətli və uzunmüddətli planlara diqqət yetirir, bununla da iri infrastruktur layihələrinə, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, nəqliyyat sahələrində təşəbbüslərə  «yaşıl işıq» yandırır. 

«Əlbəttə, biz realist olmalıyıq və bilməliyik, artıq uzun illərdir, energetika bölməsi bizim iqtisadiyyatın aparcı bölməsidir və bu, normal prosesdir. Ancaq bizə bəllidir ki, neftdənkənar bölmənin inkişafı üçün lazımi tədbirlər görülür və yaxın illər üçün bu bizim başlıca məqsədimizdir», - deyə prezident vurğulaıvb.  

Bəllidir kit, neftdənkənar  bölmədə və elə neft bölməsinin özündə də istənilən layihənin gerçəkləşdirilməsi üçün yararlı və çağdaş infrastrukturun olması vacibdir. Məhz bu bölmə hazırda investisiya yatırımlarının xərc bölümündə üstünlük təşkil edir. İlk növdəbə, əlbəttə ki, söhbət «kütləvi» yol və magistral tikintisi layihələrindən gedir. İndi Azərbaycanda elə bir region yoxdur ki, orada yol tikintisi aparılmasın, onun miqyasları isə Bakıda sadəcə yerli sakinləri deyil, paytaxt qonaqlarını da heyrətə salır. 

Dövlət başçısı bildirir ki, yol infrastrukturunun yeniləşdirilməsi və çağdaşlaşdırılması qarşıdan gələn illərdə də önəmli sahə olaraq qalacaq. «Bizim gözəl turizm imkanlarımız var. Ancaq yol olmayan yerlərdə heç kim bu sahəyə vəsait yatırmaz. Bununla yanaşı, yolların çəkilməsi, təbii ki, istehsalatın sənaye artımına imkan yaradır», - deyə İlham Əliyev vurğulayıb. 

Daha bir şəksiz infrastruktur prioriteti kommunal xidmətlər, o cümlədən qaz, enerji və su təchizatıdır. Özü də həmin xidmətlər ölkə üzrə fasiləsiz işləməlidir və bunun əldə edilməsi üçün bütün imkanlar var. Prezidentin sözlərinə görə, ilin sonuna kimi Azərbaycanda qaz almayan region qalmayacaq. «Düz on üç il sonra biz Naxçıvanda qaz təchizatını bərpa edə bildik. Nəticədə, demək olar ki, Naxçıvanın qazlaşdırılması proqramı tam yerinə yetirilib. Düşünürəm, yaxın zamanlarda Naxçıvan MR-in bütün kəndləri qaz ala biləcək», - deyə ölkə başçısı bildirib. 

Bakını içməli su ilə təmin etmək üçün hazırda Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi davam etdirilir. Həmçinin, ölkə üzrə isitmə sistemlərinin yeniləşdirilməsi üzrə də işlər görülür. Bu cür qlobal layihələrlə yanaşı, bu dəfə dövlət başçısı daha bir sahəyə - lift təsərrüfatının yeniləşdirilməsinə diqqət yetirib. 

Əslində, icra hakimiyyəti qurumları və əhalinin öz evlərində rahat yaşamasına məsuliyyət daşıyan strukturlar bu problemi çoxdan həll etməli idilər. Amma bu dəfə məsələyə dövlət başçısı qarışmalı oldu.  Və indi bu problemi onun sərəncamı ilə həll edəcəklər, uyğun olaraq sərəncamın yerinə yetirilməsi məsələsinə də yüksək səviyyədə cavab verməli olacaqlar.  Düşünmək olar ki, liftlərin xarab olması barədə çoxsaylı vətəndaş şikayətlərinə də son qoyulacaq. 


MƏSLƏHƏT GÖR:

442