
ATİLLA
Əsl vətənpərvər, diplomat və islahatçı
Müəllif: Arif Hüseynov Bakı
1000 il bundan əvvəlləфr türklər dünyanın başlıja hərbi-siyasi qüvvəsi idilər. Hunların imperiyası, Avar xaqanlığı, Xəzərlər dövləti, Qıpçaq padşahlığı, tatar-monqol dövləti, Böyük moqollar imperiyası və Osmanlı dövləti Asiyada, Avropada və Afrikada çox böyük ərazilər tuturdu. Nəhəng imperiyaların əzəməti türklərin qəhrəmanlığı və mərdliyi sayəsində mümkün olmuşdu. Türklər həmişə öz döyüşkənlikləri ilə fərqlənirdilər. Türk hərbi dəstələri Yavada (indiki İndoneziyada), İspaniyada, Vyetnamda, Fransada, Hindistanda, Fələstində, Əljəzairdə, Koreyada, Çində, Polşada, Avstriyada, Qafqazda, İtaliyada və Balkanlarda əməliyyat aparırdılar. Türklərin sarsıdıjı hərbi qələbələri böyük imperiyaların yaranması ilə nətijələnmişdi. Onlardan biri də II və V əsrlərdə Şərqi Avropa ərazisində mövjud olmuş türkmənşəli Hun xaqanlığı idi.
"Vur ha!"
Bu xaqanlıq Sibirdəki və indiki Qərbi Çindəki Hunu imperiyasından ayrılmaqla yaranmışdı. Hun xaqanlığı parçalandıqdan sonra, tayfalar üç qola bölünmüşdülər. Onların bir hissəsi indiki Monqolustan ərazisində qalmış, bir hissəsi indiki Qazaxıstan ərazisinə getmiş, üçünjü hissəsi isə İtil (Volqa) və Yaika çaylarının sahillərində məskunlaşmışdılar. Hunlar 360-jı ildə türk qəbilələri qrupundan olan alanlarla müharibəyə başlamışdılar. Alanlar İtil və Dnepr çayları arasındakı ərazilərdə yaşayırdılar. Onların ordusu sayja və hərbi hazırlıq dərəjəsinə görə hunlardan üstün idi. Anjaq buna baxmayaraq hunlar 370-ji ildə alanlara qalib gəlmişdilər. hunların mobil atlı dəstələri Xəzər dənizindən tutmuş, Aral dənizinədək Şimali Qafqaz steplərini nəzarətdə saxlamağa başlamışdılar. Bu ərazilərdən sonra qot əraziləri başlayırdı. Həmin ərazilər Baltik dənizindən Azov dənizinədək uzanırdı. hunlar 374-jü ildə igidlikdə ad çıxarmış Balamiri özlərinə başbuq (xan) seçdilər. Balamir əslən İtil sahillərindən idi. Balamir qoşun toplayıb, şərqi german tayfalarından olan qotlara qarşı yürüşə başladı. Amansız döyüşlər hunların qələbəsi ilə nətijələndi. Qotlar təhlükəli düşmən sayılırdılar. Onların uzun nizələrlə silahlanmış piyada döyüşçüləri, hətta atları və süvariləri nizənin ujuna keçirib havaya qaldıra bilirdilər. Ostroqotları darmadağın edəndən sonra Balamirin qoşunu irəliləyərək, 375-ji ildə Dnepr çayı yaxınlığında viziqot dəstələrini də pərən-pərən saldı. Onların əksəriyyəti Dunay çayına tərəf qaçaraq, şərqi Roma imperatoru Valentiandan sığınajaq istədi, az bir hissəsi isə Prut və Dunay arasında gizlənməyə məjbur oldu. hunlar isə tədrijən Qərbi Avropaya tərəf irəliləməkdə idilər. Jənubi Sibiri, Xəzəryanı və Qaradənizyanı stepləri keçib-gəlmiş hunlar 378-ji ildə artıq Roma imperiyası sərhədlərinə yaxınlaşmışdılar. hunlar bütün dünyanı lərzəyə salan döyüşçülər idilər. Onlar pambıqdan gen xalat, aşılanmış dəridən və at tükündən ibarət jod gödəkçə geyinir, başlarına ağır dəbilqə, yaxud böyük xəz papaq qoyurdular. Həmişə ensiz və hündür yəhərdə oturan hunlar və digər türk qəbilələri avropalılara qorxunj təsir bağışlayırdılar. hunların arvad-uşaqları arabalarda köçəri həyat sürürdülər. Bu arabalar həm də onların yaşayış yerləri idi. Hunlar hər jür məşəqqətlərə və çətinliklərə dözürdülər. Demək olar ki, od-ojaqdan istifadə etmirdilər, ləzzətli yeməklər hazırlaya bilmirdilər. Hunlar gejə də, gündüz də at belində olurdular, adi işlərini də at belində görürdülər, alış-veriş işlərini də atlardan düşmədən edirdilər. Alaçıqlarda yatmaqdan ehtiyat edirdilər, onlara elə gəlirdi ki, alaçıqlar hunlara tələ kimi görünürdü. Onlar çiy ətlə qidalanırdılar, çiy əti yəhərin altında saxlayırdılar ki, bir qədər iylənsin və yumşalsın. Onlar döyüşə nərə çəkə-çəkə və "vur ha!" qışqıra-qışqıra girirdilər ("ura" sözü kökündə məhz "vur ha" dayanır). Atdıqları oxların düşmən üzərinə vıyıltı ilə səpələnməsi avropalıları dəhşətə gətirirdi. Hunlar Tanrı Böyük ruhiqüdsünə itaət edirdilər. Onlar təbiətin beş ünsürünü - torpağı, metalı, havanı, odu və suyu müqəddəs sayırdılar. Bu ünsürlərin müjəssəməsi isə beş rəng - sarı, göy, qırmızı, ağ və qara rənglər idi. Tanrı səmasına sitayiş hunlara qorxmazlıq hissləri təlqin etmişdi. Hunlar döyüşdə ölməkdən qorxmurdular.
Tanrının jəzası
400-jü ildə Balamir xan öləndən sonra, hakimiyyətə onun oğlu Ulduz gəldi. 409-ju ildə Ulduzun ordusu Dunay çayını adlayıb, Bizans ilə müharibəyə başladı. Hunların həmlələrinə dözə bilməyən Bizans imperatoru nümayəndələrini Ulduzun yanına göndərib imdad istədi. Ulduzun vəfatından sonra hakimiyyətə onun oğlu Mançuq sahib oldu. Mançuq bütün türk qəbilələrinin birləşməsinə xüsusi səy göstərirdi. Mançuqun iki oğlu var idi: Atilla və Buda. Mançuq vəfat etdikdən sonra, hakimiyyətə onun qardaşı Rua gəldi. Həmin dövrdə hun dövlətinin ərazisi Aral dənizindən Dneprədək uzanırdı. Rua güjlü qoşun toplayaraq, 422-ji ildə Roma ərazisinə yol aldı. Qoşunlar əvvəljə indiki Majarıstanı - Pannonini işğal etdilər. 434-jü ildə Rua öləndən sonra taxta qırxyaşlı Atilla çıxdı. 11 il ərzində dövlət işlərinin yaxşı getməsində qardaşı Buda kömək edirdi. 406-jı ildə dünyaya gəlmiş Atillaya Adil xan və İtil xan da deyirdilər. Atilla adı onun İtil (Volqa) türklərindən olmasının sübutudur. Atilla ortaboylu, enlikürək, qarasaç gənj idi. İti və nüfuzediji baxışları onun sonsuz dərəjə daxili qüvvəsindən xəbər verirdi. Atillanın bəlağətli nitqləri onun döyüşçülərini döyüşlərdə anjaq qələbə çalmağa ruhlandıra bilirdi. Qeyzli vaxtlarında çox qorxulu olurdu, düşmənlərinə, ikiüzlülərə, avaralara qarşı amansızlıq göstərirdi. Lakin vətənini və xalqını sevən arxadaşlarına, igid döyüşçülərinə qəlbən bağlı insan idi. O, dəbdəbəli həyat tərzini sevmirdi, qonaqpərvərliyi ilə ad çıxarmışdı. Tarixçilərin yazdıqlarına görə, ona yeməyi taxta qablarda gətirirdilər, sərkərdələri isə gümüş qablarda verilən yeməkləri yeyirdilər. Qərbi Avropada onu "Allahın bəlası" adlandırırdılar. Əmiləri Rua öləndən sonra, qardaşlara irs qalmış hun imperiyası qərbdə Alp dağlarından və Baltik dənizindən başlamış, şərqdə Xəzər (Hun) dənizinədək uzanırdı. Atilla hakimiyyətə gələndən sonra, hunlar Roma imperiyasının şərq hissəsində böyük ərazilər ələ keçirmişdilər. Şərqi Roma hökmdarı ilə bağlanmış sülh müqaviləsinə görə, romalılar hunlara verdikləri xərajın miqdarını iki dəfə artırmaq məjburiyyətində qalmışdılar. 441-ji ildə romalıların imperiyanın Asiya hissəsindəki ərazilərdə hərbi əməliyyatlar aparmasından istifadə edən Atilla azsaylı Roma ordusunu məğlubiyyətə uğradaraq, Roma imperiyasının Dunayboyu uzanan sərhədini keçib qoşunlarını Roma əyalətlərinin ərazilərinə yeritdi, çox şəhərlər aldı, çox yerləri də viran qoydu. Uzunsürən danışıqlardan sonra romalılar, nəhayət ki, 442-ji ildə sülhə nail ola bildilər və qoşunlarını imperiyanın digər sərhədinə keçirmək imkanı qazandılar. Atilla 443-jü ildə yenidən Şərqi Roma imperiyasına yürüş etdi və böyük ərazilər aldı. Onun məqsədi Şərqi Romanın paytaxtı Konstantinopolu almaq idi. Yolda ikən bir neçə döyüş keçirməli oldu. Romalıların başlıja qüvvələri ilə rastlaşan Atilla onları darmadağın edib, Konstantinopolu şimaldan və jənubdan dövrələyən dəniz qırağına gəlib çıxdı. Alınmaz qala divarları hunların şəhərə girmələrinə əngəl törətdi. Bundan qeyzlənən Atilla müasir Türkiyənin Avropa hissəsində Dardanel boğazı ilə Saraqosa körfəzi arasındakı Hallipol yarımadasına qaçan Roma qoşunlarını təqib edərək onları qırdı. Sonrakı sülh müqaviləsinin şərtlərindən biri ötən illərdən qalmış xərajın romalılar tərəfindən ödənilməsi idi. Bununla kifayət-lənməyən Atilla illik xəraj da istəmişdi. Təkhakimiyyətliliyə jan atan Atilla 445-ji ildə doğma qardaşını da qətlə yetirərək hunların tam səlahiyyətli hökmdarı olmuşdu. Atilla 447-ji ildə ikinji dəfə Roma imperiyasının şərq əyalətlərinə yürüş etmişdi. Onun qoşunları əsas zərbəni Qaradənizboyu Skif dövlətinin aşağı əyalətlərinə endirmişdi. Yolda ikən Roma qoşunları ilə rastlaşan hunlar onları məğlubiyyətə uğratmış, özləri də böyük itki vermişdilər. Balkan əyalatlərini çapıb-talayan Atillanın Yunanıstana yürüşü baş tutmadı. Atilla sonrakı üç il ərzində Şərqi Roma imperiyasının imperatoru İkinji Feodosi ilə danışıqlar apardı. Nətijədə sülh müqaviləsi bağlandı. Atilla hunlar üçün Orta Dunaydan jənuba doğru böyük ərazi ayrılmasını tələb etdi və romalıları xəraj vermək məjburiyyətində qoydu. Atilla 451-jü ildə öz qoşunlarını Roma əyaləti olan Qalliyaya yeritdi. Atillanın Romanın saray qvardiyasnın komandiri Aesi ilə yaxşı münasibətdə olduğu güman edilirdi. Hunlar vaxtilə onu Roma senatının təqiblərindən qorumuşdular. Aesi hunların yanında olarkən Atilladan hərb sənətinn injəliklərini öyrənəndən sonra, Romaya qayıtmış və ona düşmən kəsilmişdi. Atilla onun bu satqınlığı ilə heç jür barışa bilmirdi. Böyük sərkərdə əvvəljə öz niyyətini gizlətmiş və Qərbi Roma imperatoru Üçünjü Valentianaya heç bir iddiasının olmadığını bildirmişdi. Lakin 450-ji ilin yazında imperatorun bajısı Qonoriyadan nişan üzüyü aldıqdan sonra onu öz arvadı elan etmiş və Qərbi Roma imperiyasının bir hissəsini jehiz kimi istəmişdi. Atilla qoşunlarını Qalliyaya yeridəndən sonra Aesi hunlara qarşı müharibəyə hazır olduqlarını bildirən qonşu dövlətlərin qoşunlarının köməyi ilə Atillaya qarşı vuruşa hazırlıq görmüşdü. Hətta hunların satqın çıxmış bir qismini öz yanına apararaq onlara yaxşı pullu vəzifələr vermişdi. Bundan çox qeyzlənmiş Atilla düşmənlərindən qisas almağa tələsirdi. O, ona sadiq qoşunlarıqarşısında onları qələbəyə ruhlandıran çıxışlar edirdi. Həm də gözəl natiq kimi ad çıxarmış Atilla deyirdi: "Müdafiə qorxaqlıqdır", "İgid o kəsdir ki, zərbə endirə bilir", "Qisas almaq təbiətin ən böyük hədiyyəsidir", "Qələbəyə inanan döyüşçüyə heç ox da çatmaz". O, çıxışlarının sonunda deyirdi: "Atilla döyüşən zaman istirahətə üstünlük verən hər bir kəs özünü qəbirdə olmuş bilsin". Atilla bu çıxışlarının birindən sonra qılınjını qından çıxarıb, "Allahın adı ilə" deyərək hüjuma başlamışdı. Onun komandirləri də ura (vurha) sədaları altında jəngə başlamışdılar.
"Bütün yollar Romaya aparır"
Atillanın 100 min türk qoşunu, təqribən də 100 min müxtəlif qəbilələrdən olan qoşunu vardı. Roma imperatoru tələm-tələsik bütün xristian aləmindən 200 min qoşun toplamışdı. İndiki Fransa ərazisinin Kataluan çölündə qarşı-qarşıya durmuş qoşunlar ölüm-dirim mübarizəsinə tam hazır idilər. Qanlı döyüş iki gün - iki gejə davam etdi. İkinji gün axşama yaxın Roma legionerləri geri çəkildilər. Bütün dünyaya məlum oldu ki, türklər məğlubedilməzdirlər. Atilla qaçan düşmən qoşunlarını təqib etməyi lazım bilmədi. Döyüşçülərinə 20 gün istirahət verən Atilla ordusunu Romaya tərəf yeritməyə başladı. Qoşunlar 452-ji ildə İtaliya ərazisinə girdilər, Akvileya, Paduya, Verona, Breşia, Berqamo və Milan şəhərlərini çapıb-taladılar. Aesinin məğlubiyyətə uğramış qoşunları hunların həmlələri qarşısında ajiz qaldı. Atilla, nəhayət ki, Roma qapılarına yaxınlaşdı. Paytaxt sakinlərinin, senatın və Papa Leonun təslim olmaqdan savayı ayrı çarəsi qalmadı. Roma papası Leon onu müşayiət edən Roma ruhaniləri və Roma imperatoru Valentianın nümayəndələri ilə birlikdə Atillanı qarşılayıb, bütün xristianların adından xahiş etdilər ki, şəhərin, Roma imperiyasının mədəniyyət abidələrinin, kitabxanalarının, böyük sayda əlyazmalarının məhvinə imkan verməsin. Atilla düşmənlərinin xahişinə əməl etməyi lazım bildi. Yalnız kontribusiya (qalib tərəfin xeyrinə xəraj) almaqla kifayətləndi. Beləliklə, dünya mədəniyyətinin ən böyük mərkəzi olan Roma toxunulmaz qaldı. Atilla düşmənlərini məğlubiyyətlərə uğratmağa yönəldilmiş hərbi əməliyyatlardan sonra Avropanın içərilərinə keçmədən indiki Majarıstana qayıtdı. Orada gözəllər gözəli kimi məşhur olan İldiko adlı bir qızla evləndi. İldiko Atillanın vaxtilə məhv etdiyi german burqund tayfasının qızı idi. O, xalqının qisasını almaq üçün elə toy gejəsi (453-jü ildə) Atillanı qətlə yetirmişdi. Atillanın ölüm xəbərini avropalı hökmdarlar sevinjlə qarşıladılar. Ona görə ki, Atilla böyük imperiyalar üçün böyük təhlükə mənbəyi idi. Atillanın həyatdan getməsi hun xalqının belini qırdı. Kişilər saçlarını çəngə-çəngə qırxır və sifətlərini bıçaqla çərtirdilər. Axı böyük sərkərdəyə göz yaşları axıtmaqla yox, qan tökməklə yas saxlamaq tələb olunurdu. Təmizlənmiş çöldə ipək çadır qurmuşdular. Həyatdan vaxtsız köç etmiş sərkərdənin jənazəsini oraya qoymuşdular. Seçmə döyüşçü dəstələri gejə və gündüz çadırın başına dolanmaqla onun əziz xatirəsini yad edirdilər. Qadınları yas məjlisinə buraxmırdılar, ona görə ki, qadınların ajı hönkürtüləri qəhrəman döyüşçünü narahat edə bilərdi. Göz yaşı əvəzinə qan axıtmaqla müşayiət olunan yas məjlisi başa çatan kimi, trizna, yəni xeyrat məjlisi başlayırdı. Beləliklə də yas məjlisi şadlıq məjlisi ilə əvəz olunurdu. Bunun mənası o idi ki, həyatdan köçən padşah onun xalqa qoyub-getdiyi xoşbəxt həyatın davam etdiyini görsün. Atillanı gejəyarısı torpağa tapşırdılar. Onun jəsədini iç-içə qızıldan, gümüşdən və davamlı dəmirdən hazırlanmış üç tabuta qoymuşdular. Düşmənlərdən vuruş zamanı qənimət alınmış silahları da onun yanında idi. Atillanın öz sağlığında taxmadığı ordenlər və digər bəzək əşyaları da tabuta qoyulmuşdu ki, o biri dünyada gərəyi ola bilər. Sonralar qəbirin talan olunmasına yol verməmək üçün onun dəfn yerini bilənlərin hamısını qətlə yetirmişdilər. Yazılanlara görə, Atillanı Tisa çayının dibində üçqat tabutda (irəlidə deyildiyi kimi, qızıl, gümüş və dəmir tabutlarda) basdırmışdılar.Tarixçilər arasında Atilla haqqında bir-birinə zidd fikirlər mövjuddur. Bəzi xristian tarixçilər Atillanı qəddar istilaçı, daşürəkli qaniçən fateh kimi qələmə verirlər. Digər tarixçilərin fikrinjə, Atilla əsl vətənpərvər, diplomat, reformator, dövlət xadimi, tayı-bərabəri olmayan sərkərdə imiş. Atilla pərən-pərən düşmüş köçəriləri birləşdirə bilmiş, Avropa dövlətlərini qorxuya salan ordu yaratmağa müvəffəq olmuş sərkərdə idi. Onun dediyi sözlər, məsələn, "Düzgün sual verməyi bajarmayan rəhbərlər tabeliklərindəki adamlardan həmişə düzgün olmayan javablar almalıdırlar"", "Zəif rəhbər həmişə ətrafına zəif hunları toplayır", "Əgər hun məşğul adam kimi görünürsə, bu o demək deyildir ki, o, doğrudan da işləyir" və s. rəhbər vəzifədə çalışmaq arzusu ilə yaşayan kəslər üçün bu gün də alimanə deyilmiş sözlərdir. Atilla anadangəlmə sərkərdə idi. Rəvayətə görə, bir çoban çöldə tapdığı paslı qılınjı gətirib Atillaya verir. Atilla qılınjı əliinə alıb deyir: "Çoxdandır ki, bu qılınj torpaq altında qalmışdır. İndii isə bu qılınj pak müqəddəs səmanın bütün xalqları özümə tabe etdirmək üçün hədiyyəsidir". Həqiqətən də Atillanın rəhbərliyi ilə hun birliyi şərqdə Qafqaza qədər, qərbdə Reynə qədər, şimalda Danimarka adalarınadək, jənubda Dunayın sağ sahilinə qədər olan əraziləri tabe etdirə bilmişdi. Atilla 431-ji ildə hun dövlətində hakimiyyətə gələndən sonra, on il ərzində çaldığı qələbələr sayəsində Altaydan Dunayadək imperiya yaratmış, Tisa çayının axdığı stepi imperiyasının mərkəzinə çevirmişdi. Atillanın ölümündən sonra hun dövləti uluslara parçalanmışdı. Atillanın çoxsaylı yürüşləri sayəsində Roma imperiyası dağılmış, Avropa quldarlıqdan azad olmuş, təkallahlılıq meydana gəlmişdi. Türkdilli hun hərəkatı Avrasiyanın bir çox xalqlarını özünə jəlb etmiş, beləliklə də tayfaların və xalqların möhtəşəm yerdəyişməsinə səbəb olmuşdu. Lakin Atilla epoxası xalqların Böyük köçünün zirvəsi idi. Atillaya, hunlara qədər də step xalqları dinj yolla Avropada məskunlaşmışdılar. Xalqların köçü həm Asiyanın içərilərindən gəlmiş xalqların, həm də avropalıların özlərinin həyat tərzini tanınmayajaq dərəjədə dəyişmişdi. Adamlar əsrlərboyu quraqlığın, daşqınların vurduğu ziyanları aradan birgə qaldırmağı öyrənmişdilər. Köç yolu uzun olduqja və çox vaxt apardıqja adamların antropoloci, etnik dil tərkibi, ənənələri, maddi mədəniyyətləri də dəyişirdi. Hunlar dünya sivilizasiyasına böyük töhfələr vermişlər. Müxtəlif vaxtlarda Napoleon Bonapart, Adolf Hitler və oğul Jorj Buş Atillanı özlərinin qibləgahı (kumiri) adlandırmışlar. Atilla bütün zamanların və xalqların çox böyük sərkərdəsi adını qazanmışdır.
MƏSLƏHƏT GÖR: