
İNKİŞAFLA NECƏ AYAQLAŞMALI?
Azərbaycanda innovasiya sahibkarlığına üstünlük verirlər
Müəllif: Alyona MOROZ Bakı
Hazırda Azərbayjan iqtisadiyyatı sürətli artım dövrünü yaşayır. Buna sübut olaraq jari ilin I yarısına olan statistik göstərijiləri göstərmək olar. Həmin müddətdə ölkə üzrə ümumi daxili məhsul (ÜDM) 19 faz artaraq 18,5 mlrd manat səviyyəsinə çatıb. Bu, ötən ilin uyğun dövrünün göstərijisini 16,5 faiz geridə qoyur. Bu zaman ÜDM-in 74,8 faizi məhsul istehsalının, o jümlədən 64,7 faizi sənayenin, 7 faizi tikintinin, 3,1 faizi isə kənd təsərrüfatının payına düşüb. Göründüyü kimi, bizim ölkə yenə də ÜDM artımına görə dünya lideri olaraq qalır.
Bununla yanaşı, iqtisadiyyatın neftdənkənar bölmə hesabına inkişafını təmin etmək üçün yalnız yeni-yeni müəssisələr yaratmaq yetərli deyil, həm də mövjud müəssisələrin maksimal təkmilləşdirilməsi gərəkdir.
Bu, bazar mühitində iqtisadi dayanıqlığın dəyişməz şərtidir, maliyyə sabitliyi əldə etməyə, məhsulların və texnologiyaların rəqabət qabiliyyətli olmasına, istehsalın və satışın səmərəliliyinə imkan verir.
Kəmiyyət əsas deyil
İnkişaf etmiş ölkələrdə iri müəssisələr artıq on illərdir ki, reaktiv və strateci innovasiyalar həyata keçirirlər. Bunlar rəqiblərin və ətraf mühitin dəyişməsi ilə bağlı olur.
Təjrübə göstərir ki, reaktiv innovasiyalar uyğunlaşma xüsusiyətlərinə malikdir. Buna görə də hazırda Azərbayjanda strateci innovasiyalar gündəlikdədir. Onların gerçəkləşdirilməsi perspektivdə xeyli rəqabət üstünlükləri əldə etməyə imkan verir. Azərbayjanda kiçik və orta sahibkarlığın (KOS) formalaşmasının ilk çağlarında sahibkalığın inkişafının hüquqi bazasının və tənzimlənməsinin əsasları qoyulub.
KOS-un inkişafı üzrə 1997-2000-ji illər üzrə Dövlət Proqramı buna sübutdur. 2002 - 2005-ji illər üzrə Dövlət Proqramında isə artıq KOS-un insan resurslarının inkişafına, çağdaş informasiya texnologiyalarının tətbiqi ilə informasiya təminatının yaxşılaşmasına, KOS-ların texnoloci inkişafının dəstəklənməsinə, o jümlədən sənaye sektorunun texniki-texnoloci yeniləşdirilməsinin sürətləndireməsinə diqqət yetirilirdi. Elmi-texniki nailiyyətlərdən istifadə sahəsində KOS subyektlərinin innovasiya layihələrinin maliyyələşdirilməsinə yardım göstərilməsindən, riskli layihələrin və yeni texnologiyaların dəstəklənməsindən də danışılırdı.
Keçən müddət ərzində dövlət əmlakının özəlləşdirilməsi və KOS-ların inkişafı sahəsində gerçəkləşdirilmiş dövlət yardımı hesabına çox şey əldə etmək mümkün olub. Ölkə iqtisadiyyatında payı baxımından özəl sektor aparıjı mövqeyə çıxıb. Anjaq kəmiyyət hələ keyfiyyət demək deyil. Təjrübə göstərir ki, bizim ölkədə siyasi və makroiqtisadi sabitlik tərəfindən yaradılmış imkanlar KOS-un inkişafının sürətləndirilməsi üçün tam istifadə edilməyib.
Hətta bu gün özəl bölmənin açıq-aydın üstünlüyünə baxmayaraq, sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı mövjud imkanlardan aşağıdır. Ölkə iqtisadiyyatında özəl bölmənin xüsusi çəkisinin artırılmasına baxmayaraq, bu sahədə struktur formalaşdırılması üzrə potensiala malik strateci baxımdan vajib müəssisələr hələ ki zəif inkişaf edir. KOS bölməsinin ölkənin ixraj potensialının artırılmasına təsirindən və ixrajın strukturunun təkmilləşdiriməsindən isə danışmağa dəyməz.
Sahibkarlığın inkişafının yalnız səviyyəsi deyil, keyfiyyəti də ölkədə mövjud olan potensiala uyğun gəlmir. Buna görə də bu yaxınlarda Bakıda Azərbayjan Milli Elm Fondu (MEF), İqtisadi İnkişaf Nazirliyi (İİN) və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən təşkil edilmiş «Azərbayjanda innovasiya sahibkarlığına yardım» proqramı üzrə seminar keçirilməsi təsadüfi deyildi.
Tədbirin məqsədi Azərbayjan alimləri ilə yerli və xariji biznes strukturları arasında əlaqə yaratmaq idi. Seminarın sonujları üzrə dövlət qurumlarının təşəbbüsünün iş adamları tərəfindən nə səviyyədə mənimsənilməsi barədə nətijə çıxarmaq çətindir. Həm də MEF-dən «Region plus»a bildiriblər ki, şirkət təmsilçilərinin və rəsmilərin iştirakı ilə keçirilmiş sözügedən tədbir hələ ki iş adamlarının innovasiya layihələrinə, onların istehsalatda tətbiq edilməsinə nə qədər ehtiyaj duymasını ortaya çıxarmaq məqsədi daşıyırdı.
Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadənin sözlərinə görə, hazırda informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunun gəlirlərinin 70 faizi özəl bölmənin payına düşür. Buna görə də innovasiya iqtisadiyyatının yaradılmasında bu jür tədbirlərin keçirilməsi çox önəmlidir.
«Anjaq biznesin artmasına və ölkənin yüksək elmi potensialı olmasına baxmayaraq, bir çox iş adamları innovasiyalar barədə düşünmürlər. Hazırda İKT bölməsində şirkətlərin sayının artımı innovasiya fəaliyyətinin inkişaf templərini çox-çox arxada qoyur. Bazar iqtisadiyyatı şəraitində bu, uzun müddət sürə bilməz»,- deyə E.Vəlizadə bildirib.
Konfransda baxılmış 5 ən yaxşı layihəyə ABŞ-ın Vətəndaş Araşdırmaları Fondunun elm və texnologiyalar üzrə Sahibkarlıq Proqramı tərəfindən ayrılmış və ümumi məbləği 10 min dollar olan qrantlar veriləjək.
Əlaqə var!
Anjaq innovasiya sahibkarlığının inkişafı üzrə hansısa işlər artıq var və bu heç də keçirilmiş seminarın nətijəsi deyil. Azərbayjan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutu (İTİ) elm və təjrübə arasında müəyyən körpü rolunu çoxdan oynayır. İİT həm dövlət sifarişləri, həm də kommersiya qurumlarının sifarişlərini yerinə yetirir.
«Bu məsələ bazar iqtisadiyyatı şəraitində xüsusilə aktuallaşdı. Kommersiya təkliflərinə və uyğun qabaqjıl elmi ideyalara malik institutların çoxu öz potensiallarını reallaşdıra bilmirlər. Özü də hələ ilk başlanğıjdan bizim işin iqtisadi tərəfi nəzərə alınıb. Çünki dövlət bizi qismən maliyyələşdirir»,- deyə «Region plus»la söhbətində institutun direktoru Rasim Əliquliyev bildirib.
Rasim Əliquliyevin sözlərinə görə, Azərbayjanda çoxdan texnoparklar yaratmaq düşünülür. İTİ isə həm texnopark elementlərinə, həm də təsərrüfatın idarəedilməsi üzrə innovasiya formalarına sahibdir. Burada həm də yaxşı kadrlar - proqramçılar və informasiya jəmiyyətinin qurulması probleminin məğzini anlayan mütəxəssislər var. Bu baxımdan İTİ bu sahənin şirkətlərindən heç nə ilə fərqlənmir.
Bu yaxınlarda isə İTİ birgə layihə gerçəkləşdirmək üçün Silikon vadisindən təklif alıb. İTİ-nin elmi işlərinin əhatə dairəsi yetərinjə genişdir. Buraya biznes strukturlarının kompyuter göstərijilərinin saxlanılması, aviasiya üçün ixtiralar da daxildir. Məsələn, alimlər tərəfindən təyyarələrin «qara qutu»sundan əldə edilmiş məlumatların operativ işlənməsi və təhlili üzrə sistem hazırlanıb. İTİ həm də metro qatarlarının hərəkətinin idarəedilməsinin təhlükəsizliyinə təminat verən, maşinistlərin və başqa işçilərin məsuliyyətini artıran sistem işləyib.
RİTN-lə birgə də elmtutarlı layihələr işlənilərək gerçəkləşdirilir. Azərbayjanın efir məkanının on-line nəzarəti və teleyayımın on-line monitorinqi bunlardandır.
Bununla belə, İTİ-nin fəaliyyətində ölkənin iri müəssisələri ilə əməkdaşlıq xüsusi yer tutur. Çünki innovasiya müəssisələrinin vajib funksiyaları sırasında elmi-texniki və istehsal müəssisələri arasında vasitəçilik, rəqabət şəraitində aravermədən onlar arsında, demək olar ki, avtomatik gerçəkləşdirilən iqtisadi mübadilənin təminatı durur.
R.Əliquliyevin sözlərinə görə, strateci innovasiyaların gerçəkləşdirilməsi əsasında istehsalatın fasiləsiz modernləşdirilməsi yalnız sahibkarlıq strukturları üçün deyil, həm də ölkələrin özləri üçün dayanıqlı rəqabət üstünlüyü qaynağıdır. Bu, yüksək səviyyəli texnologiyalar, maşın sistemlərini, avadanlığı bu jür proqramlarla təmin etmək, əməyin təşkili üsullarını, istehsalatı və marketinqi bu proqramlara uyğunlaşdırmaq vasitəsi ilə əldə edilir.
Başqa sözlə, yalnız innovasiyalar istehsal edilməklə kifayətlənməməli, həm də onları təkrar istehsal etmək gərəkdir. Özü də yeniliklərin tətbiqinin sürətli olması sahibkarlıq strukturunun rəqabət qabilyyətinin artmasına yardımçı olur. Müharibədən sonra milli iqtisadiyyatın əsas sahələrində işləyən yapon firmaları bu strategiyaya üstünlük veriblər.
Araşdırmalara görə, MDB məkanında öz innovasiya işləri üzrə Rusiya öndədir. Orada maşınqayırma və metal emalı müəssisələri öz innovasiya fəallıqları ilə seçilirlər. Ümumiyyətlə, Rusiyada innovasiya baxımından fəal müəssisələrin yarıdan çoxu sənayedə işləyir.
İkinji yerdə isə yeyinti sənayesi müəssisələri gəlir. Daha sonrakı yerləri kimya və neft kimyası müəssisələri, həmçinin yüngül sənaye müəssisələri bölüşürlər. İnnovasiya tipləri sahə üzrə paylanır - yanajaq, poliqrafiya və metallurgiyada texnoloci innovasiyalar, qalan sahələrdə isə məhsul innovasiyaları üstünlük təşkil edir. Bütün xərjlərin üçdə ikisi sonunjuların payına düşür.
Onlar həm də daha elmtutarlıdırlar və yatırılan sərmayələrin üçdə birini tələb edirlər. Rusiya müəssisələrinin 70 faizi bazarın müəyyən seqmentini tutmaq naminə məhsulun çeşidini artırmaq üçün innovasiyalardan istifadə edirlər. Özü də innovasiyalar yalnız yeni ideyalar deyil, həm də lazımi resurslar, müəssisənin idarə edilməsində yeniliklər axtarışıdır.
Söz kiçik və orta biznesindir
«Bazar iqtisadiyyatı şəraitində innovasiya sahibkarlığının inkişafı istehlakçılar tərəfindən innovasiyaya tələbatın olmasından, milli iqtisadiyyatın inkişaf etmiş elmi-texniki potensialının mövjudluğundan, riskli innovasiya layihələrini maliyyələşdirəjək vençura firmalarının və sərmayəçilərinin fəaliyyətindən asılıdır. Buna görə də bu gün Azərbayjanda elmi-texnoloci parkların, texnopolislərin, innovasiya sahibkarlığının iri təşkilolunmuş forması olan biznes-inkubator yaradılması üzərində gərgin iş gedir. Regional innovasiya zonalarının (RİZ) yaradılması da düşünülür. Məhz innovasiya sahibkarlığının iri formaları elmtutarlı istehsalatın inkişafına, milli iqtisadiyyatın iqtisadi agentləri arasında texnologiyaların sürətli tətbiqi üçün transfertlərin gerçəkləşdirilməsinə imkan verir. Başqa sözlə, yuxarıda sadalanan təşkilati formaları bir yerə jəmləşdirmədən innovasiya istehsalının inkişafı mümkün deyil»,- deyə R.Əliquliyev vurğulayıb.
Kiçik müəssisələrdən fərqli olaraq iri korporativ strukturlar baza, strateci innovasiyaların mənimsənilməsi üçün maddi və maliyyə imkanlarına malikdirlər. Öz ölçülərindən yararlanan və əllərində böyük kapital olan «biznes nəhəngləri» heç bir problem olmadan milli iqtisadiyyatın elmi texniki inkişafa qovuşmasında prioritet əhəmiyyət kəsb edən strateci texnologiyaları mənimsəyə bilirlər. Buna görə də dövlət iri sahibkarlıq strukturları ilə əməkdaşlığa istiqamətlənib, müəyyən sahibkarlıq layihələrinin və proqramlarının yerinə yetirilməsi üzrə qarışıq özəl-dövlət müəssisələri yaradır.
Anjaq təjrübə göstərir ki, bu və ya başqa ölkədə innovasiya sahibkarlığının inkişafı zamanı kiçik və orta biznes də öz sözünü deyə bilər. KOS sənayejə inkişaf etmiş ölkələrin bazar innovasiya potensialının kütləviliyinə görə birinji və daha dinamik tərkib hissəsidir. Və innovasiya sahibkarlığının əsasını iqtisadiyyatın yeni yaranan sahələrində texnoloci lider olan kiçik innovasiya firmaları təşkil edir.
Məhz onlar yeni istehsalı inkişaf etdirən, istehsalın elmtutarlılığını və rəqabət qabiliyyətini artıran və bununla da yeni texnoloci ukladlar yaradan yeni bazar seqmentləri açırlar. Kimlərsə etiraz edə bilər ki, adətən, kiçik şirkətlərin maliyyə imkanları məhdud olur, bu da istehsalata sərmayələrdə özünü göstərir. Məhz resursların bütün növlərinin məhdudluğu üzündən kiçik biznes yeni texnologiyaların işlənməsində və tətbiqində, yeni məhsulların istehsalında, yenilikləri sənaye nümunəsi səviyyəsinə qədər çatdırmaqda maraqlıdır.
Bu yeniliklər sonradan istifadə üçün iri şirkətlərə, özü də tijari əsasda verilir. Yəni istehsalatda bu və ya başqa yeniliyə vəsait xərjləyən iş adamı, məhsulun keyfiyyətini və çeşidini artırır, bazarda müəyyən yer tutur, sonra həm məhsulun satışından, həm də ideyanı öz rəqibinə satılmasından gəlir əldə edir.
Yerli iqtisadçı ekspertlərdən biri «Region plus»la söhbətində bildirib ki, kiçik innovasiya müəssisələri bu jür iri subyektlərə baxanda sahibkarlıq gəliri əldə etmək baxımından daha şanslıdır. «Anjaq bazarların kiçik payına istiqamətlənmiş strategiyaları istifadə etməklə bu mümkündür. Bazarda sərt rəqabət və mürəkkəb baryerlər olması barədə marketinq araşdırmasının da aparılması vajibdir. İstehsalatın kapitaltutarlığı az, elmi-texnoloci işlər isə çoxfunksiyalı olmalıdır. Yəni iş adamı işlərin çoxvariantlı istifadəsini şərt qoymalıdır», - deyə ekspert bildirir.
Anjaq problemsiz iş olmadığını yenilikçilər də unutmamalıdırlar. Bunlar ilk növbədə xammal, material, detal, elektrik enercisi qiymətlərinin dayanıqlı olmamasıdır. Halbuki bu məsələ böyük müəssisələr üçün jiddi problem deyil. Təbii ki, yerli iş adamları bir an içində elmin qonyuna atıla bilməzlər və onların heç də hamısı «uzaq» gəlir əldə edilməsi ilə razı deyillər. Anjaq iri dövlətlərin təjrübəsi göstərir ki, KOS-lar fəaliyyətin innovasiya mərhələsinə keçməlidirlər. Bu, Azərbayjanda da baş tutmalıdır. Tezliklə, bizlərdə ilk RİZ peyda olajaq. Layihə kiçik və orta innovasiya sahibkarlığının inkişafı üçün texnoparkların yaradılmasını, elektron avadanlığın və proqram təminatının istehsalı və ixrajını nəzərdə tutur.
RİZ-lərin hesabına ölkə effektiv tranzit informasiya mərkəzinə (Data Jentre) çevriləjək. Burada formalaşan informasiya jəmiyyətləri üçün insan resurslarının hazırlanması və inkişafı, müxtəlif sahələrdə informasiya texnologiyalarının tətbiqi gerçəkləşdiriləjək.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun sözlərinə görə, elmtutarlı məhsulların istehsalı və ixrajı üçün RİZ-lərdə kommersiya layihələri gerçəkləşdiriləjək. Nazir layihələrin ümumi dəyərəni söyləməkdə çətinlik çəksə də, RİZ layihələrindən gəlirləri açıqladı. 2012-ji ildə o, $4 mlrd-a, 2018-2020- ji illərdə isə $12 mlrd-a çatajaq.
MƏSLƏHƏT GÖR: