Müəllif: Zeytulla CABBAROV Bakı
Azərbaycanda dövlət səviyyəsində strateji mühüm ərzaq məshulları ilə özünütəminetmənin maksimal səviyyəsinə nail olmaq şərtlərində toxumdan piştaxtaya kimi istehsalat zəncirinin hər bir həlqəsinin inkişafı da ciddi aktuallıq qazanır. Bu şəraitdə birincisi - özünəməxsus təməl, bütün gələcək məhsulun uğurunun özülüdür. Ona görə də aqrar sektorun inkişafına həsr edilən dövlət proqramları və digər sənədlərdə toxumçuluğun inkişafına xüsusi diqqət ayrılıb.
Azərbaycan fermerlərinin lazımi həcmdə yüksək məhsuldarlığa malik və quraqlığadavamlı toxum növlərinin keyfiyyətli sortları ilə təmin olunması üzərində nəzarəti dövlət öz üzərinə götürdü. Prinsipcə bu da məntiqlidir, axı toxumçuluğu strateji sahə hesab etmək olar. Çünki keyfiyyətsiz toxum torpağı uzun müddətə korlaya və becərmə üçün yarasız edə bilər. Bu sektorun dövlət dəstəyinin apofeozu Prezident İlham Əliyevin "Ölkədə ərzaq təhlükəsizliyinin gücləndirilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondu yaradılması haqqında" sərəncamını hesab etmək olar. Sənəd Nazirlər Kabinetinə Toxum Fondunun fəaliyyətinin təmin edilməsi, yüksək və məhsuldar toxumların istehsalının və tədarükünün həyata keçirilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinə 10 milyon manat ayırmağı təyin edir.
Mütəxəssislərin fikrincə, ayrıca Toxum Fondunun yaradılması və fermerlərin yüksəkkeyfiyyətli əkin materialına olan tələbatlarının təmin edilməsi olduqca mühüm və çoxdan vaxtı çatmış qərardır. Axı, məhz kiçik fermer təsərrüfatları tərəfindən istifadə edilən ucuz toxum materialı, həmçinin mineral gübrələrin məhdud sayı məhz ona gətirir çıxarır ki, sərf edilmiş səylər gözlənilən nəticələri vermir. Belə ki, son illər ərzində ölkədə taxıl sahəsinin orta məhsuldarlığı 25 s/ha arasında dəyişir. Müqayisə üçün: qonşu Qazaxıstan, Rusiya və ya Ukraynada orta məhsuldarlıq bir qayda olaraq, nadir hallarda 35-40 s/hektardan aşağı düşür. Lakin Azərbaycanda daha məhsuldar olan illərin statistikasını aparsaq, görmək olar ki, yerli istehsalçılar artıq bu gün ölkənin çörək və yemə olan tələbatının, təxminən, beşdə dörd hissəsini təmin etmək iqtidarındadır. Bunun üçün zəruri şumluq torpaqlar mövcuddur, "Aqrolizinq" ASC-nin strukturları isə kəndliləri lazımlı texnika ilə təmin etmək imkanına malikdir.
Azərbaycanda, təqribən 400 müəssisə ciddi şəkildə toxumçuluqla məşğul olur. Bu müəssisələrdə əkinçilər tərəfindən becərilən toxumlar diqqətlə laboratoriyalarda yoxlanılır, sonra isə sertifikatlar verilir. Bunlarla yanaşı, bazara sertifikatları olmayan dənli bitkilər də düşür. Belə məhsuldan istifadə becərilən dənli bitkilərin keyfiyyətini xeyli aşağı salır. Qeyd etmək lazımdır ki, toxumların hazırkı istehsalı yerli fermerlərin ehtiyacını ödəmir - təkcə ötən il bu məhsula olan tələbat 185 min ton təşkil edib. Ekspertlər əmindirlər ki, əkin zamanı elit toxum materialından istifadə edilməsi və tələb olunan aqrotexniki tədbirlərin ən azı yarısının tətbiqi yem və ərzaq taxılına olan tələbatın 100%-lik özünütəmin edilməsinə gətirib çıxara bilər. Prinsipcə məhz bunun üçün əkin buğdasının elit sortlarının istehsalı üzrə iri ixtisaslaşmış aqrokomplekslər yaradılır. Onlar üçün 200 min hektardan çox torpaq sahəsi ayrılıb. İlk ixtisaslaşmış təsərrüfatlar, təxminən, 3 il əvvəl Beyləqan və Ağcabədi rayonlarında, daha sonra isə İmişlidə açılıb.
Ümumilikdə, bu gün regionlarda 19 iri fermer təsərrüfatlarının yaradılmasına dair işlər aparılır. Onlar üçün 30 min hektardan çox torpaq sahəsi ayrılıb. Kənd Təsərrüfatı Nazirliyinin proqnozlarına görə, iyirmi ixtisaslaşmış taxıl aqrokomplekslərinin işə salınması yerli fermerləri ucuz toxum materialı ilə tam həcmdə təmin etmək və bununla da illik istehsalı 3-3,5 mln. ton toxuma çatdırmağa imkan yaradacaq. Bu arada Kənd Təsərrüfatı Nazirliyində artıq Toxum Fondunun yaradılması üzrə aktiv iş aparılır, nizamnamə sənədləri və yeni strukturun proqramı hazırlanır. Fondda taxıl, habelə digər dənli bitkilər üçün ən yeni avadanlıqlar, elevatorlar və anbar binası ilə təmin edilmiş laboratoriya yerləşir. Bu quruma əkin toxum materiallarının alınmasının təmin edilməsi, saxlanılması və istehsalçılar arasında paylanması səlahiyyətləri veriləcək. Bununla belə fond təkcə dənli deyil, həm də digər bitkiçilik növlərini yüksək keyfiyyətli sortlarla tamamilə təmin edəcək. Qıtlıq zamanı fermerlər bu fonddan daha münasib qiymətlərə toxum ala bilər.
Bir sözlə, toxum fondu fermer təsərrüfatlarının keyfiyyətli toxumlarla təmin edilməsində sabitlik zəmanəti ola bilər. Bu tapşırığın yerinə yetirilməsində hər hansı bir problem görünmür. Çünki Azərbaycanın bu sahədə kifayət qədər təcrübəsi var. Söhbət infrastrukturu yaradılan zaman ölkədə artıq 10-a yaxın yüksək həcmli elevatorların tikildiyi Fövqəladə Halları Nazirliyi yanında fəaliyyət göstərən Dövlət Taxıl Fondundan gedir. Xüsusən onlar Naxçıvan MR, Gəncə, Qaradağ rayonununda, bilavasitə Bakı və başqa yerlərdə fəaliyyət göstərir.
"Nazirlər Kabinetinin 2014-cü il 30 dekabr tarixli qərarı ilə DTF-nin elevatorlarına saxlanılmaq üçün tədarük edilən taxılın həcmi 500 min tondan 750 min tona çatdırılıb", - deyə Taxıl fondunun rəhbəri Zülfüqar Məmmədov bildirib. O, əlavə edib ki, bu həcm daxili taxıl bazarında kəskin qiymət dəyişmələrinin qarşısını almaq məqsədilə intervensiya aparmağa, qıtlıqdan sui-istifadə edilməklə qiymət artımına cəhdlərin qarşısının alınmasına imkan verir. DTF-nin rəhbəri əlavə edib ki, əla növ 50 kiloqramlıq buğda ununun bir kisəsinin topdansatış qiyməti 16 manat həddində müəyyən olunub: "Bu isə öz növbəsində, manatın devalvasiyası ilə bağlı son hadisələrə baxmayaraq, ölkədə istehsal olunan çörəyin qiymətinin sabit saxlanılması üçün əsas zəmindir".
Toxum Fondunun yaradılması əkinçilərin elit taxılan olan çıxışını xeyli ucuzlaşdıracaq. Əslində, ölkədə əkinə yararlı buğdanın elit növlərinin istehsalı üçün nəzərdə tutulmuş iri ixtisaslaşmış aqrokomplekslər də bu məqsədlə yaradılır. Kənd Təsərrüfatı Nazirliyində isə Toxum Fondunun yaradılması ilə əkin zamanı toxum materialının istifadəsi üzərində nəzarətin səviyyəsi yüksəlmiş olacaq. Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi Möhtəsim Əhmədovun sözlərinə görə, fermerlər ancaq sertifikatlaşdırılmış toxumlar əldə edəcəklər. Ancaq sertifikatları olan keyfiyyətli toxumlar yaxşı məhsul verə bilərlər. Və bu tələb təkcə əkinçilərə deyil, həm də tərəvəz, kartof, çuğundur, bostan bitkilərinin becərilməsi ilə məşğul olanlara da şamil edilir.
Qeyd edilən bütün tədbirlər birlikdə, öz növbəsində, ərzaq buğdasının yüksəkməhsuldar sortlarının becərilməsi üçün baza yaratmağa kömək edəcək. Ümumilikdə, ölkənin ərzaq təhlükəsizliyi məsələsini həll edəcək.
MƏSLƏHƏT GÖR: