
"BİZİ TANRIYA İNAM BİRLƏŞDİRİR"
Dünyanın dini liderləri inanca və mənəviyyata əsaslanan harmonik qlobal intizamın yaradılmasına çağırıblar
Müəllif: Natiq NAZİMOQLU Bakı
Madriddə Ümumdünya Dinlərarası Konfrans keçirilib. Dünyanın iri dinlərinin yüzə yaxın lideri El-Pardo sarayının Avstriya qəsrində harmonik dünya intizamının yaradılması imkanlarına baxıblar. Forum Ümumdünya Müsəlman Liqası tərəfindən təşkil edilib, ona rəhbərliyi isə Səudiyyə Ərəbistanının kralı Abdulla bin Abdul Əziz və İspaniya kralı II Xuan Karlos ediblər.
"Nəjib Məkkənin çağırışı"
Hələ bu ilin mart ayında Səudiyyə kralı "bütün monoteist dinlərin təmsilçilərinə bir yerə yığışmağı təklif etmək" fikrinə düşdüyündən danışırdı, çünki "bu dinlərə inananlar tək Yaradana üz tuturlar". Belə görüşün vajibliyini Abdulla aşağıdakı kimi əsaslandırıb: "İndi bəşəriyyət böhran durumundadır. Bu böhran ağlın, əxlaqın və insaniyyətin yol verdiyi bütün çərçivələrdən çıxıb". O, "çağdaş dünyada allahsızlığın getdikjə daha çox yayıldığını", bunun nətijəsi kimi "bəşəriyyətin gələjəyinə ümid itdiyini" qeyd edərək, bu jür böhranın "bütün təkallahlı dinlərin təmsilçiləri - Qurana, Tövrata və İnjilə inananlar" üçün əlverişsiz olduğunu vurğulayıb. Bütün inanjlı insanların "indi yox olmağa doğru gedən bəşəriyyəti qorumağa imkan verən birgə tədbirlər görməyə" ehtiyaj duymaları da məhz buna əsaslanır.
Daha sonra iyunun əvvəlində Məkkədə Səudiyyə liderinin təşəbbüsü ilə beynəlxalq İslam konfransı keçirilib. Müsəlman ölkələrin nüfuzlu din xadimləri, yəni təxminən 500-ə yaxın üləma tarixi bir qərara gəliblər: "İbrahimi dinlərin təmsilçilərinin dialoqu bəşəriyyətin rifahına, insani dəyərlərin qorunmasına, əxlaqın və ədalətin müdafiəsinə xidmət edir".
Konfransda "Tək Tanrıya, bizi Yaradana inanan bütün insanlar arasında qarşılıqlı anlaşma əldə etmək" üçün, "zülmə, despota və irqi ayrı-seçkiliyə qarşı birgə mübarizə" və "müharibələrin, münaqişələrin və dünya üçün ümumi olan digər problemlərin tezliklə qarşısının alınması" naminə, gələjək insan nəsilləri üçün "ekoloci baxımdan təmiz, sənaye və texniki inkişafın parametrlərinin əqlə uyğun müəyyən edildiyi dünyada yaşamaq imkanı" təmin xatirinə "nəjib Məkkə çağırışı" qəbul ediblər.
Məkkə konfransı indi "şəxsiyyət azadlığı" şüarı altında aradan qaldırılan əxlaqi-mənəvi dəyərlərin müdafiəsinə, "xalqların azad edilməsi" və "insan haqları" bəhanəsi ilə yoxsul millətlərin istismarına jəhdlərə qarşı durmağa çağırdı. Gələjək dialoqun prioritetləri sırasında "qanuni nikahın və uşaq dünyaya gətirmənin ümumi qəbul edilmiş normaları" əsasında ailənin müdafiəsi və dünyanın bir sıra kütləvi informasiya vasitələrinin "əxlaq normalarını dağıtmaq və pozğunluq yaymaq" jəhdləri ilə barışmazlıq məsələləri də olub.
Daha bir önəmli məqam isə "nəjib Məkkə çağırışında" müsəlmanlar tərəfindən "sivilizasiyaların mübarizəsi nəzəriyyəsinin" və "tarixin sonunun" çatmasının "tam qəbul edilməməsi" vurğulanıb və islamın çağdaş sivilzasiyanın düşməni olması barədə iddiaların ifşa olunmasının vajibliyini vurğulayıb. Məkkə konfransının davamı olan Madrid Dinlərarası Forumu "müsəlmanların indiki dünyanın təkamülünə təsir göstərən bütün çağdaş fikir istiqamətləri üzrə dialoqa açıq olmasını" nümayiş etdirib.
Madrid nətijələri
İspaniya paytaxtının Birinji Ümumdünya Dinlərarası Forumun keçirilmə yeri kimi seçilməsi may ayında Xuan Karlosun Ər-Riyada səfəri zamanı Səudiyyə və İspaniya kralları arasında şəxsi razılaşma nətijəsində buş tutub. Tərəflər nəzərə alıblar ki, "uzun müddətli müsəlman və yəhudi keçmişi olan və xristian-müsəlman-yəhudi dialoqu və birgə yaşayış təjrübəsinə malik" İspaniya " dünyanın aparıjı sivilizasiyalarının kəsişməsidir". Bundan başqa, 1999-ju ildə məhz İspaniya paytaxtında Yaxın Şərq üzrə ilk Sülh konfransı keçirilib və tarixə "Madrid Sülh Prosesi" kimi daxil olub.
Forumu açan kral Abdulla Qurandan ayə söyləyib: "Ey insanlar! Biz sizləri qadınlar və kişilər kimi yaratdıq, sizi xalqlar və qəbilələr etdik ki, bir-birinizi tanıyasınız". Daha sonra o bildirib: "Mən sizə müqəddəs Məkkə şəhərinə toplaşmış teoloqları və alimləri ilə təmsil olunan İslam millətindən mürajiət gətirmişəm. Mürajiətdə bildirilir ki, İslam mötədillik, bərabərlik və dözümlülük dinidir". O, forum iştirakçlarına başqa dinlərə hörmət barədə Qurani-Kərimdə yazılanları və həmçinin Məhəmməd Peyğəmbərin (s.ə.s) dediklərini çatdırıb: "Biz buraya toplaşmışıq ki, Tanrının bizə göndərdiyi dinlərin münaqişə və toqquşmalar yox, xoşbəxtlik gətirdiyini təsdiq edək. Buna nail olmaq üçün biz Tanrıya inanjda bizləri birləşdirən ümumi dəyərlərə diqqət yetirməliyik",- deyə kral Abdulla bildirib.
Müxtəlif dinlərə inanan insanların yaxınlaşmasının vajibliyi barədə İspaniya kralı da danışıb: "Qarşılıqlı hörmət dialoqa çevrilməlidir, bu da bir-birimizlə tanış olmağı asanlaşdırajaq, ümumi dəyərlər tapmağa, əməkdaşlığı və qarşılıqlı anlaşmanı inkişaf etdirməyə yardımçı olajaq". Xuan Karlos Abdallanı tam dəstəkləyərək bildirib ki, dinlər arasında dialoq ajlıq, epidemiyalar, müharibələr və terror kimi dünya problemlərinin həllində etibarlı vasitədir.
Ümumdünya Müsəlman Liqasının baş katibi Abdulla ət-Türki, Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyer və Avroamerikanların Hüquqları Uğrunda Mübarizə Liqasının yaradıjısı Jessi Jekson Forumda çıxış edərək, dinlərarası əməkdaşlıq sahəsində konkret layihələrin işlənməsi üzərində məşğul olmağa çağırıblar.
Madriddəki dinlərarası dialoqun önəmli tərəflərindən Roma papası XVI Benediktin nümayəndəsi, dinlərarası dialoq üzrə Papa Şurasının prezidenti, kardinal Can-Lui Toran da danışıb: "Ən önəmlisi odur ki, bu özünəməxsus təşəbbüs yalnız dövlət başçısı yox, həm də İslamın ən müqəddəs yerlərinin, məsjidlərinin mühafizi olan Səudiyyə kralının təşəbbüsü ilə keçirilir. Təbii ki, bu, onun təşəbbüsünə universal görkəm verir".
Katolik kilsəsinin nüfuzlu şəxslərindən biri olan Toran öz kilsəsinin adından Səudiyyə kralının üç dinin təmsilçilərini "bir yerə yığmaq", "yəhudi-islam-xristian dialoqu" təşkil etmək təşəbbüsünü müsbət qiymətləndirib. O, bu dialoqun məqsədinin "xüsusilə də gənjlərin tərbiyə işində və bütün bəşəriyyətin Tanrı yoluna qaytmasında bütün inanjlı dünyanın qəbul etdiyi etik dəyərlər təklif edilməsinin" olduğunu da vurğulayıb.
"Bu fani dünyada xristianlar, yəhudilər və müsəlmanların insan şəxsiyyətinin ruhi dəyərləndirilməsinə və onun Tanrıya münasibətinə şəhadət vermələri gözəl və lazımlıdır. Bundan başqa, biz həyatın müqəddəsliyinə və gənjlərin mənəvi tərbiyəsinə aid olan hər bir sahədə əməkdaşlıq edə bilərik. Biz bütünlüklə xeyriyyə sahəsində dialoq qura bilərik: yoxsullara, evsizlərə yardım edə, təbii fəalkətlə üz-üzə qalmış insanların vzəyyətini yüngülləşdirə bilərik".
Dialoqun sonujları
Beləliklə, Madrid Forumu göstərib ki tək Tanrıya inanan insanlar yaxınlaşmaqda maraqlıdırlar və qarşılıqlı anlaşma çağdaş dünyada xalqlar və sivilizasiyalar arasında birgəyaşayışın əlverişli forması olmaqla yanaşı, həm də allahsızılığın yayılmasının qarşısını almaq üçün gərəklidir. Konfrans tərəfindən dünyaya ünvanlanmış başlıja bəyanatlarınn birində müxtəlif konfessiyaların təmsilçilərinin sənayeləşdirmədən sonrakı jəmiyyətlərə xas olan total kommersiyalaşdırmanın qarşısını almaq və günahlardan azadlığa yol verən, əsilndə azadlıq olmayan və insanı məhvə aparan "insan azadlığı" anlayışından müdafiə olunmaq üçün səylərini birləşdirməyə hazır olduqları vurğulanır.
Burası vajibdir ki, müxtəlif dinlərin, ilk önjə islamın, iudaizmin və xristianlığın nüfuzlu təmsilçilərinin bir-birləri ilə hər hansı qlobal siyasi təşkilatın deyil, islamın əsas müqəddəs abidələrinin yerləşdiyi bir ölkənin hökmdarının təşəbüsü ilə görüşməsi ilk dəfə baş verir.
Bu baxımdan kral Abdullanın fəal iştirakı ilə keçirilmiş sivilzasiyalararası dialoq başlıja olaraq Qərbdə islam haqqında yanlış olaraq yayılmış "təjavüzkar" və "barışmaz" din obrazının dağıdılmasına yardım edir. Madrid Forumu göstərib ki, ekstremizmin başqa formaları kimi terrorizmin də dinlə heç bir əlaqəsi ola bilməz və o, yalnız dinsizliyin, tərbiyəsizliyin və əxlaqi deqradasiyanın təzahürüdür.
Forumun maraqlı məqamlarından biri Səudiyyə kralı ilə İsrail ravvininin əl tutaraq görüşməsi olub. Kral Abdallanın özü bu cesti aşağıdakı kimi dəyərləndirib: "Biz ekstremizm və fanatizmlə mübarizə etməliyik. Bizim dialoqumuz inanja əsaslanmalıdır, irqçiliklə mübarizə şəraitində o, sülhə və qardaşlığa xidmət etməlidir".
Amerika Yəhudi Komitəsinin dinlərarası münasibətlər şöbəsinin başçısı David Rozen isə bildirib ki, Səudiyyə Ərəbistanının kralı tərəfindən təşkil olunmüş görüşün "tarixi önəmi" var.
Madrid Forumunun dinlərarası dialoqun gələjək inkişafına yönəlmiş tövsiyələri BMT Baş Assambleyasının bu ilin sentyabr ayında keçirilməsi nəzərdə tutulan sessiyasına təqdim ediləjək.
MƏSLƏHƏT GÖR: