16 Mart 2025

Bazar, 00:01

AMERİKANIN ƏN YAXŞI ALİ MƏKTƏB ƏMƏLİYYATI

Azərbaycan gəncliyinin bir çox nümayəndələri üçün dünyanın ən yaxşı ali məktəblərində təhsil almaq reallığa çevrilir

Müəllif:

01.06.2008

Azərbayjanın milli təhsil sisteminin indi o qədər də yüksək səviyyədə olmaması sirr deyil. Ölkənin bir sıra ail məktəblərində Bolonya sistemi, yəni Ümumavropa ali təhsil sistemi tətbiq edilir, amma bir xeylisi isə bundan uzaqdır. Xatırladaq ki, Azərbayjan Boloniya sistemi deklarasiyasına 19 may 2005-ji ildə qoşulub. Həmin vaxtdan təhsil məmurları yeni qaydaların gerçəkləşdirilməsinə başlayıblar. Bunun əsas prinsipləri ikipilləli ali təhsilə məjburi keçid, Avropa kredit sisteminin (EJTS) tətbiqi, diplomların qarşılıqlı tanınması, tələbələrin yerdəyişmə imkanlarının təmin edilməsidir. Bu modelin hansısa elementləri artıq bizdə mövjuddur, yəni ali məktəblərdə ikipilləli təhsil - bakalavrlıq və magistratura artıq var. Anjaq aspirantura ilə bağlı hələ də qeyri-müəyyənlik davam edir. Bir sıra universitetlərlə artıq indidən kredit-zaçot  təhsili üzrə eksperimentlər keçirilir. 

Anjaq bu heç də o demək deyil ki, milli təhsil sistemində mənfi halların kökü tam kəsilib. Elə Bolonya sisteminin mahiyyəti də çoxlarına yetərinjə dumanlı görünür. Ötən saylarında ölkədə mütəxəssis çatışmazlığından bəhs edərkən "Region plus" bildirmişdi ki, təəssüf ki, Azərbayjan, bəlkə də, dünyanın yeganə dövlətidir ki, valideynlər fasiləsiz olaraq müəllimə pul ödəməyə hazırdır ki, övladı dərs oxumasın. Onlar saxta "əlaçı attestatı" üçün yüzlərlə dollar, saxta "qırmızı diplom" üçün isə minlərlə dollar ödəmyə hazırdırlar.  Daha  sonra onlar öz yarımsavad "əlaçılarını" yaxşı yerlərə düzəltmək üçün pul ödəməyə də razıdırlar.  Amma indi zəmanə dəyişib, kapitalizm zamanıdır. Amma kapitalist də axmaq deyil ki, işləyənə də, tapşırıqla gələnə də eyni maaş versin. Bunun nətijəsidir ki, çoxsaylı diplomlu işsizlər ordusu formalaşıb. Bir 10 ildən sonra Azərbayjan  iqtisadiyyatın  istənilən sahəsində mütəxəssis çatışmazlığı problemilə qarşılaşajaq. Hələ ki Azərbayjanda çağdaş və mükəmməl təhsil sistemi inkişaf etmədiyindən yaranmış vəziyyətdən çıxış yolu kimi xarijdə təhsil almaq görünür. Özü də bu sahədə bizim yetərinjə müsbət və ümidverən təjrübəmiz var. 

 

Bizim qız, bizim bayraq və bizim himn xarijdə 

Leyla Əliyeva Avropa liseyinin məzunudur. Bu il o, ABŞ-ın ən yaxşı ali məktəbi Prinston Universitetinin iqtisadiyyat ixtisasına daxil olub. O, bu universitetə daxil olmuş ilk azərbayjanlıdır.  Sentyabr ayında onun şərəfinə bizim ölkənin bayrağı da bu əfsanəvi universitetin girişinin qarşısında ujaldılajaq. Leyla Enşteynin işlədiyi, J.F.Kennedi də daxil olmaqla, ABŞ-ın üç prezidentinin bitiridyi bu böyük universitetdə Azərbayjanın ilk təmsilçisidir. Universitetdə onlarja Nobel mükafatı laureatı işləyir. 

Leyla yalnız Prinston Universitetinə daxil olmaq imkanı qazanmayıb, o, eyni vaxtda ABŞ-ın daha üç presticli unversitetinin iqtisadiyyat fakültəsinə daxil olub. Bunlar Kolambiya (Columbia), Pensilvaniya (UPenn) və Dyuk (Duke) universitetləridir. ABŞ-ın ilk onluğa daxil olan daha üç universiteti də onun adını gözləmə vərəqinə daxil ediblər ki, bu da çox yüksək uğur göstərijisidir. 

Beləliklə, hazırda Leyla Əliyeva ABŞ universitetlərinə daxil olmaq üzrə bir növ ekspertdir. "Region plus"la söhbətində o, həvəslə  öz təjrübəsindən danışıb. Sözündən belə çıxır ki, xarijdə təhsil almaq barədə məsləhətlər verən firmalara mürajiət edərək pul ödəməyə dəyməz, çünki insan lazımi məlumatları özü də öyrənə bilər. Bir də ki bu işdə "əllərini qızdıran" çox sayda fırıldaqçılar var. "Mən istərdim ki, Amerika ali məktəblərində təhsil almaq istəyən azərbayjanlılar üçün bu həddindən artıq mürəkkəb olan yolu asanlaşdırım. Mən öz təjrübəmi ABŞ-da təhsil almaq istəyən hər bir kəslə, öz övladlarına Amerika təhsili vermək istəyən valideynlərlə bölüşmək istərdim", - deyə o bildirir. 

Leylanın sözlərinə görə, hazırda universitetlər üçün müxtəlif reytinqlər tuturlar, anjaq onların içərisində ən nüfuzlusu "US News" curnalının reytinqidir. "USNews.com: America's Best Colleges 2008"ə görə, ABŞ-ın ən yaxşı  10 universitetinin sıralarına aşağıdakılar daxildir:  Princeton University (NJ), Harvard University (MA), Yale University (CT), Stanford University (CA), University of Pennsylvania, California Institute of Technology, Massachusetts Institute of Technology, Duke University (NC), Columbia University (NY), University of Chicago. 

Leyla əmindir ki, indi ən yaxşı təhsili ABŞ-da almaq olar. Səbəb sadədir, ABŞ univesitetlərinə həddindən çox vəsait toplanır ki, bu, Avropada mümkün deyil. Buna görə də dünyanın bütün fikir sahibləri, tanınmış və ya perspektivli alimləri ABŞ-a üz tuturlar. Buna görə də jiddi elmi araşdırmalar aparmağa imkan verən çağdaş elmi-texniki bazanı, kitabxanaları, idman və mədəniyyət imkanlarını, təqaüd ala bilmək ehtimalını nəzərə alan Leyla Azərbayjan gənjliyinə öz qüvvələrini ABŞ universitetlərinə girmək üçün sınamağı məsləhət bilir. 

Şübhəsiz ki, bu böyük uğur Leylanın gərgin əməyinin nətijəsidir. O hələ birinji sinifdən liseyin ən yaxşı şagirdlərindən biridir. Sinifdənkənar işlərdə də gərgin əmək sərf edib. Liseyin elmi dərnəyi olan Kiçik Akademiyaya prezident seçilib. Çox sayda elmi yarışlarda qalib gəlib. Bu yaxınlarda "Gənj istedadlar" respublika müsabiqəsinin qalibi olduğu üçün təhsil naziri tərəfindən xüsusi mükafata laiyq görülüb. İngilis, alman və fransız dillərində sərbəst danışır. 

"Uzun məsləhətləşmələrdən sonra mən və valideynlərim Prinston Universitetinə üstünlük verməyi  qərara aldıq. Bu yalnız onun ən yaxşı olması ilə bağlı deyil. Həm də önəmli bir amil də var, Prinston ildə 45 min dollara bərabər olan stipendiya təqdim edir. Bu həm təhsil haqqını, həm də mənzil və qida xərjlərini ödəyir.  Amerika universitetlərindən birinə getməyimi qərara alan zaman  mən və valideynlərim bunu nejə etmək barədə heç yerdən ətraflı  məlumat ala bilmirdik. Buna görə də hər şeyi müstəqil qaydada öyrənməyə məjbur olduq",-deyə Leyla vurğulayır. 

 

Nədən başlamaq və nəyə hazırlaşmaq lazımdır?

"Bilmək lazımdır ki, qəbul komissiyaları abituriyentləri aşağıdakı meyarlarla qiymətləndirir: qəbul imtahanları; inşa; zəmanətlər; məktəbdən kənar fəallıq; müsahibə.  Bütün bu komponentlər eyni səviyyədə önəmlidir. Buna görə də iş yalnız imtahanlara jiddi hazırlaşmaqla bitmir. Hər şeyi onunju sinifdən gej olmayaraq planlaşdırmağa başlamaq lazımdır. Valideynlərim mənə çox kömək etdilər. Uşaqlara jiddi yardım lazımdır. Çünki onların qavramalı olduqları məlumatların həjmi olduqja böyükdür, gündəlik dərsləri də nəzərə aldıqda, müstəqil qaydada bunları bajarmaq mümkün deyil. Məsələn, mənim atam ingilisjə bilir. Bu mənə çox yardım etdi, çünki daxil olmaq üçün bütün məlumatlar uyğun veb-saytlarda var. Mən, atam və anam bir komanda şəklində, demək olar ki, bütün sərbəst vaxtımızı bu saytları oxumaqla keçirmişik. İnşa yazmaq texnikasını, anketləri doldurmaq qaydalarını və müsahibə zamanı özünü aparmaq qaydalarını öyrənmişik, çox sayda başqa vajib məlumatlara yiyələnmişik",-deyə gənj qız davam edir. 

Hər şeydən önjə ixtisasları və universitetlərin ilkin siyahılarını müəyyən etmək lazımıdır. Veriləjək imtahanlar bundan asılıdır. Amerikanın ən yaxşı kollejlərinin siyahısını aşağıdakı linkdə tapmaq olar:     http://colleges.usnews.rankingsandreviews.com/usnews/edu/college/rankings/brief/t1natudoc_brief.php. Burada həm də kollejlərin özlərinin veb-saytlarına istinadlar və onların tam xüsusiyyətlərini tapmaq olar. Bütün kollejlərin adları aşağıdakı prinsip üzrə qurulur: www. kollejin adı.edu. İxtisası seçdikdən sonra saytda hər bir seçilmiş kollej üzrə qəbula gələnlərə tələbləri öyrənmək lazımdır. Prinsipjə onlar aşağıdakı kimidirlər: Standart SAT və ya ACT, həmçinin TOEFL imtahanlarını vermək lazımdır;  həmçinin bütün lazımi sənədləri doldurmaq gərəkdir. Bunu on-laynla etmək poçtla göndərməkdən daha əlverişlidir və bu, əksər kollejlər tərəfindən dəstəklənir. 

Azərbayjan üçün daha populyar və əlverişli variant SAT-dır. Çünki o, daha geniş yayılıb və bu imtahanı indi Bakıda da vermək mümkündür. Bunun üçün aşağıdakı saytda qeydiyyatdan keçmək gərəkdir: http://www.collegeboard.com Həm də imtahanı və vaxtını seçmək lazımdır. Habelə kredit kartı açdıraraq ödənişi onun vasitəsi ilə gerçəkləşdirmək lazımdır. Kartın hesabında  seçilən hər bir kollej üçün ən azı 100 dollar pul olmalıdır. Yəni əgər iddiaçı 5 kollejə imtahan verirsə, imtahanların nətijələrinin göndərilməsi də nəzərə alınmaqla, hesabda ən azı 500 ABŞ dolları olmalıdır. Sənədləri verərkən, kollejdən asılı olaraq, 50 dollardan 70 dollara qədər tələb edilir. TOEFL-in nətijələrinin göndərilməsi üçün 17 dollar, SAT-ın nətijələrinin göndərilməsi üçün isə 9 dollar lazımdır.

İmtahanlara bütün kollejlər üçün ümumi olan SAT I-dən (reasoning test) başlamaq lazımdır. Bu imtahan üç bölmədən ibarətdir: writing, reading və math. Hər bir bölmə 800 balla qiymətləndirilir, yəni maksimum 2400 bal toplamaq mümkündür. Orta səviyyəli kollejlər üçün hər bir bölmə üzrə 500-550 bal yetərlidir. İlk onluqda olan kollejlərə daxil olmaq üçün  qiymətlər 650 baldan yuxarı olmalıdır. Bu kollejlərə daxil olanların əksəriyyəti  SAT üzrə 700 baldan yüksək toplayırlar. Həmin universitetlərə girmək istəyənlər  TOEFL (IBT)-dən isə ən azı 100 bal toplamalıdırlar. Bu imtahanlar qəbul olma imkanlarını obyektiv qiymətləndirməyə şərait yaradır. "Əgər top-kollejlər üzrə bal yığa bilməyibsinizsə, narahat olmayın. Reytinq üzrə hətta üçünjü yüzlükdə olan universitetlər belə çox güjlü sayılır",- deyə Leyla vurğulayır. 

Daha sonra seçilmiş hər bir kollejin tələblərinə uyğun olaraq ən azı 2-3 əlavə predmet üzrə SAT II (subject tests) imtahanlarını verməlidirlər. Mühəndis və texniki ixtisaslar seçilməsi halında imtahan fənlərindən biri riyaziyyat (Math 2) olmalıdır. Əgər  kimya və fizika ixtisasları seçilərsə, uyğun olaraq, kimya və fizikadan imtahan verilməlidir. Testlərin sayı nə qədər çox olarsa, bir o qədər  yaxşıdır. Qeydiyyat və imtahanın verilməsi proseduru SAT I-dəki kimidir. 

İmtahanları vermək və nətijələri kollejə göndərməyə ijazə verilir. Anjaq bu, http://www.collegeboard.com saytı vasitəsi ilə gerçəkləşdirilə bilər, xidmət pulludur. Özü də bu imtahan üzrə ən yüksək bal hesaba alınır. 

"Burada da ABŞ-ın hər yerində olduğu kimi jamaat üçün, yəni gələjək tələbələr üçün həyatı yüngülləşdirməyə çalışıblar. Bunun üçün xüsusi sayt yaradılıb https://www.commonapp.org . Bu saytda qeydiyyatdan keçmək lazımdır, tələb olunan bütün sənədləri doldurub Amerikanın, demək olar ki, istənilən kollejinə göndərmək olar. Sayt ona görə əlverişlidir ki, o, həm də orqanayzer, yəni təşkilatçı rolunu oynayır.Orada lazımi sənədləri saxlamaq, sənədlərin verilmə qrafikini izləmək, sizin hansı sənədlərinizin kollejdə oxunduğunu öyrənmək və s. mümkündür. Bundan başqa, müxtəlif kollejlərə tələb olunan  əlavə sənədləri (supplements) toplayaraq, göndərmək olar. Məsələn, aparıjı universitetlərin əksəriyyəti öz suallarına  javab verməyi və verdikləri mövzu üzrə əlavə 2-3 inşa (essay) yazmağı tələb edir". 

Saytda ümumi anketdən başqa 3 zəmanət tapmaq, çap etmək və doldurmaq üçün vermək lazımdır. Bunlardan ikisini müəllimlər, birini isə məktəb direktoru verməlidir. Qiymətlərdən çıxarış da lazımdır. Bütün bu sənədlər kollejə abituriyent tərəfindən deyil, birbaşa müəllimlər tərəfindən göndərilməlidir. 

Qəbul komissiyası üçün qiymət və zəmanətlərdən əlavə, kollejin tələbindən və tələbənin sinifdənkənar fəallığından asılı olaraq,  sayı 1-dən 5-nə kimi dəyişən esselər, yəni kiçik inşalar da çox önəmlidir. Sinifdənkənar fəallıq dedikdə elmi olimpiadalarda, ətraf mühitin mühafizəsində, xeyriyyə təşkilatlarında iştirak və s. nəzərdə tutulur. Əgər abituriyentin injəsənət sahəsində istedadı varsa, öz rəsmlərini və başqa işlərini də göndərə bilər və bu qəbul komissiyasının rəyinə təsir göstərə bilər. Əgər iddiaçının akademik uğurları ilə yanaşı, idman istedadı da varsa, onda qəbul olmaq şansları artır. Məsələnin maliyyə tərəfinə gəldikdə isə xarijdə oxumaq ujuz başa gəlmir. Əgər abituriyentin orta hesabla ildə 50-60 min dollar təhsil haqqı ödəmək imkanı varsa, onda qəbul olmaq şansı yetərinjə yüksəlir. Çünki xariji tələbələr üçün ayrılan stipendiyalar məhdud və rəqabət yetərinjə yüksəkdir. Maliyyə yardımı üçün mürajiət edən zaman həmin veb-saytda yerləşdirilmiş xüsusi blankları doldurmaq və göstərilmiş müddətdən gej olmayaraq göndərmək lazımıdır.     

 

Dövlət xətti ilə 

 

Qeyd etmək gərəkdir ki, indi Azərbayjanda vətəndaşların təhsil alması üçün dövlətin özü böyük maraq göstərir. 2007-ji ilin aprel ayında Azərbayjan prezidenti İlham Əliyev tərəfindən Azərbayjan gənjlərinin xarijdə təhsil alması ilə bağlı 2007-2015-ji illər üzrə Dövlət Proqramı təsdiq edilib. Proqramın gerçəkləşdirilməsi üzərində nəzarət Prezident yanında Təhsil üzrə Komissiyaya tapşırılıb. Bu o deməkdir ki, indi bu məsələ Azərbayjan gənjliyinin yalnız ayrı-ayrı təmsilçiləri üçün prioritet olaraq qalmır. Dövlət tələbələrin xarijdə oxuması üçün ən başlıja problem olan maliyyələşdirmə məsələsini öz boynuna götürür. 

Qeyd edək ki, 2007-ji ilin vəziyyətinə görə, xarijdə 3000 azərbayjanlı tələbə oxuyur. Onların mini təhsili dövlət xəttilə alır. Dövlət xəttilə tələbələr əsasən Rusiya, Türkiyə, Çexiya, Misir və Rumıniyada oxuyurlar. Dövlətdənkənar təhsildə isə Almaniya, Fransa, Böyük Britaniya, Yaponiya və Koreya öndə gedir. Prezident tərəfindən təsdiq edilmiş proqrama görə, 2015-ji il üzrə dövlət xəttilə xarijdə oxumağa 5 minə yaxın tələbə göndərmək planlaşdırılır. 

Ölkə hökumətində hesab edirlər ki, xariji dövlətlərlə dostluq əlaqələrinin genişlənməsi üçün xarijdə oxuyan azərbayjanlı gənjlərin təsirindən istifadə etmək mümkündür. Bundan başqa, azərbayjanlı gənjlər bizim diasporun genişlənməsində böyük rol oynaya bilərlər.  

Ümumiyyətlə isə, Azərbayjan torpağı həmişə istedadlarla zəngin olub. Başqa sözlə, xalqın böyük potensialı var. Sadəjə onu inkişaf etdirmək lazımdır. Ümid edirik ki, Leyla kimi ağıllı və inadkar adamlar öz məqsədlərinə çatajaq, ölkəmizin ad-sanını qaldırajaqlar. Və çox ümid edirik ki, nə vaxtsa yüksək səviyyəli təhsil almaq üçün xariji tələbələr də bizim ölkəyə üz tutajaqlar. Arzu edək ki, milli təhsil sistemi, nəhayət ki, öz prioritetlərini müəyyən edəjək. 


MƏSLƏHƏT GÖR:

400