
ORKESTR QADIN
Evdar qadınlar əmək haqqı, əmək pensiyası və bütövlükdə, sosial status əldə etmək istəyirlər
Müəllif: Sabirə MUSTAFAYEVA Bakı
Amerika alimləri evdar qadınların yalnız ailə təsərrüfatı və uşaqlarla məş-ğul olmaqla ildə nə qədər qazana biləjəyini hesablayıblar və nətijədə yetərinjə yüksək rəqəm əldə edilib. Evdar qadınların illik əməyinin qiyməti 134 min dollara və ya 106 min avroya bərabər olub. Alimlər həm də qeyd ediblər ki, bir çox firma menejerləri sadə evdar qadınlardan çox şey öyrənməlidirlər. Belə ki, ailə ojağını qoruyan xanımların vəzifələri sırasına aşpaz, bağban, kompyuter mütəxəssisi, tibb bajısı, psixoloq, müəllimə, sürüjü, çilingər, elektrik, müdir və s. peşələri daxildir. Özü də evdar qadınlar bu peşələri həftənin bütün günlərində yerinə yetirirlər.
Bunu nəzərə alan alimlər belə qərara gəliblər ki, qadınlar kişilərdən çox işləyirlər. Bu, ilk önjə onunla bağlıdır ki, onlar yalnız işdə olan zaman deyil, həm də evdə təsərrüfatı idarə edərkən çalışırlar. Ona görə də hesablama zamanı bu peşələrin hər biri üzrə əməyin qiymətləndirilməsi üçün yalnız saat hesabı deyil, həm də iş vaxtından əlavə əməyə görə ödəniş normativləri tətbiq edilir. Çünki evdar qadınların əməyi normallaşdırılmır. Buna görə də onlar həftədə 91,6 saat işləyirlər. Onların ərləri isə doqquzsaatlıq iş günü recimi üzrə həftədə 45 saat işləyirlər. İşləyən qadının əmək həftəsi daha uzundur. Öz əsas 44 saatlıq iş vaxtından əlavə onlar evdə 49,8 saat işləyirlər. Buna görə də onun maaşına virtual əlavə orta hesabla 85,8 min dollar təşkil etməlidir. Evdar qadının "böyük qazanjı" iş və əlavə vaxtlara görə hesablandığından, "əsas maaş" ildə 45,7 min dollar, "maaşa əlavə" isə 88,4 min dollar olmalıdır.
Hüquqlar hamıya şamil edilməlidir
Hamıya bəllidir ki, müxtəlif peşələrin təmsilçiləri, adətən, əməklərinə görə az maaş almalarından şikayət edirlər, yəni naşükürlük edirlər. Bu jür müzakirələri, adətən, işi olan və maaş almaq imkanı olan adamlar edirlər. Doğrudur, ola bilər ki, həmin maaş dəbə uyğun geyinmək, teatra, kinoya, restoranlara, kurorta getmək bir yana, hətta insanın vajib tələbatlarını belə ödəməyə imkan vermir. Lakin məhz əmək haqqı insanın əməyi qarşılığında ödənən və onu işləməyə vadar edən vəsaitdir. Bəs onda qadınlığından və kişiliyindən asılı olmayaraq, həyatı boyu ev təsərrüfatında işləməyə məjbur olanların haqqını kim verəjək? Bir məsələ aydındır ki, dünyanın hazırkı vəziyyətində onlar özlərindən başqa heç kimə ümid bəsləməməlidirlər.
Belə çıxır ki, indiki gündə ən qiymətsiz əmək evdar qadınların əməyidir, onlara nə əmək haqqı verilir, nə hüquqları var, nə əmək stacı, nə də əmək pensiyası müəyyən edilir. Xəstəliklərinə görə ödəniş ala bilmirlər, vergi və pensiyanın yığım hissəsinin formalaşdırılması üçün ödəniş edə bilmirlər və təbii ki, bu kimi güzəştlərdən məhrum edilirlər. Həm də evdar qadınların ailənin istehsalatda və digər sahələrdə işləyən üzvlərindən daha çox işləmələrinə baxmayaraq, onların ailənin digər üzvlərinin hesabına yaşadığı düşünülür.
"Bu ədalətsizlikdir. Jəmiyyət bizim əməyimizi faydalı və vajib saymır. Bu jür münasibət ev təsərrüfatında məşğul olan işçilərin hüquqlarının pozulması deməkdir. Bunun nətijəsində ev təsərrüfatı işçilərinin hüquqları pozulur və ya ümumiyyətlə nəzərə alınmır", - deyə "Region plus"un müxbirinə evdar qadın Nərgiz Xanlarova bildirib.
Nərgiz Xanlarova da Azərbayjanda ev təsərrüfatında çalışanların hüquqlarını qorumağı nəzərdə tutan qeyri-hökumət təşkilatının (QHT) yaradılmasını istəyənlərin sırasındadır. Mart ayında belə bir təşkilat Moskvada yaradılıb və ev təsərrüfatında işləyənlərin iqtisadi hüquqlarının və maraqlarının qorunmasına istiqamətlənib. N.Xanlarova qeyd edib ki, gələjək QHT-nin fəaliyyətinin əsas istiqamətləri sırasında ev təsərrüfatı işçisinə xüsusi sosial status vermək və onun əməyini sosial əhəmiyyətli saymaq yer alıb.
N. Xanlarovanın 36 yaşı var. Qadın məktəbdəki işini yarımçıq qoymağa məjbur olub, çünki iki uşaq anasıdır. "Mən uşaqlarımı dayənin tərbiyə etməsini ağlıma belə gətirməzdim. Düzü, dayə tutmağa imkanımız da yox idi. Öz işimi çox sevməyimə baxmayaraq, məktəbdən getməli oldum. İndi mən yalnız ev təsərrüfatı ilə deyil, həm də öz uşaqlarımın tərbiyəsi ilə məşğul oluram. Bəli, özümçün bu yolu mən seçmişəm. Anjaq bir az dərindən fikirləşsək, axı bu uşaqları mən yalnız özüm üçün tərbiyə etmirəm. Mən oğullarımın öz ölkəsinin layiqli vətəndaşları olajağına ümid edirəm. Bununla bağlı mənim də sualım var: məgər uşaqların tərbiyəsi yalnız anaların işidir? Ola bilər ki belədir, amma mən özüm və uşaqlarım barədə dövlətin qayğısına ümid edə bilərəmmi? Əgər mən əmək haqqı aldığım işdən uşaqlarımı tərbiyə etmək xatirinə getməyə məjbur olmuşamsa, deməli, indi evdə işlədiyimə görə maaş almalıyam.
Yalnız ərimin maaşı bizə çatmır, uşaqlar da elə yaşdadır ki, gedib işləyə bilmirəm. Ola bilər ki, evdar qadınlar üçün maaş əldə eləmək uzun sürən məsələdir. Anjaq mən düşünürəm ki, biz gələjək analar və gələjək evdar qadınlar üçün iqtisadi hüquqların əldə edilməsinə nail olajağıq",- deyə Nərgiz vurğulayır.
"Bizim ölkədə işlə məşğul olub maaş ödənilməyən yeganə insan kateqoriyası evdar qadınlardır. Onlar başqasının himayəsi altında olan adam statusundadırlar. Əgər qadının iki, üç və daha çox uşağı varsa, o, ümumi işə istənilən başqa işləyəndən daha çox fayda verir", - deyə evdar qadın Rəfiqə Babayeva bildirir.
Evdar qadınların öz qanunu olajaq
Maraqlıdır ki, Azərbayjan deputatları başlıja məqsədi əmək haqqı hüququnun tələb edilməsi olajaq qeyri-hökumət təşkilatında toplaşmaq istəyən evdar qadınların ideyasını dəstəkləyirlər. Onlar düşünürlər ki, dövlət evdar qadınların əməyinə maaş verməlidir, çünki evdar qadınlıq da bir peşədir.
"Əgər evdar qadın uşaqları tərbiyə edir, Azərbayjanın gələjək vətəndaşlarını böyüdürsə, o, bunun qarşılığında əmək haqqı almalıdır, onun iş stacı hesablanmalıdır və pensiya hesablanmalı", - deyə "Region plus"a Milli Məjlisin vitse-spikeri Bahar Muradova bildirib. "Düşünürəm ki, Rusiya və Azərbayjan evdar qadınlarının problemləri oxşardır. Bu problemlər həm onların sosial statusu, həm uşaqların tərbiyəsi, ailə durumu ilə bağlıdır. Düşünürəm ki, Azərbayjanın evdar qadınlarında sözügedən problem və məsuliyyətlər Rusiya qadınlarına baxanda daha çoxdur. Adət və ənənələr, ailə dayaqları və Azərbayjan qadınlarının, xüsusilə də evdar qadınların öhdəlikləri nəzərə alındıqda, onların qorunması və iqtisadi hüquqlarının qorunması üzrə QHT-nin yaradılması, şübhəsiz, çox önəmli prosesdir. Bu jür qurumlar bu kateqoriya vətəndaşların problemlərini ijtimai müzakirəyə çıxara və hətta qanunverijilik səviyyəsində ölkənin qanunverijilik aktlarına evdar qadınların hüquqlarının qorunmasına yönəlmiş dəyişikliklər edilməsi təklifləri edə bilirlər. Onlar həm də mövzu üzrə qanun layihələrinin yaradılmasının təşəbbüsçüləri də olar bilərlər", - deyə Bahar Muradova vurğulayıb. O bildirib ki, evdar qadınların iqtisadi hüquqlarının müdafiəsi üzrə təşkilatın yaradılmasının vaxtı çatıb və bu məsələ hətta bir qədər də gejikib: "Bu məsələ çoxdan qaldırılmalı idi".
Evdar qadınların əmək haqqına və başqa hüquqlarına gəldikdə isə millət vəkili bildirib ki, əgər qadının evdə gördüyü iş tutuşdurulsa, büdjə və ya özəl bölmənin əmək kitabçası olan istənilən işçisinin əməyindən xeyli çox olduğu ortaya çıxar. "Uşaqların tərbiyəsi, ailə problemlərinin həlli məsələsinin yalnız bir evin işi olduğunu düşünmək doğru deyil, bu həmçinin dövlətin problemidir. Əgər qadınların boynuna bu qədər ailə öhdəlikləri düşürsə, niyə də daha çox hüquqa və uyğun olaraq güzəştlərə malik olmasınlar? Məsələnin bu tərəfinin Milli Məjlisdə baxılmasını məntiqə uyğun sayıram. Əgər içərilərində kişilərin də olması istisna edilməyən ev təsərrüfatı işçiləri bu məsələnin müzakirəsi ilə bağlı təşəbbüs irəli sürsələr, dövlət qurumları və parlament buna diqqət yetirməyə borjludurlar. Və müvafiq qurumlar bununla bağlı olaraq lazımi işləri görməli və araşdırmalar aparmalıdır".
Bahar Muradovanın sözlərinə görə, evdar qadınların əməyinin haqqının ödənilməsi normaları, onların stac və pensiya məsələsi üçün qanun qəbul edilməlidir və bu məsələ parlamentdə müzakirə edilməlidir: "Evdar qadınların əməyinə pul ödənilməsi, onlara əmək stacı və pensiya hesablanması uşaqların doğulması üçün müsbət stimuldur".
Ailə, Qadın və Uşaqların Problemləri üzrə Dövlət Komitəsində isə bildiriblər ki, qurum tərəfindən evdar qadınların hüquqları barədə ayrıja araşdırma aparılmayıb: "Məsələ bundadır ki, bizim əsas fəaliyyətimiz gender bərabərliyinə yönəlib. Düzdür, qadınlar bizə müəyyən şikayətlərlə bağlı mürajiət edirlər, anjaq biz hesablamamışıq ki, onların neçəsi ev təsərrüfatının nümayəndəsidir, neçəsi işləyir və neçəsi evdar qadındır. Lakin əgər Azərbayjanda ev təsərrüfatı işçilərinin hüquqlarının müdafiəsi üzrə QHT yaradılarsa, biz yalnız bunu dəstəkləyəjəyik. Biz onlarla əməkdaşlığa hazırıq",- deyə Dövlət Komitəsindən bildiriblər.
Qeyd edək ki, bu gün Azərbayjanda əmək yaşında olan iqtisadi baxımdan qeyri-aktiv əhalinin (ev təsərrüfatında məşğul olan şəxslər, tələbələr, yuxarı sinif şagirdləri və başqa əmək qabiliyyətli) ümumi əhali sayında payı 11 faizdən 15 faiz arasında dəyişir. Əhalinin bu kateqoriyasının böyük bölümü məhz evdar qadınların payına düşür və bu da jəmiyyətin gələjək inkişafında onların rol və önəmindən xəbər verir.
MƏSLƏHƏT GÖR: