15 Mart 2025

Şənbə, 23:52

BÜTÜN NEFT-KİMYA BİR KOMPLEKSDƏ

Azərbaycanın dövlət neft şirkəti 22 milyard avroluq layihənin gerçəkləşdirilməsinə hazırlaşır

Müəllif:

01.07.2008

Azərbayjanda neft və qaz hasilatının artdığı bir şəraitdə ölkənin neft-kimya sənayesinin inkişafının vajibliyi getdikjə daha artıq hiss edilir. Dünyanın neft-qaz sahəsində diqqətə layiq rol oynayan bir ölkənin karbohidrogen emalı kimi vajib bir sahədə güjlərini artırmaması məntiqsiz olardı. 

 

Tarixi missiya 

Bəllidir ki, neftin sənaye üsulu ilə emalı  dünya üzrə ilk dəfə Bakıda başlayıb. Artıq XIX yüzilliyin sonlarında şəhərdə kiçik neft emalı müəssisələri tikilməyə başlamışdı, onların ümumi sayı nə az, nə çox - düz 200-ə çatırdı. 1873-jü ildə  isə Bakıda sahibkar Kokorevin zavodunda Dmitri Mendeleyevin yardımı ilə istehsal edilmiş kerosin İran körfəzinə göndərilirdi. 

Anjaq sonradan sovet illərində Nobelin özünün iştirakı ilə yaradılmış  "Tovarişestvo" müəssisəsinin əsasında iki neftayırma zavodu tikilmişdi. Bunlar indiki "Azərneftyağ" və Heydər Əliyev adına neft emalı zavodlarıdır. Daha sonra 1992-ji ildə kimyəvi məhsul buraxan müəssisələr də bir konsern tərkibində birləşdirilmişdi. 

Anjaq belə qədim tarixi olmasına baxmayaraq, Azərbayjanın neft emalı sahəsinin bu, günkü durumunu mütləq yaxşı saymaq doğru olmazdı. Düzdür, zavodlar daxili tələbatı ödəyirlər və hətta məhsul ixraj da edirlər. Lakin onların təjhizatı və indiki güjləri hasilat sahəsinin yüksək inkişaf templərindən geri qalır. 

Buna görə də bir sıra xariji ölkələrdə neft-kimya komplekslərinin yaradılmasına və inkişafına milyardlarla dollar yatırmağa hazırlaşan ARDNŞ bu sənayenin öz ölkəsində də möhkəmləndirilməsinə, təkmilləşdirilməsinə borjludur. 

Ölkə başçısı İlham Əliyev də Azərbayjanda ən çağdaş neft emalı və neft-kimya sənayesi yaradılmasını tapşıran zaman məhz bu məntiqə əsaslanmışdı. "Bizim neftayırma müəssisələrimiz işləyir, anjaq onlar hələ ki dünya səviyyəsində məhsul buraxmırlar. Bundan başqa, onlar çoxdan tikilib və havanı ekoloci baxımdan çirkləndirir", - deyə dövlət başçısı öz qərarını əsaslandırarkən vurğulayıb. 

Onun sözlərinə görə, Azərbayjan yeni, çağdaş neft-kimya kompleksi  tikməlidir. "Beləliklə, biz neftimizi və qazımızı daha səmərəli şəkildə emal edərək, dünya bazarlarına yola salajağıq. Bu həm iş yerləri, həm məşğulluq, həm yenilik və həm də çağdaşlaşma deməkdir. Sizə bəllidir, Avropanın meyarları artıq yetərinjə güjlənib və sərtləşib. Bizdə istehsal edilən dizel yanajağı və kerosinlə gələjəkdə dünya bazarlarına çıxmaq mümkün olmayajaq. Belə olan halda biz yalnız xam neft satmalı olajağıq. Bu da bir variantdır, anjaq hesab etmirəm ki, bu bizdən ötrü əsas yoldur".  

 

Köhnə neftayırma zavodları arxivə gedəjək

Beləliklə, ARDNŞ uyğun olaraq, yeni kompleksin Səngəçalda tikilməsi planlaşdırır. Şirkət bu kompleksin tikintisinə beynəlxalq maliyyə qurumlarından 20-22 miyard avro vəsait jəlb etmək istəyir.  "Biz əvvəljə kompleks tərəfindən istehsal edilən məhsulun hansı bazara göndəriləjəyini müəyyən etməliyik, daha sonra biznes-plan, texniki-iqtisadi əsaslandırma hazırlayajağıq ki, kredit üçün mürajiət edəjəyimiz maliyyə institutlarına göndərmək mümkün olsun",- deyə ARDNŞ təmsilçisi bildirib. 

Kompleksin Bakıda sovet illərindən fəaliyyət göstərən neft və qaz emalı zavodlarını və "Azərikimya" dövlət şirkətinin zavodlarının əsas hissəsini əvəz etməsi düşünülür. Onun tərkibində qazın dərin emalını, kimyəvi məhsullar və mineral gübrələr istehsalını nəzərdə tutan obyektlər, neftin emalı üzrə zavod və həmçinin bu obyektlərin işini təmin edən elektrik stansiyası olajaq.  

Layihənin gerçəkləşdirilməsi çərçivəsində ilk növbədə qazın dərin emalı və kimya məhsulları istehsalı üzrə müəssisə tikiləjək. Buna paralel olaraq istilik-energetika mərkəzinin (İEM) tikintisi gerçəkləşdiriləjək. Bu komplekslərin 2012-ji ilə kimi işə salınması düşünülür. İkinji mərhələdə  neft emalı və neft-kimya kompleksinin tikintisi üzrə işlər aparılajaq ki, bu işlərin də 2018-ji ilə kimi başa çatması planlaşdırılır. 

Yeni neft emalı kompleksinin güjü ilkin mərhələdə 10 milyon ton olajaq və daha sonra artırıla biləjək. Neftayırma zavodu "Azeri Light" istisna olmaqla, Azərbayjan neftinin müxtəlif növlərinin qatışıqlarını emal etməyə hesablanajaq. Qazaxıstan nefti üçün kükürdlü neft növlərinin də emalı imkanlarına baxılajaq. "Zavodun layihəsi uzun müddətə hesablanıb. Adətən, bu jür zavodlar 30 illik müddətə marketinq proqnozları nəzərə alınmaqla tikilir. Buna görə də biz müxtəlif neft növlərinin emalını diqqətdə tutmalıyıq", - deyə ARDNŞ təmsilçisi vurğulayıb. 

Zavod işə düşdükdən sonra indiki neftayırma zavodları, təbii ki, bağlanajaq. Çünki onların qurğularını yeniləşdirməyin heç bir önəmi yoxdur. İndiki zavodların vəziyyətinə bir az yuxarıda dövlət başçısı açıq-aydın qiymət vermişdi. Ekoloci baxımdan da istehsal sahələrinin paytaxtdan kənara köçürülməsi vajib görünür. 

Qazın dərin emalı kompleksi kimya sənayesinin ehtiyajları üçün xammal istehsal edəjək. İlkin mərhələdə qaz emalının güjü ildə 20 milyard kubmetrə bərabər olajaq, daha sonra bu,  40 milyard kubmetrə qədər qaldırılajaq. 

Qaz emalı kompleksinin ehtiyajlarının təmin edilməsi üçün "Şahdəniz" yatağının işlənməsi üzrə konsorsiumla danışıqlar aparılajaq. ARDNŞ bu yataqdan ildə 4 miyard kubmetrə yaxın qaz almağı düşünür. Böyük ehtimalla kompleks əsasən ARDNŞ-in öz qazı hesabına işləyəjək.

Şirkət təmsilçisinin sözlərinə görə, "biz konsorsiumdan qazı ala bilərik, sonra onu təmizləyərik və bundan sonra satarıq. Bu, Azərbayjanın qazıdır və biz onu səmərəli istifadə etməliyik. Qazın dərin emalı zamanı əldə edilən məhsullar neft-kimya məhsulları istehsalına yönəldilir". 

 

Bəs "Azərikimya"nın taleyi nejə olajaq?

"Azərikimya" Dövlət Şirkətinin zavodlarının taleyinə gəldikdə isə onları hökumət müəyyən edəjək. Əgər onların saxlanması qərara alınajaqsa, onda bu müəssisələrin xammalla təmin edilməsi  problemi yaranajaq. Həmçinin, eyni xüsusiyyətli iki iri müəssisənin fəaliyyət göstərməsinin məqsədəuyğunluğu aşağıdır. Beləliklə, "Azərikimya"nın indiki zavodlarını neftayırma zavodlarının gələjəyi gözləyir. Anjaq bu bir az sonranın işidir. 

Hələlik isə "Azərikimya" Dövlət Şirkətinin tərkibinə aşağıdakı müəssisələr daxildir: Orqanik Sintez Zavodu  ("Orqsintez"); Səthi Aktiv Maddələr Zavodu; Sintetik Kauçuk Zavodu ("Sintezkauçuk");  Etilen-Polietilen Zavodu ("Etilen-Polietilen"); Mexaniki Təmir Zavodu; "Azərikimya" Dövlət Layihə İnstitutu; Azərbayjan Dövlət Elmi-Tədqiqat Kimya İnstitutu. 

"Azərikimya" şirkətinin özü də dünya üzrə böyük təjrübəyə malik texniki məsləhətçi "Texnip", texniki-iqtisadi əsaslandırmalar hazırlayan "Nexant" və hüquqi məsələlər üzrə məsləhətçi "White & Case" şirkətləri, həmçinin  maliyyə məsləhətçisi olan "Societe Generale" bankı ilə birgə yeni kimya kompleksinin layihəsi üzrə lazım olan və əsaslandırılmış texniki-iqtisadi sənədləri hazırlayaraq, ölkə başçısına təqdim edib. 

Yeni kompleksdə qazı seperasiya yolu ilə təmizləyən xammal qurğusu, ammonyak və karbamid istehsal edən qurğu, buxar krekinq qurğusu, müxtəlif növ olefinlər, poliolefinlər və aromatik neft-kimya məhsulları istehsal edən qurğunun tikilməsi nəzərdə tutulur. 

Bu qurğularda istehsal edilən məhsullar ölkənin daxili tələbatını ödəməyə imkan verəjək. Daxili bazarı tikinti konstruksiya materialları, plastik borular və profillər, boyalar, şirələr və həlledijilər, reagentlər, rezinlər və müxtəlif profilli sintetik məhsullar, mebel ləvazimatı, çoxsaylı məişət avadanlığı, sənaye və məişət təyinatlı çənlərlə təjhiz etməyə şərait yaradajaq. 

Beləliklə, çağdaş texnologiyalar əsasında yaradılajaq və bütün beynəlxalq standartlara javab verəjək yeni neft-kimya kompleksi regionda çoxsaylı neft-kimya məhsullarının, həmçinin, azot gübrələrinin əsas istehsalçısına çevriləjək.    

Bundan başqa, o, tikinti, kənd təsərrüfatı, maşınqayrıma sahələrinin, həmçinin məişət avadanlığı istehsalının inkişafına, yeni xidmət sahələrinin yaradılmasına, çoxprofilli iş yerlərinin açılmasına imkan yaradajaq.  Əsas isə düşünülənlərin həyata keçirilməsidir...


MƏSLƏHƏT GÖR:

515